Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə13/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   ...   9   10   11   12   13   14   15   16   ...   93

 
39 
yaxın olan Yusif bəyin, Şəmsinin, Pəri Peykərin, Süsən bəyin, 
Şahqulu  bəyin  yaradıcılığına  diqqət  yetirməliyik.  Onlar  XVII 
və  XVIII  əsr  bədii  düşüncəsinin,  milli  yaddaş  modelinin 
bərqərar olunması və intibah hadisəsinə çevrilməsi üçün zəmin 
yaratmışlar. 
 
Çərxi fələk urulub dönərsə, 
Bəli demişəm, dönməzəm yarimdən. 
Mən etməklə İsa Gögdən enərsə, 
Bəli demişəm, dönməzəm yarimdən. (83, 372) 
 
İ.Hikmət  bu  nümunə  üzərində  təhlil  apararkən  xüsusi 
olaraq  bir  məsələni  vurğulayır:  “Hiss  və  həyəcanının 
səmimiyyəti,  dil  və  ifadəsinin  səfvət  və  sadəligi  bu  kiçik 
mənzuməsindən  çıxarılan  Şəmsi  ayrıca  və  surəti-şəxsiyyədə 
tədqiqi icab edən  bir şəxsiyyətdir” (83, 372). M.P.Vaqif məhz 
bu  tədrici  prosesdə  ədəbiyyatda  öünə  yer  alan  türk  şeir 
ənənəsinin,  milli  düşüncə  bərpasının  faktı  kimi  ortaya 
çıxmışdır.  Bir  növ  bədii  məkanda  üçüncü  oyanış,  intibah 
hadisəsinin  memarı  olmuşdur.  “Kitabi-Dədə  Qorqud”, 
“Koroğlu”, “Tahir-Zöhrə”, “Qurbani”, “Şah İsmayıl”, “Əsli və 
Kərəm”,  “Abbas və Gülgəz” və s. kimi milli modelin üzərində 
dayanmışdır. N.Cəfərov  bu proseslərin siyasi, ictimai, mədəni 
mənzərəsini  izləyərək  maraqlı  qənaətlərlə  mahiyyətə  diqqət 
yetirir:  “XVI  əsrin  sonu,  XVII  əsrin  əvvəllərindən  etibarən 
milli dövlətini (bu dövlət yeri gələndə xalqı amansızcasına əzsə 
də) itirən xalq milli mədəniyyətini itirmək təhlükəsini hiss edir, 
ona  görə  də  şedevrlər  yaratmaqla  onu  qoruyur.  “Koroğlu”, 
“Əsli  və  Kərəm”,  “Aşıq  Qərib”,  Abbas  Tufarqanlı,  Sarı  Aşıq, 
Molla  Nəsrəddin  lətifələri...  O  ki  qaldı  S.Təbrizi,  Q.Təbrizi, 


 
40 
Məsihi kimi klassik üslub tərəfdarlarına, əslində, onlar intibah 
ədəbiyyatı  qarşısında  hər  halda  gücsüz  görünürlər.  XVI  əsrin 
sonlarından  etibarən    tarixi-ictimai  fikir  daha  ardıcıl  şəkildə 
milli  problemlər  üzərində  düşünür;  məsələn,  I  Şah  Abbasın 
saray  tarixçisi  İsgəndər  bəy  Münşinin  “Tarixi-aləmarayi- 
Abbasi”  kitabında  “yerli  tarix”ə  xüsusi  diqqət  yetirilir”  (24, 
125).  Əlbəttə  yuxarıda  sadalanan  adlar  (“Koroğlu”dan  Molla 
Nəsrəddin  lətifələrinə  qədər)  Azərbaycan,  geniş  mənada  türk 
bədii  düşüncəsinin  şedevrləridir  və  milli  düşüncənin 
qorunuşuna  və  oyanışına  hesablanmışdır.  Yeni  yolun 
başlanğıcının,  milli  nitq  etigetlərinin,  nitq  janrlarının,  xalq 
düşüncəsində  olanların,  ilkin  təsəvvürlərdən,  mif  dərkindən 
olanların  oyanışı  və  hərəkətliliyi  orta  əsrlərin  yüz  illər  boyu 
hakim  olan  mədəniyyətinə  öz  əlavələrini,  yeni  başlanğıcın 
(əslində bu yeni də deyildir və bir qədər diqqət yetirsək islamın 
gəlişində  arxa  plana  keçirilənlərdi),  tarixi  mövcud  olanın 
oyanışı  idi.  Milli  mədəniyyətin  qoruyuculuq  missiyası  bütün 
zamanlarda  vəziyyətindən,  tendensiyaların,  siyasi  ideolojilərin 
dəyişməsindən  asılı  olmayaraq  xalqın  üzərinə  düşür.  Onun 
aparıcı  xəttə  yönləndirilməsi  isə  yüz  illəri,  bəzən  isə  daha  
böyük  zamanları  əhatələyir.  Ona  görə  də  bir  xalqda  iki 
mədəniyyətin  eyni  funksionallığı,  eyni  müstəvidə  qəbulu  və 
aparıcı  mövqedə  dayanışı  bir  konsepsiya  kimi  mümkünsüzdü. 
Biz  ərəbdilli  poeziyanı,  muğam  mədəniyyətini  özümüzünkü 
olmaqla  böyük  mədəniyyətin,  yaratdığımız  şedevrlərin  bir 
istiqaməti  kimi  qəbul  edirik.  Özümüzünküləşdirməklə  orta 
əsrlərin dərinliklərindən  daşıyıb  günümüzə  gətiririk  və ona öz 
əlavələrimizi edirik. Nizami dühası, Füzuli möhtəşəmliyi məhz 
buradan  pərvazlanıb  və  əlavələrlə,  böyük  istedad  faktları  ilə 
ona  rəng,  çalar  qatıb,  imkanlarını  daha  da  genişləndiribdir. 


 
41 
Azərbaycan  ədəbiyyatında  ərəb  və  farsdilil  mərhələ 
təsəvvürünü ortaya qoyubdur. Ancaq bu ikili xətlə yanaşı, XIII 
əsrdən  başlayaraq  anadilli  ədəbiyyatın  inkişafı  konsepsiyası 
ortaya  qoyuldu.  Sırf  zərurət  və  gözlənilən  kimi  ortaya  çıxan 
İ.Həsənoğlu  yaradıcılığı,  “Dastani-Əhməd  Harami”,  İsanın 
«Mehri  və  Vəfa»sı,    Suli  Fəqihin  «Yusif  və  Züleyxa»sı,  Qul 
Əlinin  “Qisseyi-Yusif”i  əruzun  janr  prinsipləri,  poetik  sistemi 
üzərində  nizamlansa  da,  burada  dil  məsələsi,  oyanışın  bərpa 
olunması,  pozulmuş  nizamın  qayıdışı  kimi  ciddi  məsələlər 
vardır.  “Dastani-Əhməd  Harami”nin  bütün  məzmun  formulası 
məhs milli təhkiyənin mexanizmləri, “Kitabi-Dədə Qorqud”un 
zəngin  fakturası  əsasında  nizamlanmışdır.  Biz  tez-tez  intibah 
terminini  vurğulayırıq  və  onun  nümunəsi  olaraq  N.Gəncəvini, 
M.Füzuluni,  M.P.Vaqifi  qeyd  edirik.  Ancaq  Azərbaycan 
müstəvisində  milli  intibahın  canlanması  və  başlanğıc  prosesi 
bütün  parametrləri  ilə  XIII  əsrə  dayanır.  Milli  mədəniyyətin, 
etnosun  milli  ədəbiyyat  təsəvvürünün  oyanış  və  hərəkətlilik 
dövrü  kimi  bu  əsr  boy  göstərir.  Düzdür,  bu  əsrdə  prosesin 
gedişi və təkamül tendensiyası elə də qabarıqlığı, zənginliyi ilə 
aparıcı  mövqeyə  çıxa  bilmədi,  ancaq  gediş  üçün  əsas  oldu. 
M.V.Vidadi  və  M.P.Vaqifə  gələn  yolun  sistemini  və  zərurət 
kimi aparıcılığını müəyyənləşdirdi.  
Bu dastanı bu gün bünyad edəlim
Haqqın qüdrətlərin biz yad edəlim. (34,19) 
və yaxud da:  
İkinci məclisə avaz edəlim
Yenə Əhməd Həramiyə gedəlim. (34, 36). 
 


 
42 
Bu  ənənə  artıq  XIII  əsrdə  bir  xətt  olaraq  klassik 
ədəbiyyatın  düşüncə  formalarının  gərəkli  istiqamət  olaraq 
dastançılıqdan,  epos  təfəkküründən  qaynaqlandığını  göstərən 
faktdır.  Anadilli  ədəbiyyatın  yaranması,  yazılı  ədəbiyyatda 
pozulmuş  haqqın  bərpası  idi.  Burada  eyni  zamanda  bütün 
formullar  onu  da  əlavə  edək  ki,  mahiyyətin  müəyyənliyi 
xəttində  təkcə  dil  faktı  kimi  böyük  dəyərlə  xarakterizə 
olunmur. Digər tərəf həmin dil faktından gələn və onunla birgə 
addımlayan  bədiilik  elementlərinin  çoxluğudur.  Əlbəttə  milli 
mədəniyyətin  qorunuşunun  əsas  dayağı  və  yaşadıcısı  xalq  və 
xalq təfəkkürünün müəyyənləşdirdiyi sənət sistemi idi. Klassik 
ənənədən  gələnlər,  ərəb  və  farsdilli  ədəbiyyatın  prinsiplərinə 
dayananlar  milli  ədəbiyyat  üçün  əsaslı  qaynağa  çevrilə  bil-
məzdi.  Məhz  M.F.Axundovun,  H.Zərdabinin,  F.Köçərlinin, 
S.Mümtazın,  İ.Hikmətin,  Ə.Abidin,  S.Hüseynin  və  bu  sıradan 
digərlərinin milli ədəbiyyat məsələsi bu konsepsiyadan qayna-
ğını  almaqla  Vaqif  mərhələsini  ortaya  qoymuşdur.  Əslində 
həqiqət  belədir.  Düzdür,  sonrakı  ədəbi-nəzəri  fikir,  eləcə  də 
çağdaş ədəbiyyatşünaslıq bu məsələdə daha geniş yanaşmaları 
ciddiyyətə  gətirir.  Bütün  olanları  Azərbaycan  ədəbiyyatı 
tarixinin faktı kimi qiymətləndirmək, şərh etmək yolunu tutur. 
Lakin  əsrin  əvvəllərindəki,  eləcə  də  XIX  əsrin  son  rübündəki  
yanaşmalar  milli  mədəniyyət  faktorunda  M.V.Vidadi, 
M.P.Vaqif  intibahını  bütün  baxış  bucaqlarından  keçirməklə 
fakt kimi meydana atmışlar. S.Vurğun vurğulayırdı ki, 
 
Sən ana torpağı qarış-qarış gəz, 
Hər daşın altında bir gövhər axtar. 
Eşqinə, qəlbinə yad ola bilməz
Vətən sevgisilə yanan sənətkar. 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə