Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə11/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   ...   7   8   9   10   11   12   13   14   ...   93

 
33 
əsrlərin  müəmmalarla  dolu  cəngəlliklərindən  bu  yana  XVIII 
əsrin  ikinci  yarısında  olan  qədər  fəlakətləri  Azərbaycan 
yaşamamışdı.  Səfəvilərin  hakimiyyətinin  başa  çatması,  Nadir 
şahın  gəlişi  və  1747-ci  ildə  öldürülməsi  Azərbaycan  xalqının 
sonrakı  dövr  itkilərinin  başlanğıcı  olmuşdur.  Xanlıqlar  dövrü 
ziddiyyətlərin,  problemlərin  ən  ağrılı  mərhələsidir.  Mənəm-
mənəmlik  iddiası,  xanların  özündən  müştəbehliyi,  ciddi  siyasi 
problemlər  nifaqın  daha  da  dərinləşməsinə  səbəb  olmuşdu. 
Əlbəttə  bunların  hər  birisinin  içərisində  vahid  Azərbaycan 
dövlətinin yaradılması vardı. Ancaq onu reallaşdıracaq, uğurlu 
nəticəni  ortaya  qoyacaq  düşüncə  yox  idi.  Ona  görə  də  yaxın 
tarixi  nəzərdən  keçirəndə  problemlərin  daha  çox  dolaşdığı 
zaman  orada  özünü  göstərir.  Qarabağ  xanlığı,  İrəvan  xanlığı, 
Naxçıvan  xanlığı,  Şəki  xanlığı,  Gəncə  xanlığı,  Lənkəran 
xanlığı, Qaradağ-Təbriz xanlığı, Urmiya xanlığı və s. məhz bu 
iddiaların  qurbanı  olaraq  müasir  Azərbaycanın  problemlərinin 
kökündə  dayanırlar.  Bugünkü  mövcud  fikir  ayrılıqları, 
Rusiyanın  işğalının  mahiyyəti  və  etiraz  motivləri  bir 
istiqamətdə  buna  bağlanır  və  M.P.Vaqifə  münasibətin  çatları 
da  buradan  qaynaqlanır.    Xalq  şairimiz  H.Arif    “dərk  edin 
şairin  böyüklüyünü,  bir  xalqa  atadır,  anadır  şair”    deyirdi. 
M.P.Vaqif  də  bir  siyasi  xadim,  şair  kimi  həmin  funksiyanı 
yerinə  yetirirdi.  Qarabağ  xanlığının  artan  nüfuzunda, 
münasibətlərin,  uğurların  əldə  olunmasında  M.P.Vaqif 
şəxsiyyətinin  mühüm  rolu  vardır.  Ona  görə  də  bütün 
gərginliklər,  ziddiyyətlərin  ağırlığı  onun  üzərində  cəmləşirdi. 
Bütün  bunlar  bir  problem  olaraq  bu  və  ya  digər  səviyyələrdə 
təzkirələrdə,  tədqiqatlarda  özünün  ifadəsini  tapmışdır.  Biz  də 
XVIII  əsr  Qarabağ  ədəbi  mühitində  buna  təfərrüatlı 
yanaşacağımız  üçün  epizodik  münasibətlə  kifayətlənirik. 


 
34 
Olanları  M.P.Vaqifin  şəxsiyyəti  və  yaradıcı  istedadı 
müstəvisində ümumiləşdirməyə üstünlük veririk.  
S.Vurğun  “Şairin  ölümü”  əsərində  xüsusi  olaraq 
vurğuladığı  və  mahiyyəti  bəlkə  də  sona  qədər  verdiyi  bir 
məqam var. Orada deyilir: 
 
Könlünü bəsləmiş sazlar elində
Deyir mahnısını ana dilində
Səsinə səs verir dağda çobanlar. (92, 113) 
 
Bu misralar sırf reallığa, Vaqif şeirinin mahiyyətini dərkə 
və  açmağa,  daha  doğrusu  ifadəyə  istiqamətlənmişdir.  Biz 
S.Vurğun  yaradıcılığında  M.P.Vaqifə  əvəzsisz  sevginin,  vu-
rğunluğun  şahidi  oluruq.  Bu  vurğunluğun  mahiyyətində  isə 
xalqdan  gələnlər,  ruhun  müqəddəsliyinin  qorunuşü  və  ötürül-
məsi müşahidə olunur. Məhz şairin “Vaqif” dramı Azərbaycan 
ədəbiyyatının  ən  möhtəşəm  hadisələrindən  biri  kimi  əbədi 
yaşarlıq  qazanmışdır.  Buradakı  bütün  təsvirlər,  hadisələr, 
dövrün  ictimai,  siyasi  vəziyyətini  ifadəyə  və  Vaqif  böyük-
lüyünü  təqdimə  hesablanmışdır.  Orta  məktəbin  ilk  illərindən, 
eləcə  də  bütün  zamanlarda  düşüncəmi  məşğul  edən  və 
əlçatmazlıq  faktı  kimi  yaddaşımda  yer  alan  Vaqif  bu  gün  də 
mənim üçün əlçatmazlıq nümunəsidir.  
XIX  əsrin  görkəmli  ədəbiyyatşünası  M.F.Axundovun 
ədəbiyyatımız  timsalında  vurğuladığı  nəzəri  mülahizələr 
bütünlükdə Azərbaycan və Şərq ədəbiyyatını, onun konseptual 
sxemlərini,  zəngin  mətn  fakturasını  tipoloji  müstəvidə 
qiymətləndirmə  məqsədini  aydınlaşdırır.    “Tarixi-hicridən  bu 
zamana  qədər milləti-islam arasında bir kimsənə şeir ilə nəzmə 
fərq  verməyib,  hər  nazimin  adına  bərxilafi-həqq  şair  deyiblər. 


 
35 
Şeir  əlahiddə  bir  bəxşi-ilahidir  və  maddeyi-qabiliyyəti-şair 
xudadadədir və təhsil və tərbiyət o maddənin ancaq inbicatına 
və  əşarın    artıq  zinətinə  bais  olar.  Belə  maddə  sahibləri    çox 
nadir vücuda gələrlər. Əhli-fürsdən  ancaq Firdovsi və Nizami 
və Cami və Sədi və Mollayi-Rumi və Hafiz şairdirlər. Bunların 
da qüsuru budur ki,  bir  para məqamda izhari-fəzl  üçün xilafi-
təbiətü alət göftgü ediblər. Belə məqamlarda onların xəyalatına 
da  şeir  demək  caiz  deyil,  ancaq  mənzumati-məqbulə  və 
pəsəndidə  demək  olur.  Şeir  dərəcəsindən  əfsəl,  bunlardan 
məsava  sairlərinin    hərgiz  şeir  maddəsi  yoxdur.  Ancaq 
sənətkardırlar ki, əlfaz  hifz edib şüruti-nəzmə  müvafiq haman 
əlfazı rişteyi-nəzmə  düzürlər və hərgiz  nəzmlərində  bir təsir 
yoxdur; bəlkə əksərinin nəzmlərində  heç məzmuni-səhih  dəxi 
tapılmaz  və  bu  sənət    bir  belə  asan  zaddır  ki,    hər  bir 
məktəbdən çıxan kimsənələrin  əksəri fürs arasında bir az məşq 
etməklə əlfazı nəzmə düzməyə qadir olur və belə kimsələrə şair 
demək qələtdir. 
Bəhər  surət,  türk  arasında  dəxi    bu  zamana  qədər  mütə-
qəddimindən  şair olmayıbdır. Füzuli şair deyil və  xəyalatında 
əsla təsir  yoxdur; ancaq  nazimi-ustaddır. Amma  mən əyyami-
səyahətimdə  səfheyi-Qarabağda  Molla  Pənah  Vaqifin  bir  para 
xəyalatını  gördüm  ki,  zikr  etdiyim    şərt  bir  növ  ilə  onda 
göründü”.  (4,  314-315).  “Nəzm  və  nəsr  haqqında”  məqalə-
sindən  verdiyimiz  bu  nümunə  bütünlükdə  ədəbiyyat  müstəvi-
sində  ciddi    bir  mövzunu,  problem  olaraq  həmişə  diqqət 
mərkəzində  dayanacaq  təsəvvürləri  sistemləşdirir.  Onu  da 
əlavə  edək  ki,  ədəbiyyatşünaslıqda  bu  fikirlər  müxtəlif 
səviyyələrdə  təhlil  faktına  çevrilmişdir.  Məsələnin  mahiyyəti 
klassik  ədəbiyyatın,  bütünlükdə  Şərq  ədəbiyyatının  görkəmli 
nqümayəndələrinə  münasibətin  ifadəsidir.  Ə.Firdovsi,  N.Gən-


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə