Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə15/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   ...   11   12   13   14   15   16   17   18   ...   93

 
46 
qayalardan, büllur çeşmələrdən fantan vuran bulaqları, onların 
saflığını  və  təmizliyini  xatırladır.  A.Xodzko  əlavə  edir  ki, 
“Şərq  poeziyası  bununla  fəxr  edə  bilər”.      Göründüyü  kimi, 
burada  mədəniyyətin  digər  xəttinin,  xalq  poeziyasının 
inkişafının  daha  mütəşəkkil  və  daha  sistematik  xarakterliliyi, 
etnosun  mifdən,  ibtidai  düşüncəyə  və  oradan  da  orta  əsrlərə 
axıb  gələn  qaynağının  Vidadi  və  Vaqifdə  yeni  mərhələ  ilə 
səciyyələnməsi  və  yazılı  sferada  intibah  formalaşdırdığı  dərk 
olunur.  Artıq  orta  əsrlərin  klassik  üslubu,  əruz  öz  bətnində 
geriləmə keçirir və M.Füzuli ilə böyük zirvə fəth edən klassik 
ədəbiyyat  enişini  yaşayırdı.  Əlbəttə  Məsihini,  Fədaini,  Saib 
Təbrizini,  Qövsi  Təbrizini  bu  mülahizələrlə  ittiham  etmək 
məqsədindən  çox  uzağıq.  Ancaq  bütünlükdə  ədəbiyyatın 
inkişafı anlamında nəzəri təhlillər  bunu deməyə şərait yaradır. 
Artıq XVII  əsrdə ədəbiyyatın məzmun və forma axarında milli 
ənənəyə sistemli dönüşü başlayır və XVIII əsrdə onun mərhələ 
kimi  qiymətləndiriləcək  mexanizmi  müəyyənləşir.    “Kitabi-
Dədə  Qorqud”dan  gələn  qeyri-adiliyin  yeni  mərhələdə    bütöv 
bir  sistemi  “Koroğlu”,  “Əsli  və  Kərəm”,  “Aşıq  Qərib”  kimi 
möhtəşəm  abidələrlə  ortaya  çıxır.  “Sovremennik”  jurnalı 
(1856)  bunun  nəticəsi    olaraq  vurğulayırdı  ki,  Koroğlu 
azərbaycanlıların milli qəhrəmanı, milli şairidir. Dilçi alimimiz 
Ə.  Tanrıverdi    “Koroğlu  dastanı  ilə  bağlı  təhlillərində    yazır: 
“Heç  şübhəsiz  ki,  “Koroğlu”dakı  şeirləri    Abbas  Tufarqanlı, 
Xəstə  Qasım  kimi  aşıqların,  eləcə  də  Vidadi,  Vaqif  kimi 
şairlərin  əsərləri  ilə  müqayisə  edərək  tutarlı  arqumentlər 
gətirmək  mümkündür,  Məsələn,  qeyd  oluna  bilər  ki, 
“Koroğlu”dakı  “əzəldən  biləydim  sənin  halını”  misrası  ilə 
Vidadinin  “sənin  ki,  halını  biləm  əzəldən”  misrası  forma  və 
semantika  baxımından,  əsasən  eyni  xətdə  birləşir.  Amma, 


 
47 
yuxarıda  qeyd  etdiyimiz  kimi,  “Koroğlu”  dastanındakı  şeirlər  
daha  çox  Qurbaninin  poeziyası  ilə  səsləşir”  (88,  116).  Yeri 
gəlmişkən  bir  reallığı  vurğulayaq  ki,  ədəbiyyatın  Nizami, 
Füzuli  poeziyasındakı,  eləcə  də  intibahındakı  xalqa  yaxınlıqla 
Vaqif  poeziyasında  ciddi  mahiyyət  fərqləri  müşahidə  olunur. 
Özlüyündə bunlar başqa-başqa, həm də ciddi fərqlərə yol açan 
pronblemlərdir.  Hər  üç  sənətkar  bədii  düşüncədə  zirvədir  və 
bütün  zamanlar  üçün  əlçatmazlıq  nümunəsidir.  Zamanlarında 
sözün  və  düşüncənin  kəhkəşanına  qalxıblar.  Ancaq  bunların 
xalqa yaxınlığında lazımı qədər fərqliliklər vardır. Bu məsələdə 
Vaqifin  xalqa  yaxınlığı  daha  aydın  və  parlaq,  xalqın  ola 
biləndir.  N.Gəncəvi  və  M.Füzuli  poeziyası  isə  bu  məsələdə 
ciddi  şəkildə  fərqlilikləri  ilə  səciyyələnir.  Şübhəsiz  ki,  orta 
əsrlərin  böyük  və  əsaslı  çevrəsi  bu  nümunələrin  dərkinin  və 
onun  içini  ifadəsinin  nümunələrini  axtarmış  və  özününkü 
səviyyəsində  elə  də  qəbul  edə  bilməmişlər.  Məsələ  burasın-
dadır.  M.V.Vidadi,  M.P.Vaqif  isə  bütün  müstəvilərdə  xalqın 
olandı  və  etnos  mədəniyyətini  xalqdan    saraylara  doğru 
istiqamətləndirmiş və mühiti milli düşüncənin qanadları altında 
düşünməyə  yönləndirmişdir.  XVIII  əsr  Qarabağ  ədəbi 
mühitində gedən proses, eləcə də XIX əsrin ədəbi mühiti bunun 
klassik nümunəsidir. Dilçi alimimiz Ə.Tanrıverdi də çox doğru 
olaraq  “Koroğlu”  dastanı  ətrafında  təhlillərində  aşıq 
yaradıcılığına, ustad sənətkarlarımızdan Qurbani, Abbas Tufar-
qanlı,  Xəstə  Qasım,  Sarı  Aşıq  yaradıcılığından  nümunələrə 
istinad etməklə ənənənin qaynaqlarını və yaşarlığını, milli ruha 
hesablandığını,  etnos  mədəniyyətinin  möhtəşəmliyini  aydın-
laşdırır və son olaraq M.V.Vidadi və M.P.Vaqif yaradıcılığına 
gəlir.  Rellıq  belədir  və  bu  xəttin  daha  təfərrüatlı  təhlilini 
Vaqifin  aşıq  yaradıcılığı  ilə  bağlantılarının  mahiyyətini  təhlil 


 
48 
edəndə daha ətraflı danışacağıq.  
Deyəcəyimiz əsas məsələ millilik  müstəvisində nə varsa 
bütün olanlar etnik yaddaşa məxsusdur. Ona sahiblik missiyası 
da  orta  əsrlərin  amansızlıqlarında  elə  xalqla  bağlı  olmuşdur.  
Məsələnin  mahiyyətinə  varmazdan  öncə  bir  məsələni  də 
vurğulayaq ki, “bizim qənaətimizcə, yalnız forma kafi deyil və 
formanın  böyük  əhəmiyyətinə  baxmayaraq  o,  zəruri  də 
deyildir.    Hər  bir  əsəri  milliləşdirən    onun  məzmun  və  daxili 
varlığının milli olmasıdır. Bu iki amil arasında ahəng olmadığı 
təqdirdə,  bizə  görə  əsəri  milliləşdirən  amil  formadan  çox 
məzmun və özlüyü, başqa ifadə ilə desək, dildən çox məna və 
məzmundur.  Yabançı,  özgə  dildə  yazılmış  bir  əsər  daşıdığı 
məna  və  ruha  görə    müəyyən  şərtlər  içində    milli  ola  bilər. 
Əsrimizin  ədəbi  hadisələri  arasında  bu  müddəanın  misallarını 
istədiyimiz  qədər    tapa  bilərik”  (81,  26).  Problem  Nizami 
yaradıcılığı  və  onun  ədəbi  düşüncəsində  millilik  məsələsinin 
aydınlaşmasına  hesablanmışdır.  M.Ə.Rəsulzadə  daha  sonra 
sözünə  əlavə  edərək  yazır:  “Bu  şəkildə  düşünərkən    formanın 
əhəmiyyətini  azaltmaq    niyyətində  deyilik.  Dilin  çox  zaman  
millilik  nöqteyi-nəzərindən    məzmun  üzərində  üstünlüyü 
olduğunu  bilirik.  Ancaq  “sənət  sənət  üçün”  deyil  “qayə 
üçündür”  düşünən  və  deyənlərin    sırasında  olduğumuz  üçün 
ədəbi bir əsərin milliliyini təyin edərkən formadan, yəni dildən 
çox  onun  məğzinə,  özəyinə,  yəni  məzmun  və  mənəviyyatına 
üstünlük veririk. Nizaminin dövründə formanın bizim zamanda 
olduğu  qədər  milli  bir  əhəmiyyəti  yox  idi”  (81,  26).  Biz  də 
millilik  baxımından  bütün  məsələlərə  kompleks  yanaşmanın 
tərəfdarıyıq,  ancaq  N.Gəncəvi  yaradıcılığı  kontekstində 
yanaşanda dövr və mühit anlamında əlavə məsələlərə də diqqət 
yetirməyin  gərəyi  yaranır.  Əlbəttə  millilik  baxımından  dil  və 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə