Make the children play


Qanunvericiliklə problemi olan uşaqlar



Yüklə 0,74 Mb.
səhifə8/11
tarix29.09.2017
ölçüsü0,74 Mb.
#2385
1   2   3   4   5   6   7   8   9   10   11

2.6. Qanunvericiliklə problemi olan uşaqlar

Saylar və meyllər: Mövcüd məlumat


İllik Statistik Məlumat Kitabına əsasən Azərbaycanda məhküm olunan əhali (bu sayın cinayətkarların ümumi sayıyla üst-üstə düşməsi şərt deyil) çox da həyacan verici deyil (2003-cü ildə bir min əhaliyə 1.4 və ya cəmi 11,827 fakt); amma burada daha çox cinayətkarlıqla mübarizə metodlarının effektivliyilə əlaqədar suallar ortaya çıxır.

Hüquq pozuntusu hallarının ümumi sayında azyaşlıların nisbəti 2,3 faizə bərabərdir. Başqa ölkələrlə müqaisə edildikdə bu faiz daha yüksək kimi görülə bilər83 və bunu gənclərin əhalinin tərkibindəki payının çox omasıyla izah etmək olar, amma eyni zamanda bu azyaşlılara qarşı sərt yanaşmanın mövcud olduğunu da göstəricisi ola bilər.

Mütləq rəqəmlərə baxıldıqda 2003-cü ildə azyaşlıların məhküm edildiyi cinayətlərin sayı 269 idi, eyni zamanda cəmi məhkum edilənlərin sayı isə 412-yə bərabərdi. Hal-hazırda ölkədə faaliyyət göstərən yəgənə uşaq tərbiyə müəssisəsi 64 oğlan saxlanılır (azyaşlılar həbsxanasının qadın bölməsində hal-hazırda heç bir qız saxlanılmır).

Uşaqlar hətta kiçik oğurluqlara görə azadlıqdan məhrum edilirlər – bu həbsxanaya edilən ziyarət zamanı müəyyən edilmiş və “El” QHT-sinin hesabatında əks olunmuşdur.84 Verilən hökmlərin sərtliyi məhbusların sayının nisbətən az olmasıyla uyğunluq təşkil etmir: məhkəmə hökmü verildikdə heç bir şərti azad olma tədbiri nəzərdə tutulmur (heç olmazsa əvvəldə) və beləliklə məhkum olunan azyaşlıların sayı və gənc məhbusların arasındakı fərqi izah etmək mümkün olmur. Aşkar sübutların olmamasına baxmayaraq belə qəbul etmək olar ki, həbsxanadan azad olma imkanı şəxsin “danışıq aparma” qabiliyyətindən asılıdır (hesabatın 1.2.2 saylı paraqrafında göstərildiyi kimi vəkillərin də bu prosesdə iştirak etmədiyini diqqətə alındıqda). Bunu məhbusların çoxunun “cavan, təhsil səviyyəsi aşağı olan, ictimai imkanlardan məhrum və emosional travma almış ” kimi təsvir edilməsi sübut edir.85

Araşdırma vaxtı cinayət törətməkdə şübhəli şəxslərin saxlandığı təcridxanada (SİZO-larda) saxlanılan uşaqlara xüsusi diqqət yetirilməlidir. Bizimdəki məlumata görə üç mərkəzdə 30 nəfər azyaşlı daxil olmaqla hal-hazırda 2,226 şəxs saxlanılır.

Müvəqqəti olaraq polis məntəqələrində (KPZ-lərdə) saxlanılan və bir neçə gün ərzində buraxılan şəxslərin sayı haqqında heç bir məlumat mövcud deyil: uşaqların özlərinin dediklərinə görə bu tədbir tez-tez küçə uşaqlarına qarşı tətbiq olunur.

Eyni zamanda rəsmi statistik hesabatlardan bizə məlumdur ki, 2003-cü ildə 672 uşaq polis tərəfindən “xəbərdar edilmiş” kimi qeydə alınmış və ya profilaktik məqsədlərlə nəzərat altında alınmışdır.

Müəssisələr tərəfindən qoruma üsulları. Boşluqlar və təhlükələr


Azyaşlıların Ədliyyəsi və əlaqədar bütün subyektlərin oynadıqları rollar 1.2.2 saylı paraqrafda təsvir edilmişdir. Bəzi xususilə həssas aspektləri vurqulamaq məqsədilə burada bəzi fikirlər əks olunacaq.

Xüsusilə ölkədəki digər müəssisələrlə müqaisə edildikdə uşaq tərbiyə müəssisəsində şəraitin xüsusi bir qayğı obyekti olmadıqları ortaya çıxır. oğlanlar təxminən 10 nəfərlik qruplar şəklində açıq otaqlarda yatırlar, gün ərzində onlar işlə məşğul olur və təhsil tədbirlərində iştirak edir; onlar daxili həyətdə idmanla məşğul ola bilir və onlar üçün ibadət edə bilmələri üçün xüsusi otaq ayrılmışdır.

Narahatedici yeganə istisna odur ki, hüquq pozuntusunda təqsirləndirən gənclərin həbsə salındıqdan və ilk iki həftə ərzində ayird edilmədən saxlanıldıqları (bu müddət “karantin” adlandırılır) iki ədəd təcrid kamerasının olmasıdır; hesabatlarda göstərildiyi kimi bu otaqlar bit və digər parazitlərlə dolu olur və SİZO-dan gəldikdən sonra (beləliklə bütün təqsirkarlar daha əvvəl SİZO-da saxlanılır) məhbuslar bu parazitlərə düçar olur, bir çox vaxt qoturluğa da məruz qalır və onlar digərlərinə qoşulmadan əvəl tibbi müalicədən keçməlidirlər; bu cür yerlərdə həyat şərtlərini təsvir etmək üçün daha çox təfərruata ehtiyac yoxdur. Eyni zamanda karantinə bir növ “müşahidə” müddəti kimi, yəni uşağın nə cür şəxsiyyət olduğu və onun xüsusi problemlərinin müəyyən edildiyi bir müddət kimi də baxılır. Digər bütün məkanlarldan fərqli olaraq bu iki otağın kilidlənən iki qapısı var və bayıra çıxan heç bir pəncərəsi yoxdur.

Direktorun dediyinə görə həbsxanada saxlanılanların psixolojik dəstəyə və hüquqi məsləhətə böyük ehtiyacı vardır: gənc müqəssirlərin öhtəsindən gəlmələri tələb olunan şey, hal-hazırdakı rəftər şəraitilə əlaqədar deyil, onların qəbul etməkdə çətinlik çəkdikləri şey, indi olduqları yerə gətirib çıxaran və çox vaxt ədalətsiz olan bir yolu qəbul etməkdir.


Natiq və digərləri

Azyaşlılrın saxlandığı həbsxanaya ziyarət vaxtı müdürün müşahidəsilə 6 nəfər gənc müqəssirdən ibarət qeyri-formal “diqqət qrupu” tərtib olundu.

Oğlanlardan öz yaşlarını demələri xahiş olundu (15-dən 17-yə qədər), amma adlarını və ya törətdikləri cinayəti demələri istənmədi. Bu cür məlumatları onlar söhbət əsnasında özləri verdi.

Həbsxanaya gətirən yolun təsvir etmək xahişinə cavab verərərək birinci danışan Natiq oldu: o, polis tərəfindən 16 yaşındaykən həbs olundu (onu ifşa edən zərərçəkən şəxs onun əlindəki şərfi tanımışdı) və polis tərəfindən KPZ-də 5 gün sorğu-sual edildi. O, Dövlət tərəfindən təmin edilən vəkili görmüşdü, amma ondan o zaman da, Prokuraturaya gətirildikdə də heç bir kömək almamışdı. Orada ona təqsirləndirdiyi cinyət haqqında məlumat verilmiş və o, SİZO-ya göndərilmiş və orada 3 ay qalmışdı. Bina bitlə dolu və qeyri-sağlam olduğu üçün onu başqa SİZO-ya göndərmişlər və orada o əlavə olaraq 4 ay daha qalmışdı. Bu müddət ərzində ona heç bir vəkil kömək göstərməmişdir. O, vəkili bir daha məhkəmədə görmüşdü və məhkəmədə onu çantanı adamın əlindən dartıb alaraq oğurlamaqda təqsirləndirmişlər. və buna görə o 8 il azadlıqdan məhrum olmağa məhkum olunmuşdur. SİZO-da keçirdiyi vaxt onun həbs müddətindən çıxılmışdır.

Digər uşaqlar buna oxşar əhvalatları danışdırlar, iki halda onlar heç vəkil görməmişlər. Ən çox həbs müddətini alan oğlan atası və böyük qardaşı tərəfindən adam öldürməklə nəticələnən qan qisası cinayətinə cəlb olunmuşdur; digər ailə üzvlərilə birlikdə təqsirləndirilir və yaşı nəzərə alınaraq 10 il həbsə məhkum edilir.

Demək olar ki onlardan heç biri öz valideynlərini görmür: valideynləri ölkənin uzaq yerlərində yaşadıqlarına görə onlar üçün gəlib uşaqlarını görmək çətindir. Onlardan birisi İranlıdır və o, narkotikləri sərhəddən keçirdiyi vaxt tutulmuşdur. O, İrana ekstradisiya olunmaq və cəzasını öz ailəsinə yaxın bir yerdə çəkmək istərdi, amma bu istəyinin həyata keçirilməsi üçün bir vəkil tapa bilməyib.

Natiq ingiliscə bir neçə söz bilir və həm dil öyrənməyi, həm də kompyuteri istifadə etməyi öyrənmək istərdi, azadlığı buraxıldıqdan sonra isə o əskərliyə getmək istəyir. Artıq onun gözlərində daha əvvəl hiss etdiyi qorxu, ümidsizlik və qəzəb demək olar ki əks olunmur və o, 16 yaşında ikən buraxdığı səhv nəticəsində ödədiyi qiymətinin çox yüksək olduğunu, sınmaqdansa tabe olmağın daha yaxşı olduğunu öyrənmişdir.
KPZ-də saxlanma məsələsinə gəldikdə qeyd etmək lazımdır ki, yeni Cinayət-Prosessual Məcəlləsində deyilənlərin heç bir mənası yoxdur:


  1. vətəndaşlar ancaq hakimin sanksiyasıyla həbs oluna bilələr:

  2. sanksiyasız saxlama müddəti 48 saatla məhduddur;

  3. tutulan azyaşlıların aşağıdakı hüquqları vardır: törətməkdə günahlandırıldıqları cinayət barəsində məlumat almaq, ifadə verməmək, vəkil tərəfindən təmsil olunmaq, sorğu-sual edildikdə valideynlərin/ qanuni qəyyumların iştirak edə bilməsi.86

Qeyd etmək lazımdır ki, günahsızlıq prezumsiyası prinsipi yeni qaydalar zəmanət altına alınmadığına baxmayaraq (profilaktik həbs tədbirlərinin tətbiqi təqsirli olduğu zənn edilən şəxsin qaçmağa təşəbbüs etməsi və ya sübutları yox edə bilmə riskinin olması kimi xüsusi hallarla məhdud deyil) bu cür tədbirlərin açıq şəkildə və mütəmadi olaraq pozulduğuna dair bir çox məlumat vardır və bunlar uşaqların özlərinin dedikləriylə təsdiq olunur.

SİZO-lardakı rəftar xüsusilə narahatlıq vericidir: hər hansı bir şəxsin günahı sübüt edilənə qədər ona qarşı tətbiq edilən profilaktik həbsetmə tədbirləri də təqsirsizlik prezumpsiyası prinsipi ilə ziddiyyət təşkil edir. Əksinə məhkəməqabağı həbs məlum olduğu kimi taksırsızlıq prezumpsiyasına əsaslanır: Cinayət Prosessual Məcəlləsinin 434.1 saylı maddəsində deyilir ki: “Həbsə alma qətimkan tədbirinin tətbiq edilməsinə yalnız ona az ağır zorakı cinayətin, habelə ağır və ya xüsusilə ağır cinayətin törədilməsi istinad edildikdə yol verilir”; bu isə reallıqda o deməkdir ki, ilkin araşdırmanı aparan polislər, prokurorlar və hakimlər işə məhkəmədə baxılmadan əvvəl qapalı formada öz hökmlərini vermə haqqlərı var. Bundan əlavə uşaqların dediklərinə görə saxlama qərarının verilməsində istifadə olunan meyarlar buradakilərdən daha da genişdir ve maksimal saxlama müddəti məhdudiyyətinə (6 ay) hal hazırda riayət olunmur.

Digər bir düşüncə: BMT-nin zorakılığa qarşı mübarizə haqqında sorğu forması cavab verərək (6-cı sual) Azərbaycan Höküməti bunu bəyan etmişdir: “Ölkəmizin Cinayət Məcəlləsi fiziki cəza şəklində bir cəza sanksiyasının tətbiq olunmasına yol vermir”. Amma bunun əksinə Cinayət-Prosessual Məcəlləsinin 37.1 saylı maddəsində deyilir ki: “(…) tutulduğu zaman ona zərər yetirilməsi, əgər həmin məqsəd üçün bütün digər təsir imkanlarından istifadə lazımi nəticə verməmişsə və bunun üçün zəruri olan tədbirlərin həddi aşilmamıçdırsa cinayət sayılmır”.87

Ümumiyyətlə hüquq mühafizə və ədliyyə sistemləri ilə təmasda olan uşaqlara Dövlət müdafiəsinin təmini sahəsində heç bir spesifik tədbirin olmadığı aşkardır:

polis tərəfində həbs olunan yeniyetmələrə dair mövcud polis qaydalarında heç bir spesifik qayda nəzərdə tutulmamışdır; polis tərəfindən tutulma tədbiri və məhkəməqabağı həbs qısa müddət ərzində tətbiq olunan son vasitə kimi istifadə edilmir;məcburi olmasına baxmayaraq yeniyetmənin polis tərəfindən sorğu-sual edildiyi vaxt üçüncü tərəfin iştirakı təmin olunmur; valideynlərin və ya digər himayəçilərin iştirakına icazə verilməsilə yanaşı eyni şərtlərdə olmaq şərtilə bu məcburi deyil;yeniyetmələrin sorğu-sual edilməsilə əlaqədar heç bir xüsusi qayda müəyyən edilməmişdir; heç bir qayda polis tərəfindən tutulma və məhkəməqabağı həbs zamanı uşaqların böyüklərdən ayrılmasını açıq formada tələb etmir; polis tərəfindən saxlanılan uşaqlar törətdikləri zənn edilən cinayətin ciddiyətindən və ya həssaslıqlarından (cinsiyyət, yaş, psixolojik vəziyyətlərindən) asılı olaraq qruplaşdırılmır; polis tərəfindən saxlandıqları zaman uşaqlara qarşı gücün istifadəsinə dair heç bir qayda müəyyən edilməmişdir; polis və ya məhkəməqabağı həbsdə olan uşağın (və ya valideynlərin) zorakılıq və təhqir halları və həmçinin həbsxana işçiləri və ya başqa məhbuslar tərəfindən zorakılıqla əlaqədar şikayətlərini və ya narahatlıqlarını qeydə alınmasını tətbiq edən heç bir məcburi mexanizm yoxdur.ümumiyyətlə Dövlət polis/ həbsxana işçiləri üçün uşaq hüquqlarına dair təlimin keçirilməsini tələb etmir. azyaşlılarla əlaqədar ədliyyə sistemini tənzimləyən tədbirlər kifayət deyil (hər hansı bir cinayət üçün maksimal həbs müddəti 10 ildir, amma azyaşlıların həbs müddətinin azaldılması və ya şərti azad edilmələrinə dair heç bir xüsusi qayda mövcud deyil). azyaşlıları azadlıqdan məhrum etməyi nəzərdə tutan tədbirlər əl atılacaq son tədbir kimi qəbul edilmir; cəzaçəkmə müəssisələrində məcburi və və əvvəlcədən elan edilməyən yoxlamalar keçirilmir; zorakılığa məruz qalan müqəssirləri qorunmasını nəzərdə tutulan heç bir xüsusi tədbir mövcud deyildir.88

İnsan hüquqlarının pozulmasına dair şikayətləri qəbul edən yeganə orqan Ombudsmanın Apparatı, halbuki burada üç nəfərlik bir qrup ümumölkə səviyyəsində insan haqqlarının yerinə yetirilməsinə hərtərəfli nəzarət etməlidir; bundan başqa azyaşlıların ədliyyəsi sahəsində bir neçə QHT fəaliyyət göstərir. Onlar sübut olunmuş faktları öz hesabatlarında əks edə bilirlər, amma onların biləvasitə zorakılıq şəraitinə müdaxilə etmə səlahiyyətləri yoxdur. Bunun nəticəsində azyaşlılar da daxil olmaqla ümumiyyətlə bütün vətəndaşlar faktiki olaraq ölkə qanunvericiliyində əks olunan hüquqlarının tətbiq edilməsini tələb etmə imkanından məhrumdurlar.


Anaların səhvi uşaqlarının üzərinə düşür

Həbsdə olan qadınların uşaqlarıyla əlaqədar vəziyyətə xüsusi olaraq nəzər yetirilməyə dəyər. Əgər bir qadın hamiləlik vaxtı və ya onun azyaşlı uşağı olduğu halda azadlıqdan məhrum edilmişdirsə uşağının 3 yaşı tamam olana qədər onunla qalmaq hüququ vardır. Əliuşaqlı analar yanında kiçik mətbəxi olan ayrı bir otaqlarda saxlanılırlar. Uşağın üç yaşı tamamlandıqdan sonra mümkün olduqda onlar analarından alınır və qohumlarının himayəsinə verilir (əksər hallarda atalarına verilmir), əks hallarda isə onlar uşaq müəssisələrinə göndərilir.

Uşaqların həbsdə olan valideynlərlə təmasları cəzanın ciddiliyindən asılı olaraq Cənayət-Prosessual Məcəlləyə əsasən tənzim edilir. törədilən cinayətin ciddiliyi nə qədər çoxdursa, ailəylə görüş vaxtı bir o qədər az olur. Beləliklə, valideynlərə kəsilən cəzanı eyni zamanda uşaqları da çəkmiş olurlar.

Kişilər üçün nəzərdə tutulan həbsxanalarda həyat yoldaşının və uşaqlarının atayla ən çox üç gün ərzində qala biləcəkləri kiçik bölmələr var (bu müddət ərzində onlar həbsxana ərazisini tərk edə bilməzlər). Eyni imkan qadınlara da verilir.



UNICEF-in nöqteyi-nəzərindən prioritetlər


(b) cinayət qanunveriçiliyini pozmuş hesab edilən və ya onu pozmaqda təqsirləndirilən hər bir uşaq ən azı aşağıdakı təminatlara malik olsun:”

(i) Onun təqsiri qanuna uyğun olaraq sübuta yətirilməyincə onun təqsirsizlik prezumpsiyası;

(ii) … öz müdafiəsinə hazırlaşarkən və bunu həyata keçirirkən hüquqi yardım və ya digər lazımi yardım göstərilməsi”

UHK, Maddə 40

Xüsusilə Uşaq Hüquqları Konvensiyasının 37-ci, 39-cu və 40-cı maddələrilə və Pekin Qaydaları, Riyad Direktivləri və BMT-nin Azadlıqdan Məhrum Edələn Yeniyetmələrin Qorunmasına Dair Qaydaları kimi digər əlaqədar standartlarla müqaisə edildikdə Azərbaycandakı yeniyetmə ədliyyəsinin necə idarə edildiyi böyük narahatlıqlara səbəb verir.

UNICEF-in Azərbaycandakı Ölkə offisi qanunvericiliklə problemi olan bir neçə hökümət və qeyri-hökümət patrnyorlarıyla artıq sıx əlaqə yaratmışdır. Bütün partnyorlar hal-hazırda xüsusilə çətin vəziyyətdə olan uşaqların hüquqlarının pozulması hallarının davam etməsi məsələsinin çox vacib olduğunu və hüquq mühafizə orqanları və vəzifəli şəxslər daxil olmaqla uşaq və yəniyetmələrə qarşı münasibətdə insan hüquqlarına riayət edilməsinə əsaslanan davranışların bərqərar olması sahəsində ciddi islahatların əldə edilməsinin tələb olunduğunu qeyd etmişlər.

Orta müddətli məqsəd olaraq UNICEF azyaşlılar ədliyyəsi əhatəli şəkildə yenidən baxılması və beynəlxalq standartlara uyğun hala gətirilməsi sahəsində hökümətə dəstək verməyi planlaşdırır. Hal-hazırki Yoxsulluğun Azaldılması Strategiyasına dair sənədin gələn il əvəz edilməsilə əlaqədar fəaliyyətlər davam etdiyi üçün Yeni On İllik İnsan İnkişafı Proqramının çərçivəsində müzakirələrin keçirilməsi (bu müzakirələr axyaşlıların adliyyəsi Hökümətin tədbir və maliyyə vəsaitlərini ayırması prioritetlərinə arasına daxil edilməsini məqsəd qoymuşdur).

UNICEF-in həyata keçirdiyi tədbirlər qısa müddətdə aşağıdakı məqsadlər üzərində cəmləşməlidir:



  • Hökümətə polis işçilərinin, hakimlərin və himayə/ təhlükəsizlik personalını hüquq pozuntusu törətmiş uşaqların insan hüquqlarına dair təlim proqramının həyata keçirilməsini təklif etmək, bu proqramın son məqsədi uşaqların hüquq mühafizə orqanları və ədliyyə sistemilə təmasları zamanı onlara həm hüquqi, həm də psixolojik kömək göstərən münasib bir məsləhət verici sistemi qurmaqdan ibarətdir, bu təşəbbüs həyata keçirildikdən sonra o azyaşlılarla iş aparan bölmələrin (məhkəmələr daxil olmaqla) qurulmasına gətirib çıxarmalıdır.

  • hal-hazırda mövcüd olan və azyaşlılar ədliyyəsi QHT şəbəkəsinə dəstəyin verilməsi, məsələn onların cəzaçəkmə mərkəzlərində gələ bilmə imkanının və onların nəzarət etmə və yeniyetmələr üçün məsləhət verən subyektlər kimi fəaliyyət göstərə bilmə imkanının genişləndirilməsi.

  • yeniyetmələrlə məşğul olan ədliyyə sistemini tənzimləyən normaların mütəmadi şəkildə yenidən gözdən keçirilməsinin dəstəklənməsi, xüsusilə də günahsızlıq prezumpsiyası prinsipinə diqqət yetirməklə məhkəməqabağı saxlama tədbirlərinin yenidən gözdən keçirilməsi.



    1. UŞAQ ƏMƏYİ

Rəqəmlər və İstiqamətlər : Mövcud məlumatlar


Azərbaycanda uşaq əməyindən istifadə halları geniş yayılıb ki, əsasən bu qeyri rəsmi şəbəkələr və qara əməkdən istifadə hallarını nəzərə alsaq daha aydın görünür. İşləmək üçün minimum yaşın qanunvericilikdə 16 olaraq müəyyən edilməsinə baxmayaraq (valideynin icazəsi olduqda 14 yaş), bununla bağlı hökumət tərəfindən hazırlanan rəsmi məruzə və tədqiqatlar yoxdur.

Bəzi müddəalar küçə uşaqlarına həsr olunan bölmədə uşaqların işləməyə məcbur edilmələrinə həsr olunub. (2.4)

BMT BƏT ofisi hazırda Dövlət Statistika komitəsi ilə birlikdə beynəlxalq məsləhətlərin yardımı ilə uşaq əməyinin müxtəlif formaları haqqında dərindən yoxlamalar aparır. Bu il ərzində tədqiqatların yekun nəticəsi nəşr ediləcək.

Maraqlı məlumatlar özəl sahibkarlar konfederasiyası olan Azərkonsaltinq tərəfindən əyalətlərdə uşaq əməyi ilə bağlı aparılan tədqiqatların toplanmasının nəticəsi olaraq ortaya çıxıb 89. Tədqiqat 8 əyaləti əhatə edirdi və 601 respondent cəlb olunmuşdu. (181 uşaq, 180 valideyn, 180 işçi və 60 müəllim)

Müsahibə aparılan uşaqlardan 49 %-i 16 yaşdan kiçik idilər və 4-6 nəfərlik ailədə hər iki valideynləri ilə birlikdə yaşayırdılar. Onların 15 %-i tamamilə məktəbdən uzaqdırlar (11%-i məcburi məktəb yaşlarından). Onlardan bəziləri işləməyə 8 yaşlarında ikən başlayıblar; bir qismi məktəbə getdikləri müddətdə işləyirdi və yaxud mövsümi işə cəlb olunmuşdular(81%) ki, bu da məktəb təqvimindən deyil, əkin mövsümündən asılı olaraq müəyyən olunurdu. Onlardan çoxu(65 %) valideynləri tərəfindən işləməyə göndəriliblər və bu ailənin çətin iqtisadi vəziyyəti ilə əlaqədardır(82%eyni səbədən işləməyə qərar veriblər). 87%-i daimi gəlir əldə edirlər; onların yarısı gəlirlərinin bütün hissəsini valideynlərinə verirlər(52%), 11 % isə gəlirləri özlərində saxlayırlar. 94 % soyuq temperaturda v iş yerində qaz və elektrikin olmaması səbəbindən xəstələnmə təhlükəsi ilə üz-üzədir.

Məhsul yığımı vaxtlarında uşaqlardan daha çox istifadə olunur.(onların boyu və fəallığına müvafiq olaraq). 52 % respondent uşaq məyindən istifadəyə qarşı olduqlarını bildirib4 71 % respondent isə Azərbaycanda uşaq əməyindən istifadə hallarını nizamlayan qanunvericilikdən xəbərdar deyildi və daha çox məlumat almaq istəyirdi.

Valideynlər bəzi hallarda ailənin iqtisadi vəziyyətinin çox vaxt uşaqların işləməsindən asılı olduğunu bildirib (71%); 33 %-i fikirləşir ki, uşaqların işləməsinin onların həyatına müsbət təsiri var və 38% bunun əksini düşünür. Lakin hər ikitərəf eyni səviyyədə öz uşaqlarının sağlamlığı və təhsili barədə qayğılıdırlar.Hər iki valideyndən biri mövcud qanunvericilikdən xəbərdar deyil.

Təşkilatı Müdafiə Vasitələri . Boşluqlar və təhlükələr.

Yuxarıda qeyd edilən məlumatlardan aydın olur ki, 1) uşaq əməyiindən istifadə praktikada mövcuddur və valideynlərdə bu problem yaratmır; 2) əvvəldən bildirildiyi kimi, təhsil müəssisələrinin uşaqların məktəbdə iştirkı təminatının zəifliyi uşaq əməyindən istifadənin inkişafına təsir edir; 3) dövlət tərəfindən müəssisələrdə uşaq əməyi sahəsində qanunvericiliyin pozulması hallarına nəzarət həyata keçirilmir.

Buna baxmayaraq, bu sahədə boşluqları, təhlükələri və üstünlükləri müəyyən etmək üçün dərin analizlərə ehtiyac var.

UNİCEF Perspektivində üstünlüklər


  1. Dövlətlər uşaqlarşn təhsilinı mənfi təsir edən vı ya digər uşaq sağlamlığına, fiziki, əqli, mənəvi vı sosial inkişafına mane olan istənilən iqtisadi istismar hallarının qadağan olunmasını qəbul edirlər. UHK Maddə 32

Qısa dövr üçün uşaq əməyindən istifadə hallarının artmasına qarşı UNİCEF-in xüsusi planı yoxdur.Bununla birlikdə digər beynəlxalq agentliklərin cəlb edildiyi davamlı koordinisaya UNİCEF səlahiyyətində olan planın tərkib hissəsidir və müdafiə təşəbbüslərinin dəstəklənməsi uşaq hüququnun qorunmasında son ilər onların potensial inkişafı üçün məqsədlənib.


    1. Məcburi köçkunlər, qaçqınlar və sığınacaq axataranlar

Rəqəmlər və İstiqamətlər :Mövcud məlumatlar


Ailələri ilə birlikdə uşaqlar məcburi köçkunlər, qaçqınlar və sığınacaq axataranlar kimi yaşamağa məcbur olurlar; Azərbaycanda bu qrup əhaliyə xüsusi diqqət yönəldilib. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ölkədə 576200 məcburi köçkün var; bununla yanaşı 800 minə yaxın qaçqın var.

AFHRO tərəfindən bildirildiyinə görə: əksəriyyəti 10 ildən çox müddətdə dözülməz şəraitdə yaşamağa məcbur edilibər. Məcburi köçkunlərin təxminən yarısı əsasən Bakıda olmaqla, urban ərazilərdə yaşayırlar . Ümumən onlar dağılmış və çox adamın məskunlaşdığı ictimai binlarda yaşayırlar. 2002-ci ilin fevralında verilən məlumata əsasən 50000-dən çox məcburi köçkun düşrgələrdə, 33000-i prefbrik evlərdə, 34000-i zirzəmilərdə, 10000-i vaqonlarda və digərləri kommunal şəraiti olmayan yataqxanalarda, ictimai binalarda və digər dözülməz qeyri-insni şəraitdə yaşayırlar. Bunların 52,3%-i qadınlar, 34,6%-i isə uşaqlardır90.

Azərbaycanda məcburi köçkun və qaçqın olan uşaqların müdafiə olunması ilə əlaqəli olaraq yardım göstərilir. Uyğun təhlillər Məcburi köçkunlər və qaçqın uşaqların xeyrinə həyata keçirilən xüsusi fəaliyyətlərə dair sənədlərdə öz əksini tapıb.

2004-cü ilin may ayı məlumatına əssən Çeçenistandan olan qaçqınların rəsmi sayı 8204 nəfərdir91. Digər millətlərdən fərqli olaraq onlara rəsmi qaçqın statusu verilməyib: BMQAK-ın maraqları daxilində onların azərbaycandan deportasiya edilməməli olduğu yeganə sənəddir.

1 yanvar 2005-ci ilin BMQAK-ın məruzəsinə əsasən ölkədə çeçen uşaqlarının sayı 3391 nəfərdir ki, onların təxminən 2600-ü məktəb yaşlarındadır.

Təşkilatı Müdafiə Vasitələri . Boşluqlar və təhlükələr

Azərbaycan hökuməti ilə əldə olunan son razılığa əsasən sığınacaq axtaranlar arasında çeçenlərə də təhsil hüququndan istifadə imkanları verilir. Bundan başqa qeyri müəyyən situasiyalarına əssən onlar digər məsələ ilə bağlı yardım üöün müraciət edə bilməzlər.

Müdafiə imkanlarının yoxluğu səbəbindən onlar müxtəlif təhdidlərə məruz qalırlar. Xüsusilə valideyn himyəsindən məhrum olan uşaqlar qeyri-rəsmi olaraq qohumlarının və ya qonşularının nəzarətində sxlanılırlar, amma heö bi orqan onların statusunu dəyişmək imkanında deyil. Nəticə olaraq isə onlar asanlıqla iz buraxmada yoxa çıxa bilirlər və alver təhlükəsi ilə üzləşə bilirlər.

BMQAK belə uşaqların nəzarətdə saxlanılması üçün tədbirlərini artırır və mövcud təşkilatı boşluğu müxtəlif yardım formaları ilə aradan qaldırmağa çalışır.


UNİCEF perspektivində üstünlüklər


«1. Üzv dövlətlər qaçqın statusunu almaq istəyən və ya müvafiq beynəlxalq yaxud yerli qanunlara və prosedurlara əsasən qaçqın hesab olunan, valideyni və ya başqa şəxs tərəfindən müşayət olunan yaxud tək olan uşağın bu Konvensiya və dövlətlərin üzv olduğu digər müvafiq beynəlxalq insan hüquqları və ya humanitar sənədlərə əsasən müdafiə olunmasını, humanitar yardım almasını və müvafiq qanunlardan istifadə etməsini təmin edən tədbirlər həyata keçirməlidirlər.»

UHK, Maddə 22

Qaçqınlara və sığınacaq axtaranlara yardımın göstərilməsinə görə UNHCR məsuliyyət daşıyır. Son zamanlar UNİCEF torpaq minalarından zərərçəkmişlərə xüsusi diqqət yetirməklə məcburi köçkün və qaçqın uşaqlarına mina təhlükəsizliyi təhsili və psixoloji dəstək layihəsini həyata keçirməyə başlamışdır.

Çeçen sığınacaq axtaranları ilə bağlı UNİCEF valideyn qayğısından məhrum uşaqlara yardım göstərilməsində UNHCR-la əməkdaşlığı xüsusilə aşağıdakı məsələlərdə gücləndirməlidir: (i) onların həyat şəraitinin müfəssəl qiymətləndirilməsi; (ii) ehtiyac yarandıqca bu qrup uşaqlara yönləndimə xidmətlərinin və psixoloji dəstəyin göstərilməsi (iii) yüksək rütbəli məmurlara müraciət olunan sənədlərin hazırlanmasına yardımın göstərilməsi, onları belə uşaqların insan alverinin və istismarın qurbanına çevrilmə riskləri haqqında xəbərdar etmək və məhz onların şəraitinə xas problemlərin mümkün həll yollarını təklif etmək (məsələn, ölkədə müvəqqəti yaşayan uşaqların statusundan asılı olmayaraq əsas rifah xidmətlərindən istifadə imkanlarını artırmaq)





Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə