Magistratura məRKƏZİ” Əlyazması hüququnda Umarova Afən Çingiz qızı (Magistrantın A. S. A.) «Bank xidmətləri bazarında yeni məhsul və xidmətlərin tətbiqi»



Yüklə 0,53 Mb.
səhifə3/6
tarix06.02.2018
ölçüsü0,53 Mb.
#25992
1   2   3   4   5   6

Cədvəl 1.

Bankın özünün və cəlb edilmiş resursların qalığı haqqında məlumat

(2014-cü ilin yekunları üzrə)



Passivlərin adı

Məbləği (mln.man.)

% dərəcəsi

1. Müddətli depozitlər ……………………………..

13400,0

8,95

2. Əhalinin müddətli əmanətləri …………………..

70044,0

8,95

3. Bankların hesabları ……………………………...

176273,0

4,01

4. Faiz ödənilməyən müştəri hesabları ……………

362804,0

0,00

5. Faiz ödənilən müştəri hesabları …………………

58066,0

1,00

6. Banklararası depozitlər ………………………….

182584,0

6,75

7. Sair passivlər ……………………………………..

90273,0

0,00

8. Kapital …………………………………………….

81442,0

14,00

Passivlərin cəmi:

1034886,0

3,75

Cədvəlin məlumatlarından göründüyü kimi cəlb edilmiş resurslar mümkün aktivlərin 92,13 faizini təşkil etmişdir. Bankın kapitalı ən yüksək faizli (14%) resursdur. Bir çox mütəxəssislərin fikrinə görə kapital mənfəət qazanmaq üçün deyil, likvidliyi təmin etmək üçün istifadə edilir.

Banklardan cəlb edilmiş depozitlər 17,64%, əhalidən cəlb edilmiş əmanətlər isə 6,77% təşkil etmişdir. Cəlb olunmuş resursların qiymətini bilməklə banklar müəyyən məlumat əldə edirlər ki, bu məlmutlar onlara kredit qoyuluşlarında faiz dərəcəsinin idarə olunması prosesini və qiymət strategiyasını səmərəli idarə etməyə imkan verir.

Dünya bank təcrübəsində bankın resurslarının qiymətləndirilməsinin əsasən iki növünü fərqləndirirlər:

1) kreditlərin verilməsində baza dərəcəsi olaraq cəlb edilmiş resursların faiz dərəcəsini;

2) resursların qiymətləndirilməsində baza olaraq bütün passivlərin orta faiz dərəcəsi götürülür.

Kredit resurslarının strukturunun dəyişməsi nəticəsində marja dəyişir ki, bu da bankın likvidliyinə və mənfəət göstəricisinə təsir edir. Bankın resurslarının yerləşdirilməsi və idarə olunmasında müəyəyn dəyişikliklər həmişə mümkün olduğundan çevik qiymət siyasəti yeritmək, banklar üçün olduqca vacibdir.

Cəlb olunmuş resurslara faiz hesablanmasının iki əsas modulu vardır. Birincisi sadə, ikincisi isə mürəkkəb faiz hesablanması formasıdır. Bizim misalda ən ucuz resurs, tələbolunanaqədər olan resurslardır. Banklar, bir çox hallarda bu resursların ucuz olmasından şirniklənərək likvidlik baxımından problemlərlə üzləşirlər. Yuxarıdakı cədvəldə cəlb edilmiş resursların 45307,70 mln.manat və ya 43,78%-ni faiz ödənilməyən müştəri hesabları təşkil etməsinə baxmayaraq, bankın passivlərinin orta faiz dərəcəsi 3,75 faiz təşkil etmişdir ki, bu da bank tərəfindən 38843 min manat faiz xərci deməkdir. Resursların cəlb olunmasında mənbələr müxtəlif olduğu kimi, resursların faizləri və ödənilən faiz məbləğləri də müxtəlifdir. Dediklərimizi aşağıdakı cədvəldən görmək olar.



Cədvəl 2

Cəlb olunmuş resurslara görə ödənilən məbləğ

(2014-cü ilin yekunları üzrə)



Passivlərin adı

Məbləği (mln.man.)

% dərə-cəsi

Ödənilən məbləğ (mln.man.)

1. Müddətli depozitlər ……………………………..

13400,0

8,95

1199,3

2. Əhalinin müddətli əmanətləri …………………..

70044,0

8,95

6268,94

3. Bankların hesabları ……………………………...

176273,0

4,01

7068,55

4. Faiz ödənilməyən müştəri hesabları ……………

362804,0

0,00

-

5. Faiz ödənilən müştəri hesabları …………………

58066,0

1,00

580,66

6. Banklararası depozitlər ………………………….

182584,0

6,75

12324,42

7. Sair passivlər ……………………………………..

90273,0

0,00

-

8. Kapital …………………………………………….

81442,0

14,00

11401,82

Passivlərin cəmi:

1034886,0

3,75

38843,75

Cədvəlin məlmutlarından göründüyü kimi əhalidən cəlb olunmuş əmanətlərə – 6268,94 min manat, hüquqi şəxslərdən qəbul olunmuş depozitlərə – 1199,3 min manat, banklardan cəlb olunmuş depozitlərə – 12324,42 min manat faiz məbləği ödənilmişdir və cəlb olunmuş depozitləri ən bahalı resurs kimi qəbul etmək olar.

Göstərilən misalda passivlərə aid olan xərclər haqqında müəyəyn qədər məlumat əldə etdikdən sonra aktivlərin təhlil edilməsi ilə bankın resurslarının nə qədər səmərəli idarə olunduğunu görmək olar.

Resursların müddətlərinə görə də düzgün istifadə olunmaması, onların səmərəsiz istifadəsi, aktivlərlə passivlər arasındakı faiz fərqində bir sıra hallarda problemlər yaradır ki, bu da aktivlərin daha az faiz gətirməsinə səbəb olur.

Bank xidmətlərinin qiymətinin formalaşmasına təsir göstərərk aktivlərin ümumilikdə gəlirliliyini aşağı salan mühüm amillərdən biri də kassada, müxbir hesabda olan nağd vəsaitlər və Mərkəzi Bankda yerləşdirilmiş məcburi ehtiyatların bir hissəsidir. Bunu cədvəldən görmək olar.


Cədvəl 3

Aktivlərin yerləşdirilməsi və faiz dərəcələri haqqında məlumat

(2014-cü ilin yekunları üzrə)



Aktivlər

Məbləğ (mln.man.)

Faiz

dərəcəsi


1. Nağd pul vəsaiti ………………………………..

38964,0

0,00

2. Müxbir hesablar ……………………………….

327432,0

4,85

3. Mərkəzi Bankdakı məcburi ehtiyatlar …………

36904,0

0,00

4. Vaxtı keçmiş ssuda borcu ……………………….

23792,0

0,00

5. Banklararası kreditlər …………………………..

46281,0

8,37

6. Təşkilatlara verilmiş kreditlər …………………..

327161,0

12,33

7. Fiziki şəxslərə verilmiş kreditlər …………………

4165,0

14,66

8. Qiymətli kağızlar ………………………….….…

17544,0

16,91

9. İnvestisiyalar …………………………….….…..

10092,0

0,00

10. Əsas vəsaitlər ……………………………….…..

81229,0

0,00

11. Sair aktivlər ………………………………….…

121324,0

0,00

Aktivlərin cəmi ……………………………………..

1034886,0

6,15

Cədvəldən göründüyü kimi, ümumi məbləğin aktivlərdə 31,64 faizini digər banklarda olan pullar, 31,61 faizini müştərilərə verilmiş kreditlər təşkil edir. Banklarda yerləşdirilmiş müddətli vəsaitlər isə 4,47 faiz təşkil edir. Aktivlərin ümumilikdə 722581,0 min manatı və ya 69,82 faizi gəlir götürən aktivlərə aiddir.

Cədvəldəki məlumatlardan göründüyü kimi Dövlət qiymətli kağızlarında yerləşdirilmiş vəsaitlərin faiz drəcəsi 16,91% təşkil etmişdir ki, bu da ən yüksək faizlə yerləşdirilmiş resurslardır. Yerləşdirilmiş aktivlərdən gəlirlərin hesablanması yolu ilə ayrı-ayrı gəlirlərin ümumi aktivlərdən gələn gəlirlərdə tutduğu yeri tapa bilərik. Bu aşağıdakı cədvəldən görünür.
Cədvəl 4

Aktivlərin yerləşməsindən gələn gəlir haqqında məlumat

(2014-cü ilin yekunları üzrə)



Aktivlər

Məbləğ (mln.man.)

Faiz

dərəcəsi


Məbləğ

1. Nağd pul vəsaiti ………………………………..

38964,0

0,00

-

2. Müxbir hesablar ……………………………….

327432,0

4,85

15880,45

3. Mərkəzi Bankdakı məcburi ehtiyatlar …………

36904,0

0,00

-

4. Vaxtı keçmiş ssuda borcu ……………………….

23792,0

0,00

-

5. Banklararası kreditlər …………………………..

46281,0

8,37

3873,72

6. Təşkilatlara verilmiş kreditlər …………………..

327161,0

12,33

40338,95

7. Fiziki şəxslərə verilmiş kreditlər …………………

4165,0

14,66

610,59

8. Qiymətli kağızlar ………………………….….…

17544,0

16,91

2966,69

9. İnvestisiyalar …………………………….….…..

10092,0

0,00

-

10. Əsas vəsaitlər ……………………………….…..

81229,0

0,00

-

11. Sair aktivlər ………………………………….…

121324,0

0,00

-

Aktivlərin cəmi ……………………………………..

1034886,0

6,15

63670,4

Məlumatlardan göründüyü kimi ümumi aktivlərin gəlirlilik səviyyəsi 6,15% və ya 63670,4 min manat, o cümlədən müəssisə və təşkilatlara verilmiş kreditlərdən gələn gəlir 40339,0 min manat və ya 63,38% təşkil etmişdir.

Yuxarıda qeyd edildiyi kimi müəssisələrə verilmiş kreditlər ümumi aktivlərin 31,61%-ni təşkil edib. Dövlət qiymətli kağızlarına qoyulan vəsait ümumi aktivlərin 1,69%-ni, gələn gəlirlər isə 2967 min manat və ya 4,44 faiz təşkil etmişdir.
2.2. Bank məhsul və xidmətlərinin xarakteristikası
Ölkə iqtisadiyyatının inkiaşfı yeni bank məhsul və xidmətlərinin göstərilməsini labüd edən vacib şərtlərdəndir. Bu onunla izah edilir ki, banklar xidmət müəssisəsi olaraq həm fiziki şəxslərə, həm də hüquqi şəxslərə xidmət etməlidirlər. Bank sferasında rəqabətə davam gətirmək, müştəri bazasını təmin etmək məqsədilə banklar daim öz üzərlərində işləməklə təklif etdikləri məhsul və xidmətləri tələblər səviyyəsinə qaldırmalıdarlar.

Kommersiya bankları ölkənin maliyyə bazarını ətraflı təhlil etməklə, müştərilərinə yeni, onlara lazım olan bank məhsul və xidmətlərini təklif etməlidirlər. Bu zaman bank məhsul və xidmətlərinin qiyməti onların keyfiyyəti, müştərinin maliyyə vəziyyətinin təhlili diqqət mərkəzində saxlanılmalıdır. Kommersiya bankları öz müştərilərinə məhsul və xidmət təklif edərkən ölkənin maliyyə bazarının vəziyyəti, bank sferasında baş verən yeniliklər, kredit bazarının öyrənilməsi, qiymətli kağızlar bazarında baş verən yeniliklər və s. ətraflı öyrənilməlidir.

Bank məhsul və xidmətlərinin təklif edilməsi zamanı müştərinin maliyyə vəziyyəti mütləq nəzərə alınmalıdır. Ölkədə bank məhsul və xidmətlərinin ümumi vəziyyəti real sektorun mövcud vəziyyəti ilə uzlaşdırılmalıdır. Bunun üçün ilk növbədə banklarla real sektorun iqtisadi əlaqələri möhkəm olmalıdır. Ölkə sahibkarları başçılıq etdikləri sahələrin inkişafında müntəzəm olaraq bankların onlara dəstək olmalarını hiss etməlidirlər. Belə olmazsa müştərilər banklara, banklar isə müştərilərə inanmaz, qarşılıqlı əlaqələrdə bir-birinə etimadsızlıq yaranır. Bu gün Azərbaycanda banlarda müştərilər arasında belə bir inamsızlıq mövcuddur. Ona görə də bank məhsul və xidmətlərindən istifadə zhər iki tərəf üçün qəbul edilməzdir.

Banklar müştərilərə, müştərilər banklara inanmırlar. Təsadüfi deyil ki, ölkə başçısı İ.Əliyev öz çıxışlarında dəyələrlə qeyd etmişdir ki, banklarla real sektorun əlaqələri çox zəifdir. Banklar real sektorla sıx əlaqə yaratmalıdırlar. Görünən isə bunların əksini göstərir. Ona görə də kommersiya banklarının müştərilərə göstərdikləri xidmətləri barmaqla saqmaq olar.

Bank sektorunda sağlam rəqabətin olması da vacib şərtlərdəndir. Banklar bir-birilə müştəriyə göstəricəkləri xidmət mədəniyyətinin yüksək keyfiyyəti, münasib qiyməti, operativliyi, tələblərə cavab vermələri ilə yarışmalıdırlar. Bank bazarında isə biz bunun əksini görürük. Banklar əsasən müştəriləri aldatmaq, kreditə görə yüksək faiz tələb etmək, yeni məhsul və xidmət təklif etmək üçün əməli iş görməmələri ilə seçilir.

Kommersiya banklarının müştərilərə göstərəcəkləri xidmət və satacaqları məhsullar elmi-texniki tərəqqinin inkişafı ilə əlaqələndirilməlidir. Yüksək texnologiyanın tətbiqi bank xidmət və məhsullarının da inkişafına təsirsiz ötüşməz. Mühüm məsələlərdən biri də bank məhsulları və xidmətləri üzrə ciddi nəzarətin olmasına nail olmaqdır. Başqa sözlə bankın təqdim etdiyi yeni məhsul gerçəkdirilmədən patentlə təmin olunmalıdır. Belə vəziyyət həmin məhsulun başqa bank tərəfindən müştərilərə öz adından təqdimatına imkan verməz.

Manatın 2015-ci ildə iki dəfə ucuzlaşması müştərilərin banklara və manata inamını xeyli azaltmış, iqtisadi böhranın davam etməsi, xam neftin qiymətinin bazarda dəfələrlə aşağı düşməsi infilyasiyanın iki rəqəmli olması, xarici borcların artması və digər neqativ hallar kapital bazarına təsirsiz olmamışdır.

Banklar krelitə görə faiz dərəcələrini artırmaqla, bir çox hallarda krediti milli valyuta ilə yox dollarla təklif etmələri, müştəri bank münasibətlərini xeyli kəskinləşdirmişdir.

Banklarda kapitallaşma səviyyəsi də ciddi müzakirələrə səbəb olmuşdur. 2015-ci ildə kommersiya banklarının nizamnamə kapitalını 5 dəfə artırmaqla 50,0 mln. manata çatdırılması bəzi bankların bağlanmasına, bəzilərinin isə birləşmək üçün danışıqlar aparması hələ də davam etməkdədir. Azərbaycan Beynəlxalq Bankında təminatsız yüksək məbləğ az kreditlərin verilməsi, dövlətin də iştirak etdiyi bankda ciddi problemlər yaratmışdır. Bankın rəhbər heyəti tamamilə dəyişilsə də, hökumətin aşağı faizlə uzun müddətə 3,5 mlrd. manat vəsait ayırmasına baxmayaraq, burada da sağlamlaşdırma prosesi hələ də davam etməkdədir. Odur ki müştərilərin banka inamı xeyli zəifləmiş, problemli kreditlərin taleyi ilə bağlı müzakirələr davam etməkdədir. Belə fəziyyətdə yeni bank məhsulları və xidmətlərinin təklifi vəziyyəti xeyli mürəkkəbləşmişdir. Bankların min bir əziyyətlə topladıqları vəsaitləri ciddi araşdırma aparmadan müştərilərə vemələri belə problemləri qaçılmaz etmişdir. Məlumdur ki, sahibkarların əksəriyyəti banka kreditə görə müraciət etməklə, rəhbərlik etdikləri sahənin inkişafına səy göstərirlər.

Banklar belə kredit üçün yüksək faiz tələb etdikdə onların çoxu bu sövdələşmədən əl çəkməli olur və beləliklə istehsalın inkişafı mümkün olmur. Buradan çıxış yolu ilə olmalıdır? Ancaq faiz dərəcəsini aşağı salmaq. Hökumət, Mərkəzi Bank və Banklar assosiasiyası bu məsələlər ətrafında ciddi araşdırma apararaq optimal qərara gəlməlidirlər.

Dünyada heç bir ölkədə yəqin ki, bizdə olduğu qədər yüksək faizlə kredit təklif edilmir. Bu düşündürücü amildir.

Müştərilərlə aparılan söhbətlər və bank məlumatlarının təhlili göstərir ki, bank xidmətlərinin də kifayət qədər yüksək qiymətə təklif edilməsi müştərilərin onlardan imtinasına səbəb olur.

Banklar müyştərilərlə kifayət qədər maarifləndirmə tədbirləri aparmadıqları səbəbindən onlar arasında qarşılıqlı anlaşma alınmır. Bəzən adi bir iş üçün müştəri uzun növbələrdə dayanmalı olur. Bu isə onun olduqca qiymətli vaxt itgisinə gətirib çıxarır. Bunun üçün bəzi bank xidmətlərinin avtomatlaşdırılması və ya «asan xidmətdə» olduğu kimi onun operativ icra edilməsi yolları tapılmalıdır.

Bank məhsul və xidmətlərinin göstərilməsi bankla müştəri arasında bağlanmış müqaviləyə əsaslandığı üçün belə müqavilələrin işlənib hazırlanması sadələşdirilməklə müştərinin daha az vaxt itgisinə gətirib çıxarmalıdır. Bankla müştəri arasında hər hansı bank məhsulu və xidməti üzrə bağlanmış müqavilə, dolayısı ilə həmin məhsul və xidmətin satın alınması qiymətini müəyyənləşdirir. Odur ki, bu sənədin tez və ətraflı təhlildən sonra bağlanması, gələcəkdə tərəflər arasında yaranacaq anlaşılmazlığa son deməkdir.

Bunun üçün bank işçiləri müştərilərlə əvvəlcədən təklif edilən bank məhsul və xidmətləri üzrə peşəkar səviyyədə söhbətlər aparmalı, onların maliyyə vəziyyətini ətraflı öyrənməyə çalışmalı, lazım gələrsə, gələcəkdə problem yaranmasını görürsə bu məhsul və xidmətlərdən imtina edilməsinə nail olmalıdır. Bank məhsul və xidmətlərinin alıcıya təqdim edilməsini bankların marketinq xidməti həyata keçirməlidir. Marketinqlər bank xidmətləri bazarının tədqiqini həyata keçirməklə, bank məhsul və xidmətlərinin keyfiyyətini yüksəltməklə, sayının artırılmasına çalışmalıdırlar. Məlumdur ki, bank əməliyyatlarında olduğu kimi, bankların təklif etdikləri məhsul və xidmətlərdə də müvafiq risklərin olması qaçılmazdır. O da danılmaz faktdır ki, risklə gəlir qarşılıqlı əlaqədardır. Ona görə də bank mütəxəssisləri bu məsələləri qarşılıqlı qaydada öyrənməli, gəliri artırmaq xatirinə yüksək riskli əməliyyatların təkliyini etməməlidirlər. Bu isə öz növbəsində bank bazarının hər tərəfli təhlilini, müştəri-bank münasibətlərinin ətraflı öyrənilməsini tələb edir.

Müştəriyə göstərilən xidməti və təklif edilən bank məhsulunu digər bankların analoji əməliyyatları ilə müqayisə etmək imkanı olmalıdır. Belə halda həm müştərilər, həm də banklar bazardakı real vəziyyəti hər tərəfli öyrənməklə düzgün yekun qərar qəbul etmək imkanı qazanır. Bu halda risklərin və gəlirin də nizamlanması yolunda lazımı işlər görülür.

Bank xidmətləri sahəsində sahibkarlığın inkişafı müştərilərin sərbəst vəsaitlərinin cəlb edilməsi sahəsində bank sistemi daxilində olmaqla, həm də qeyri-bank institutları arasında rəqabət mübarizəsinin kəskinləşməsi fonunda baş verir. Buna görə də banklar maliyyə bazarının yeni alətlərini mənimsəməklə özlərinin fəaliyyətini diversifikasiya edir və müştərilərinə müxtəlif xidmətlər göstərirlər. Rəqabət mübarizəsinin həddən artıq kəskinləşdiyi halda maliyyə bazarında öz fəaliyyətində yalnız öz seqmentini tapa bilən, öz müştərilərinin tələblərinə uyğunlaşdıra və bu tələbləri daha dolğun ödəyən, yeni bank xidmətlərinə tələbat yarada bilən banklar davam etdirir. Bu halda banklara maliyyə bazarında baş verən proseslərə tam fəaliyyət göstərməyə şərait yaradan və imkan verən bank marketinqi kömək ola bilər.

İqtisadi ədəbiyyatda bank xidmətləri bazarının mahiyyətinin, məzmununun bir mənalı izahı yoxdur. Məsələn, Amerika idarəetmə nəzəriyyəsi və praktikasında bank xidmətləri bankın özündə iki aspekti: bazarın təhlilini və onun inkişaf istiqamətlərini, həmçinin bazara təsiretmə üsullarının müəyyən edilməsini birləşdirən davranışının kompleks proqramı kimi izah edilir. Bank xidmətləri bazarı həmçinin müştərilərin real tələbatlarını nəzərə almaq şərti ilə daha sərfəli, daha cəlbedici bank xidmətləri bazarlarının axtarılıb tapılması kimi də izah etmək olar. Bank xidmətləri özünü bütünlükdə kapital bazarında və onun müxtəlif sektorlarında - bank sferasında, kredit sistemində və qiymətli kağızlar bazarında - baş verən prosesləri öyrənən və nəzərə alan idarəetmə sistemi kimi təqdim edir.

Ölkəmizin bank sferasının inkişafının indiki şəraitində bank xidmətləri bazar müştərilərin, bankın və bütünlükdə cəmiyyətin maraqlarının tarazlaşdırılmasını təmin etməli olan sistem kimi yanaşılması xüsusi diqqət tələb edir. Bu iqtisadiyyatda bankların oynadığı xüsusi rolla əlaqədardır. Bank sferasında baş vermiş çoxsaylı böhranlar və müflisləşmələr maliyyə baxımından kommersiya banklarının dayanıqlılığına, müştərilərin tələblərinin artmasına səbəb olmuşdur. Sorğular nəticəsində məlum olur ki, müasir şəraitdə müştərilər üçün bankların seçilməsinin iqtisadi həddləri onun haqqında tam informasiyanın mövcudluğundan və bankın etibarlılığından daha az əhəmiyyətliidir. Formalaşmış bu situasiya dövlət tərəfindən maliyyə sferasının tənzimlənməsi, bank tərəfindən isə özlərinin müsbət imicinin yaradılması və müştərilərin bank fəaliyyətindən məmnun olması üçün zəruri olan tədbirlərin həyata keçirilməsini tələb edir.

Bank xidmətlərinə cəmiyyətin tələbatının aşkar edilməsi və bu xidmətlərdən istifadə edilməsi sistemi kimi də müəyyən etmək olar.[8]1

Bank xidmətləri bazarının məqsədi bankın fəaliyyətinin maliyyə bazarının tələblərinə və daima dəyişən mühit amillərinə uyğunlaşdırılması üçün zəruri olan şəraitin yaradılması hesabına zəruri onun rəqabətə davamlılığının və mənfəətliliyinin yüksəldilməsidir.

Mahiyyət etiban ilə bank xidmətləri bankı bazarla əlaqələndirən halqa kimi çıxış edir. Onun köməyi ilə bank bazar, onun xüsusiyyətləri və tələbatları, müştərilərin istəkləri və rəqabətin vəziyyəti müxtəlif çeşidli informasiya ala və müxtəlif metodlarla bazara təsir edə bilir. Başqa sözlə desək, bunun köməyi ilə bankın bazar subyektləri ilə birbaşa və əks əlaqəsi realizə olunur.

Tarixən xidmət sferası müəssisələri fəaliyyətlərində bank xidmətləri sənaye müəssisələrindən xeyli gec tətbiq etməyə başlamışdır. Xidmət sferasında marketinqdən birinci dəfə aviakompaniyalar, sonra isə banklar istifadə etməyə başlamışdır. Bu bir sıra səbəblərlə, birinci növbədə, bank xidmətləri sahəsində rəqabət mübarizəsinin kəskinləşməsi və ətraf mühitdə baş verən ciddi dəyişikliklərin baş verməsi nəticəsində bank fəaliyyətinin pisləşməsi ilə izah edilir. Bank işində pul kapital təklifi ilə ona olan tələbin uzlaşdırılması sayəsində bank əməliyyatlarının və xidmətlərinin yeni orijinal növləri tətbiq edihr.

Amerika bank sistemini tədqiq edən C. F. Sink keçən əsrin 90-cı illərində maliyyə sferasında baş vermiş dinamik dəyişikliklərin aşağıdakı beş əsas səbəbini göstərir:



  1. Elmi-texniki tərəqqi: elektronikanın, avtomatlaşdırmanın və telekommunikasiyanın inkişafı bank əməliyyatlarının yerinə yetirilməsi texnologiyasının dəyişməsinə, bu isə maliyyə-kredit institutlarının milli və regional əhatə dairəsinin genişlənməsinə (bank sektorunda rəqabətin qloballaşmasına) səbəb olur. Bank işinin kompyuterləşdirilməsi "maliyyə inqilabının" ilkin zəruri şərti olmuşdur. Bununla eyni zamanda bank əməliyyatlarının yerinə yetirilməsi texnologiyasının inkişafı maliyyə xidmətləri sahəsinə daxilolmanı kəskinləşdirə bilər.

  2. Rəqabət: inkişaf etmiş ölkələrin əksəriyyətində həyata keçirilmiş və maliyyə fəaliyyəti sahəsində mövcud olan məhdudiyyətlərin qismən aradan qaldırılmasına yönəldilən qanunvericilik islahatları rəqabətə əngəl olan maneələrin zəifləməsinə səbəb olmuşdur. Hazırda bank xidmətləri bazarı, demək olar ki, dünyanın bütün ölkələrində kifayət qədər müdafiə olunmur, hər bir konkret ölkənin bankı, həmin ölkənin və başqa ölkələrin digər banklarının və qeyri-bank kredit təşkilatlarının rəqabəti ilə qarşılaşır.

Bank sferasında rəqabət mübarizəsinin daha sərt xarakter almasının başlıca səbəblərindən biri bank məhsullarının patent müdafiəsinin olmamasıdır. Bankın hazırladığı istənilən məhsul dərhal digər banklar tərəfindən təqlid oluna və müştərilərə təqdim oluna bilər.

  1. Faiz stavkalarının və valyutanın kursunun mütəmadi dəyişkənliyi: iqtisadi çətinliklərlə (istehsalın həcminin azalması, tədiyyə balansında böhranlar, inflyasiya, ölənilməmiş xarici borcların həcminin artması, daşınmaz əmlak əməliyyatlarının həcminin azalması) və digər neqativ amillərlə əlaqədar olaraq kapital bazarında qeyri-müəyyənliyin artması pul bazannda faiz stavkalarının ciddi surətdə yüksəlməsinə gətirib çıxarmışdır. Bu isə inamsızlıq səviyyəsinin və bankların faiz risklərinin artmasına səbəb olur və bankların iqtisadiyyatın və maliyyənin vəziyyətinin dəyişməsindən asılılığını daha da artırır.

  2. Müştərilər uğurunda mübarizənin daha sərt xarakter alması. Əvvəllər - banklar mütləq hakimiyyətə malik olduğu vaxtlarda onlara müştəri arxasınca qaçmaq lazım gəlmirdi. Bank və bank fəaliyyəti haqqında qanunvericiliyin liberallaşdırılması bank sferasında rəqabətin kəskinləşməsinə və bankların izafi gəlirlərinin azalmasına səbəb oldu. Rəqabət şəraitində müştərilərə xidmətlərin göstərilməsi və onların tədqiqi bank fəaliyyətinin uğurunun açar faktoru oldu.

5. Kapitalın adekvatlılığı və ya kifayət miqdarda olması, yəni bankın xüsusi
kapitalı və cəlb edilmiş kapital arasındakı nisbət. Kapitalın kifayət qədər olması bankın riskə meylli olmasını təsdiq edən göstəricidir. Kapitalın səviyyəsinin yüksək olması müştərinin banka inamını artınr və həm bankın, həm də müştərilərin riskini azaldır.

Qeyd edilənlərdən başqa bank fəaliyyətində bazar prinsiplərinin tətbiqi inkişaf etmiş ölkələrin maliyyə sisteminin maliyyə bazarının bank məhsulları ilə doydurulmasına cavab reaksiyası oldu.



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə