Мащмуд аллащманлы



Yüklə 41,6 Mb.
Pdf görüntüsü
səhifə9/104
tarix31.10.2018
ölçüsü41,6 Mb.
#77057
1   ...   5   6   7   8   9   10   11   12   ...   104

 
28 
və  ən  səmimi  hisslərimlə,  Adilov”.  Mən  kitabı  vərəqləyib, 
məzmununa,  şeiriyyətinə  dərindən  varmadan  rəfə  qoydum. 
Uzun  müddət  ona  baxmadım.  Bu  yaxınlarda  kitab  rəfdə  gö-
zümə  dəydi,  diqqətim  artdı,  alıb  əməlli-başlı  oxumağa  başla-
dım. Elə bu zaman Mövlud Yarəhmədovun vaxtilə yazdığı bir-
iki məqaləni xatırladım, məqalələri olduğu kimi kitabın müqəd-
diməsinə köçürmüşdü. Bu zaman böyük aşığımız Molla Cümə 
ilə əlaqədar yazılmış məqalələr və söylənmiş mülahizələr gözü-
mün qabağında canlandı. Bunlardan bəziləri haqqında indi da-
nışmağı lazım bilirəm. Bir də ona görə ki, böyük sənətkarımız 
Molla  Cümənin  yaradıcılığına  hörmət  və  məhəbbət  ömrüm 
boyu mənim diqqətimdədir. 
Molla Cümənin bir şeiri var. Hələ 1930-cu illərdə Hüm-
mət Əlizadə aşığın bəzi şeirlərini çap eləyəndə bu əsərə çox gö-
zəl bir ad vermişdi. “Adəmin nəvəsi” 
Aşıqlıq Adəmdən icad olubdur, 
Ol Adəm atanın nəvəsiyəm mən, 
Dünyaya nə qədər aşıq gəlibsə, 
Küllü aşıqların anasıyam mən. 
 
Aşıq anasıyam şairlər kökü, 
Gəzərəm dünyada divanə təki, 
Mahalım Göynükdür, şəhərim Şəki, 
Layisqi kəndinin binasıyam mən. 
 
Binəm Layisqiyə düşübdür mehman, 
Pədərim Salahdır, madərim Reyhan, 
Vələdim Həsəndir, əxim Süleyman, 
Famlim Molla Oruc, ədnasıyam mən. 
Bu vücudnamədə Molla Cümə özü, həyatı, necə deyər-
lər,  yurdu-məskəni,  qohum-əqrəbası  haqqında  məlumat  verir. 
Bu şeirdə belə bir misra var: 
                      Vələdim Həsəndir, əxim Süleyman. 


 
29 
Bu şeiri hələ Böyük Vətən Müharibəsi ərəfəsində Hüm-
mət  Əlizadə  çap  eləmişdir.  Mən  deyə  bilmərəm,  diqqətsizlik 
ucundan,  yoxsa  tələsik  olduğundan  “əxim”  sözünü  adım  sözü 
ilə  əvəz  edib,  yəni  belə  oxuyub.  Ondan  sonra  folklorşünas-
lığımıza  da  belə  daxil  olub.  Mən  də  hətta  aşığın  ilk  şeirlər 
kitabında  (1966)  adım  yazmışam.  Kitabı  alan  kimi  Molla 
Cümənin  nəvəsi  Mövlud  Əzizov  mənə  yazdığı  məktubda 
göstərmişdi ki, aşığın adı Süleyman olmamışdır. Uzun müddət 
aşığın  adı  Süleyman  kimi  getmişdir.  Hətta  Mövlud  Yarəh-
mədov  neçə  yerdə  aşığın  adını  belə  yazmışdı:  Orucov  Cuma 
Salah oğlu. 
Mən  Molla  Cümənin  şeirlərini  toplamaq  üçün  Şəki-
Balakən zonasında olarkən bir neçə əlyazmasını  əldə edib 30-
40 il onlar üzərində işləmişəm. Bu əlyazmalarından biri Mirzə 
Ələkbər  Sabirin  1914-cü  ildə  İsabəy  Aşurbəyovun  “Kaspi” 
mətbəəsi tərəfindən buraxılmış “Hophopnamə”sidir. Bir gün bu 
əlyazmasını  vərəqləyirdim.  Gördüm  ki,  yazılıb  “əxim  Süley-
man”. Təəccübləndim, elə o saat qələmimi işə salıb bir məqalə 
hazırladım. Məqaləni belə başladım:  Bu qeydlərimi yazmaqda 
məqsədim  Molla  Cümənin  həyatı  ilə  bağlı  yol  verilmiş  bir 
qüsurun  islahıdır.  Məqaləni  hazırladım.  Hətta  aşığın  başqa  bir 
şeirində  olan  qeydi  də  oraya  əlavə  elədim.  Molla  Cümə 
Zaqatalanın Tala kəndində xəstələnib yatağa düşür, ağır xəstə-
lənir,  xəstəliyi  uzun  çəkir.  O  zaman  doğmalarını,  yaxınlarını 
xatırlayan bir şeir yazır. Gəraylı üstündə olan bu şeirdə belə bir 
bənd var: 
Qürbətdə ağrayır başım, 
Gözlərimdən axır yaşım, 
Aşə yengə, bir qardaşım, 
Ol Süleyman yada düşdü
Məqaləni hazırlayıb “Ədəbiyyat və incəsənət” qəzetinin 
redaksiyasına getdim, şöbə müdiri Sabir Rüstəmxanlı idi. Sabir 
məni  özünə  müəllim  hesab  eləyirdi.  Bir  də  ona  görə  ki,  mən 
onun  “Cəlil  Məmmədquluzadə  və  folklor”  adlı  namizədlik 


 
30 
dissertasiyasının  opponenti  olmuşdum.  Ona  verdiyim  rəyi  ki-
tablarımın  birində  çap  eləmişəm.  Heç  yadımdan  çıxmır,  çox 
cavan  olan  Sabir  Rüstəmxanlı  haqqında  rəyimin  əvvəlində 
yazmışdım:  folklorşünaslığımıza  yeni  bir  istedad  gəlir.  Sabir 
müəllim elə o həftəcə məqaləmi çap elədi, adı da belə idi: “Bir 
daha  Molla  Cümə  haqqında”.  Beləliklə,  illərlə  aşıq  haqqında 
söylənən qüsur islah olundu. Şeiri tamamlayıb, yoxlayıb aşığın 
külliyatına daxil elədim. 
“Adəmin nəvəsi” şeiri ilə əlaqədar daha bir problem də 
var. Molla Cümə şeirin üçüncü bəndində belə misralar işlədib. 
Bu bənddə o, öz doğmalarının adlarını çəkir: 
Binəm Layisqiyə düşübdür mehman, 
Pədərim Salahdır, madərim Reyhan, 
Vələdim Həsəndir,  əxim Süleyman, 
Famlim Molla Oruc ədnasıyam mən. 
Mən  bu  misraları  ilk  kitabımda  olduğu  kimi  saxla-
mışam.  Ona  görə  ki,  mənim  əlimdə  əsas  var  idi.  Mövlud 
Yarəhmədov  yazır  ki,  “ədna”  pis  mənalı  sözdür. Molla  Cümə 
onu  işlətməz.  Mən  kitabımı  çapa  hazırlayarkən  bu  misra  üzə-
rində  çox  düşündüm  və  qərara  gəldim  ki,  böyük  sənətkar  çox 
yaxşı  bilir  ki,  necə  ifadə  eyləyə  bilər.  Mən  bizim  böyük 
alimlərimizə  müraciət  etməyi  də  qərarlaşdırmışdım.  Bir  gün 
evdə  oturmuşdum,  telefon  zəng  çaldı.  Səs  gəldi  ki,  Paşa 
müəllim, mən şəxsən sizinlə tanış deyiləm. Ancaq bu günlərdə 
sizin  kitabınızı  almışam  (söhbət  “Azərbaycan  şifahi  xalq 
ədəbiyyatı” adlı dərslikdən gedir – P.Ə.), oxumuşam, mən çox 
sevinmişəm. Siz nə qədər zəhmət çəkmisiniz, neçə-neçə alimin, 
yazıçı  və  etnoqrafın,  folklorşünasların  faəliyyətini  işıqlandır-
mısınız,  nə  qədər  mənbə  və  qaynaqları  əldə  edib  diqqətlə 
təhlildən  keçirmisiniz.  Paşa  müəllim,  sizi  təbrik  edirəm,  sizə 
çox  sağ  olun  deyirəm.  Zəng  eləyən  Azərbaycan  jurnalistika-
sının  patriarxı,  əfsanəvi  alim  və  tədqiqatçı  Qulam  Məmmədli 
idi.  Siz  təsəvvür  edə  bilməzsiniz  ki,  böyük  insanın  qiyməti 
mənim üçün nə qədər əziz və xoş idi. Mən özümü xobəxt hiss 


Yüklə 41,6 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə