Малик башга бир јердә дејир



Yüklə 1,54 Mb.
səhifə7/26
tarix16.08.2018
ölçüsü1,54 Mb.
#63623
1   2   3   4   5   6   7   8   9   10   ...   26

YEDDİNCİ FƏSİL

XƏVARİC


«[Ey müsəlmanlar!] Beləliklə , sizi orta [ədalətli seçilmiş] bir ümmət etdik ki, insanların əməllərinə [qiyamətdə] şahid olasınız, Peyğəmbər [Məhəmməd əleyhissəlam da] sizə şahid olsun»15.

Bir qədər əvvəl qeyd etdik ki, imamların yolunu davam etməklə həm ifrat, həm də təfritdən yaxa qurtara bilərik. Bunu da qeyd etdik ki, Hənəfi məzhəbi əqli dəlillər, Hənbəli məzhəbi isə bunun tam əksi, yəni qiyas üzərində qurulmuşdur. Onların arasında olan digər iki məzhəbə, yəni Maliki və Şafei məzhəbləri də tam orta mövqe tutmamışlar. Belə ki, onlardan hər biri bəzi xüsusiyyətlərdə bu məzhəblərdən birinə meyl etmişlər.

Burada başqa bir mətləbə də işarə etmək istəyirik. O da bundan ibarətdir ki, İslam dünyasında dini əsaslarda [füruidində] müxtəlif məsələlər meydana gəldiyi kimi üsulidində də bir çox firqə və məsləklər meydana gəlmişdir. İfrat və təfritə varan Mötəzilə və Əşəri adlanan firqələri, meydana gəlmiş yeni məsləklərin ən məşhuru hesab etmək olar.

MÖTƏZİLƏ VƏ ƏŞƏRİLƏR


Mötəzilə, dövrünün ən ziyalı təbəqəsi hesab olunurdu. Onlar ifrata vararaq, yeni fikirlər irəli sürürdülər. Qurani-kərimin surələrindən biri «Cin» adlandırıldığı və həmin surənin 1-ci ayəsində «[Ya Peyğəmbər!] De: Mənə vəhy olundu ki, bir dəstə cin Quranı dinləyib dedilər...» deyildiyi bir halda, onlara belə bir varlığın mövcud olmasını qətiyyətlə inkar etmişlər. Onlar tək cini deyil, dərk edə bilmədikləri hər bir şeyi inkar və təkzib etmişlər. Əşəri isə onların tam əksinə olaraq, hər bir şeyin hiss olunası məna və məfhumu olduğunu nəzərdə tuturdular. Məsələn, filankəs gəldi, dedi... və s. dedikdə, kiminsə ayağı ilə gəlməsini deyil, müəyyən fikir və əqidədə olduğunu nəzərdə tuturuq. Onlar o qədər ifrata varmışlar ki, hətta Quranda istifadə olunan bəzi məcazi ifadələrin həqiqi məna daşıdığını hesab etmişlər. Əhməd ibni Hənbəldən (Allah taxtda oturmuşdur) dedikdə, nəyin nəzərdə tutulduğunu soruşduqda deyir: «Bu bizə məlum deyildir və kiminsə bu haqda bir şey soruşmağa haqqı yoxdur. Quran da Allahın taxtda oturmağı haqda xəbər vermir. Lakin taxtın nədən ibarət olduğu və Allahın taxta necə oturması bizə bəlli deyildir. Quranın başqa bir ayəsində Allahın cism olmadığı və bütün varlıqları əhatə etdiyi göstərilir: «Allah bütün varlıqlarladırBelə olduğu bir halda Allahın necə taxtı ola bilər və Allah onun üzərində necə otura bilər?!». Əhməd ibni Hənbəl fikrini bu sözlərlə bitirir. Bunun artıq bizə heç bir əlaqəsi yoxdur.

Bu kimi məsələlərlə yanaşı, ifratçı mötəzilənin müqabilində əşəri əksinə olaraq «Allah qiyamət günü gələcəkdir» {Bax: ayənin mənbəyi yoxdur} ayəsini Allahın qiyamət günü adi insan kimi məhşərə gələcəyini mənalandırmışlar. Əgər kimsə «bu insanın ağıl və şüuru ilə ziddir» demiş olsaydı, əşəri qətiyyətlə «ağılın və şüurun bu kimi məsələlərə müdaxilə etməyə heç bir haqqı yoxdur» cavabını verərdilər.

İmamların bu məsələdə təklif etdikləri yol daha məntiqi, ifrat və təfritdən tamamilə uzaqdır.

Burada İslam tarixində meydana gəlmiş və İslama ağır zərbə vurmuş donuq və qeyri-fəal ideoloji cərəyanlar barədə söhbət açmaq istəyirik. İlk dəfə belə bir cərəyan «xəvaric» adı ilə meydana gəlir.

Bir çox günahsız insanları, o cümlədən Əli (ə)-ı qətlə yetirməklə yanaşı, xəvaric digər cinayətlərə əl atmaqla da, İslama ağır zərbələr vurmuşdur.

XƏVARİCİN TARİXÇƏSİ


Bir anlıq xəvaricin tarixçəsinə nəzər salaq: Sonralar xəvaric adlanan bu firqə əvvəllər Əli (ə)-ın yaxın səhabələrindən olmuş və Süffeyn döyüşündə onun ordusunda iştirak etmişlər. Süffeyn döyüşü bir neçə ay davam edir. Bəzən atəşkəs elan olunsa da, tarixçilər bu döyüşün dörd ay davam etdiyini qeyd etmişlər. Döyüşdə Əli (ə)-ın ordusunun qalib gəldiyi anda, Müaviyənin müşaviri Əmr ibni As, Əli (ə)-ın səhabələrinin avamlığından istifadə edərək, hiyləyə əl atır. Əhvalat belə baş verir:

Hər iki qoşun qarşı-qarşıya durur. Əli (ə) Müaviyəyə döyüşdən əl çəkməyi təklif edir. Lakin Müaviyə buna razı olmayıb, qoşuna döyüşə hazırlıq əmrini verir. Döyüş Əli (ə)-ın qoşununun üstünlüyü ilə keçir. Müaviyənin qoşunu darmadağın olduğu son anda Əmr ibni As, Quran vərəqlərini toplayıb onları nizələrə keçirib meydana atılaraq deyir: «Sizinlə bizim aramızdakı Allahın kitabıdır. Yaranmış belə bir vəziyyətdə Əli (ə)-ın qoşununun böyük bir hissəsi bütün döyüş qaydalarına göz yumub, «Quran aramızdadır!» şuarı ilə döyüş meydanını tərk edirlər. Ordunun qalan hissəsinə rəhbərlik edən Malik Əştər bunun hiylə olduğunu başa düşüb, heç bir tədbirə əl atmır. Döyüş başa çatdığı bir anda qoşunun böyük bir hissəsi bu hiyləyə uyaraq, düşmənlə mübarizə aparmaqdan boyun qaçırır. Onlar Əli (ə)-ın yanına gəlib deyirlər: «Malikə əmr et, qoşunu geri çəksin. Aramızda Qurandır». Əli (ə) buyurur: «Bütün bunlar hiylədir. Müaviyə məğlub olduğu üçün bu hiyləyə əl atmışdır. O, nə Quran əhlidir, nə də Qurana etiqadı vardır». Səhabələr onunla razılaşmayıb deyir: «Xeyr! Necə olursa-olsun, aramızdakı Qurandır! Deyirsən Qurana qılıncla cavab verək?! Deyirsən Quranın ehtiramını saxlamayaq?!». Əli (ə) buyurur: «Biz Qurana ehtiram etməyə xatir döyüş əmri veririk. Sözsüz ki, Quranın ehtiramını qorumalıyıq. O, Quranın ki, Allah tərəfindən nazil olmuş və bizim qəlblərimizdədir. Kağız parçalarına yazılan Quran ayələrinə də ehtiram etməliyik, lakin hansının daha çox əhəmiyyət kəsb etdiyinə diqqət yetirməliyik». Məgər bu dar düşüncəli insanlar bunu başa düşürdülərmi? Onlar hey Malikin silahı yerə qoymasını təkid edirdilər. Yaranmış belə bir ağır şəraitdə Əli (ə) məcbur olub, Malikə geri çəkilməsinə xəbər göndərir. Malik döyüşü başa vurmağına icazə istəyir. Onlar özlərinə cürət verib, Maliki «kafir» adlandırır və döyüşdən əl çəkmədiyi təqdirdə, Əli (ə)-ı öldürəcəklərini bildirirlər. Əli (ə) bir daha Malikə belə bir xəbər göndərir: «Əgər məni sağ görmək istəyirsənsə, geri dön!». {BAX: bu cümlə mənbə ilə əsaslandırılsaydı, daha yaxşı olardı}

Döyüş dayandırıldı. Dedilər: «Gərək bizimlə sizin aranızda Allahın kitabı hökm etsin». Əli (ə) buyurur: «Qoy elə də olsun». Sonra belə bir təklif irəli sürürlər ki, hər iki tərəfdən bir nəfər seçilib hökm çıxarsın və onlar nə hökm çıxararsa, o da icra olunsun. Müaviyə bu işə Əmr ibni Ası təyin edir. Əli (ə) Abdulla ibni Abbası məsləhətə göndərib buyurur: «Meydanda sözünü deyə biləcək adam Abdulladır». Həmin dar düşüncəli şəxslər bu dəfə də etiraz edərək deyirlər: «Onun səninlə qohumluq əlaqəsi var. Gərək bitərəf bir şəxs seçilsin». Əli (ə) buyurur: «Elə isə qoyun Malik Əştər getsin». Bunun müqabilində «onun da seçilməsinə razı deyilik» deyərək, özləri yığışıb, Əli (ə)-a qarşı müsbət münasibət bəsləməyən Əbu Musa Əşəri adlı olduqca sadəlöv və bacarıqsız bir şəxsi seçirlər. Əbu Musa Əşəri, Əmr ibni Asın tələsinə düşdükdə, öz səhvlərin başa düşürlər. Lakin səhvlərini etiraf etməyib ona müxtəlif don geydirməyə başlayırlar. Onlar demədilər döyüşdən əl çəkməklə əvvəldən biz səh etmişik, demədilər səhvimiz Əbu Musanı seçməkdə olmuşdur. Dedilər: «Səhvimiz onda oldu ki, bu iki nəfərin həkəmiyyətini (qəzavətini) qəbul etdik. İnsanın hökm çıxarmağı küfrdür. Çünki Quran «Lak hukmə illə lillah – hökm ancaq Allahındır» deyir». Onlar ancaq bunu şüar edərək, daim Allahdan bağışlanmalarını istəyirdilər. Əli (ə)-ın yanına gəlib dedilər: «Gərək sən də tövbə edəsən«. Əli (ə) buyurdu: «Həkəmiyyət səhv bir işi idi və bunu siz etdiniz, lakin bu heç də küfr deyildir». Dedilər: «Xeyr, gərək sən də tövbə edəsən».

Əli (ə) buna razı olmadıqda, onu küfr etməkdə ittiham etdilər. Sonralar onlar özləri saysız-hesabsız cinayətlər törədərək, «xəvaric» adlandırıldılar. Xəvaric müstəqil firqə halına düşərək,özləri üçün fiqi qanunlar tərtib etdilər.

Tərtib olunan fiqhi qanunlar olduqca məhdud və qapalı idi. Xəvaric özlərində başqa bütün firqələri və böyük günaha düçar olan hər bir şəxsi kafir hesab edirdi. Tərtib etdikləri fiqhi qanunları cəmiyyət qəbul edib və əməli olaraq yerinə yetirə bilmədiyi üçün çox az bir zamanda parçalanmağa düçar oldu.

Xəvaric bütün xəlifələri nədəsə günahlandırır və onlara qarşı müxalif mövqe tuturdular. Osmanın hakimiyyət dövrünün ilk illərini müsbət qarşılayır, son illərin siyasətini isə tənqid edirdilər. Əli (ə)-ı da həmçinin Həkəmiyyət məsələsinədək dəstəkləyir, bu əhvalatdan sonra isə - nəuzubillah – onu küfr etməkdə ittiham edirdilər. Müaviyə ilə açıq-aşkar düşmənçilik edir və ona Əli (ə)-dan daha çox nifrət edirdilər. Beləliklə, süquta uğradıqları son günədək zəmanələrinin bütün xəlifələrinə qarşı müxalif mövqe tutmuşlar.


ƏLİ (Ə)-IN BAXIŞLARINDA XƏVARİCİN MAHİYYƏTİ


Əli (ə)-ın buyurduğu kimi: «Xəvaricin pis niyyəti yox idi, sadəcə olaraq onlar dar düşüncəli və sadəlöv şəxslər idilər.»

Nəhcül Bəlağənin 59-cu xütbəsində Müaviyə və xəvaric arasında olan fərqi belə izah edir: «Məndən sonra xəvarici öldürməyin. Onlar Müaviyənin adamları ilə çox fərqlidirlər. Xəvaric axmaq amallarda haqqı axtarırlar, lakin onlar əvvəldən batil və ona da nail olmuşlar.»

Başqa bir yerdə (xəvarici aradan götürdükdən sonra) buyurur: «Fitnəni mən aradan götürdüm və məndən başqa kimsə buna cürət etməzdi»16.

Haqlı idi də. Allaha şükr etməliyik ki, bu əhvalatlar baş verərkən, Əli (ə)-ın kənarında olmamışıq. Çünki əgər o zaman olsaydıq çox güman ki, imanımızı qoruyub saxlaya bilməzdik. O illərdə olsaydıq, bəlkə də «Cəməl» və «Süffeyn» döyüşlərində iştirak edərdik. Amma xəvaric döyüşündə iştirak edəcəyimizi güman etmirəm. Çünki, onlar Əli (ə)-ın dediyi kimi, gecələrini sübhədək ibadətdə keçirir, gündüzlərini oruc tutrdular. Namaz qılmaqdan alınları və diz qapaqları qabar bağlayardı. Onlarla kim döyüşməyə cürət edərdi?! Bunun öhdəsindən yalnız Əli (ə) gələ bilərdi. Çünki zahirdə riyakar və yalançı olmadıqlarını iqrar etsə də, onların zahirinə baxmayırdı. Əsas da budur. Əgər münafiq olmasaydılar, bir o qədər də əhəmiyyət kəsb etməzdi. Amma yox, onlar günlərini ibadətlə keçirir, oruc tuturdular. Lakin onların İslama olan zərəri düşmənlərdən daha qorxulu idi. Əgər o vaxt Əli (ə) öz qılıncını xəvaricə qarşı siyirməsəydi, əgər Əli (ə) belə bir təqvaya malik olmasaydı, ondan sonrakı xəlifələr xəvaricin öhdəsindən gələ bilməzdilər. Lakin Əli (ə) qabağa gəldiyi üçün qoşun da döyüş meydanına atılır. Qoşun belə bir qənaətə gəlmişdi ki, əgər xəvariclə mübarizə aparmaq haqq olmasaydı, Əli (ə) döyüş meydanına gəlməzdi.

Bu əhvalat baş verməzdən əvvəl günlərin bir günündə Əli (ə) səhabələrinin biri ilə küçədən keçərkən, evlərdən birindən həzin səslə «Məgər axirətdən qorxan, Rəbbinə ümid bəsləyən, gah səcdəyə qapanıb, gah da ayaq üstə durub gecə saatlarını ibadət içində keçirdən müti bəndə [kafirlərlə] birdirmi?!»17 ayəsini oxunduğunu eşidir. Səhabə heyrətə gələrək, yerində donub deyir: «Xoş həmin şəxsin halına!». Əli (ə) buyurur: «Xeyr! Ona qibtə etmə.» Bir neçə müddətdən sonra xəvaric meydana gəlir və həmin şəxs təsadüfü olaraq Əli (ə)-ın yanında olur. Döyüşdən sonra onlar həlak olmuş şəxslərin arasından ötüb keçərkən bir şəxsin cənazəsinə yaxınlaşırlar. Əli (ə) ona işarə edib buyurur: «Bu həzin səslə Quran oxuyan həmin şəxsdir».

Əmr be məruf və nəhy əz münkərə gəldikdə, xəvaric çıxış yolu tapmaq üçün təqiyyə etməyə heç bir lüzum görmürdü. Bizlər adətən ağıl və şüurumuza arxalanaraq, hər hansı bir işi yalnız xeyiri zərərindən çox olduğu bir halda görürük. Lakin xəvaric belə bir məntiqi qəbul etmir və şəraitdən asılı olmayaraq, əmr be məruf və nəhy əz münkəri zəruri hesab edirdilər. Bəzən elə olurdu ki, onlardan biri Əbdülməlik kimi qan içən bir xəlifənin yanına gəlib, heç nəyin fayda verməyəcəyini və edam olunacağını bildiyi bir halda, açıq-aşkar xəlifəni söyür və təhqir edir və sonra edam olunurdu. Xəvaricin süqutuna səbəb olan ən başlıca amil, bir çox məsələlərdə, xüsusilə əmr be məruf və nəhy əz münkərdə qeyri-məntiqi mövqe tutmaları olmuşdur.

İslam tarixində belə bir addım ilk dəfə xəvaric tərəfindən atılır. Belə bir cərəyanın İslam dünyasına nə kimi təsir qoyduğunu bilmək istəsəniz, həmin bu məsələni nəzərdə tutun. Əgər bizdən Əli ibni Əbu Talibi kim öldürdü soruşsalar, təbii olaraq deməliyik: «Əbdürrəhman ibni Mülcəm». Bizdən Əli ibni Əbu Talibi nə öldürdüyü soruşulduqda isə deməliyik ki, onun qətlinə, ətrafındakılarının qeyri-məntiqliyi və dar düşüncəliyi səbəb olmuşdur.

Əli (ə) onların cəhalət və nadanlığını nəzərə alır, axıradək beytul-maldan paylarına düşənləri onlara ödəyir və fikirlərini bildirmək üçün tam azadlıq verirdi.

İbni Əlib Hədid deyir: «Cəhalət və dar düşüncəliyin nə olduğunu bilmək istəyirsinizsə, bu nöqtəyə diqqət yetirin. Müaviyə, Əmr ibni As və Əli ibni Əbu Talibə qarşı sui-qəsd hazırlayan üç nəfər şəxs daha çox savab qazanmaq üçün bunu Ramazan ayının 19-cu gecəsində həyata keçirməyi qərara gəlirlər. Görün insan belə bir qərara gəlmək üçün nə qədər nadan və cahil olmalıdır».

Müqəddəs Ramazan ayında görməli olduqları bir şi həyata keçirirlər.



Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə