Magistratura məRKƏZİ” Əlyazması hüququnda Umarova Afən Çingiz qızı (Magistrantın A. S. A.) «Bank xidmətləri bazarında yeni məhsul və xidmətlərin tətbiqi»


Bank xidmətləri və məhsullarının genişləndirilməsi



Yüklə 0,53 Mb.
səhifə6/6
tarix06.02.2018
ölçüsü0,53 Mb.
#25992
1   2   3   4   5   6

3.3. Bank xidmətləri və məhsullarının genişləndirilməsi
Yeni, bank xidmətləri və məhsullarının tətbiqində İslam bankçılığının təcrübəsindən istifadəyə böyük ehtiyac vardır. Bu işə ilk dəfə olaraq 2013-cü ildən Azərbaycan Beynəlxalq Bankında «ilk islam pəncərəsi» yaradılması ilə başlanmışdır. İslam pəncərəsi İslam maliyyə sisteminin tərkib hissəsidir. Burada bütün bank xidmətləri və məhsulları Fars körfəzi ölkələrində (BƏƏ, Qatar, Küveyt, İran və s.), Malayziya, Türkiyə, Rusiya və ABŞ-da yayılmış islam bankçılığı prinsipləri əsasında aparılır. İslam pəncərəsinin bank xidmətləri siyahısında aşağıda göstərilən islam bankçılığı məhsulları daxildir: - icarə – ənənəvi lizinqin analoqu və ya əmlak icarəsi, vəkalət – ənənəvi depozitin analoqu – maddi aktivlərin vəkalətnamə əsasında idarə olunması, islam bank kartları – bunlar vasiətsilə pul vəsaitlərinin nağdlaşdırılması, mal və xidmətlərə görə ödəniş və s. həyata keçirilə bilər.

Azərbaycanın 6 bankı (Turanbank, ABB, Rabitəbank, Nikoil Bank, Bank Standard və Əmrah bank) islam bankçılığı alətlərindən istfiadə edir. islam bankçılığının tətbiq edilməsi bu banklara gələcəkdə müştəri bazasını genişləndirməyə, vəsaitləri beynəlxalq islam maliyyə bazarlarından cəlb etməyə və yerləşdirməyə, bank xidmətləri və məhsullarının tətbiqini genişləndirməyə imkan verəcəkdir.

Bir qayda olaraq sahibkarların əksəriyyəti müəssisələrinin inkişafı üçün lazımi kapitalın çatışmazlığından əziyyət çəkirlər. Bunun da səbəbi kreditin lazımi səviyyədə təminatının və ya zəmanətinin olmaması, kreditin faizlərinin yüksəkliyi, bankların aşağı faizlə uzunmüddətli kredit vermək istəklərinin olmaması, girova olan tələbin sərt olması, lazımi bazar şərtlərinin olmaması və s. ibarətdir.

Bu mənada İslam bankçılığı əvəzedilməzdir. Burada faiz söhbəti yoxdur. Bank sahibkarın biznes-planını hərtərəfli təhlil edərək, onun gələcəyinə inanırsa, həmin layihənin maliyyələşdirilməsinə faizsiz kredit verməklə, müəssisənin gələcəkdə əldə edəcəyi gəlirin bölüşdürülməsində iştirak edir. əgər sahibkar bu və ya digər səbəbdən müflisləşərsə, bank onların zərərinin də paylaşmasında iştirak edir. Bax, bu bankların əsil istehsalda iştirakı deməkdir. Bu baxımdan, bank xidmətləri və məhsullarının tətbiqi sferasının genişlənməsinə hər cür şərait yaranmış olur.

Nəzərə alınsa ki, kommersiya banklarının təqdim etdiyi kreditlərin faizlərinin yüksək olması, prosedurların, çətinliyi, girov tələbinin ağır olması kiçik və orta sahibkarlıq subyektlərini bu vəsaitlərdən istifadə imkanlarını məhdudlaşdırır.

Hal-hazırda kiçik və orta sahibkarlıq subyektləri bankların təqdim etdiyi fiksə olunmuş yüksək faiz dərəcələri səbəbindən bir sıra çətinliklərlə üzləşirlər. Bir sıra hallarda faiz dərəcələri o qədər yüksək olur ki, bu sahibkarların həyata keçirmək istədiyi layihələrin rentabelliyini aşağı salır. İslam bankçılığı isə uzun müddətə əvvəlcədən fiksə olunmuş heç bir faiz ödəmədən maliyyə institutundan kredit götürə bilir. Sahibkar yalnız gəlir əldə etdiyi zaman götürdüyü pulun miqdarı nisbətində hissə payı ödəyir.

Bir il və ya daha uzun zaman kəsiyində bank qulluqçusunun işini qiymətləndirərkən Amerika banklarının tətbiq etdiyi aşağıda izah edilən formadan istifadə etmək olar.

Bank qulluqçusunun işinin əsas istiqamətlərinin və onun vəzifə öhdə-liklərinin siyahısı. Müəyyən edilmiş dövr ərzində onların yerinə yetirilməsinin qiymətləndirilməsi. Mümkün olduğu hallarda yerinə yetirilmiş işin kəmiyyət və keyfiyyətcə qiymətləndirilməsindən istifadə edilir. Hər bir məqsəd və vəzifə öhdəlikləri üzrə fəaliyyət təsvir edilir və qiymətləndirilir.

Bank qulluqçusunun işinin aşağıdakı şkala ilə qiymətləndirilməsi.

5 bal - əldə edilmiş nəticə həmişə gözləniləndən yüksək olduqda - işçinin işinin nəticəsi həmişə gözləniləndən və tələb olunandan yüksəkdir və təqlid edilmə üçün nümunədir, işçi digər işçilər üçün nümunədir.

4 bal - əldə edilmiş nəticə vaxtaşırı gözləniləndən yüksək olduqda - işçinin işinin nəticəsi gözlənilənə və tələb olunana uyğun gəlir və bəzən onlardan yüksəkdir, işçi həqiqətən də işində ciddi-cəhdlə çalışmış və səriştəlilik göstərmişdir.

3 bal - əldə edilmiş nəticə gözlənilənə cavab verdikdə - işçinin işinin nəticəsi gözlənilənə və tələb olunana tamamilə cavab verir, kollektivdə işçinin bu sahədə yaxşı icraçı olması rəyi formalaşmışdır.

2 bal - əldə edilmiş nəticə gözləniləndən aşağı olduqda - işçinin işinin nəticəsi gözlənilənə və tələb olunana heç də həmişə uyğun gəlməmişdir, işçi işinin nəticələrinin yaxşılaşdırmalıdır ki, o tələb olunan səviyyəyə tam uyğun gəlsin.

1 bal - əldə edilmiş nəticə dözülməz olduqda - işçinin fəaliyyəti gözlənilənə və tələb olunana uyğun gəlmir, işçi bu sahədə zəiflik və ya səriştəsizlik göstərmiş, o fəaliyyətini təcili olaraq və əhəmiyyətli dərəcədə yaxşılaşdırmalıdır.

Bankın işçisinin fəaliyyəti aşağıdakı göstəricilərə görə balla qiymətləndirilir:

İşin istiqamətləri. Qiymətləndirmə.

1. Müştərilərlə iş.

Müştərilərin ehtiyacının müəyyən edilməsi, onlara zəruri xidmətlərin verilməsi, müştərilərin tələblərinin tam ödənilməsinin təmin edilməsi.

2. Fərasətlilik.

Düzgün qərarlar qəbul edilməsi, əminlik, digərlərini cəlb etmə bacarığı, işgüzarlığın perespektivlərini müəyyən etmək bacarığı.

3. İşçinin işinin nəticələrinin bankın qarşısında duran məsələlərin həll
edilməsinə təsiri.


  1. Liderlik, müəyyən edilmiş istiqməti gözləmək bacarığı, cəsarətlilik, başqaları üçün motivasiya yaratmaq bacanğı, cəsarət, səmimilik, şəxsi nümunə göstərmək və digər işçilərə kömək etmək bacarığı.

  2. Komandada işləmək, kollektivdə düzgün münasibətlər, komanda ruhu yaratmaq və ziddiyyətləri həll etmək bacarığı, müxtəlif insanlara rəhbərlik etmək qabiliyyəti.

  3. Ünsiyyətçililik, etibarlı münasibət yaratmaq, dinləmək, danışmaq və yazmaq məharəti.

  4. Təşəbbüskarlıq, şəxsi stimul və məqsədlər, vədinə əməl etmək.

  5. Peşəkar biliklər, işin texniki elementlərini anlamaq və bir-birinə çox yaxın peşələri yerinə yetirmək bacanğı.

İşin istiqamətlərinin qısa icmalı. 2-ci bölmədə izah edilən göstəricilər üzrə görülmüş işlər və onların 1-ci bölmədə qeyd edilən nəticələrə nail olunmasına necə təsir etdiyi təsvir edilir.

İşçinin şərhi. İşçi yerinə yetirdiyi işin qiymətləndirilməsinin nəticələrini şərh edir və daha effektli işləmk üçün menecerlərin nə etməli olduqlarını göstərir.

İnkişaf planı. İşin istiqamətləri göstərilir, işin yaxşılaşdırılması üçün məqsədlər müəyyən edilir və fəaliyyət planı tərtib edilir.

İnkişafın məqsədi və istiqamətləri. Fəaliyyət planı. İcra vaxtı və müddəti.

Bu forma menecerin işçi ilə aşağıdakı suallan müzakirə etməsi əsasında tərtib edilir:

İŞÇI


1) İşində (karyerasında) hansı uzunmüddətli maraqlar və məqsədlər güdür;

2) hansı vərdişlərə yiyələnmək, inkişaf etdirmək və daha yaxşı istifadə etmək,


hansı səriştələrinizi artırmaq istərdiniz;

3) Sizi karyeranızda hansı imkanları maraqlandırır.

MENECER


  1. İşçinin uzunmüddətli potensialı və işdə müəyyən mənsəbə çatma imkanları;

  2. İşçinin məqsəd və maraqlarını başa düşdüyünə əsaslanaraq Siz onun öz məqsədlərinə nail olmasına, ona öz işini təkmilləşdirməkdə ona necə kömək edə bilərsiniz, bu işin onun maraqlarına uyğun gəlməsi və onun potensialını tam açması üçün nə edə bilərsiniz.

Həvəsləndirmə sistemində bankın rəhbər işçilərinin mükafatlandırılması xüsusi yer tutur. Bank rəhbərliyinin maddi mükafatlandırılması aşağıdakıları təmin etməlidir:

  • yaxşı idarəçilərin (idarə edənlərin) qorunub saxlanması;

  • maliyyə qoyuluşlarının effektliliyinin yüksəldilməsi:

  1. gəlir gətirən aktivlərin həcminin artırılması;

  2. az effektli maliyyə qoyuluşlarının həcminin ixtisar edilməsi.

Xarici ölkələrdə bank rəhbərliyinin işinin effektliliyi göstəricisi kimi iqtisadi
əlavə dəyər göstəricisindən istifadə edilir. Müdiriyyətin mükafatlandırılması, həvəsləndirilməsi üçün əsas olan əlavə dəyər onun diqqətini müasir maliyyənin əsas vəzifəsi olan kapitalın yerləşdirilməsinin və idarə edilməsinin kritik problemlərində fokuslaşdırır. İqtisadi əlavə dəyər müdiriyyəti, idarəediciləri mənfəətlilik vəd edən inkişaf istiqamətləri axtarıb tapmağa sövq edir.

Müdriyyətin maddi həvəsləndirilməsi müxtəlif formalarda (məsələn, ucuz qiymətə bankın səhmlərinin alınması, təqaüdə çıxan işçilərə yüksək təqaüdlərin müəyyən edilməsi və s.) həyata keçirilə bilər.



NƏTİCƏ
Müasir cəmiyyətdə bankla müxtəlif çeşidli əməliyyatlar yerinə yetirirlər. Onlar vasitəsilə yalnız pul dövriyyəsinin və kredit münasibətlərinin təşkili təmin edilmir, eyni zamanda milli iqtisadiyyatın maliyyələşdirilməsi, sığorta əməliyyatları, qiymətli kağızların alqı-satqısı, vasitəçilik əməliyyatları, eləcə də əmlakın idarə edilməsi həyata keçirilir. Banklar maddi istehsal sferasında – sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat-rabitə ilə yanaşı, xidmət sahələrində və tədavül sferasında da müvəffəqiyyətlə fəaliyyət göstərirlər.

Banklar resurslar alır, bu resursları müxtəlif hüquqi və fiziki şəxslərə satmaqla, resursların yenidən bölüşdürülməsini həyata keçirməklə yeni məhsulların hazırlanmasına, məhsulların mübadiləsinə, yeni istehsal və xidmət obyektlərinin yaradılmasına və s. yardım edir.

Bütün bunlar kommersiya banklarının bank xidmətləri bazarında yeni məhsul və xidmətlərinin tətbiqi nəticəsində baş verir.

Bank xidmətləri bazarında bankların fəaliyyətinin geniş təhlili göstərir ki, bank məhsulları və xidmətlərinin düzgün qiymətləndirilməsi, müştərilərlə işgüzar və hər iki tərəf üçün sərfəli əlaqələrin yaradılması böyük iqtisadi əhəmiyyətə malikdir. Bunun üçün aşağıdakılar tövsiyə edilir:

- Kommersiya banklarının xidmətlərinin təhlili göstərir ki, onların xidmət növlərinin sayı azdır və bank məhsullarının qiyməti məhsulun istehsalı və satışı ilə bağlı bütün məsrəfləri ödəmədiyi üçün bir sıra bankların fəaliyyətlərinin dayandırılmasına və yaxud zərərlə işləməsinə səbəb olmuşdur.

- Banklar məhsullarını qiymətləndirərkən əsasən güclü rəqibin qiymətinə əsaslanırlar. Ona görə də aparıçı bankların məhsullarının qiymətinin dəyişməsi digər bankların məhsullarının qiymətlərinin də dəyişməsinə səbəb olur.

- Bankın yüksək rentabelli fəaliyyəti heç də bütün hallarda bankın səmərəli idarə olunmasından deyil, həmçinin onun bazardakı vəziyyətindən də bilavasitə asılıdır.

- Bank xidmətlərinin qiymətini və onlara təsir edən amilləri tədqiq etməklə bütün banklarda daxili qiymətlər metodikasını tətbiq etməklə hər bir məhsulun qiymətinin hesablanması təklif olunur.

- Bank xidmətlərinin qiymətlərinin hesablanmasında inzibati xərc elementlərini gəlir və xərc mərkəzlərinə bölməklə tapılması qaydasının tətbiqi mühüm rol oynaya bilər.

- Məhsulun istehsalına çəkilən məsrəflərdə hər bir strukturun və ya işçinin sərf etdiyi vaxtın qiymətini müəyyən etmək məqsədilə daxili qiymətlər metodikası hazırlanmışdır və məsrəflərin hesablanmasının bu metodika əsasında aparılması tövsiyə edilir.

- Bankın büdcəsi ayrı-ayrı strükturların büdcəsindən, hər bir strukturun büdcəsinin gəliri isə ayrı-ayrı məhsulların satışı hesabına formalaşdığından, büdcə planlaşması və icrasında daxili qiymətlərin mühüm rolu olduğundan büdcə prosesində daxili qiymətlərdən istifadə olunması daha çox səmərə verə bilər.

Tədqiqat nəticəsində mövcud normativlərin məhsulların qiymətinin yaranmasına təsiri təhlil edilməklə daxili qiymətlər metodikası hazırlanmış və bu metodikanı kommersiya banklarının göstərdikləri xidmətlərin maya dəyərinin hesablanmasında istifadə edilməsi məqsədəuyğun hesab edilir.



ƏDƏBİYYAT SİYAHISI


  1. «Banklar və bank fəaliyyəti haqqında» Qanun

  2. Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında qanun

  3. M.Bağırov. «Banklar və bank əməliyyatları». Bakı, 2003

  4. Pul və banklar. R.Bəşirov və b. Bakı, 2012

  5. R.Bəşirov. «Bank işi». Bakı, 2007

  6. Z.Məmmədov və b. «Bank işi və elektron bankçılıq». Bakı, 2003

  7. M.Əliyev. «Bankların inkişaf istiqamətləri». Bakı, 2011

  8. X.Kazımov. «Planlı qiymətlərin əmələ gəlməsi». Bakı, 2007

  9. İ.Qarayev. «Qiymətin əmələ gəlməsi». Bakı, 2010

  10. R.Rzayev və b. «Pul, kredit və banklar». Bakı, 2000

  11. F.Kotler. «Marketinqin əsasları». Bakı, 2011

  12. Е.Жуков и др. Банки и банковские операции. Москва, 2007

  13. Г.Беолглазова. Коммерческие банки в условиях рынка. Москва, 2007

  14. Dövrü mətbuat, 2015-2016

  15. Mərkəzi Bankın saytı



1 M.Bağırov. «Banklar və bank əməliyyatları». Bakı, 2003


1 R.Bəşirov. «Bank işi». Bakı, 2007


1 İ.Qarayev. «Qiymətin əmələ gəlməsi». Bakı, 2010


1 О.И.Лаврушин «Банковское дело». М. 1999

1 Е.Жуков и др. Банки и банковские операции. Москва, 2007


1 X.Kazımov. «Planlı qiymətlərin əmələ gəlməsi». Bakı, 2007


1 В.И. Колесников и др. Банковское дело

1 Z.Məmmədov və b. «Bank işi və elektron bankçılıq». Bakı, 2003


Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə