Make the children play



Yüklə 0,74 Mb.
səhifə6/11
tarix29.09.2017
ölçüsü0,74 Mb.
#2385
1   2   3   4   5   6   7   8   9   10   11

2.4. Küçə uşaqları

Saylar və meyllər: Mövcüd məlumat


Zorakılığa və sui-istifadədə ən çox məruz qalmış ictimai qrup “küçə uşaqlarıdır”66; onların mövcudiyyəti güclü mühacirətin kontekstində ailə bağlarını zəifləməsi, endemik yoxsulluq və ictimai rifah sisteminin bərpasının gecikməsi kimi qeyd olunan ictimai meyllərin “gözlənilən” nəticəsidir. Bu sinifə daxil edilənlər evsiz uşaqlar deyil – bunlar görüldüyü kimi Azərbaycanda azlıq təşkil edir – bunlar günlərinin çox hissəsini küçədə keçirən, əksər hallarda məktəbə getməyən və müxtəlif işlərlə məşğul olan uşaqlardır.

Burada onu da qeyd etmək lazımdır ki, Hökümət hələ ki rəsmi araşdırmaların keçirilməsində kömək göstərməmişdir. Bu araşdırmanın keçirilməsində istifadə edilən üç əsas informasiya mənbələri bunlardır:



  • Daxili İşlər Nazirliyinin Gənclər arasında cinayətkarlığın Qarşısının alınması və Profilaktikası Şöbəsinin uşaqların polis tərəfindən tutulduğu və müvəqqəti olaraq saxlandığı transit mərkəzlərindən alınan həsabatlar. Hər il Bakıda 500/600 (eyni adamın bir neçə dəfə saxlanma halları daxil olmaqla) və Gəncədə 60/70 hadisə qeydə alınır.

  • yeganə günərzi yer, 300 uşaığı vaxtaşırı gəldiyi “İşıq Evi” mərkəzidir.

  • “Azərbaycan Uşaqlar Birliyi”67 adlı QHT tərəfindən keçirilən və bir neçə şəhərdə (Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Culfa, Sədərək) yaşayan 495 uşağı əhatə edən araşdırmanın nəticələri.




    Azərbaycan cəmiyyətindəki həyat tərzi nəzərə alınarsa küçə uşaqlarının əsasən şəhərlərdə yatıldığını düşünmək daha düzgün olar. Toplanan məlumatlardan bu cür faktların sayının 1,000 ilə 2,000 arasında olduğunu təxmin etmək olar. Əvvəlki dövrlərə aid məlumatlarla müqaisə etmək mümkün olmadığına görə biz ancaq uşaqlarların küçədə olması hallarının ildən ilə arttığını iddia edən yayqın fərziyyəni ancaq qeyd edə bilərik.


Onlar bütün günlərini küçədə keçirir, çox ağır yükləri daşıyır, yemək axtarır, alçaldılmaqdan qorxur və polislə problemlər yaşayır.

Küçə uşaqlarının hər gün üzləşdiyi çətinliklər və risklər “Azərbaycan Uşaqlar Birliyinin” müəyyən etdiyi faktları “İşıq Evi”nə gələn oğlanlardan bəzilərilə (Əli və digərlərilə) bilavasitə söhbətlər zamanı əldə edilən əlavə məlumatlarla birlikdə burada qısaca təqdim edilmişdir.68

Usaqların bir çoxunun (85%) valideynləri var və əksər hallarda onlar usaqlarını işə getməyə məcbur edir (30%); bəzi hallarda onlar digər qohumlar və ya qonsular tərəfindən (14%) işləməyə məcbur edilir. Onların yarısından çoxu öz həyat tərzləri barəsində özlərinin qərar verdiklərini demişlər.

5 usaqdan üçü bütün gün ərzində işləyir (10-dan 14 saatədək) və bu müddət heç vaxt 6 saatdan az olmur.

Əksər hallarda onlar əşyaların yükləmə və boşaltması (29%), xırda ticarət (18%) və ya maşınların yuyulması kimi işlərlə məşğul olurlar. Əli və digərləri bu mənada kifayət qədər yaxşı təşkilatlanmışlar: polisin mudaxilə etmədiyindən əmin omaq üçün onlar maşın yuma ləvazimatını öz mərkəzlərində saxlayırlar (şəhər mərkəzində yiyəsiz və təhlükəli bir binada) və onların daimi müştərilərlə razılıqları var. İşlər yaxşı gedəndə hər biri gündə 1 dollar gəlir əldə edir.

Demək olar ki söhbət edilən 10 usaqdan biri fahişəlik edir.

84%-i məcburi təhsil yaş müdətində (7-15) işləməyə baslamışlar.

Əsasən işin çox çətin olduğuna (27%), gəlirin az olduğuna 27%, alcaldıqlarına və onlardan sui-istifadə edildiklərinə görə (20%) heç kəs küçədə işləmək istəmir.

Onların yarısı qazandıqları pulları qida məhsulları almaq üçün xərcləyir, 8%-i isə kirayə pulunu ödəmək üçün evə gətirir. Digər xərclər arasında geyim (17%), kompyuter oyunları (9%) və siqaret var (6%). 100 usaqdan ikisi məktəb ləvazimatını almağı fikirləşir.

Küçə usaqları üçün narkotiklər sanki böyuk problem təşkil etmir, amma eyni zamanda “İsıq evi” təskilatının rəhbəri tərəfindən bəyan edildiyi kimi yapısqan iyləmək meyli getdikcə artır. Bu cür vərdilşlərin (narkotik maddələrə bağlılığın) müalicə olma bilmə imkanı barəsində biliklərin çox aşağı səviyyədə olduğu meydana çıxmışdır (eyni səxs bəzi usaqların “qanın təmizlənməsi”, yəni təmin edilən və bir dəfə keçirilən dializ prosedurunun keçirilməsi üçün xəstəxənaya təhvil verilməsi işinin asanlasdırılmasına nail olma niyyətində olduğundan bəhs edtmişdir, halbuki yapışqanlardakı kimyəvi maddələr nəfəsə alındıqda bu cür prosedurların heç bir təsiri olmur).

Onların hər gün qarsılasdıqları əsas problem polislə təmaslardır (31%). Əli və digər uşaqlar “KPZ”də (polis şöbəsində) və “SİZO”da (məhkəməqabağı təcrid mərkəzlərində) günlərcə saxlandıqlarından danışmışlar. O dəfələrcə təkrar edirdi ki polis onları hər hansı bir səbəbə görə və hətta səbəbsiz tutub apara bilər. Onlar “vəkil”in nə olduğunu bilmirlər.

Usaqların qarşılaşdığı digər problemlər arasında dalaşmalar və doyulmələr 22%, soyuq hava 11% və aclıq 7% var.



Dövlət müəssisələri tərəfindən qoruma üsulları.

Boşluqlar və risklər.


Gördüyümüz kimi usaqların Dövlət strukturlarıyla qarsılaşdığı təşkilat polisdir. Tranzit mərkəzlərə gətirildikdə əksər hallarda onları kimsə (valideynlər) gəlib götürənə qədər onlar orada saxlanır. Başqa sözlə onlar hətta heç bir cinayətdə şübhəli görülmədikdə belə orada saxlanırlar. Mərkəzlər tamamən polis tərəfindən idarə edilir və ictimai/ tədris müəssisələrin müdaxiləsi nadir hallarda baş verir. Baxmayaraq ki məqsəd etibarilə bu mərkəzlər həbs etmə funksiyasını daşımır, onlar yataq və tualetlərlə demək olar li təchiz edilməmişdir və qapı və qıfıllarla kilidlənir.69

Azyaşlılar ilə iş üzrə komissiyalar bu cür hallarla məşqul olmalıdırlar, amma araşdırma aparıldığı müddət ərzində onların adı nə transit mərkəzilərinin cavabdeh işçiləri, nə də uşaqlar tərəfindən heç çəkilmədi, bu isə onu göstərir ki, uşaqları qorumaq məqsədilə onların uşaqlarla bilavasitə təması çox nadir hallarda baş verir.

Qeyd etməyə dəyər ki küçə uşaqlarının sayının artmasında payı olan digər bir amil məktəbə gəlməmə hallarının qarşısının alınmasında lazımi dövlət mexanizminin olmamasıdır. baxmayaraq ki, qanunlara görə təhsil məcburidir, əslində nə valideynləri uşaqlarının məktəbə getməsini təmin edən bir vasitə vardır, nə də məktəbə gəlməmə hallarına nəzarət etmə və onların aradan qaldırmaqda kömək edə biləcək təşəbbüslər.

Küçə uşaqları arasında ailəsi olmayanlar daimi qaldıqları uşaq müəssisəsinə70, yəni daha əvvəl qaçaraq küçədə yaşamağa başladıqları yerə göndərirlər. Faktiki olaraq onlar uşaq müəssisəsindəki sui-istifadə hallarına dair gələn məlumatların əsəs mənbəyidir.

Bakıda mövcud olan seçim QHT-lərin öz təşəbbüsüylə yaranan iki mərkəzdir: yuxarıda adı çəkilən mərkəzdə yerləşdirmələri və küçə uşaqlarına sığınacaq verən və onlara məktəbə yenidən getmələrinə kömək göstərən “Ümid evi” adında bir qrupdur. yeni uşaq təşkilatına çevrilmə riskinə baxmayaraq (orada 40-a qədər uşağa baxıla bilir) mərkəz orada fəaliyyət göstərən könüllülərin göstərdkikləri müsbət münasibətə və uşaqlar üçün alternativ həllər tapmağ açıq olduqlarına görə təqdirəlayiqdir, eyni zamanda müəssisələrin uşaqlar üçün uyğun bir yer olmadığını dərk etmək şərtilə.71

UNICEF-in nöqteyi-nəzərindən prioritetlər


Müvəqqəti və ya daimi surətdə öz ailə mühitindən məhrum olan və ya ən vacib maraqlarının belə mühittə qalmamalarını tələb edən uşaqlara Dövlət tərəfindən xüsusi müdafiə və kömək təmin edilməlidir.

UHK, Maddə 20

Küçə uşaqları həm küçədə, həm də ictimai sistemlə təmasda olduqda zorakılıq və sui-istifadə olma riskinə ən çox məruz qalan ictimai qruplardan birisidir.

Bundan əvvəlki fəsildə tövsiyə edildiyi kimi bilavasitə polisin və digər vəzifəli orqanların işçilərin bilik səviyyəsinin artırılmasına yönəlmiş təşəbbüslərə üstünlük verilməlidir.

Digər tərəfdən uşaqların qayğı göstərən təşkilatlarının xidmətindən istifadə etmə imkanını genişləndirməsi və onların nəticədə “uşaq” həyatını yenidən başlamaqlarına və eyni zamanda onların davranışlarının məcburi olaraq dəyişməsinə yol verməmək üçün addımlar atılmalıdır. digər ölkələrdəki əldə edilən təcrübələr bir çox hallarda uşaqların və ya onların ailələrinin həyat tərzinə radikal şəkildə təsir göstərmənin mümkün olmadığını, “zərərin idarə edilməsi” tərzli müdaxilələrin “xilasedici” müdaxilələrə nisbətən daha effektiv olduğunu nümaiş etmişdir.

Bu mənada günərzi qayğı mərkəzləri və “qrup evlərinin” inkişaf etməsi istiqamətindəki təşəbbüslərin mümkün olan hər cür dəstəyin verilməsi əsasdır, eyni zamanda bu cür təcrübələrin davamliliğin və ictimai qayğı sisteminə istiqamətləndirməsinin vurqulanması şərtilə.



Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə