Мащмуд аллащманлы


 il bir yasdığa baş qoyduğum



Yüklə 41,6 Mb.
Pdf görüntüsü
səhifə2/104
tarix31.10.2018
ölçüsü41,6 Mb.
#77057
1   2   3   4   5   6   7   8   9   ...   104

 

58 il bir yasdığa baş qoyduğum, 
ömrümün, günümün yoldaşı, sirdaşı  
Cəfərova Lyudmila Yusif qızına ithaf edirəm 
                                                           
Müəllif 
 
 
 
FOLKLORŞÜNAS PAŞA ƏFƏNDİYEVİN  
MOLLA CÜMƏNİN HƏYAT VƏ YARADICILIĞI 
HAQQINDA AXTARIŞLARI 
 
Çağdaş  Azərbaycan  folklorşünaslığında klassikləşən, so-
nuncu  magikan  kimi  möhtəşəm  təsəvvür  formalaşdıran  əmək-
dar elm xadimi, professor Paşa Şərif oğlu Əfəndiyevin gördüyü 
əvəzsiz  işlər  elmimiz,  mədəniyyətimiz  üçün  örnəkdir.  Bu  gün 
Azərbaycan folklorşünaslığı böyük uğurlara, ciddi nailiyyətlərə 
imza  atmaqdadır.  Xalq  yaradıcılığı  nümunələrinin  toplanması, 
region  folklorunun  öyrənilməsi,  ayrı-ayrı  antalogiyaların  nəşri 
və  s.  hamısı  bunun  göstəricisidir.  Bu  yolun  dönməzliyi  isə 
folklorşünas  P.Əfəndiyevə  qədər  M.Mahmudbəyovun,  H. 
Zərdabinin, 
E.Sultanovun, 
T.Bayraməlibəyovun, 
Y.V. 
Çəmənzəminlinin,  S.Hüseynin,  S.Mümtazın,  V.Xuluflunun, 
C.Əfəndizadənin, H.Əlizadənin və bu sıradan olanların gördük-
ləri ilə müəyyənləşir. Onlar Azərbaycan xalqının min illər boyu 
düşüncəsində olanları zərrə-zərrə, sətir-sətir toplayaraq yaddaş-
lardan  silinmək  qorxusundan  xilas  etmişlər.  Xalq  ədəbiyya-
tının, zəngin mədəniyyətinin nələrlə təcəssümünü dərk etmiş və 
onu  kağıza  köçürməyi  məqsədə  çevirmişlər.  Daha  doğrusu, 
kitab  ömrü  vermişlər.  XIX  əsrin  ilk  onilliyindən  başlayan  bu 
müqəddəs və savab  iş günümüzə qədər həmişə çoxalan  istiqa-
mətdə getmişdir. Artıq indi Azərbaycan folklorşünaslığı şaquli 
və üfiqi istiqamətdə geniş faktura ilə səciyyələnir. Xalq ədəbiy-
yatının müxtəlif növ və janrları, eləcə də məzmun istiqamətləri 


 

sistemli  təhlillərin  probleminə  çevrilmiş,  ciddi  elmi  baza 
formalaşdırılmışdır.  Folklorşünas  P.Əfəndiyevin  bu  istiqamət-
də gördükləri bəlkə də institutların birgə görəcəyi işlə müqayi-
sə  edilə  bilər.  Təkcə  onu  demək  kifayətdir  ki,  bu  böyük  alim 
Azərbaycan folklorşünaslığına ən gərəkli, həm də ən çətin ola-
nı,  folklorşünaslığın  tarixini  yazması  ilə  heç  kəsə  nəsib  olma-
yan töhfəsini vermişdir.  
M.Rəfilinin, Ə.Dəmirçizadənin xeyir-duası ilə yola çıxan 
Paşa müəllim elə başlanğıcdan olduqca ciddi və həm də gərəkli 
işlərin  görülməsinə  köklənmişdir.  Dünya  şöhrətli  “Koroğlu” 
dastanımız  haqqında  ilk  möhtəşəm  monoqrafik  araşdırmanı 
aparmışdır.  Bu  tədqiqat  onun  namizədlik  işi  olmuşdur.  Prof. 
P.Əfəndiyev  yazılarında  M.Rəfilinin  aspirantı  olmasını  qeyd 
edəndə  xüsusi  ilə  vurğulayır  ki,  “bundan  da  xoşbəxt  nə  ola 
bilərdi”.  Əlbəttə  bu  xoşbəxliyə,  uğura  M.Rəfilinin  xeyir-duası 
ilə bir xoşbəxlik də əlavə olunmuşdu. Bu da “Koroğlu” dastanı-
nın  ilk  tədqiqatçısı  olmaq  adina  sahib  çıxmaq  idi.  “Koroğlu” 
dastanı ilə bağlı araşdırma aparmaq istəyənlərin yolu indi Paşa 
müəllimin  tədqiqatından  keçir.  Çünki  dastanın  sistemli  tədqi-
qinə qapını ilk dəfə o açmışdır. Düzdür, “Koroğlu” dastanı ilə 
bağlı  müxtəlif  vaxtlarda  məqalə  səviyyəsində  söz  deyilmişdir. 
Ancaq  onun  sistemli  araşdırılması,  təkrar  edirik,  Paşa  Əfəndi-
yevin adı ilə bağlıdır. Son dövrlər, daha doğrusu, Azərbaycanın 
müstəqilliyindən  sonra  olan  yanlışlıqlara,  tendensiyalı  yanaş-
malara  böyük  folklorşünasın  araşdırmaları  bir  cavabdır. 
“Koroğlu”  dastanı  ali  məktəblərin  auditoriyasına  da  ilk  dəfə 
Paşa müəllim tərəfindən gətirilmişdir.  
Onun  heç  kəslə  müqayisə  olunmayacaq  digər  uğuru 
Azərbaycan  xalqının  milli  ruhunun  iftixarı  olan  M.Mahmud-
bəyov,  T.Bayraməlibəyov,  E.Sultanov,  H.Zeynallı,  S.Mümtaz, 
V.Xuluflu,  Ə.Abid,  Y.V.Çəmənzəminli,  H.Əlizadə  kimi  gör-
kəmli  şəxsiyyətlərin  (onların  mühüm  bir  hissəsi  repressiya 
qurbanlarıdır)  folklorşünaslıq  fəaliyyətini  araşdırmasıdır.  Çağ-
daş Azərbaycan folklorşünaslığının sistemli araşdırmalara yolu 


 

məhz  Paşa  Əfəndiyevin  yazdıqlarından  keçir.  XIX  əsr  Azər-
baycan  folklorşünaslığı,  eləcə  də  XX  əsrin  əvvəlləri  ilə  bağlı 
mənbələrin  izlənməsi,  aşkarlanıb  üzə  çıxarılması,  onların 
haqqında əsaslı araşdırmaların aparılması və ali məktəb audito-
riyalarına  gətirilməsi  də  Paşa  müəllimin  adı  ilə  bağlıdır.  Uni-
versitet  auditoriyalarına  qədəm  qoyan  hər  hansı  tələbə  ilk 
olaraq Paşa müəllimin  möhtəşəm dərsliyi  ilə qarşılaşır. Ondan 
Azərbaycan  xalqının  zəngin  şifahi  ədəbiyyatını,  mərasim 
folklorunu,  folklorşünaslıq  tarixini,  xalq  şeiri  janrlarını,  aşıq 
yaradıcılığını, əfsanə, rəvayət, nağıl, atalar sözü, məsəl,  lətifə, 
dastan və s. örnəklərini öyrənir. Zəngin mədəniyyətini sinəsinə 
yığmaqla böyük ədəbiyyatın,  müqəddəs  müəllim  sənətinin  yo-
luna  çıxır  və  azərbaycanlı  balalarına  bilgilərini  buradan,  Paşa 
müəllimin yazdıqlarından çıxış etməklə mənimsədir. Son dövr-
lərdə  alternativ  dərslik  məsələləri  bir  xətt  kimi  ədəbi-mədəni 
arenada özünə geniş yer tapsa da, nəticə etibarilə böyük uğur-
suzluqla  üz-üzə  qaldı.  Bu,  P.Əfəndiyevin  “Azərbaycan  şifahi 
xalq  ədəbiyyatı”  dərsliyində  də  özünü  göstərdi.  Ancaq  “Azər-
baycan  şifahi  xalq  ədəbiyyatı”  adı  ilə  yazılan  bütün  dərsliklər 
ortaya çıxdığı vaxtdan elə də çox zaman ötməsinə baxmayaraq 
ciddi uğursuzluqlarla qarşılaşdı. Azərbaycan auditoriyası onları 
birmənalı olaraq qəbul etmədi və özləri tarixin təbii yaddaşına 
kömüldü. Çünki Paşa müəllim bu dərsliyi qanı, canı ilə suvar-
mışdı,  onu  ruhu  ilə  süsləmişdi,  könlünü  ona  vermişdi.  Xalqa 
sönsuz məhəbbətin, vurğunluğun ifadəsi kimi yaranmışdı. 
Onun  xalq  ədəbiyyatının  toplanması,  nəşri  və  tədqiqi 
sahəsində  apardığı  işləri  fəaliyyəti  insanlıq,  vətəndaşlıq,  ziya-
lılıq  nümunəsidir.  Əvəzsis  folklor  cəfakeşi,  xalqın  zəngin  mə-
nəvi mədəniyyətini bütün varlığı ilə ruhunda, yaddaşında yaşa-
dan  professor  Paşa  Əfəndiyevin  haqqında  müxtəlif  vaxtlarda 
fikirlərimi  bölüşmüşəm,  düşüncələrimi  yazıya  gətirmişəm  və 
bu  gün  də  gətirməkdəyəm.  Hər  dəfə  də  nəyisə  deyə  bilmədi-
yimi  düşünmüşəm.  Çünki  bu  zənginlikdə  olanları  axıra  qədər 
açmaq  özü  müşküldü  və  gərək  cild-cild  kitablar  səviyyəsində 


Yüklə 41,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə