Qeyd: Mühasibat balansı formasının nümunəsi Azərbaycan Respublikası Maliyyə nazirliyinin 2006-cı il 18 aprel tarixli I-38 saylı əmrilə təsdiq edilmiş «Maliyyə Hesabatlarının Təqdimatı üzrə» Kommersiya Təşkilatları üçün 1 №-li Milli Mühasibat Uçotu Standartlarında göstərilmişdir.
Mühasibat balansının (cədvəl 1.1) məlumatları əsasında 2.2 saylı cədvəldə təşkilatın ümumi maliyyə müstəqilliyi əmsalı dinamikada hesablanmış və nəzərdən keçirilmişdir.
Cədvəl 2.2
Təşkilatın ümumi maliyyə müstəqilliyi əmsalının hesablanması,
min manatla
Sıra
sayı
|
Göstəricilər
|
Balans göstəricisinin kodu* və ya hesablama qaydası
|
Hesabat ilinin əvvəlinə
|
Hesabat ilinin sonuna
|
Dəyişilmə (+, -)
|
1
|
2
|
3
|
4
|
5
|
6
|
1
|
Kapital
|
III bölmənin yekunu
|
64792
|
66791
|
+1999
|
2
|
Sair qısamüddətli öhdəliklər (Gələcək hesabat dövrün gəlirləri (542))
|
V bölmədə
|
5000
|
2000
|
-3000
|
3
|
Öz kapitalının dəqiqləşdirilmiş həcmi
|
Sətir1+sətir2
|
69792
|
68791
|
-1001
|
4
|
Balansın valyutası
|
|
107688
|
90854
|
-16834
|
5
|
Ümumi maliyyə müstəqilliyi əmsalı (Ə1)
|
Sətir1:sətir4
|
0,60
|
0,74
|
+0,14
|
6
|
Ümumi maliyyə müstəqilliyinin dəqiqləşdirilmiş əmsalı (Ə1dəq)
|
Sətir3:sətir4
|
0, 65
|
0,76
|
+0,11
|
*2.1 №-li cədvələ baxın.
2.2 saylı cədvəldə təqdim edilmiş hesablamalar, əvvəla hesabat dövrü ərzində ümumi maliyyə müstəqilliyi əmsallarının artmasını əks etdirir, bu isə təşkilatın maliyyə sabitliyinin yüksəlməsini göstərir, ikincisi, əmsalların faktiki qiymətlərinin onların normativ qiymətindən yüksək olmasını əks etdirir ki, bu da təşkilatın borc mənbələrindən maliyyə asılılığı olmayanlara aid edilməsi imkanı yaradır.
Təşkilatın dövriyyə aktivlərinin, o cümlədən ehtiyatların formalaşması zamanı
Dövriyyə aktivlərinin formalaşması sahəsində maliyyə müstəqilliyi real olaraq o halda təmin edilir ki, təşkilat xüsusi vəsait mənbələri hesabına yalnız əsas kapitalı deyil, həm də dövriyyə aktivlərinin bir hissəsini ödəyir və bununla da özünün həyat qabiliyyətini yüksəldir. Lakin belə vəziyyət banklar və kreditorların maraqlarını təmin edirsə də, təşkilat üçün dövriyyə aktivlərinin xüsusi kapital ilə ödənilməsi zərurəti və səmərəliliyi borc mənbələrinin «bahasına» yaranır [6, s. 407].
Təşkilatın xüsusi kapitalının dövriyyə aktivlərinin formalaşmasında iştirakı onun dövriyyədə xüsusi kapitalının məbləği ilə əks etdirilir.
Dövriyyədə olan xüsusi kapital (DXK) iki üsulla hesablana bilər. Bu zaman alınmış nəticələr eyni olmalıdır, çünki təklif edilən hər iki üsul balans bərabərliyinə əsaslanır.
I üsul: DXK = XK - DKA, (3)
Burada DKA - dövriyyədən kənar aktivlərdir, yəni Mühasibat balansının I bölməsinin yekunudur (10-19-qədər olan maddələr).
II üsul: DXK = DA - BK, (4)
Burada DA - dövriyyə aktivləridir, yəni Mühasibat balansının II bölməsinin yekunudur (20-24- qədər olan maddələr)
Burada DXK-nin dəqiqləşdirilmiş qiymətini (DXKdəq) hesablamaq olar ki, bu zaman:
- yuxarıda deyildiyi kimi XK-nin məbləği gələcək dövrlərin gəlirləri məbləğində artır;
- dövriyyədən kənar aktivlər bankların kreditləri və digər təşkilatların və fiziki şəxslərin borc vəsaitlərinin məbləği (K) qədər azaldılır (əgər onlar dövriyyədən kənar aktivlərin formalaşması mənbələridirsə), bu barədə informasiya mühasibat hesabatının müvafiq göstəricilərinin yaxud mühasibat uçotu məlumatlarının açıqlanmasından alına bilər.
Beləliklə, DXK-ni dəqiqləşdirilmiş şəkildə aşağıdakı düsturlarla hesablamaq olar.
I üsul (3 düsturuna baxın):
DXKdəq = (XK+GDG) - (DKA - K) = XK + GDG – DKA + K (5)
II üsul (4 düsturuna baxın):
DXKdəq = DA - (BK – GDG – K) = DA – BK+ GDG + K (6)
DXKdəq-in 2 düsturuna izahatlarda göstərilmiş elementlər üzrə sonrakı dəqiqləşdirilməsi də mümkündür.
Nəzərdə saxlamaq lazımdır ki, DXK-nin hesablanmasının nəticəsi «-» işarəsi ilə də ola bilər. Bu o deməkdir ki, əvvəla, təşkilatın dövriyyəsində xüsusi kapitalı yoxdur və dövriyyə aktivlərinin bütün məcmusu borc mənbələri hesabına formalaşmışdır və ikincisi, xüsusi kapitalı hətta dövriyyədən kənar aktivlərin formalaşdırılması üçün də kifayət deyil, yəni sonuncular DXK-nin hesablanmasının mənfi nəticəsi məbləğində təşkilatın öhdəliklərilə ödənilmişdir.
DXK-nin həcmi (ölçüsü) dövriyyə aktivlərinin formalaşmasında onun iştirakının səviyyəsinin, yəni dövriyyə aktivləri, o cümlədən ehtiyatlar sahəsində (cəhətdən) maliyyə müstəqilliyi əmsalının hesablanması üçün bazadır (bu barədə aşağıda danışılacaqdır), lakin dövriyyədə xüsusi kapitalın olmasının mütləq xarakteristikası olmaqla, təşkilatın maliyyə müstəqilliyinin əməli (praktik) surətdə qiymətləndirilməsində sərbəst analitik əhəmiyyətə də malikdir.
DXK həcminin və onun dinamikasının hesablanması nümunəsi 3 saylı cədvəldə verilmişdir.
Təhlil zamanı DXK məbləğinin təhlil edilən dövr ərzində dəyişilmələrinin səbəbləri öyrənilməlidir. Onlar DXK-nin hesablanmasında hər toplanan üzrə dəyişilmələrdən ibarətdir.
Maliyyə vəziyyətinin sabitliyinin qiymətləndirilməsi üçün xüsusi kapitalın həcminin müstəsna əhəmiyyəti olmasına baxmayaraq o, hər bir mütləq göstərici kimi, dövriyyə aktivlərinin formalaşmasında xüsusi kapitalın iştirakının əhəmiyyətini əks etdirmir. Bu məqsədlə nisbi göstərici–aşağıdakı düsturla hesablanan, dövriyyə vəsaitləri sahəsində maliyyə müstəqilliyi əmsalı (Ə2) tətbiq edilir [6, s. 410]:
Ə. (7)
Ə2 əmsalı təşkilatın xüsusi kapitalının onun dövriyyə aktivlərinin formalaşmasında payını səciyyələndirir.
DXK-nin dəqiqləşdirilmiş məbləğinin hesablanmasının mümkünlüyü ilə əlaqədar Ə2-nin dəqiqləşdirilmiş məbləğinin (Ə2dəq) də hesablanması mümkündür:
. (8)
Ə2dəq-in (2) düsturuna izahatlarda göstərilən elementlər üzrə daha da dəqiqləşdirilməsi mümkündür.
Ə2 üçün ümumi qəbul edilmiş, o cümlədən rəsmi metodikalarda müəyyən edilmiş normativ kəmiyyət (aşağı hədd) 0,1 bərabər miqdar hesab edilir.
Dövriyyə aktivləri sahəsində (cəhətdən) maliyyə müstəqilliyi göstəricisi ehtiyatlar sahəsində (cəhətdən) maliyyə müstəqilliyi xarakteristikası (əmsalı) (Ə3) ilə tamamlana bilər. O, aşağıdakı düsturla hesablanır:
, (9)
burada E-təşkilatın ehtiyatlarıdır.
Zəruri halda Ə3-nin dəqiqləşdirilmiş qiyməti də (Ə3dəq) hesablana bilər:
(10)
Ə3dəq-nin (2) düsturuna izahatlarda göstərilən elementlər üzrə daha da dəqiqləşdirilməsi mümkündür.
Ə3 üçün ümumi (hamılıqla) qəbul edilmiş normativ qiymət yoxdur. Müxtəlif müəlliflərin məlumatlarına əsasən o, aşağıdakı kimi: 0,25-dən 0,6-0,8-ə qədər ola bilər. Dövriyyə aktivləri, o cümlədən ehtiyatlar sahəsində maliyyə müstəqilliyi əmsallarının hesablanması 2.3 saylı cədvəldə təqdim edilmişdir.
Cədvəd 2.3
Təşkilatın dövriyyəsində xüsusi kapitalın və dövriyyə aktivlərinin, o cümlədən ehtiyatların formalaşması sahəsində maliyyə müstəqilliyi əmsallarının hesablanması, min manat
Sıra sayı
|
Göstəricilər
|
Balans göstəricisinin adı* və ya hesablama qaydası
|
Hesabat ilinin əvvəlinə
|
Hesabat
ilinin
sonuna
|
Kənarlaşma (+,-)
|
1
|
2
|
3
|
4
|
5
|
6
|
1
|
Kapital
|
III bölmənin yekunu
|
64792
|
66791
|
+1999
|
2
|
Öhdəliklər
|
IV və V bölmənin yekunu
|
42896
|
24063
|
-18833
|
3
|
Dövriyyədən kənar aktivlər üçün kreditlər və borclar
|
-
|
-
|
-
|
-
|
4
|
Sair qısamüddətli öhdəliklər
|
Gələcək hesabat dövrün gəlirləri (542)
|
5000
|
2000
|
-3000
|
5
|
Uzunmüddətli aktivlər
|
I bölmənin yekunu
|
42669
|
45177
|
+2508
|
6
|
Qısamüddətli aktivlər
|
II bölmənin yekunu
|
65019
|
45677
|
-19342
|
7
|
Ehtiyatlar
|
20 maddənin yekunu
|
17510
|
16445
|
-1065
|
8
|
Dövriyyədə iştirak edən xüsusi kapital (DXK)
|
|
|
|
|
8.1
|
I üsul
|
Sətir 1-sətir 5
|
22123
|
21614
|
-509
|
8.2
|
II üsul
|
Sətir 6 – sətir 2
|
22123
|
21614
|
-509
|
9
|
Dövriyyədə xüsusi kapitalın dəqiqləşdiri lmiş həcmi (DXKdəq)
|
|
|
|
|
9.1
|
I üsul
|
Sətir 1+sətir 4-
-sətir 5+sətir 3
|
27123
|
23614
|
-3509
|
9.2
|
II üsul
|
Sətir 6–sətir2+
+sətir 4+sətir 3
|
27123
|
23614
|
-3509
|
10
|
Dövriyyə aktivləri sahəsində maliyyə müstəqilliyi əmsalı (Ə2)
|
Sətir 8.1 (və ya 8.2): sətir 6
|
0,34
|
0,47
|
+0,13
|
11
|
Ehtiyatlar sahəsində maliyyə müstəqilliyi əmsalı (Ə3)
|
Sətir 8.1 (və ya 8.2): sətir 7
|
1,26
|
1,31
|
+0,05
|
12,005р 77.2мсалы (К3)алиййя мцлиййя мцстягиллийи ямсалы (К2)цстягиллийи ямсалларынын щесабланмасы 12.3 жядвялиндя тягдим едилми
|
Dövriyyə aktivləri sahəsində maliyyə müstəqilliyinin dəqiqləşdirilmiş əmsalı (Ə2dəq)
|
Sətir 9.1 (və ya 9.2): sətir 6
|
0,42
|
0,52
|
+0,10
|
13
|
Ehtiyatlar sahəsində maliyyə müstəqilliyi nin dəqiqləşdirilmiş əmsalı (Ə3dəq)
|
Sətir 9.1 (və ya 9.2):sətir 7
|
1,55
|
1,44
|
-0,11
|
*2.1 saylı cədvələ baxın
Göstərilən məlumatlardan belə nəticə alınır ki, hesabat ilinin əvvəlinə və sonuna dövriyyə aktivləri sahəsində maliyyə müstəqilliyi əmsallarının kəmiyyəti normativlərdən yüksək olmuş, ehtiyatlar isə öz mənbələrilə tam ödənilmişdir, deməli, təşkilatın cari fəaliyyəti də onun borc mənbələrindən lazımi səviyyədə maliyyə müstəqilliyi şəraitində həyata keçmişdir.
Maliyyə vəziyyətinin sabitliyinin əlavə, lakin əhəmiyyətli xarakteristikası olan manevrlik əmsalı (Əm) da DXK-nin əsasında hesablanır. O, kapitalın hansı hissəsinin həmin vəsaitlərlə nisbətən sərbəst manevr etmək imkanı verən mobil formasında olmasını göstərir:
(11)
Maliyyə müstəqilliyinin sonrakı təhlili onun artım imkanlarının müəyyən edilməsinə istiqamətlənməlidir. Bu imkanlar aktivlərin, tərkibinin yaxşılaşması ilə (onların əsaslandırılmış formalaşdırılması ilə) və onlardan istifadənin səmərəliliyinin yüksəldilməsilə (çünki fond verimi artanda və aktivlərin dövranı sürətlənəndə başqa şərtlər eyni olmaqla maliyyə vəsaitləri daha az tələb edilir) habelə bölüşdürülməmiş mənfəətin artması ilə əlaqədardır [6, s. 402].
2.3. Ödəmə qabiliyyətinin və likvidliyin təhlili metodikası
Təşkilatın ödəmə qabiliyyəti və likvidliyi maliyyə müstəqilliyilə yanaşı onların maliyyə vəziyyətinin sabitliyinin çox mühüm xarakteristikalarıdır.
Təşkilat o halda ödəmə qabiliyyətli hesab edilir ki, o, pul vəsaitlərilə və onların ekvivalentlərilə (bazar qiymətli kağızları ilə) özünün ödəmə öhdəlikləri üzrə vaxtlı-vaxtında və tam hesablaşmaq imkanına malik olur, yəni ödəmə qabiliyyəti – kreditorlarla, banklarla və digər borc verənlərlə hesablaşmanın cari vəziyyətinin xarakteristikasıdır.
Artıq qeyd edildiyi kimi, ödəmə qabiliyyətinin əlamətləri kassada və banklardakı hesablarda pul vəsaitlərinin olmasından, habelə vaxtı keçmiş kreditor borcunun və vaxtında ödənilməmiş uzun və qısa müddətli kreditlərin və borcların olmamasından ibarətdir.
Lakin ödəmə qabiliyyətinin, yəni təşkilatın hesablaşmalarının böyük dəyişkənliyə malik cari vəziyyətinin real qiymətləndirilməsi mühasibat hesabatı məlumatları üzrə yerinə yetirilə bilməz, çünki orada bu cəhətdən yalnız hesabat ilinin əvvəlinə və hesabat dövrünün sonuna ani göstəricilər olur. Belə qiymətləndirmə yalnız operativ təhlil prosesində mümkündür. Bu zaman aşağıdakılar tövsiyə edilir:
pul axınlarını təhlil etmək, onun məzmunu 8-ci paraqrafda nəzərdən keçirilir.
daxil olması gözlənilən pul gəlirlərinin (gün, həftə, ongünlük, ay) üçün ödəmə təqviminin variantlarının hazırlamaq;
hər gün, hər həftə və b.k. hesablaşmaların faktiki vəziyyətini öyrənmək, təşkilatın vaxtında ödəmədiyi öhdəliklərin məbləğini aşkar etmək və onların (xüsusilə xalis mənfəətin açıq-aşkar itirilməsilə əlaqədar olan hissəsinin) ödənilməsi üzrə operativ tədbirlər görmək;
hesablaşmaların faktiki vəziyyətinin operativ öyrənilməsinə əsaslanaraq vaxtında ödənilməmiş öhdəliklərin struktur göstəricilərinin onların məbləğinin bir gün, həftə və b.k. ərzində ödənilməli olan öhdəliklərin məbləğinə nisbəti vasitəsilə hesablamaq;
həmin struktur göstəricilərinin dinamik sırasını tərtib etmək, yaranan meylləri aşkar etmək və onların bazasında cari ödəmə qabiliyyətinin sabit, müvəqqəti və ya təsadüfi vəziyyətini qiymətləndirmək;
ödəmə qabiliyyəti olmamasının səbəblərini aşkar etmək, habelə dövriyyədən kənar aktivlərlə fayda verməyən vəsaitlər qoyulması və b.k. daxil edilə bilər.
Yalnız pul formasında icra edilən öhdəliklər (büdcə ilə, büdcədən kənar fondlarla, gömrükxana ilə və s.) olması və satılmış məhsullara görə pulsuz hesablaşmalar formasının (qarşılıqlı ödəmələr, əmtəə mübadiləsi əməliyyatları və s.) geniş yayılması ilə əlaqədar olaraq ödəmə qabiliyyəti ödənilmiş mədaxilin (171 və 211-ci hesablar üzrə ödənilmiş debitor borcunun) ümumi məbləğində pulla ödənilmənin xüsusi çəkisindən əhəmiyyətli dərəcədə asılıdır. Bu göstərici dinamikada öyrənilir. Başqa şərtlər eyni olmaqla, o, artdıqca təşkilatın cari ödəmə qabiliyyətinin səviyyəsi yüksəlir.
Real ödəmə qabiliyyətinin mühasibat hesabatı göstəriciləri əsasında qiymətləndirilməsinin praktik olaraq mümkün olmaması ilə əlaqədar, ölkəmizin və xarici ölkələrin təcrübəsində onu şərti olaraq təşkilatın likvidlik göstəriciləri əsasında səciyyələndirmək qəbul edilmişdir.
Təşkilatın likvidliyi deyəndə öz öhdəliklərini elə aktivlərlə ödəmək qabiliyyəti anlaşılır ki, onların digər formadan pul formasına çevrilməsi müddəti öhdəliklərin ödənilməsi müddətinə uyğun olur. Təşkilatın likvidliyi barədə danışanda onun qısamüddətli öhdəliklərin bütün məcmusu üzrə hesablaşmalar üçün nəzəri cəhətdən kifayət qədər (hətta onların müəyyən edilmiş müddətləri pozulmaqla) həcmdə dövriyyə aktivləri olmasını nəzərdə tuturlar.
Likvidliyin təhlili zamanı Mühasibat balansında göstərilmş, likvidlik dərəcəsi üzrə qruplaşdırılmış və onun azalması qaydasında da yerləşdirilmiş aktivlər onun passivi üzrə ödənilmə müddətlərinə görə qruplaşdırılmış və həmin müddətlərin artması qaydasında yerləşdirilmiş öhdəliklərlə müqayisə edilir. Bu zaman aktivlərin likvidlik dərəcəsi deyəndə onların digər formadan pul forması alması üçün nə qədər az vaxt tələb edilirsə, onun likvidlik dərəcəsi o qədər yüksək olur.
Bir qayda olaraq, likvidlik dərəcəsindən asılı olaraq təşkilatın aktivləri aşağıdakı kimi qruplaşdırılır:
IA - Ən yüksək likvid (dərhal yaxud tez realizasiya edilən) qısamüddətli aktivlər, onlara pul vəsaitləri və onların ekvivalentləri, sair qısamüddətli maliyyə aktivləri (I qrup aktivlər) aiddir.
IIA - Orta müddətli likvid aktivlər, onlara ödənilməsi hesabat tarixindən sonra 12 ay ərzində gözlənilən qısamüddətli debitor borcları (II qrup aktivlər) aiddir.
IIIA - Zəif likvid aktivlər, yəni zəif (ləng) realizasiya edilən aktivlər, onlara ehtiyatlar, sair qısamüddətli aktivlər (əvəzedilən əlavə dəyər vergisi və digər dövriyyə aktivləri) (III qrup aktivlər) aiddir.
IVA - Çətin realizə edilən likvid aktivlər, onlara uzunmüddətli aktivlər (ödənilməsi hesabat tarixindən 12 aydan artıq müddətdə gözlənilən uzunmüddətli debitor borcları və b.) (IV qrup aktivləri) aid edilir.
Qeyd etmək lazımdır ki, aktivlərin göstərilən qruplara aid edilməsi şərti xarakter daşıyır və lazımi informasiya olduqda dəqiqləşdirilə bilər. Belə ki, məsələn, qısamüddətli maliyyə qoyuluşlarını yalnız bazar qiymətli kağızları, həm də onların bazar dəyəri üzrə qiymətində (pul vəsaitlərinin hərəkəti haqqında hesabata baxın), depozitlər və verilmiş borclar sahəsində, müvafiq müqavilələrdə onların ilk (birinci) tələb əsasında qaytarılması nəzərdə tutulması şərtilə tez realizasiya edilən qəbul etmək olar. Qısamüddətli maliyyə qoyuluşlarının qalıq hissəsi real şəraitdə IV qrup aktivlərə aid edilir. IV qrupa aid edilən təxirə salınmış vergi aktivləri, onların ödənilməsi müddəti hesabat tarixindən sonra 12 ay və daha az təşkil edərsə, II qrup aktivlərə aid etmək lazımdır.
Debitor borcu təşkilatda şübhəli borclar ehtiyatları yaradılması şərtilə II qrupa əsaslandırılmış aid edilir. Əks halda ona ən azı vaxtı keçmiş borc kimi düzəliş edilməlidir ki, bu halda onu IV qrup aktivlərə aid etmək lazımdır. Verilmiş avanslar şəklində orta debitor borcu (pul vəsaitlərinin hərəkəti haqqında hesabat forması və ya mühasibat üçotunun məlumatları) pul vəsaitlərilə deyil, material-istehsal ehtiyatları ilə ödəniləcəkdir, yəni o, III qrupa aid edilməlidir.
Adətən III qrupda nəzərə alınan gələcək dövrlərin xərclərini onların xarakterinə və məzmununa əsaslanaraq IV qrupa, hazır məhsul şəklində aktivləri (müasir şəraitdə) isə – bazarın konyunkturasından asılı olaraq nəzərdən keçirilən qrupların istənilən birinə aid etmək lazımdır. Bundan əlavə həmin aktivlərin balans qiyməti, bir qayda olaraq, onların bazar qiymətinə uyğun olmur. Burada (III qrupda) nəzərə alınmış göndərilmiş mallar (əgər onlar mübadilə müqavilələri üzrə göndərilmələrlə əlaqədar deyilsə) prinsipcə potensial debitor borcu kimi qrupa aid edilməlidir.
III qrupda nəzərə alınmış digər dövriyyə aktivləri müvafiq açıqlanmalar və izahatlar olmadıqda IV qrupa aid etmək lazımdır. Müvafiq surətdə IV qrup aktivlərin tərkibi dəqiqləşdirilə bilər (yaxud dəqiqləşdirilməlidir).
Mühasibat balansının üzrə öhdəliklər onların ödənilməsinin təcililik dərəcəsi əsasında qruplaşmalıdırlar.
IÖ - Ən təcili öhdəliklər: ödəmə müddəti keçmiş ssuda və borclar, kreditor borclar.
IIÖ - Qısamüddətli öhdəliklər: qısamüddətli bank kreditləri və borclar.
IIIÖ - Uzunmuddətli öhdəliklər: uzunmüddətli bank kreditləri və borclar.
IVÖ - Möhkəm öhdəliklər: xüsusi vəsaitlər.
Aktivlərin və öhdəliklərin göstərilən qruplarına əsaslanaraq likvid aktivlərin qısamüddətli öhdəliklərlə müqayisəsi yolu ilə balansın likvidlik dərəcəsi qiymətləndirilir:
IA ≥ IÖ
IIA ≥ IIÖ
IIIA ≥ IIIÖ
IVA ≤ IVÖ
bu şərtlər təmin edildikdə balans likvid hesab edilir.
Balansın likvid olması həmişə müəssisənin likvid olmasını sübut etmir, bununla əlaqədar olaraq təhlilin növbəti mərhələsində müəssisənin likvidliyini əks etdirən göstəricilər sistemindən istifadə olunur. Həmin göstəricilərə aşağıdakı əmsallar aid edilir:
-
Mütləq likvidlik yaxud ödəmə qabiliyyəti əmsalı (Ə4)
(12)
Ə4-ün dəqiqləşdirilmiş qiyməti (Ə4dəq) hesablanan zaman aktivlərin I qrupunun dəqiqləşdirilməsi, habelə QÖ-in GDG qədər azaldılması həyata keçirilir. Bundan əlavə, QÖ-in alınmış avanslar miqdarında (pul vəsaitlərinin hərəkəti haqqında hesabat forması və ya mühasibat üçotu məlumatları) azaldılması mümkündür. Bu onunla əlaqədardır ki, onlar pul vəsaitlərilə deyil, məhsul satılması ilə ödənilməlidir.
Ə4 əmsalı balansın tərtib edilməsi tarixinə nisbətən ən yaxın vaxtda qısamüddətli öhdəliklərin hansı hissəsinin ödənilə bilməsini göstərir. Əgər Ə41 olarsa, təşkilat mükəmməl, tam pullu ödəmə qabiliyyətlidir, lakin o, artıq təsəvvür edilir və təsərrüfat təcrübəsində az rast gəlinir. Bu əmsalın qiyməti adətən 0,01-dən 0,15-ə qədər dəyişilir.
Nəşr edilmiş əsərlərdə normativ (normal məhdudiyyət) kimi Ə4=0,50,1 qiyməti məsləhət görülür. Bu zaman Mühasibat balansı tərtib edilməsi tarixinə qənaətbəxş pullu ödəmə qabiliyyətli hesab edilməsi üçün 0,5 qiyməti etibarlı, 0,1 qiyməti isə – aşağı hədd kimi təsəvvür edilir. Ə4-ün qiymətinin normativ və (və ya) təşkilat üçün zəruri qiymətə uyğunluğunu təmin etmək üçün onun pul axınlarını təhlil etmək lazımdır.
-
Təcili likvidlik əmsalı (Ə5)
(13)
Ə5-in dəqiqləşdirilmiş qiyməti (Ə5dəq) hesablanan zaman aktivlərin I və II qrupları dəqiqləşdirilir, habelə QÖ, GDG qədər azaldılır. Bundan əlavə, QÖ-in yuxarıda göstərilən əsaslarda alınmış avanslar miqdarında azaldılması mümkündür.
Ə5 əmsalı debitor borcu vaxtlı vaxtında ödənilməsi şərtilə təşkilatın proqnozlaşdırılan ödəmə qabiliyyətini əks etdirir. Ə5 üçün təyin etdilmiş normativ qiyməti 1 təşkil edir. Ə5>1 olduqda təşkilat nəzəri cəhətdən etibarlı ödəmə qabiliyyətinə malik olur.
-
Cari likvidlik əmsalı (Ə6):
(14)
Ə6-nın dəqiqləşdirilmiş qiyməti (Ə6dəq) hesablanan zaman həm aktivlərin tərkibi, həm də QÖ, GDG məbləğində dəqiqləşdirilir.
Ə6 əmsalı təşkilatın cari likvidliyinin ümumi qiymətləndirilməsi üçün tətbiq edilir və onda qısamüddətli öhdəliklərin ödənilməsi üçün istifadə edilə bilən dövriyyə aktivlərinin kifayət qədər olmasını göstərir. O, təşkilatın prinsipial ödəmə imkanlarını, yəni yalnız debitorların təşkilat qarşısında öz borclarını ödəməsi deyil, həm də ehtiyatlara qoyulmuş vəsaitlərin cəlb edilməsi şəraitində ödəmə qabiliyyətini səciyyələndirir. İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə Ə6-nın qiymətinin 1-2 ətrafında dəyişilməsi normal hesablanır.
Ə6-nın 1 səviyyəsində aşağı həddilə yalnız o şərtlə razılaşmaq olar ki, Mühasibat balansında debitor borcunun bütün məbləği şübhəsiz öz vaxtında alınanlardan ibarət olur, ehtiyatların tərkibində isə satıla bilməyən sərvətlər (dəyərlər) yoxdur. Təsərrüfat təcrübəsində belə şəraitə az rast gəlinir.
Likvidlik qabiliyyəti əmsallarının hesablanması nümunəsi 2.4 saylı cədvəldə təqdim edilmişdir.
Cədvəl 2.4
Likvidlik əmsallarının hesablanması, min manat
Sıra sayı
|
Göstəricilər
|
Balans göstəricisinin kodu* yaxud hesablama qaydası
|
Hesabat ilinin əvvəlinə
|
Hesabat dövrünün sonuna
|
Kənarlaşma (+,-)
|
1
|
2
|
3
|
4
|
5
|
6
|
1
|
Pul vəsaitləri və onların ekvivalentləri
|
22-ci maddə
|
9961
|
23538
|
+13577
|
2
2.1.
|
Sair qısamüddətli maliyyə aktivləri
O cümlədən
Satıla bilməyən
|
23-cü maddə
**
|
8
-
|
14
-
|
+6
-
|
3
|
Tez realizasiya edilən aktivlərin cəmi (I qrup aktivlər)
|
Sətir 1+sətir 2
|
9969
|
23552
|
+13583
|
4
|
Dəqiqləşdirilmiş I qrup aktivlərin cəmi
|
Sətir 1+sətir 2-
-sətir 2.1
|
9969
|
23552
|
+13583
|
5
5.1
5.2
|
Orta müddətli likvid aktivlər: debitor borc ları, ödənilməsi hesabat tarixindən sonra 12 ay ərzində gözlənilən debitor borclar (II qrup aktivlər)
O cümlədən:
Vaxtı keçmiş
Verilmiş avanslar
|
21-ci maddə
**
***
|
34292
3560
250
|
3468
2532
200
|
-30824
-1028
-50
|
6
|
Dəqiqləşdirilmiş II qrup aktivlər
|
Sətir 5-
-sətir 5.1-
-sətir 5.2.
|
30482
|
736
|
-29746
|
7
|
I qrup + II qrup aktivlərin cəmi
|
Sətir 3+sətir 5
|
44261
|
27020
|
-17241
|
8
|
Dəqiqləşdirilmiş I qrup + II qrup aktivlərin cəmi
|
Sətir4+sətir+6
|
40451
|
24288
|
-16163
|
9
9.1
9.2
|
Ehtiyatlar
O cümlədən
Likvid olmayan
Gələcək dövrlərin xərcləri
|
20-ci maddə
**
**
|
17510
170
130
|
16445
205
90
|
-1065
+35
-40
|
10
|
Alınmış sərvtələr (dəyərlər) üzrə əvəzləşdirilən ƏDV (241)
|
24-cü maddə
|
3248
|
2212
|
-1036
|
11
|
Sair qısamüddətli aktivlər****
|
24-cü maddə
|
-
|
-
|
-
|
12
|
Zəif realizə edilən aktivlərin (III qrup avtivlər) cəmi
|
Sətir9+sətir10+
+sətir11
|
20758
|
18657
|
-2101
|
1
|
2
|
3
|
4
|
5
|
6
|
13
|
Dəqiqləşdirilmiş III qrup aktivlərin cəmi
|
Sətir9-sətir9.1-
-sətir9.2+
+sətir10+sətir5.2
|
20708
|
18562
|
-2146
|
14
|
Likvid I qrup+II qrup+III qrup aktivlərin yekunu
|
Sətir7+sətir 12
|
65019
|
45677
|
-19342
|
15
|
Likvid I qrup + II qrup+III qrup dəqiqləşdirilmiş aktivlərin yekunu
|
Sətir8+sətir 13
|
61159
|
42850
|
-18309
|
16
16.1
16.2
16.3
16.4
|
Qısamüddətli öhdəliklər
O cümlədən:
Alınmış avanslar
Gələcək hesabat dövrün gəlirləri (542)
Dəqiqləşdirilmiş qısamüddətli öhdəliklərin Ə4dəq və Ə5dəq hesablanması üçün
Dəqiqləşdirilmiş qısamüddətli öhdəliklər Ə6dəq hesablaması üçün
|
51+52+53+54 maddələr -50--ci maddə
***
54-cü maddə
Sətir16-
-sətir 16.1-
-sətir 16.2
Sətir 16-
-sətir 16.2
|
42696
10506
5000
27190
37696
|
23763
2000
2000
19763
21763
|
-18933
-8506
-3000
-7427
-15933
|
17
17.1
17.2
17.3
|
Likvidlik əmsalları
mütləq (Ə4)
təcili (Ə5)
cari (Ə6)
|
Sətir 3 : sətir16
Sətir 7 : sətir16
Sətir 14 : sətir16
|
0,23
1,04
1,52
|
0,99
1,14
1,92
|
+0,76
+0,10
+0,40
|
18
18.1
18.2
18.3
|
Dəqiqləşdirilmiş likvidlik əmsaları
mütləq (Ə4dəq)
təcili (Ə5dəq)
cari (Ə6dəq)
|
Sətir 4 : sətir16. 3
Sətir 8 : sətir16. 3
Sətir 15 : sətir16.4
|
0,37
1,49
1,62
|
1,19
1,23
1,97
|
+0,82
-0,26
+0,35
|
* 2.1 saylı cədvələ baxın
** Mühasibat hesabatının müvafiq göstəricilərinə aid açıqlamaların məlumatları və ya mühasibat uçotunun, müqavilələrin, qiymətləndirmələrin məlumatları.
*** pul vəsaitlərinin hərəkəti haqqında hesabat forması, mühasibat hesabatının müvafiq göstəricilərinə aid açıqlamaların məlumatları yaxud mühasibat uçotunun məlumatları.
**** Onların tərkibinin açıqlanmaları olmadıqda 13-cü sətrin məlumatlarına daxil edilmir.
4 saylı cədvəldə verilmiş məlumatlar belə nəticəyə gəlmək imkanı verir ki, təşkilat həm hesabat ilinin əvvəlinə, həm də əmsalların müsbət dinamikası hesabına hesabat dövrünün sonuna ödəmə qabiliyyətli və likvidli olmuşdur. Hesabat dövrünün sonuna tam pulu ödəmə qabiliyyətliyi müşahidə edilir, çünki Ə4 və Ə4dəq1. Alınmış təcili likvidlik qabiliyyəti əmsalları (Ə5 və Ə5dəq>1), habelə cari likvidlik əmsallarının normativə (2) yaxın səviyyədə olan kəmiyyəti likvidliyin etibarlı səviyyəsini təsdiq edir.
Qeyd etmək lazımdır ki, iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə təşkilatlarda dövriyyə aktivlərinin dövranın müxtəlif olması ilə əlaqədar Ə6 üçün vahid normativ qiymət təyin edilməsi çətinlik yaradır. Kommersiya bankları, bir qayda olaraq, Ə6 əmsalın sənaye üçün daha yüksək (məsələn 2), ticarət üçün isə nisbətən aşağı (məsələn 1,4) qiymət müəyyən edirlər.
Likvidliyin dərinləşdirilmiş qiymətləndirilməsi zamanı Ə6-nın faktiki qiyməti müəyyən təşkilat üçün onun normativ qiyməti (Ə6norm) ilə müqayisə etmək alar. O, aşağıdakı düsturla hesablana bilər:
(15)
Burada Ez-təşkilatın zəruri ehtiyatlarıdır (Mühasibat balansının 20-ci «Ehtiyatlar» sətri ehtiyatların faktiki miqdarı səviyyəsində zəruri və kifayət qədər olması şərtilə).
Ə6norm müəyyən edilməsinin əsasını dövriyyə aktivlərinin (kəsrin surəti) zəruri həcminin hesablanması təşkil edir. O, təşkilatın sonrakı fəaliyyətində çətinliklərə yol verilməməsi üçün zəruri ehtiyatlardan və sərbəst pulların, debitor borclarının və digər dövriyyə aktivlərinin qısamüddətli öhdəliklərin ödənilməsi üçün kifayət edən məbləğinin cəmindən yaranır [6, s. 413-422].
III FƏSIL. MALIYYƏ VƏZIYYƏTININ VƏ REYTİNQİNİN QIYMƏTLƏNDIRILMƏSINİN TƏKMİLLƏŞDİRİLMƏSİ İSTİQAMƏTLƏRİ
3.1. Müəssisənin reytinqinin qiymətləndirilməsi metodikası və onun
təkmilləşdirilməsi istiqamətləri
|
Kompleks iqtisadi təhlil prosesində göstəricilər sistemi ilə xarakterizə olunan təsərrüfat proseslərinin keyfiyyət və kəmiyyətcə təhlili əsasında müəssisənin fəaliyyətinin nəticələrinin yekunlaşdırılması mühüm yer tutur. Obyektin fəaliyyətinin qiymətləndirilməsi kompleks iqtisadi təhlilin birinci mərhələsində aparılır. Bu zaman analitik işlərin əsas istiqamətləri müəyyən edilir (ilkin qiymətləndirmə). Son mərhələdə isə təhlilin nəticələri yekunlaşdırılır (son qiymətləndirmə). Son qiymətləndirmə hər bir konkret situasiya üçün əsas informasiya mənbəyi hesab edilir.
Müəssisənin maliyyə vəziyyətinin və işgüzar aktivliyinin kompleks müqayisəli reytinq qiymətləndirilməsi metodikasının tərkib mərhələləri aşağıdakılardır: hesabat dövrü üçün ilkin informasiyanın toplanması və analitik işlənməsi; müəssisənin maliyyə vəziyyətinin reytinqinin qiymətləndirilməsi üçün göstəricilər sisteminin əsaslandırılması və onların təsnifləşdirilməsi; reytinq qiymətləndirmənin yekun göstəricisinin hesablanması; reytinqə görə müəssisələrin təsnifləşdirilməsi. Yekun reytinq qiymətləndirmə müəssisənin istehsal və maliyyə fəaliyyətinin fəaliyyətinin bütün vacib göstəriciləri nəzərə alınır. Onun tərtibi zamanı müəssisənin istehsal potensialı, onun məhsulunun rentabelliyi, istehsal və maliyyə resurslarından istifadənin səmərəliliyi, vəsaitlərin vəziyyəti və yerləşdirilməsi haqqında və digər göstəricilərdən istifadə olunur.
Maliyyə vəziyyətinin dəqiq və obyektiv qiymətləndirilməsi göstəricilər dəstinin ixtiyari seçilməsinə əsaslanmamalıdır. Ona görə də, maliyyə təsərrüfat fəaliyyətinin ilkin göstəricilərinin seçilməsi və əsaslandırılması müəssisənin maliyyə nəzəriyyəsinin nəticələrinə uyğun qiymətləndirməinin məqsədindən, idarəetmə subyektlərinin analitik qiymətləndirməyə olan tələbatdan asılı olaraq aparılmalıdır.
Maliyyə vəziyyətinin dəqiq və obyektiv qiymətləndirilməsi göstəricilər dəstinin ixtiyari seçilməsinə əsaslanmamalıdır. Ona görə də, maliyyə təsərrüfat fəaliyyətinin ilkin göstəricilərinin seçilməsi və əsaslandırılması müəssisənin maliyyə nəzəriyyəsinin nəticələrinə uyğun qiymətləndirməinin məqsədindən, idarəetmə subyektlərinin analitik qiymətləndirməyə olan tələbatdan asılı olaraq aparılmalıdır.
Iqtisadi ədəbiyyatlarda müəssisənin reytinqinin qiymətləndirilməsi üçün ilkin göstəricilər dörd qrupda cəmləşdirilir (bax cədvəl 3.1).
Cədvəl 3.1
Hesabat məlumatlarına əsasən reytinq qiymətləndirmə üçün ilkin
göstəricilər sistemi
I qrup
Təsərrüfat fəaliyyətinin gəlirliyinin qiymətləndirilməsi
|
II qrup
Idarəetmənin səmərəliliyinin qiymətləndirilməsi göstəriciləri
|
III qrup
Işgüzar aktivliyin qiymətləndirilməsi
|
IV qrup
Likvidliyin və bazar sabitliyinin qiymətləndirilməsi
|
1. Müəssisənin ümumi rentabelliyi
|
1. Məhsul satışının hər manatına düşən xalis mənfəət
|
1. Bütün aktivlərin səmərəliliyi
|
1. Cari likvidlik əmsalı
|
2. Müəssisənin xalis rentabelliyi
|
2. Məhsul satışı həcminin hər manatına məhsul satışından mənfəət
|
2. Əsas fondların səmərəliliyi
|
2. Kritik (aralıq) likvidlik əmsalı
|
3. Xüsusi kapitalın rentabelliyi
|
3. Məhsul satışı həcminin hər manatına bütün məhsul satışından əldə edilən mənfəət
|
3. Dövriyyə fondlarının dövranı
|
3. Daimi aktivlərin indeksi
|
4. Istehsal fondlarının rentabelliyi
|
4. Məhsul satışı həcminin hər manatına düşən ümumi mənfəət
|
4. Ehtiyatların dövranı
|
4. Müstəqillik əmsalı
|
|
|
5. Debitor borclarının dövranı
|
5. Ehtiyatların xüsusi dövriyyə vəsaiti ilə təmin olunması
|
|
|
6. Bank ktivlərinin dövranı
|
|
|
|
7. Xüsusi kapitalın səmərəliliyi
|
|
Dostları ilə paylaş: |