«magistratura məRKƏZİ» Əlyazma hüququnda



Yüklə 0,57 Mb.
səhifə2/4
tarix27.10.2017
ölçüsü0,57 Mb.
#7102
1   2   3   4

1.1. Maliyyə vəziyyətinin təhlilinin əhəmiyyəti, vəzifələri və əsas metodları
Maliyyə vəziyyətinin real və obyektiv qiymətlən­diril­mə­si həm təşkilatın sahiblərinə və rəhbərliyinə, həm də onun fəali­y­yə­tin­də marağı olan xarici istifadəçilərə (banklara, investorlara, mal göndərənlərə, vergi orqanlarına və b.k.) lazımdır.

Maliyyə vəziyyəti təşkilatın istehsal və kommersiya fəaliyyətinə, ma­terial və maliyyə ehtiyatları ilə təmin edilməsinə bilavasitə təsir gös­tə­rir. Qeyri-qənaətbəxş maliyyə vəziyyəti təşkilatın işçilərilə, büdcə ilə, büdcədənkənar fondlarla, mal göndərənlərlə, banklarla və di­gər borc verənlərlə vaxtlı vaxtında hesablaşmalara imkan vermir ki, bu da nəticədə təşkilatın müflis olmasına gətirib çıxara bilər.

Təşkilatın investisiya fəaliyyəti onun maliyyə vəziyyətindən asılı­dır. Maliyyə ehtiyatları çatışmamazlığı əsas istehsal fondlarını ye­niləş­dirməyə, elmi-tədqiqat, təcrübə-konstruktor və texnoloji işləri hə­yata keçirməyə, yeni texnologiyaları tətbiq etməyə imkan vermir, bu isə buraxılan məhsulun rəqabət qabiliyyətinə mənfi təsir edə bilər.

Maliyyə vəziyyətinin təhlilinin əsas məqsədi əsas strateji vəzifə kimi təşkilatın aktivlərinin artırılması ilə xarakterizə edilir. Bunun üçün təşkilat ödəmə qabiliyyətini və rentabelliyini, balansın aktiv və öhdəliklərinin optimal strukturunu daimi saxlamalıdır.

Təşkilatın maliyyə vəziyyətinin təhlilinin əsas vəzifələri aşağıda­kıl­ardir [6, s. 360]:


  1. maliyyə sabitliyinin obyektiv qiymətləndirilməsi;

  2. maliyyə sabitliyinə təsir edən amillərin müəyyən edilməsi;

  3. dövriyyə kapitalının idarə edilməsinin səmərəliliyinin yüksəl­dilməsi ehtiyatlarının aşkar edilməsi;

  4. maliyyə sabitliyinin möhkəmləndirilməsinə yönəldilmiş idarəetmə qərarları işlənib hazırlanması.

Bu məsələlər aşağıdakı əsas istiqamətlər üzrə təhlil edilir:

 maliyyə sərbəstliyinin təhlili;

 ödəmə qabiliyyəti və likvidliyi (pula çevrilə bilmə (satış) qabiliy­yəti);

 pul axınları;

 xalis aktivlər;

 potensial müflisləşmə ehtimalının qiymətləndirilməsi üçün zəruri olan göstəricilər sistemi;

 maliyyə sabitliyinin:

-bölüşdürülməmüş xalis mənfəətdən;

- cəlb edilmş borc kapitalının səmərəliliyindən;

-debitor və kreditor borclarından, büdcə və hesablaşmaların vəz­iy­yətindən;

-maliyyə vəziyyətinə təsir edən digər amillərdən asılılığı.

 dövriyyə aktivlərindən istifadənin səmərəliliyi;

 maliyyə vəziyyətinin inteqral şəkildə (bütövlükdə) qiymət­lən­dirilməsi.

Maliyyə vəziyyəti təhlil edilən zamanı aşağıdakı ümumi üsullar­dan (metodlardan) istifadə edilir ki, onların məzmunu iqtisadi təhlil nə­zəriy­yəsində nəzərdən keçirilmişdir [6, s. 361]:

 analitik göstəricilər sistemi;

 müqayisə;

 detallaşdırma və qruplaşdırma;


  • amillər üzrə modelləşdirmə;

  • kənarlaşdırma, təcrid etmə üsulu;

  • təhlilin nəticələrinin ümumiləşdirilməsi.

İqtisadi ədəbiyyatda, məsələn, A.D.Şeremetin, R.S.Sayfulinin iş­lərin­də maliyyə vəziyyətinin əmsallar və amillər üzrə təhlilinin sər­bəst metodları kimi üfuqi, şaquli, müqayisəli təhlili nəzərdən keçirilir. Bu zaman qeyd edilir ki, üfuqi təhlil aparılan zaman müəyyən dövr ərzində mühasibat balansının müxtəlif maddələri üzrə (gös­tə­ri­ci­lə­ri­n) məbləğlərinin mütləq və nisbi dəyişilmələri müəyyən edilir. Şaquli təhlilin məqsədi balansın yekununda ayrı-ayrı maddələrin xü­su­si çəkisinin müəyyən edilməsindən, yəni müəyyən tarixə aktivlərin və öhdəliklərin strukturunun aydınlaşdırılmasından ibarətdir. Müqayisəli təhlil (trend təhlili) göstəricilərin dinamikasında əsas meyllərin aşkar edilməsi üçün bir neçə il (yaxud digər qonşu he­sa­bat döv­rü) ərzində balans maddələrinin qiymətlərinin müqayisə edil­mə­sin­dən ibarətdir. Əmsallar üzrə təhlil maliyyə vəziyyətinin nisbi gös­tə­rici­­lərinin səviyyələrinin və dinamikasının öyrənilməsinə yö­nəl­miş­dir. Hə­min nisbi göstəricilər balans maddələrinin yaxud hesa­bat­lar­dan və ya mühasibat uçotundan alınan digər mütləq göstəricilərin müx­təlif qiy­mətlərinin nisbəti kimi hesablanır. Mütləq və nisbi maliy­yə gös­tə­ri­cilərinin dəyişilmələri səbəblərinin, həmçinin araşdırılan gös­təri­ci­lə­rin dəyişilməsinin kəmiyyətinə müxtəlif amillərin təsiri də­rə­cəsinin ay­dın­laşdırılması məqsədilə amillər üzrə təhlil tətbiq edilir [6, s. 362].

Maliyyə vəziyyətinin təhlili daxili və xarici təhlilə bölünür.



Daxili təhlil təşkilatların iqtisadi xidmət sahələri tərəfindən apa­rılır, onun nəticələrindən maliyyə vəziyyətinin planlaşdırılması, cari yox­l­anılması, qiymətləndirilməsi və proqnozlaşdırılması üçün istifadə edi­­lir.

Xarici təhlil təşkilatın hesabatları əsasında onun fəaliyyətində ma­­rağlı olan kommersiya bankları, investorlar, mal göndərənlər, nə­za­­rətedici, yuxarı səviyyəli və digər orqanlar tərəfindən həyata ke­çi­rilə bilər.

Xarici təhlilin aşağıdakı xüsusiyyətləri vardır [6, s. 363]:



  • təhlil subyektlərinin (təşkilatın fəaliyyəti barədə informa­si­ya­dan istifadə edənlərin) çoxluğu;

  • təhlil subyektlərinin məqsədlərinin və maraqlarının müx­tə­lif­liyi;

  • təhlilin yalnız xarici hesabatlara istiqamətlənməsi;

  • xarici hesabatlardan istifadə edildikdə təhlilin imkanlarının məh­­dudluğu.

1.2. Maliyyə vəziyyətinin təhlilində istifadə olunan əsas informasiya mənbələri və onların iqtisadi xarakteristikası


Maliyyə fəaliyyətinin təhlili üçün əsas informasiya mənbələri aşağıdakılardır:

  1. mühasibat (maliyyə) hesabatları;

  2. statistika hesabatları (sahələr üzrə);

  3. mühasibat uçotunun məlumatları;

  4. biznes-planların, müqavilələrin, auditor arayışlarının məlumat­ları və yoxlama xülasələri, aktları, işgüzar yazışma və digər infor­ma­siya mənbəyləri [6, s. 363]: .

Çox mühüm informasiya mənbəyi mühasibat (maliyyə) hesabatlarıdır.

Azərbaycan Respublikasında mühasibat uçotu və hesabatın təkmilləşdirilməsi, beynəlxalq praktikada qəbul edilmiş qaydalara uyğunlaşdırılması istiqamətində bir sıra normativ-hüquqi sənədlər hazırlanmışdır. Bunlardan «Muhasibat uçotu haqqında» Azərbaycan Respublikasınin 716-IIQ saylı 29 iyun 2004-cü il tarixli qanunu xüsusi yer tutur. Eyni zamanda Azərbaycan Respublikasının Nazirlər Kabineti 18 iyun 2005-ci ildə «2005-2008-ci illərdə Milli Mühasibat Uçotu Standartlarının tətbiqi üzrə Proqram» qəbul etmişdir. Həmin proqrama əsasən Maliyyə Nazirliyinin təşkilati və metodiki rəhbərliyi altında Kommersiya təşkilatları üçün -37, Büdcə təşkilatları üçün -24 və Qeyri-hökümət təşkilatları üçün -1 Milli Mühasibat Uçotu Standartları hazırlanmış və artıq həmin sənədlər tətbiq edilir [5].

Mili Mühasibat Uçot Standartlarına uyğun olaraq tərtib edilən maliyyə hesabatlarının tam məcmusu aşağıdakılardan ibarətdir:

 Mühasibat balansı;

 Mənfəət və zərər haqqında hesabat;

 Pul vəsaitlərinin hərəkəti haqqında hesabat;

 Kapitalda dəyişikliklər haqqında hesabat;

 Uçot siyasəti və izahlı qeydlər.



  • Əgər təşkilatın mühasibat (maliyyə) hesabatı mövcud qanunla­ra uyğun olaraq məcburi auditdən keçməlidirsə, onun reallığını (mö­tə­bərliyini) təsdiq edən auditor rəyi də təqdim olunmalıdır.

Kommersiya təşkilatları illik maliyyə hesabatlarını müvafiq olaraq il bitdikdən sonra 4 ay ərzində və yə növbəti ilin 30 aprel tarixinədək, müəssisələr qrupu isə birləşdirilmiş (konsolidə edilmiş) illik maliyyə hesabatlarını müvafiq olaraq altı ay ərzində və yə növbəti ilin 30 iyun tarixinə qədər təqdim etməlidirlər [5].

Maliy­yə hesabatlarının məqsədi vergi qanunvericiliyi ilə tənzimlənmədiyindən və vergi uçotunu özündə əks et­mə­diyi üçün bu hesabatlar “Mühasibat uçotu haqqında” Azər­baycan Respublikasının Qanununun tələblərinə əsa­sən auditor rəyi ilə birlikdə təqdim və dərc olunurlar. Ver­gi məqsədlərini əks etdirən vergi hesabatları vergi orqan­la­r­ının tələblərinə uyğun olaraq ayrıca hazırlan­ır[5]..

İctimai əhəmiyyətli qurumlar (kredit təşkilatları, sığorta şirkətləri, investisiya fondları, qeyri dövlət (özəl) sosial fondlar və s.) «Mühasibat uçotu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən tələb olunan maliyyə hesabatlarını yalnız Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq tərtib edirlər [5].

Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq mü­hasibat hesabatının reallığını (mötəbərliyini) auditor yoxlamasından keçirməyə borclu olan kiçik sahibkarlıq subyektləri də sadələşdirilmiş uçotun Qaydalarına uyğun olaraq maliyyə hesabatlarını tərtib etməlidirlər.

İctimai əhəmiyyətli qurumlar və kiçik sahibkarlıq subyektləri istisna olmaqla kommersiya təşkilatları maliyyə hesabatlarını Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun şəkildə tərtib edirlər. Öz seçimlərindən asılı olaraq maliyyə hesabatlarını, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun tərtib edə bilərlər.

Bir və ya daha çox törəmə cəmiyyətə malik olan hər hansı ictimai əhəmiyyətli qurum hüquqi şəxs kimi hazırladığı maliyyə hesabatından əlavə olaraq, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları tərtib edə bilərlər.

Sahibkarlıq fəaliyyəti həyata keçirməyən və sıradan çıxmış əm­la­kından başqa malların (işlərin, xidmətlərin) satışı üzrə dövriyyəsi ol­mayan ictimai təşkilatlar (birliklər) mühasibat hesabatının tər­ki­bin­də digər hesabat formalarını və yazılı izahatı təqdim etmirlər.

Bələdiyyə orqanları, büdcə təşkilatları və büdcədənkənar dövlət fondları maliyyə hesabatlarını Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun tərtib edirlər.

Qeyri hökümət təşkilatları maliyyə hesabatlarını Qeyri hökümət Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun tərtib edirlər.

Maliyyə hesabatlarının təqdim edilməsi qay­da­sı «Muhasibat Ucotu haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq “Maliyyə hesabatlarının təqdimatı uzrə” 1 №-li Milli Mühasibat Uçotu Standartına (1 №li Muhasibat Ucotunun Beynəlxalq Standartına ) əsaslanmışdır. Haqqında ehtiva edilən standartlarda maliyyə hesabatı formalarının formalaşması variantının seçilməsi, on­la­rın verilmiş nümunələri əsasında hesabat formalarının sərbəst işlə­nib hazırlanması yaxud maliyyə hesabatları formalarının tövsiyə olu­nan nümunələrindən istifadə edilməsi imkanı nəzərdə tutulmuşdur[5].

Qeyd etmək lazımdır ki, göstərilən variantların hər birində mühasibat hesabatının formalarının quruluşuna təsir edə bilən ümu­mi tələblərə riayət edilməlidir.

Maliyyə hesabatlarının keyfiyyət xüsusiyyətlərinə qarşı ümumi tə­ləb­lərə aşağıdakılar aiddir:

Keyfiyyət xüsusiyyətləri maliyyə hesabatlarında təq­dim olunan informasiyanı istifadəçilər üçün daha yararlı ed­ən aşağıdakı əsas amillərdən ibarətdir [5].



Münasiblik.

Əhəmiyyətlilik.

Etibarlılıq.

Düzgün təqdimat.

Mahiyyətin formadan üstünlüyü.

Neytrallıq.

Ehtiyatlılıq.

Tamlıq.

Müqayisəlilik.

Ardıcıllıq.

Anlaşıqlılıq.

Məsələn, müqayisəlilik tələbinə uyğun olaraq maliyyə hesabatlarının hər rəqəmlə ifadə olunan göstəricisi üzrə birinci he­sabat dövrü üzrə tərtib edilən hesabatdan əlavə ən azı iki il: he­sa­bat ili və ondan əvvəlki il üzrə məlumatlar göstərilməlidir. Kommersiya təşkilatları məlumatları daha uzun dövr (üç, dörd, beş il) üzrə müqayisə etmək barədə qərar verə bilər. Bu müvafiq qrafaları və sətirləri mühasibat hesabatı formalarına daxil edilməsi və hətta hesabat formalarının və ya­zılı izahatın strukturunda müəyyən dəyişikliklər edilməsi zəruriy­yə­ti yaradır.

Müqayisəli informasiya bölməsinə, Standartın (Kommersiya Təşkilatları üçün 1 №-ли Milli Mühasibat Uçotu Standartı) 36-cı maddəsinə əsasən keçmiş dövrün “Mühasibat balansı” və “Mənfəət və zərər haqqında” hesabatlarında təqdim olunan rəqəmli informasiya cari dövrdə tətbiq edilən uçot siyasətinə əsasən göstərilməlidir [5].

Bu o deməkdir ki, müəssisənin uçot siyasətinə dəyişiklik edildikdə, cari dövrün maliyyə hesabatlarında qəbul olunmuş uçot siyasətinə uyğun olaraq müqayisəli informasiyanın təqdimatı üçün bu informasiyanın əvvəlki dövrə tətbiq edilməsi tələb olunur. Müqayisəli informasiyanın yeni uçot siyasətinə əsasən təqdim edilməsi üzrə tələblər və prosedurlar “Uçot siyasəti, uçot qiymətlərində dəyişikliklər və səhvlər üzrə” 11-N-li Milli Mühasibat Uçotu Standartında (8 №li Muhasibat Ucotunun Beynəlxalq Standartında ) verilmlşdir. Belə ki, Mühasibat balansının və Mənfəət və zərər haqqında hesabatın hər bir maddəsi üzrə müvafiq olaraq cari il və keçmiş il üzrə məlumatlar göstərilməlidir.

Standartlarda nəzərdə tutulmuşdur ki, təşkilat mühasibat hesabatının tərkibində məcburi formalardan başqa mühasibat balansına əlavənin bölünməsi hesabına yeni əlavə formalar da işləyib ha­zırlaya bilər.

Bu zaman mühasibat hesabatına təşkilatın maliyyə vəziyyəti, onun fəaliyyətinin maliyyə göstəriciləri və maliyyə vəziyyətindəki də­yi­şikliklər barədə real (mötəbər) və tam təsəvvür yaradılması üçün zə­ru­ri olan göstəricilər daxil edilməlidir.

Belə təsəvvür yaranması aspektlərindən biri əhəmiyyətlilik tələ­bi­nin maksimum dərəcədə yerinə yetirilməsidir. Həmin tələbin həyata ke­çirilməsi bir çox amillərin hesaba alınmasını nəzərdə tutur. Burada nə­zərə almaq lazımdır ki, mühasibat balansında və mənfəət və zərər haqqında hesabatın əlahiddə (ayrıca) təq­dim edilməsi kifayət qədər əhəmiyyətli olmayan bəzi göstəricilərin hə­min sənədlərə əlavələrdə və izahatlarda, yəni digər hesabat for­ma­la­rında, yazılı izahatda əlahiddə təqdim edilməsi üçün kifayət qədər əhə­miyyətli ola bilər.

Göstərici o halda əhəmiyyətli hesab edilir ki, onun açıq­lan­ma­ma­sı maraqlı istifadəçilərin hesabat informasiyası əsasında qəbul et­dik­ləri iqtisadi qərarlara təsir edə bilər. Müəyyən göstəricinin əhə­miy­yət­liliyi onun qiymətləndirilməsindən (qiymətləndirmədən), xa­rak­te­rin­­dən, yaranmasının konkret şəraitindən asılıdır. Təşkilat müəyyən məb­ləğin əhəmiyyətliliyi barədə o halda qərar verə bilər ki, onun he­sa­b­at ili ərzində müvafiq göstəricilərin ümumi yekununa nisbəti 5%-dən az olmasın.

Mühasibat hesabatı maliyyə göstəricilərilə yanaşı digər əlaqədar in­formasiyanı da (əgər icra orqanı maraqlı istifadəçilər üçün iqtisadi qə­rarlar qəbul edən zaman faydalı hesab edərsə) ehtiva edə bilər. Bu­ra­da aşağıdakıları açıqlamaq tövsiyə olunur:

 təşkilatın fəaliyyətinin bir sıra illər ərzində iqtisadi və maliyyə gös­təricilərinin dinamikasını;

 təşkilatın planlaşdırılan inkişafını;

 nəzərdə tutulan kapital və uzunmüddətli maliyyə qo­yu­lu­ş­la­rını;

 borc vəsaitlərinə, risklərin idarə edilməsinə aid siyasətini;

 təşkilatın elmi-tədqiqat və təcrübə-konstruktor işləri sa­hə­sin­də fəaliyyətini;

 təbiəti mühafizə tədbirlərini və digər informasiyanı.

Maliyyə hesabatı gös­tə­ri­cilərini formalaşdıran zaman Milli Mühasibat Uçotu Standartını rəhbər tutmaq lazımdır.

Maliyyə hesabatında səhvlərin aşkar edil­məsi dövründən asılı olaraq düzəlişlər edilməsi qaydaları gös­tə­ril­miş­dir:

 cari dövrün təsərrüfat əməliyyatlarının səhv əks etdirilməsi he­sa­bat ili qurtarana qədər aşkar edildikdə düzəlişlər mühasibat uço­tu­nun hesabat dövrünün təhriflərin aşkar edildiyi ayında müvafiq he­sab­lar üzrə yazılmaqla həyata keçirilir;

 hesabat ilində təsərrüfat əməliyyatlarının səhv əks etdirilməsi o, qurtarandan sonra, lakin illik maliyyə hesabatı müəyyən edilmiş qay­dada hələ təsdiq edilməmiş aşkar edildikdə düzəlişlər illik maliyyə hesabatı təsdiq edilməyə və müvafiq ünvanlara təqdim edilməyə ha­zırlandığı ildən əvvəlki dekabr ayının yazılarında həyata keçirilir;

 mühasibat uçotunun hesablarında əvvəlki ildə təsərrüfat əmə­liy­yatlarının səhv əks etdirilməsi cari hesabat dövründə aşkar edil­dik­də əvvəlki hesabat ili üzrə mühasibat uçotuna və mühasibat hesabına (il­lik maliyyə hesabatı müəyyən edilmiş qaydada təsdiq edildikdən son­ra) düzəlişlər edilmir.

Maliyyə hesabatında çıxılan və ya mənfi qiyməti olan gös­tə­ri­cilərin (ödənilməmiş zərərin, satılmış malların, məhsulların, işlərin, xid­mətlərin maya dəyərinin, satışdan yaranan zərərin, ödənilməli faiz­lərin, əməliyyat xərclərinin, kapitalın azalmasının, əsas vəsaitlərin sıra­dan çıxmasının və s.) əks etdirilməsi qaydası da təsbit edilmişdir. Beynəlxalq təcrübəyə uyğun olaraq bu göstəricilər qövsşəkilli (girdə) mötərizələr arasında göstərilir. Maliyyə hesabatlarında təqdim edilən göstəricilərin məzmununu nəzərdən keçirək.

«Maliyyə hesabatlarının təqdimatı üzrə» kommersiya təşkilatları üçün 1 №-li Milli Mühasibat Uçotu Standartına maliyyə hesabatlarının tərkibində 1 saylı hesabat forması kimi Mühasibat balansı daxil edilmişdir. Müəssisələr qeyd edilən bu hesabat formasında – Mühasibat balansında Beynəlxalq Mühasibat Hesabatlarının əsas elementləri hesab edilən və müəssisəyə məxsus aktivlər, onların kapital və öhdəlikləri müxtəlif bölmələrdə ayrılıqda əks etdirilir. Yeni balans forması əvvəlki ikitərəfli cədvəl formasına malikdir və ümumilikdə 5 bölmədən ibarətdir.

Müəs­sisənin mühasibat balansında aktivlər və öh­də­lik­lər uzunmüddətli və qısamüddətli maddələrə təs­nif­ləş­di­rilmişdir. Bunun əsas məqsədi müəssisənin vəziyyəti və fəaliyyətinin nəticələri haqqında maliyyə təhlili həyata keçiri­l­məsi üçün maliyyə hesabatlarının istifadəçilərini faydalı məlumatlarla təmin etməkdir. Cari aktivlərin və öh­də­­liklərin qalıqları əsasında müəssisənin qısamüddətli ödə­niş qabiliyyətliliyinin müəyyən edilməsi məqsədilə be­­lə aktivlərin və öhdəliklərin məzmununun təyin edil­mə­si qaydaları vacibdir.

Aşağıdakı hallarda aktivlərin qısamüddətli aktiv kimi təsnif­­ləşdirilməsi qeyd edilir:

(a) Müəssisənin normal əməliyyat dövründə satıl­maq və yа istifаdə üçün sахlаnıldıqda; pul vəsaitləri və ya on­­ların ekvivalentlərinə çevrilməsi ehtimal olunduqda;

(b) Əsasən alqı-satqı məqsədləri üçün və ya qısа müd­dət ərzində sахlаnıldıqda və hesabat tаriхindən 12 аy müd­dətində onların pul vəsaitləri və ya onların ek­vi­va­lent­lə­rinə çevrilməsi ehtimal olunduqda;

(c) İstifadəsinə məhdudiyyət qoyulmayan pul vəsaiti və yа оnun еkvivаlеnti fоrmаsındа olduqda.

Müəssisənin “normal əməliyyat dövrü” - onun əmə­liy­yatlarını bitirmək üçün sərf etdiyi müddətdir.

Bütün digər hallarda аktivlər uzunmüddətli аktiv ki­mi təsnifləşdirilməlidir.

Öhdəliklərin qısa və ya uzunmüddətli olması üzrə təs­nif­ləşdirilmə eynilə aktivlərin təsnifləşdirilməsi qaydası ilə aparılır. Belə ki, qısa müddətli öhdəlik kimi təsnif­ləş­di­ril­məsi mümkün olmayan bütün öhdəliklər uzunmüddətli öh­dəliklər kimi təsnifləşdirilməlidir.

Mühasibat balansında ən azı aşağıdakılarını əks et­di­rən maddələr daxil edilməlidir:


  1. Torpaq, tikili və avadanlıqlar;

  2. Qeyri-maddi aktivlər;

  3. Maliyyə aktivləri ((ç), (e) və (ə) bəndlərində gös­tə­rilmiş aktivlər istisna edilməklə);

(ç) İştirak payı üsulu ilə uçota alınmış investisiyalar;

(d) Ehtiyatlar;

(e) Debitor borcları;

(ə) Pul vəsaitləri və onların ekvivalentləri;

(f) Kreditor borcları;

(g) Vergi öhdəlikləri və aktivlər;

(ğ) Qiymətləndirilmiş öhdəliklər (rezerv);

(h) Faiz xərcləri yaradan öhdəliklər;

(x) Azlıq təşkil edən mülkiyyətçilərin payı;

(ı) Kapital və kapital ehtiyatları.

Mahiyyəti və ya funksiyasına görə bir-birindən fərq­lə­nən aktivlər və ya öhdəliklər bəzən müxtəlif qiy­mət­lən­dir­mə əsasları ilə uçota alınırlar. Bu hallarda onlar ma­liy­yə hesabatlarında ayrı-ayrı maddələr kimi təqdim edilirlər.

Müəssisə hər bir təqdim edilən maddənin mühasibat ba­lan­sında və ya onun qeydlərində müəssisənin əmə­liy­yat­la­rına müvafiq olaraq təsnifləşdirilən yarımmaddələrə bö­lün­məsini açıqlamalıdır. Hər bir maddə mahiyyətinə görə ya­­rımmaddələrə bölünür. Bu zaman əsas təsərrüfat cə­miy­yəti və onun bütün törəmə cəmiyyətləri, asılı müəssisələr və digər əlaqəli tərəflərdən alınmalı və ödənilməli məb­ləğ­lər ayrıca açıqlanmalıdır. Mühasibat balansı və qeyd­lər­də­ki məlumatların təfərrüatı ilə açıqlanması Milli Mühasibat Uço­tu Standartlarının tələblərindən və göstərilən mad­də­lə­rin xarakterindən, funksiyasından və onların məbləğlərinin həc­mindən asılıdır.


II FƏSIL. MALIYYƏ VƏZIYYƏTININ VƏ REYTİNQ QIYMƏTLƏNDIRILMƏSINİN TƏHLILI METODİKASI

2.1. Maliyyə vəziyyətinin və onun sabitlik səviyyəsinin qiymətləndirilməsi metodikası

Müasir iqtisadi ədəbiyyatda «maliyyə vəziyyəti» anlayışının və onunla əlaqəli olan «maliyyə sabitliyi», «maliyyə müstəqilliyi», «ödəmə qabiliyyəti», «satış qabiliyyəti» kimi çox mühüm anlayışların çox müxtəlif tərifləri vardır.

Maliyyə vəziyyətinin iqtisadi təhlili sahəsində məşhur mütəxəssislərin verdikləri təriflərin öyrənilməsi belə nəticə çıxartmaq imkanı yaradır ki, onlar bir-birinə zidd deyil, əsas etibarilə yalnız müxtəlif ümumləşdirmə və (və ya) detallaşdırma dərəcələrilə fərqlənirlər, lakin bu onların dəqiq anlaşılmasını və dərk edilməsini çətinləşdirir.

Bizim fikirimizcə, maliyyə vəziyyəti dedikdə təşkilatın maliyyə ehtiyatları ilə təmin edilməsi, onların səmərəli yerləşdirilməsi və istifadə edilməsinin səmərəliliyi anlaşılmalıdır.

Maliyyə sabitliyi, maliyyə müstəqilliyi, ödəmə qabiliyyəti və satış (pula çevrilə bilmə) qabiliyyətinin mahiyyəti ilə bağlı ifadələrdə vəhdət yoxdur və bir sıra hallarda maliyyə sabitliyi və maliyyə müstəqilliyi, ödəmə qabiliyyəti və satış qabiliyyəti kimi anlayışlar eyniləşdirilir. Bundan əlavə, onların səciyyələndirilməsi üçün həm tərkibinə, həm də hesablama texnikasına görə xüsusi göstəricilər sistemi təklif edilir.

Hazırda mütəxəssislərin tövsiyyələrilə yanaşı müvafiq məq­səd­lər üçün maliyyə vəziyyətinin təhlilinin rəsmi metodikaları qüv­və­dədir və tətbiq edilməlidir (edilə bilər).

Qısamüddətli perspektiv üçün maliyyə vəziyyətinin qiy­mət­lən­diril­məsi zamanı balansın strukturunun qənaətbəxşliyinin (cari satış qa­biliyyətinin, xüsusi vəsaitlə təmin edilməsinin və ödəmə qa­biliy­yə­tinin bərpa edilməsi (itirilməsi) qabiliyyətinin) qiymətləndirilməsi gös­tə­riciləri tətbiq edilə bilər. Ödəmə qabiliyyəti səciyyələndirilərkən təş­ki­latın bankdakı hesablarında, kassasında pul vəsaitlərinin olması, zə­rərlər, vaxtı keçmiş debitor və kreditor borcları, vaxtında ödə­nil­mə­miş kreditlər və borclar, müvafiq vergilərin büdcəyə köçürülməsinin tam­lığı, büdcə qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cəri­mə sanksiyaları kimi göstəricilərə diqqət yetirmək lazımdır. Təş­ki­la­tın qiymətli kağızlar bazarında vəziyyətinin qiymətləndirilməsinə və möv­cud mənfi (neqativ) halların səbəblərinə də diqqət vermək lazım­dır [6, s. 393-394].

Uzunmüddətli perspektivdə maliyyə vəziyyətini qiymətləndirən za­man vəsait mənbələrinin strukturunun xarakteristikası, təşkilatın xa­ri­ci investorlardan və kreditorlardan asılılığı dərəcəsi və s. gös­tə­rilir. Əvvəlki illərdə və perspektivdə investisiyaların dinamikasının xa­rak­teristikası (həmin investisiyaların səmərəliliyi müəyyən edil­mək­lə) verilir.

Bundan əlavə, təşkilatın işgüzar fəallığı da qiymətləndirilə bilər. Onu müəyyən edən meyarlara məhsul satışı bazarının genişliyi, o cüm­lədən ixraca mal göndərmələrinin mövcudluğu, təşkilatın xidmətlərindən istifadə edən müştərilərin məşhurluğu ilə ifadə olunan nüfuzu və digər informasiya, plan göstəricilərinin yerinə yetirilməsi, onların tapşırıq üzrə artım (azalma) sürətlərinin təmin edilməsi dərəcəsi, təşkilatın ehtiyatlardan istifadənin səmərəliliyinin səviyyəsi daxildir.

Bütün yuxarıda deyilənlərdən belə nəticə çıxır ki, maliyyə vəziy­yə­tinin sabitlik dərəcəsinin səciyyələndirilməsi üçün təşkilatın maliyyə eh­tiyatları ilə təmin olunması səviyyəsini, onların yerləşdirilməsinin sə­mərəliliyi dərəcəsini və onlardan istifadənin səmərəliliyi səviyyəsini əks etdirən göstəricilər sistemi lazımdır [6, s. 395].

Bu sistemin tərkibinə aşağıdakı əsas göstəricilər daxil edilə bilər:

I. Maliyyə müstəqilliyinin səciyyələndirilməsi üçün:

 ümumi maliyyə müstəqilliyi əmsalı;

 dövriyyə aktivləri sahəsində maliyyə müstəqilliyi əmsalı;

 ehtiyatlar sahəsində maliyyə müstəqilliyi əmsalı;

 dövriyyədə olan xüsusi kapital.

II. Ödəmə qabiliyyətinin və likvidliyin səciyyələndirilməsi üçün:

 mütləq likvidlik əmsalı;

 cari likvidlik əmsalı;

 xalis aktivlərin dəyəri.

III. Dövriyyə aktivlərindən istifadə edilməsi səmərəliliyinin səciyyələndirilməsi üçün:

 dövriyyə aktivlərinin dövranı əmsalı;

 təşkilatın ehtiyatlarının dövranı əmsalı.

Burada yalnız «minimal» göstəricilər sistemi verilmişdir. Bu fə­sildə maliyyə vəziyyətinin təhlili prosesində istifadə olunan digər göstəricilər də nəzərdən keçirilir.

Nəzərə almaq lazımdır ki, maliyyə vəziyyətinin sabitliyi gös­tə­rici­ləri sisteminə təşkilatın maliyyə müstəqilliyinə, ödəmə qa­biliy­yətinə və məhsulların satış qabiliyyətinə təsir edən göstəricilər – amil­lər də daxildir. Onlara, məsələn, bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər), debitor və kreditor borcları, o cümlədən kreditlər və borclar, onların təşkilatın dövriyyəsinə cəlb edilməsinin səmərəliliyi və s. aiddir. Qeyd edək ki, dövriyyə aktivlərindən, o cümlədən ehtiyatlardan istifadənin səmərəliliyi də təşkilatın maliyyə sabitliyinə təsir edən amildir[6, s. 396]..



Ekspress-təhlil - maliyyə vəziyyətinin kompleks şəkildə təhli­li­nin ilkin mərhələsidir, burada mühasibat hesabatında əks etdirilmiş gös­təricilərlə tanışlığa əsaslanaraq, habelə sadə hesablamalar apa­rıl­ma­sı və müqayisələr əsasında təşkilatın maliyyə vəziyyətinin sabitlik səviy­yəsi barədə bəzi ilkin nəticələrə gəlmək olar.

Ekspress-təhlilin ümumi sxemi, bir qayda olaraq, bir neçə mər­hələdən ibarət olur.



Birinci mərhələdə Mühasibat balansının (maliyyə hesabatının), necə deyirlər, “oxunması”, yəni maliyyə hesabatının göstəricilərilə ümumi vizual tanışlıq həyata keçirilir. Bu prosesdə aşağıdakılar müəyyən edilir:

 təşkilatın mülkiyyətinin vəziyyəti – bu mərhələ qeyri-maddi aktivlərin, əsas vəsaitlərin və material-istehsal ehtiyatları formasında dövriyyə aktivlərinin mövcudluğunun nəzərdən keçirilməsi ilə səciyyələnir;

 təşkilatın maliyyə siyasətinin investisiyaya istiqamətlənməsi – bu mərhələ dövriyyədən kənar aktivlərdə qurtarmamış tikinti və ma­liy­yə qoyuluşlarının həcminin nəzərdən keçirilməsi ilə səciyyələnir;

 təşkilatın fəaliyyətinin maliyyə nəticələri – bu mərhələ Mü­ha­si­bat balansında bölüşdürülməmiş mənfəətin (ödənilməmiş zərərin), Mənfəət və zərər haqqında hesabatda isə vergi qoymadan əvvəl mənfəətin (zərərin) və hesa­bat dövrünün xalis mənfəətinin (zərərin) mövcudluğunun nəzərdən ke­çirilməsi ilə səciyyələnir. Bu zaman hesabatda zərərin əks etdirilməsi maliyyə vəziyyətinin qeyri-qənaətbəxş olmasının birbaşa göstəricisidir.

 təşkilatın ödəmə qabiliyyəti – bu mərhələdə Mühasibat balan­sı tərtib edilən tarixə sərbəst pul vəsaitinin olması və kreditorlarla, banklarla və digər borc verənlərlə hesablaşmanın vəziyyətinin nəzərdən keçirilməsi ilə səciyyələnir. Vaxtında ödənilməmiş kreditlərin və borcların, habelə vaxtı keçmiş kreditor borcunun olması həmişə təşkilatın maliyyə vəziyyətinin çox mühüm xarakteristikası olan ödəmə qabiliyyətinin aşağı səviyyəsini göstərir. Aşağı (qeyri-qənaətbəxş) ödəmə qabiliyyətinin ciddi səbəblərindən biri alıcıların onlara satılmış məhsullara (mallara, iş və xidmətlərə) görə vaxtlı-vaxtında hesablaşmamasından ibarətdir. Vaxtı keçmiş debitor borclarının olması, bir qayda olaraq, vaxtında ödənilməməsinin qarşısının alınması və digər tətbirlər görülməsi sahəsində təşkilatın hüquq, mühasibat və maliyyə xidmətlərinin zəif işini göstərir.

Vaxtında ödənilməmiş kreditlər və borclar, habelə vaxtı keçmiş kreditor və debitor borcları barədə məlumatları izahlı qeydlər məktubunda və Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın müvafiq göstəricilərinin açıqlamasından almaq olar.

Mühasibat balansında 12 aydan artıq müddətli debitor borcu olması təşkilatın ödəmə qabiliyyətinə mənfi təsir göstərir.

İkinci mərhələdə təşkilatın mülkiyyət və maliyyə vəziyyəti barədə onun aktivlərinin tərkibi, strukturunun, dinamikasının və onların formalaşması mənbələrinin öyrənilməsi yolu ilə bir qədər dərin ümumi təsəvvür yaradılır.

Bu mərhələdə aşağıdakı göstəriciləri dinamikada nəzərdən keçirmək tövsiyə edilir.

1) Mühasibat balansının valyutasında (ümumi yekununda) uzunmüddətli və qisamüddətli aktivlərin cəmlənmiş xüsusi çəkisi – o, təşkilatın istehsal potensialını səciyyələndirir;

2) Mühasibat balansının valyutasında əsas (cari), investisiya və maliyyə fəaliyyətinə qoyulmuş əmlakın xüsusi çəkisini – onlar təşkilatın müvafiq fəaliyyət növünə aktivlərın qoyulmasının əhəmiyyətini səciyyələndirir.

3) Mühasibat balansının valyutasında dövriyyədən kənar və dövriyə aktivlərinin xüsusi çəkisi. Bu zaman nəzərə almaq lazımdır ki, dövriyyədən kənar aktivlər çətin realizasiya edilir və onların xüsusi çəkisinin artması digər şərtlər eyni olmaqla təşkilatın potensial ödəmə qabiliyyətinin azalmasına səbəb olur. Bununla belə perspektivdə dövriyyədən kənar aktivlərə qoyuluşların artması (əgər bu istehsalatın texniki səviyyəsinin yüksəldilməsilə əlaqədardırsa) istehsalın və satışın həcminin artırılmasına, deməli, təşkilatın maliyyə sabitliyinin də yüksəlməsinə yardım edəcəkdir;

4) Mühasibat balansının valyutasında dövriyyə aktivlərinin ayrı-ayrı növlərinin xüsusi çəkisi. Bu zaman nəzərə almaq lazımdır ki, pul vəsaitlərinin xüsusi çəkisinin artması vizual (görünən) ödəmə qabiliyyətinin artmasını göstərir, debitor borcunun və ehtiyatların xüsusi çəkilərinin artması isə – onun azalması amilidir;

5) Mühasibat balansının valyutasında balansın «Kapital və öhdəliklər» bölməsində əks etdirilmiş kapital ehtiyatlarının (xüsusi kapitalın) xüsusi çəkisini. Həmin göstərici təşkilatın kreditorlardan, banklardan və digər borc verənlərdən maliyyə asılılığının səviyyəsini səciyyələndirir. Bu zaman bölüşdürülməmiş mənfəətin artması, maliyyə müstəqilliyinin və ödəmə qabiliyyətinin artması amilidir, ödənilməmiş zərərin artması isə – onların azalması amilidir və idarəetmənin səmərəsizliyini göstərir.

Üçüncü mərhələdə bəzi mütləq göstəricilər və onların artım templərpi müqayisə edilir, bu isə təşkilatın maliyyə sabitliyi və onu təmin edən amillər barədə təsəvvürü genişləndirmək imkanı yaradır[6, s. 396-398].

Belə ki, Mühasibat balansının III bölməsinin yekununu onun I bölməsinin yekunu ilə, yaxud IV və V bölmələrinin yekunun cəmini balansın II və III bölmələrinin yekunları ilə müqayisə edilməsi dövriyyə aktivlərinin formalaşmasında xüsusi kapitalın iştirakı barədə nəticə çıxartmaq üçün imkan verir. Əgər III bölməsinin yekunu  (böyük) I böl­mənin yekunundan, yaxud IV və V bölmələrin yeku­nunun cə­mi < (kiçik) II və III bölmələrinin yekunundan olar­sa, dövriyyədə xüsusi kapitalın olması barədə danışmaq olar, bu isə təş­kilatın maliyyə sabitliyinin qiymətləndirilməsinin müsbət tərəf­lə­rin­dən (göstəricilərdən) biridir.

Balansın I bölməsinin artımı Mühasibat balansının III, IV və V bölmələrinin artımı hesabına təmin edilməsi təş­kilatın fəaliyyətinin investisiya istiqamətli olmasını göstərir. Lakin Mühasibat balansının valyutasında I bölməsinin xüsusi çəkisi III, IV və V bölmələrin xüsusi çəkisinin cəmindən artıq olarsa, bu idarə strukturlarının təşkilatın maliyyə fəaliyyətinə düzgün (düşünülmüş) yanaşılmamasını sübut edir (qısamüddətli mənbələrin dövriyyədən kənar aktivlərə çevrilməsinə yol verilmişdir).

Əgər Mühasibat balansının valyutasında bank kreditlərinin xüsusi çəkisi kreditor borcunun xüsusi çəkisindən yüksək olarsa, onda ekspress-təhlil mərhələsində qısamüddətli borc mənbələrinin formalaşması sahəsində səmərəsiz maliyyə fəaliyyəti barədə nəticə çıxarmaq olar, bu isə xalis mənfəətin (bir qayda olaraq, bank kreditləri daha baha mənbədir) itirilməsinə, deməli, təşkilatın maliyyə sabitliyinin azalmasına səbəb olur.

Debitor borcunun kreditor borcundan yüksək olması isə hesablaşmaların zəif idarəedilməsini göstərir və təşkilatın ödəmə qabiliyyətinə mənfi təsir edən amildir.

Əgər nizamnamə kapitalı xalis aktivlərinin dəyərindən artıq olarsa, bu onun maliyyə fəaliyyətinin qeyri-qənaətbəxş olmasını göstərir.

Maliyyə hesabatının «Mənfəət və zərər» haqqında hesabatı üzrə hesablanmış satışdan əldə edilən mənfəətin artım tempi (JSM) və satışdan daxil olan mədaxilin artım tempinin (JS) müqayisə edilməsi satışın rentabelliyinin dəyişilməsi barədə nəticəyə gəlmək imkanı verir. Əgər JSM > JS, deməli məhsulun satışının rantebelliyi artmışdır, bu isə maliyyə sabitliyinin yüksəlməsi amilidir.

Mühasibat balansının məlumatları üzrə hesablanmış satışdan daxil olan mədaxilin artım tempinin (JS) aktivlərin artım tempi (JA) ilə müqayisəsi aktivlərdən istifadənin səmərəliliyinin dəyişilməsi barədə nəticə çıxarmağa şərait yaradır. Əgər JS > JA, onda təşkilatın aktivlərindən daha səmərəli istifadə edilir, bu isə digər şərtlər eyni olduqda, təşkilatın maliyyə sabitliyinə müsbət təsir göstərir [6, s. 399-400].

Bəzən eksperss-təhlil prosesində maliyyə sabitliyinin qiymətləndirilməsi müəyyən idarəetmə qərarlarının qəbul edilməsi üçün kifayət edir.

Adətən belə qiyməti yalnız ilkin qiymət kimi qəbul etmək olar. O, səthidir, sistemsizdir. Maliyyənin müasir idarə edilməsi təşkilatın maliyyə vəziyyətini kompleks təhlil etmədən mümkün deyil.


2.2. Maliyyə müstəqilliyinin təhlili metodikası
Təşkilatın maliyyə vəziyyətinin qiymətləndirilməsinin əsas parametrlərindən biri, qeyd edildiyi kimi, onun maliyyə müstəqilliyidir. Təşkilat o halda maliyyə cəhətdən müstəqil hesab edilə bilər ki, onun xüsusi mənbələri hesabına yalnız əsas kapital (dövriyyədən kənar aktivlər) deyil, həm də dövriyyə aktivləri formalaşır.

Normativ sənədlərdə şərh edilmiş, həmçinin ayrı-ayrı müəlliflər tərəfindən tövsiyə olunan bəzi metodikalarda maliyyə müstəqilliyi anlayışı və göstəriciləri maliyyə sabitliyi anlayışı və göstəriciləri ilə eyniləşdirilir.

Bizim fikrimizcə, «maliyyə sabitliyi» anlayışı daha böyük tutumlu və komplekslidir. Ona yalnız maliyyə müstəqilliyinin səciyyələndirilməsi deyil, həm də, ən azı, təşkilatın ödəmə qabiliyyətli olmasının (məhsulun satış qabiliyyətinin) səciyyələndirilməsi daxil edilir. Reallıqda kifayət səviyyədə maliyyə müstəqilliyinə malik olan, lakin ödəmə qabiliyyəti (məhsulunun satış qabiliyyəti) aşağı yaxud qeyri-qənaətbəxş olan təşkilatı maliyyə cəhətdən sabit hesab etmək olmaz.

Maliyyə sabitliyinin tərifini aşağıdakı qaydada şərh etmək olar: müəssisənin maliyyə sabitliyi – maliyyə ehtiyatlarının həcminin, onların bölüşdürülməsi və istifadəsinin elə vəziyyətidir ki, o, mümkün risk şəraitində müəssisənin ödəmə qabiliyyətini və kredit qaytarmaq qabiliyyətini saxlamaqla mənfəətin və kapitalın artması əsasında inkişafını təmin edir.

Maliyyə müstəqilliyinin qiymətləndirilməsi üçün aşağıdakı nisbi və mütləq göstəricilər sistemi tətbiq edilir [6, s. 402].

 ümumi maliyyə müstəqilliyi əmsalı – təşkilatın borc mənbələrindən, yəni kreditorlardan, banklardan və digər borc verənlərdən maliyyə müstəqilliyinin səviyyəsi barədə ümumi təsəvvür verir;

 dövriyyədə xüsusi kapitalın olması – onun dövriyyə aktivlərinin formalaşmasına yönəldilmiş məbləğini səciyyələndirir;

 dövriyyə aktivləri sahəsində maliyyə müstəqilliyi əmsalı – təşkilat xüsusi dövriyyə aktivlərini formalaşdıran zaman borc mənbələrindən (kreditorlar, banklar və digər borc verənlər qarşısında öhdəliklərdən) onun maliyyə aslılığı səviyyəsini səciyyələndirir.

 ehtiyatlar sahəsində maliyyə müstəqilliyi əmsalı – təşkilat özünün ehtiyatlarını formalaşdıran zaman onun borc mənbələrindən maliyyə cəhətdən asılı olmadığını səciyyələndirir.

Adları çəkilən göstəricilərin hər birinin təhlili metodikasını ardıcıl olaraq nəzərdən keçirək.

Ümumi maliyyə müstəqilliyi əmsalını (Ə1) aşağıdakı düsturla hesablayırlar:
(1)
burada XK-kapital və ehtiyatlardır (xüsusi kapitalı yaxud aktivlərin formalaşması üçün xüsusi mənbələridir), yəni Mühasibat balansının III bölməsinin yekunudur, BV-xüsusi kapitalı və təşkilatın öhdəliklərinin (borc kapitalının) (BK) cəmidir, yəni Mühasibat balansının valyutasıdır.

Əgər təşkilatın Mühasibat balansı tərtib edilən tarixə Balansın «Gələcək dövrlərin gəlirləri» (GDG) maddələr qrupunda balansın IV bölməsində əks etdirilmiş 44 saylı «Sair uzunmüddətli öhdəliklər» maddənin tərkibində uçota alınan 442 saylı «Gələcək hesabat dövrünün gəlirləri» hesabın və V bölmədə 54 saylı «Sair qısamüddətli öhdəliklər» maddənin tərkibində uçota alınan 542 saylı «Gələcək hesabat dövrünün gəlirləri» hesabı üzrə qalıqları vardırsa, onda ümumi maliyyə müstəqilliyi əmsalı GDG-nin faktiki olaraq təşkilatın xüsusi mənbələrinə mənsub olması ilə əlaqədar dəqiqləşdirilə, yəni Ə1-in dəqiqləşdirilmiş qiyməti (Ə1 dəq) hesablana bilər:


(2)
Burada həmçinin nəzərə almaq lazımdır ki, Mühasibat balansı üzrə hesablanmış xüsusi kapital onun təşkilatın sərəncamında olan real məbləğinə uyğun gəlməyə bilər, başqa sözlə, təşkilatın balansı tərtib etdiyi günə sərəncamında olan xüsusi maliyyə ehtiyatlarının həcminə uyğun gəlməyə bilər. Bu zaman [6, s. 402]:

a) Mühasibat balansı üzrə hesablanmış xüsusi kapital aşağıdakı məbləğlər qədər artırılmış olur:

- iştirakçıların (təsisçilərin) nizamnamə kapitalına pay borclarının məbləği qədər; bu barədə məlumatı mühasibat hesabatının müvafiq göstəricilərinin yaxud mühasibat uçotunun məlumatlarının açıqlanmasından almaq olar;

- təşkilatın sərəncamında qalan ödənilməmiş xalis mənfəətin məbləği qədər; onu Mühasibat balansında göstərilmiş alıcıların və sifarişçilərin borclarının qalıqlarını (dolayı vergilər qədər azaldılmış) satışın rentabelliyi əmsalına, vahid (bir) və hissələrlə hesablanmış mənfəət vergisi dərəcəsi arasında fərq kimi hesablanan əmsala, habelə vahid və mənfəətin dividentlər (faizlər) ödənilməsinə yönəldilmiş hissəsi arasındakı fərq kimi hesablanan əmsala vurmaq yolu ilə hesablamaq olar;

b) Mühasibat balansı üzrə hesablanmış xüsusi kapital:

- hesablanmış, lakin təşkilat tərəfindən alınmamış gələcək dövrlərin gəlirlərinin məbləğləri qədər azaldılmış olur.

Yuxarıda deyilənlərə əsasən, Ə1dəq. (həm də maliyyə müstəqilliyinin aşağıda nəzərdən keçirilən digər əmsallarının) hesablanması yenidən dəqiqləşdirilməyə məruz qala bilər.

Hesablama qaydasından görünür ki, Ə11dəq) təşkilatın vəsaitlərinin ümumi miqdarında xüsusi mənbələrinin payını əks etdirir.

Təşkilatın Ə1-in qiyməti 0,5 olduqda (böhran nöqtəsi) ən minimal səviyyədə maliyyə müstəqilliyinə malik olması qəbul edilmişdir. Böhran nöqtəsinin 0,5 bərabər müəyyən edilməsi kifayət qədər şərtidir. Belə səviyyə aşağıdakı mülahizələr əsasında qəbul edilmişdir: əgər müəyyən anda kreditorlar, banklar və digər borc verənlər bütün borcların qaytarılmasını tələb etsələr, onda təşkilat xüsusi mənbələr hesabına formalaşmış əmlakının yarısını satmaqla, hətta əgər əmlakının ikinci yarısı hər-hansı səbəblərdən satıla bilməyən olduğu halda onları (borcları) ödəyə bilər. Ədəbiyyat mənbələrində Ə1-in mümkün qiymətinin 0,5-ə bərabər müəyyən edilməsinin digər şərtləri də vardır [6, s. 402].

Ümumi maliyyə müstəqilliyi göstəricisinin modifikasiyası kimi bir çox nəşrlərdə borc və xüsusi vəsait mənbələrinin nisbəti (C) tövsiyyə edilir. Mövcud vəziyyətə uyğun olaraq onun normativ qiyməti 0,7-dən az olmalıdır.

Yuxarıda maliyyə müstəqilliyinin minimum səviyyədə təmin edilməsi üçün böhran nöqtəsi (Ə1=0,5) nəzərdən keçirilmişdi. Mövcud vəziyyətin C-nin normativ qiymətinin müəyyən edilməsinə uyğun olaraq Ə1 üçün də normativ qiyməti müəyyən etmək olar. Onun qiyməti 0,6 bərabər miqdarda olacaqdır. Bu zaman hesablamanın məntiqi belədir: əgər təşkilatın xüsusi kapitalını 100 vahid qəbul etsək, onda C-nin 0,69 (0,7-dən az) maksimum qiymətində (müəssisə bu halda maliyyə müstəqilliyinə malik olan kiçik qiymətləndirilir) borc mənbələri (təşkilatın öhdəlikləri) 69 vahidə, balansın valyutası isə 169 vahidə bərabər olmalıdır. Onda Ə1 üçün normativ qiymət (aşağı hədd) 0,6 (100:169) bərabər olmalıdır.

Cədvəl 2.1

31 dekabr 2014-cü il tarixinə Mühasibat balansı

ölçü vahidi min manat


Bölümün/

maddənın -si




Hesabın

-si



Ilin əvvəlinə

İlin sonuna




AKTİVLƏR










1

Uzunmüddətli aktivlər










10

Qeyri-maddi aktivlər

101 – 102 + 103

-

261

11

Torpaq, tikili və avadanlıqlar

111 - 112 + 113

14239

13101

12

Daşınmaz əmlaka investisiyalar

121 -122

-

-

13

Bioloji aktivlər

131 - 132

-

-

14

Təbii sərvətlər

141 - 142

-

-

15

İştirak payı metodu ilə uçota alınmış investisiyalar

15X

8000

8000

16

Təxirə salınmış vergi aktivləri

16X

-

-

17

Uzunmüddətli debitor borcları

17X

-

-

18

Sair uzunmüddətli maliyyə aktivləri

18X - 184

20430

23815

19

Sair uzunmüddətli aktivlər

19X

-

-




Cəmi uzunmüddətli aktivlər




42669

45177

2

Qısamüddətli aktivlər










20

Ehtiyatlar

20X - 208

17510

16445

21

Qısamüddətli debitor borcları

21X - 218

34292

3468

22

Pul vəsaitləri və onların ekvivalentləri

22X

9961

23538

23

Sair qısamüddətli maliyyə aktivləri

23X - 235

8

14

24

Sair qısamüddətli aktivlər

24X

3248

2212




Cəmi qisamüddətli aktivlər




65019

45677




CƏMİ AKTİVLƏR




107688

90854




KAPİTAL VƏ ÖHDƏLİKLƏR










3

Kapital










30

Ödənilmiş nominal (nizamnamə) kapital

301 - 302

25000

25000

31

Emissiya gəliri

31X







32

Geri alınmış kapital (səhmlər)

32X







33

Kapital ehtiyatları

33X

29844

30067

34

Bölüşdürülməmiş mənfəət (ödənil­mə­miş zərər)

34X - 344

9948

11724




Cəmi kapital




64792

66791

4

Uzunmüddətli öhdəliklər










40

Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər

40X







41

Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər

41X







42

Təxirə salınmış vergi öhdəlikləri

42X







43

Uzunmüddətli kreditor borcları

43X







44

Sair uzunmüddətli öhdəliklər

44X










Cəmi uzunmüddətli

öh­də­lik­lər










5

Qısamüddətli öhdəliklər










50

Qısamüddətli faiz xərcləri yara­dan öh­də­liklər

50X

200

300

51

Qısamüddətli qiymətləndirilmiş öh­də­liklər

51X







52

Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər

52X

5389

4761

53

Qısamüddətli kreditor borcları

53X

32307

17002

54

Sair qısamüddətli öhdəliklər

54X

5000

2000




Cəmi qisamüddətli öhdəliklər




42896

24063




Cəmi öhdəliklər




42896

24063




CƏMİ KAPİTALVƏ ÖHDƏLİKLƏR




107688

90854

Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə