Мащмуд аллащманлы



Yüklə 41,6 Mb.
Pdf görüntüsü
səhifə4/104
tarix31.10.2018
ölçüsü41,6 Mb.
#77057
1   2   3   4   5   6   7   8   9   ...   104

 
11 
alimdir. Təəssüf ki, bəzi elmsizlər, daha doğrusu, elmə at belin-
də gələnlər, onun nə demək olmasının mahiyyətinə varmayan-
lar  bu  böyüklüyə  qayğı  göstərmək  əvəzinə,  böyük  alimə 
sıxıntılar  yaşatmaq  yolunu  tutur,  müraciət  və  xahişlərinə  belə 
cavab verməyi özlərinə rəva bilmirlər. Ancaq bilmirlər ki, Paşa 
müəllimin böyüklüyünə kölgə salmaq mümkünsüzdür. 
“Molla  Cümə  (həyatı  və  yaradıcılığı)”  kitabının  uğurlu 
cəhəti ondadır ki, Paşa müəllim illərlə gördüşü işlərə, topladığı 
şeirlərin  mahiyyətinə,  hər  bir  nümunə  haqqında  deyilənlərə, 
misra, söz fərqliliklərinə axıra qədər aydınlıq gətirmək  yolunu 
tutur.  Böyük  ustadın  könül  dostlarının,  yaxınlarının,  qohum-
larının,  eləcə  də  şəyirdəlinin  dedikləri  və  özünün  ciddi  tədqi-
qatçı  mühakimələri  əsasında  bütün  incəliklərinə  qədər  diqqət 
yetirir.  
Molla Cümə haqqında ilk bilgilərimi hələ keçən əsrin 70-
ci  illərinin  axırında  pedaqoji  institutun  birinci  kursunda  Paşa 
müəllimdən almışam. İçimdə Molla Cümə sevgisinin qığılcım-
ları,  yaradıcılığına  sonsuz  rəğbət  həmin  vaxtdan  baş  qaldır-
mışdır.  Düzdür,  hələ  orta  məktəbdə  oxuyarkən  aşıq  məclis-
lərində  “İsmi  Pünhan,  niyə  məndən  küsübsən”  misralı  şeirini 
eşitmişdim. Ancaq sonrakı tanışlığım və bu günə qədər olanlar 
Paşa  Əfəndiyevin  yazdıqları  ilə  bağlanır  və  kitablarına  yazdı-
ğım yazılarda da bunu müxtəlif səviyyələrdə qeyd etmişəm.    
Kitab be
ş bölmədən ibarətdir. Birinci bölmə “Yenə Mola 
Cümə haqqında”, ikinci bölmə “Molla Cümənin ədəbi irsi mü-
qəddəs və toxunulmazdır”, üçüncü bölmə “Məktublar, ərizələr, 
xahişnamələr”, dördüncü bölmə  “Axtarışlar, tədqiqatlar, tapın-
tılar”,  beşinci  bölmə  “Əlavələr”  adlanır.  Bunların  hər  birisi 
problematikası,  məzmunu,  zəngin  fakturası  ilə    mühüm  əhə-
miyyət  daşıyır.  Araşdırmada  əksini  tapan  bir  sıra  yazılar 
müxtəlif  illərdə  mətbuat  səhifələrində  işıq  üzü  görmüşdür. 
Lakin Paşa müəllim onu qəzet səhifələrində itib-batmaq təhlü-
kəsindən  xilas  etmiş,  bir  kitab  halına  gətirmişdir.  “Bir  daha 
Molla Cümə haqqında”, “Molla Cümənin yeni əlyazması”, “El 


 
12 
sənətkarının  sorağında”,  “Molla  Cümənin  ölümü  haqqında 
həqiqət”,  “Molla  Cümənin  gözəlləri”,  “İsmi  Pünhan  kimdir”, 
“Molla  Cüməni  kim  öldürüb”,  “Molla  Cümənin  əsərlərində 
işlənən tarixi, əfsanəvi, əsatiri şəxs və obrazlar” “Molla Cümə 
–  böyük  ustad”,  “Molla  Pənah  Vaqif  və  Molla  Cümə”  və  s. 
yazılar  hər  birisi  böyük  bir  reallığın,  qaranlıq  və  müşküllərin 
açılmasına səbəb olmuşdur. Bütün bunlarla folklorşünas alimi-
miz  böyük  sənətkarın  ədəbi  irsini  yox  olmaqdan  xilas  etmiş, 
qaranlıqların aydınlaşmasına  yardımçı olmuşdur. Əks təqdirdə 
Molla  Cümə  də  digər  ustadlarımız  kimi  müəmmalarla  üz-üzə 
qalmalı olacaqdı. Əməkdar elm  xadimi, görkəmli folklorşünas 
bu böyük  işləri  ilə Molla Cümənin ədəbi  irsini, haqqında olan 
həqiqətləri  yox  olmaqdan  qorumuş,  Azərbaycan  xalqına, 
bütünlükdə türk dünyasına ərməğan etmişdir. Belə böyüklərdən 
hələ  çox  öyrənəcəklərimiz  var.  Onlar  bizim  üçün  örnək, 
nümunədir.  Paşa  Əfəndiyevin  “Mola  Cümə  (həyatı  və  yara-
dıcılığı)” kitabı bu möhtəşəmliyin göstəricisidir. 
 
Mahmud ALLAHMANLI 
filologiya elmləri doktoru, professor 
  
 
 
                               
 
 
 
 
 
 
 
 
 
 


 
13 
BİRİNCİ BÖLMƏ 
               YENƏ MOLLA CÜMƏ HAQQINDA 
 
                               İki dünya fikrin çəkib dolubam daşıram, 
                              Əqil-kamal sarıdan Məcnunun yoldaşıyam. 
                                                               Molla Cümə  
 
Molla  Cümə.  Böyük  insan,  böyük  şəxsiyyət,  böyük  sə-
nətkar,  ömrünün  yarısını  həyat  və  yaradıcılığına  həsr  etdiyim 
elimin  müdrik  nəğməkarı.  Elə  bu  yaxınlarda  yenidən  yadıma 
düşüb ki, mən ilk dəfə onunla nə vaxt və harada tanış olmuşam. 
Hələ  uşaqlıq  vaxtında  eşitmişdim  ki,  Molla  Cüməni  həyətində 
öldürüblər, özü də soldatlar öldürüblər. Oxuculardan üzr istəyi-
rəm, hələ əlavə də edirdilər ki, Molla Cümə aftafa  ilə  bir  sol-
datın  başını  yarıb.  Aşığın  “Sən  ağlayanda”  qoşması  və  “Pəri” 
müxəmməsi haqqında hətta çox az da olsa məlumatım var idi. 
Sonralar  mən  aşığı  və  onun  yaradıcılığını  unutdum.  İlisudan 
Qaxa gəldim. 1946-cı  ildə Qaxda orta məktəbi  bitirdim  və ra-
yonda ilk medala sahib oldum. Həmin medalı bağrıma basaraq 
respublikamızın  fəxri  olan  Pedaqoji  Universitetin  dil  və  ədə-
biyyat  fakültəsinə  daxil  oldum.  Fakültəni    fərqlənmə  diplomu 
ilə başa vurdum. Həmin fərqlənmə ilə məni aspiranturada sax-
tadılar.  Oldum  professor  Mikayıl  Rəfilinin  aspirantı.  Bundan 
da xoşbəxt nə ola bilərdi. Aspirant kimi folklorla məşğul olan-
da,  aşıq  sənətini  tədris  edəndə,  təbii  Molla  Cümə  az  da  olsa 
yadıma düşürdü. Ancaq toplamaq, nəşr edib axtarışlar, tədqiqat 
aparmaq  barədə  heç  düşüncələrim  olmamışdı.  1950-1958-ci 
illərdə  Azərbaycan  ədəbiyyatı  tarixi  kafedrasının  müdiri 
professor  Mikayıl  Rəfili  ilə  işləmişəm.  1958-ci  ildə  qəflətən 
professor  M.Rəfili  53  yaşında  dünyasını  dəyişdi.  Bakı  Dövlət 
Universitetindən professor Feyzulla Qasımzadəni Pedaqoji İns-
tituta kafedra müdiri gətirdilər. Ona biz hörmət əlaməti olaraq 
“Mirzə” deyirdik. Bir-iki il Mirzə ilə işlədim. Bir gün o, məni 
yanına  çağırdı.  Dedi  ki,  gələn  il  üçün  elmi-tədqiqat  işi    möv-


Yüklə 41,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə