Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə17/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   ...   13   14   15   16   17   18   19   20   ...   93

 
52 
min illər boyu içərisində əzizlədiyi, ruh hadisəsi kimi qoruyub 
saxladığı  xalq  ədəbiyyatı 
yaranan
  boşluğu  doldurmaq  üçün 
aparıcılıq missiyasını öz üzərinə götürdü. “Koroğlu”, “Əsli və 
Kərəm”, “Abbas və Gülgəz”, “Aşıq Qərib” və s. kimi şedevrlər 
məhz bu mərhələdə yarandı.  
XVIII  əsr  Azərbaycan  poeziyasının  möhtəşəmliyinin  və 
mərhələ funksiyası oynamağının əsasında qaynaq olaraq XVI-
XVII əsrlərdən başlayan yeni düşüncə texnologiyaları dayanır. 
Əlbəttə bu lay ədəbiyyatın və mədəniyyətin keçib gəldiyi yolda 
daha  qədim  və  daha  doğma,  etnos  təsəvvürlərinə  yaxın, 
etnosun özünün olan idi.  Orta əsrlərin qarışıqlıqlarından xalqla 
birlikdə süzülüb gələn, onun könül rübabını səsləndirən, bütün 
dərdlərinə həmdəm olan bu ruh heç zaman öləziməmiş, əksinə 
öz  axarında  kütlə  ilə  addımlamışdı.  Siyasi  izdivacların 
burulğanında,  əhalinin  ağır  güzaranında,  qopuzda,  sazda, 
nəğmədə,  bayatıda,  nağılda,  dastanda,  rəvayətdə,  mərasim-
lərində  boy  göstərmiş  və  milli  mədəniyyət  faktına  çevrilərək 
yaşarılıq qazanmışdı. Son olaraq XVIII əsr intibahını formalaş-
dırmışdı.  Azərbaycan  ədəbiyyatı  tarixində  M.P.Vaqifin  adı  ilə 
bağlanacaq  bir  mərhələni,  Vaqif  mərhələsini  bir  reallıq  kimi 
klassik ədəbiyyata, bütünlükdə Şərq ədəbiyyatına diktə etmişdi. 
Məlum  olduğu  kimi,  “XVII-XVIII  əsrlər  Azərbaycan  intibahı 
Qafqaz  xalqlarının  mədəniyyətinin  inkişafına  təsir  göstərir; 
ədəbiyyatda,  incəsənətin  müxtəlif  sahələrində  -  təsviri-
dekorativ  sənətdə,  musiqidə  demokratik  yüksəliş  qonşu 
xalqların  mədəniyyətinin  demokratik  əsaslar  üzərində  yenidən 
qurulmasına  təkan  verir.  XVI,  xüsusən,  XVII-XVIII  əsrlərdə 
Azərbaycan  türkcəsi  intibah  mədəniyyətinin  ifadəsi  kimi 
Qafqazda ədəbi-bədii təfəkkürün əsas ifadə forması olur.  


 
53 
Ümumiyyətlə,  Azərbaycan  intibahı  mürəkkəb  tarixi 
şəraitdə  təşəkkül  tapır,  -  mürəkkəblik  intibah  mədəniyyətinin 
daha  çox    faktlaşdığı  XVIII  əsrdə  qalır...  XVIII  əsrin 
əvvəllərində  baş  verən  ictimai-siyasi  hadisələr  Azərbaycan 
xalqını  məcbur  edirdi  ki,  öz  taleyi  barəsində  düşünsün; 
V.N.Leviatovun  göstərdiyi kimi, bir tərəfdən İran, bir tərəfdən 
də  Rusiya  ölkənin  istilası  üçün  çalışırdılar,  işğalçılara  qarşı 
mübarizə isə xalqın mənəvi birliyini gücləndirirdi. Nadir şahın 
dövründə    şəhər  təsərrüfatı  dağılırdı,  ticarət  gücsüzləşir, 
sənətkarlığın inkişafı ləng gedirdi. XVII əsrin sonu XVIII əsrin 
əvvəllərindən  başlayaraq    feodal  cəmiyyəti  dağılırdı.  
Şəhərlərin süqutu kəndin ictimai-siyasi, eləcə də mədəni rolunu 
artırırdı,  kənd  milli  mədəniyyətin  təmsilçisi  kimi  çıxış  edirdi; 
bu da imkan verirdi ki, ümumşərq – müsəlman mədəniyyətinin 
yerini xalqın daxili ehtiyacını  ödəyən (və onun üçün anlaşıqlı 
olan)  mədəniyyət  tutsun”  (24,  125).  Bir  qədər  ağır,  həm  də 
məsuliyyətli  olsa  da  ümumşərq,  müsəlman  mədəniyyətində 
klassik poeziya ənənəsi nə qədər möhtəşəmlik dövrü yaşasa da, 
böyük  uğurlara  imza  atsa  da  bütün  müstəvilərdə  xalqın  daxili 
ehtiyacı  ilə  axıra  qədər  üst-üstə  düşmürdü.  Əlbəttə  biz  Şərq 
mədəniyyəti,  böyük  islam  ədəbiyyatı  anlamında  düşüncəyə 
hansısa oponentlik mövqeyində və yaxud da iddiasında deyilik 
və  həm  də  mövcud  düşüncələrə  sadəcə  olaraq  sədaqət 
göstərmək,  baş  əymək  məqamında  da  deyilik.  Ədəbi-mədəni 
mühitin  inkişaf  tendensiyasını,  ictimai-siyasi  proseslərin 
gedişini  və  onların  düşüncəsində  olan  (qayğısı  ilə  əhatələnən) 
mədəniyyətin  spesifikasını  və  mahiyyətində  olanların 
durğunluq,  inkişaf  və  tənəzzül  keçirmə  halının  fərqindəyik. 
Siyasi  hakimiyyətdə  olan  böhran,  siyasi  ziddiyyətlərin 
əndazədən  çıxması,  ara  müharibələri,  çəkişmələr  feodal 


 
54 
cəmiyyətinin  tənəzzülünü,  şəhər  mədəniyyətinin  eniş  dövrü 
yaşamasını  qaçılmaz  edirdi.  Səfəvilər  xanədanının  son 
dövrlərinin,  eləcə  də  Nadir  şahın  siyasi  və  mədəni  sisteminin 
çatları    olanları  zamanın  özündə  yükə  çevirmişdi.  Yeni  bir 
axını,  milli  olanın  oyanışını  daha  üstün  mövqeyə  çıxarırdı  ki, 
bu da yaddaşda olanların, etnos arxetiplərinin hərəkatı idi.  
Ədəbi-mədəni  prosesin  gedişi  bütün  müstəvilərdə  Oğuz 
mənqəbələrində  boy  göstərən  milli  yaddaşı  əvəzləyə 
bilməmişdi  və bunu etmək gücündə də deyildi.  Düzdür, islam 
mədəniyyəti  özü  intibah  hadisəsi  olaraq  türk  düşüncəsinə  - 
istimai,  siyasi,  mədəni  arenasına  daxil  olmuşdu  və  böyük 
dəyişikliklərin  gedişinə  imkan  yaratmışdı.  Ancaq  bütünlükdə 
tarixi  düşüncədə,  əksi  yaddaşda  olanları  sıradan  çıxara 
bilməmişdi. Mərkəzdən, şəhər mədəniyyətindən, qaynar siyasi 
mühitdən  uzaq    kəndlərdə  ucqar  türk  obalarında  əski 
mədəniyyət öz çalarları, ritm və ahəngi ilə yaşayırdı. Müxtəlif 
islami  dəyərlərin  içərisinə  qarışma,  özününküləşdirmə, 
olanların yeni formalarda təkrarlanması, əlavələrin olması kimi 
hallar  da  vardı.  Ancaq  etnosun  arxaik  yaddaşı,  genetik 
mədəniyyət  strukturu  öz  arxitektonikasını,  münəccirliyini 
saxlayır  və  müxtəlif  formalarda  təzahür  edirdi.  Ə.Abid  bu 
kontekstdə  Oğuz  mənqəbələrinin  yaşarlığını  xüsusi  olaraq 
vurğulayır:  “Oğuz  mənqəbələrinin  ədəbiyyatımızdan  qalxması 
islamiyyətin  başlanğıcında  olmamışdır.  Bunlar  müsəlmanlığın 
intişarından  sonra  da  çox  zamanlar  qüvvətlə  yaşamışdır. 
Azərbaycan və Qafqaz türkləri içində on səkkizinci əsrə qədər 
davam  etdiyini  bizə  bir  çox  vəsiqə  göstəriyor.  Əski 
azərbaycanlı  müəlliflərindən  Əbdülhəq  ibn  Süleyman 
oğuznamə 
mənqəbələrinin 
monqolların 
məmləkətimizi 
istilasına  qədər  yaşadığını  qeyd  ediyor”  (1,  84).        Yeri 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə