Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə15/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   11   12   13   14   15   16   17   18   ...   283

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

 



30 

vermiş  qəzaların  ləğvində  müxtəlif  tutucu  alətlərlə  yanaşı,  borututan  alətlərdən  də  istifadə  olunur. 

Borututanların  iki  növü  olur: daxili   və  xarici  borututanlar.  

Hər  bir  qəzanın  baş  vermə  şəraiti  qəza  sonluğunun  vəziyyətindən  asılı  olaraq  işlədilir.  

Borututan  sağ  və  sol  yivli  olur. Neft  və  qaz  borularının  əsaslı  təmirində  tutma  əməliyyatları  

yerinə  yetirilən  zaman  ölçü  və  xassələrinə  görə  müxtəlif  təyinatlı  tutucu  alətlərdən  istifadə  edilir. Bu  

alətlər  quyuda  qəzaya  uğramış  boruların  xaricindən  və  daxilindən  yiv  açmaqla, eyni  istiqamətlər  üzrə  

borulara    pərçimləməklə      birləşir.  Qəza    sonluğu    normal    vəziyyətdə    olarkən    borularla    rahat   işləmək  

olur. 



 2. Səh 194



. Lakin çox  hallarda  baş  vermiş  qəzada  müxtəlif  səbəblərdən  qəza  sonluğu  dağılır. 

Qəza  sonluğu  50 sm  bəzən  aşağıya  doğru  gövdəsində  kəsiklər  əmələ  gəlir. Belə  hallarda  mövcud  

borututanlarla  qəza  borusunu  tutub  qaldırmaq  mümkün  olmur. Qəza  borusunun  müxtəlif  səbəblərdən    

gövdəsindəki yaranmış kəsiklər,  onun  gövdəsinin  genişlənməsinə  gətirib  çıxarır. Qəza  borularını  quyu  

ağzına  qaldırmaq  üçün,  borututanlar  mövcuddur.  Çünki, mövcud  borututanın  ştukunun  uzunluğu  azdır. 

Bu  çatışmamazlıqları  aradan qaldırmaq  üçün  daxildən  tutan  dodaqcıqların  üzərində  iti  və  çox  möhkəm  

dişliklər    açmaq    lazımdır    və    bu    dişlikləri    qarmaq    şəklində    hazırlamaq    lazımdır    ki,  borunu    yuxarı  

qaldırdıqda  sürüşmələr  baş  verməsin.  

Təklif  olunur  ki, bu  çatışmamazlıqları  aradan  qaldırmaq  üçün  dodaqcıqlar  üzərində  hazırlanmış  

dişlərin    iç    tərəfindən    elektromaqnit    tutucudan    istifadə    edilsin.  Elektromaqnit    tutucu    dişlərin    daxili  

səthində  yerləşdirilir  və   izolyasiya  edilmiş  naqillə  borututucunun  daxilindən  üst  səthədək  çəkilir , 

həmin  naqil     elektrik    mənbəyinə    qoşulur.  Qəza    borunu    tutucu    vasitəsilə    tutduqdan    sonra,  dodaqcıq  

sürüşməsin  deyə  naqilə  elektrik  cərəyanı  verilir  və  burada  elektromaqnit  işə  düşür. Sıxılan hissədə 

maqnitlənmə alınır. Bu da borututanın  dişlərinin  sürüşməsinin  qarşısını  alır. 

Maşınqayırma  müəssisələri  neft  hasilatını  müxtəlif  avadanlıqlarlarla: qazma, nasos kompressor  və  

qoruyucu  borular; baltalar; birləşdirici  elementlər  ilə  təchiz  edir. Belə  hissələrdən  biri  də  neft – mədən  

təyinatlı  muftalardır. Konik  yivlərə  malik  muftalardan  neft  – mədən  təyinatlı  boruların  və  müxtəlif  

təyinatlı    hissələrin    birləşdirilməsində    geniş    istifadə    edilir.  Muftaların    konstruktiv    və    texnoloji  

özəllikləri  onların  hər  iki  tərəfdən  muxtəlif  yönlü  eyni  və  ya  müxtəlif  konstruksiyalı (qıfıl  muftaları ) 

konik  yivlərə  malik  olmalıdır. Hər  iki  tərəfdən  eyni  konstruksiyalı  yivlərə  malik  muftalar  daha  geniş  

istifadə  edilir. Məlumdur  ki, respublikamızın  müəsssisələrində  bu  cür  muftalarda konik  yivlərin  emalı  

hər    iki    tərəfdən    miftanın    iki    nöqtəsində    aparılır.  Lakin    bu    hallarda    konik    yivlərin    biroxluluqdan  

sapma  xətaları  yaranır  və  nəticədə  muftaların  iş  prosesində  yükgötürmə  qabiliyyəti  azalır.

2. Səh 271



Bu  çatışmamazlıqları  aradan  qaldırmaq  üçün,  muftaya  yiv  açan  dəzgahların  yanında  muftaları  



bazalaşdıran  manipulyatorlardan  istifadə  edilməsi  məqsədə  uyğun  sayılır.  

Bildiyimiz  kimi  hal – hazırda  boruyayma  zavodlarında  muftalarda  yivkəsən  dəzgahlarda  mənəvi  

cəhətdən  köhnəlmiş  köməkçi  avadanlıqlardan   istifadə  edilir. Bunlarda  yüksək  keyfiyyət  alınmır. Bu  da  

istismar  zamanı  bəzi  xoşagəlməz  hallara  səbəb  olur.  

Misal    üçün    muftalar    əl    ilə    dəzgahın    patronuna    qoyulduqda    muftanın    xarici    səthi    üzrə  

bazalaşma  düzgün  getmir. Nəticədə  muftanın  daxili  səthinə  yiv  açdıqda  düzoxluluq  pozulur.  

Təklif  olunan  manipulyatorla  muftalarpatrona  qoyulduqda  sanqa  mexanizmi  muftanı  oxa  nəzərən  

paralel    sıxdığına    görə    qeyri  –  oxluluq    alınmır.  Bu    zaman    yivlərin    kəsilməsi    standarta    uyğun  

gedir.Muftaları  dəzgahin  patronuna  verən  manipulyatorun  sxemi  şəkil 1 – də  verilib. Bu  zaman  yüksək  

emal  dəqiqliyi  və  səmərəliliyi  təmin  etmək  üçün  emalın  şpindelin  oxu ilə  yönəldici  arasında  çarpazlıq  

bucağı    konik    yivlərin    maillik    bucağına   

    bərabər    olan    xüsusi    dəzgahlarda    aparılması    və    xüsusi  



təchizat  vasitələrindən  istifadə  olunması  tövsiyyə  edilir.

6



. Bu  təklif  olunan  metodun  çatışmamazlığı  

ondan    ibarətdir    ki,  maili    bucaq    altında    yivaçma    əmliyyatları    yerinə    yetirdikdə    sapma    səthlərində  

xətalar  çoxalmaqla  yanaşı  istismar  zamanı  eyni  oxluluq  pozulur.Bu  da  fırlanma  zamanı  dibalansın  

alınmasına  gətirib  çıxarır. Bu  çatışmamazlığı  aradan  qaldırmaq  üçün  borştanqaların  kəski  tutqacının  

üzərində  surət  çıxaran  kapirləri  qoymaqla  muftaların  həm  qabaq, həm  də  arxa  səthlərinin  xətasız  yiv  

emalınaimkan  verir. 



Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

 



31 

11

8



7

6

5



1

9

10



2

3

4



 

Şəkil 1. Muftaları  dəzgahın  patronunda  bazalaşdıran  manipulyator. 

1) Muftakəsən   dəzgah ; 2) manipulyator ; 3) monorels ;  4) kanad  ;  5)  konik  dişli  çarxlar;  6) kalon ; 

7) reduktor ;  8) elektrik  mühərriki ;  9) hazır  detal  stul ; 10)  pəstah  stulu ;  11)  idarəetmə  pultu. 

 

 

BORULARIN LAZER  ÜSULU  İLƏ MARKALANMASI 

 

Həmidov F.E. 

Sumqayıt Dövlət Universiteti 

 

Məqalədə  lazer  şüaları  ilə  boruların  səthinin  markalanması  məsələsinə  baxılmışdır.  Bu  üsulun  daha 

perspektiv  üsul  olması  göstərilmişdir.  Lazer  şüası  ilə  boruların  markalanmasının  tətbiqi  nömrələnmənin 

dəqiqliyini artırır, böyük çevikliyə malikdir, kompüterin tətbiqini və idarə etməni asanlaşdırır.Metallurgiyada 

müsir  istehsal,  realizasiya  və  məhsulların  qeydiyyatı  onların  yüksək  texnoloji  metodlarla  markalanması, 

çevikliyi,  sürəti,kompüterləşdirlməsi  və  məhsulun  iş  qabiliyyətinə  təşir  etmədən  istehlakçıların  tələbinə 

uyğun  olaraq  detalların,  materialların  və  qovşaqların  markalanması  çox  vacibdir.  Hazırda  bu  məqsədlə 

mexaniki,  zərbə,  naxışlama,elektromexaniki,  rənglə  yazma,  eteketlərin  yapışdırlması  və  s.üsullardan  geniş 

istfadə edilir.Bu üsulların  mənfi cəhəti ondan ibarətdir ki, bunları borulara tətbiq etdikdə boruların üst səthi 

zədələnir.  Məsələn,  zərbə  üsulunda  borunun  divarının  qalınlığı  azalır  və  böyük  təzyiqlərdə  qəzaların  baş 

verməsinə səbəb olur. Ona görə də müasir texnoloji metod olan lazer üsulu ilə nömrələmə  üsululunun tətbiqi 

vacibdir.  Bu  üsulun  böyük  çevikliyi  olduğundan  onunla  şüaları  vaxta  və  ətraf  mühitə  görə  idarə  etmək, 

həmçinin  dəqiq  dozirovka  etmə  və  şüanın  enerjilərini  tənzimləmək  olur.  Bu  zaman    dalğa  uzunluğu  10,6 

mkm,  1,06  mkm,  0,51  mkm  və  s.  olan  lazer  şüalarından    istifadə  olunur.  O,  markalanan  materialın  geniş 

dairəsini  təyin  edir.  Beləliklə  bu  üsulla  metalların,  plastik  materialların,  yarım  keçiricilərin,  rənglənmiş 

materialların,  müxtəlif  mənşəli  rezinlərin,  dəriləri,  xüsusi  və  bərk  xəlitələri,  ağac  və  s.  materialları  böyük 

dəqiqlik sürətilə və keyfiyyətlə markalamaq olur. Lakin lazerlə markalanma üsulunun müxtəlif məhsullarla 

geniş  tətbiq  edilməsinə  baxmayaraq  bu  üsul  modifikasiya  olunmuş  boru istehsalında  tətbiq  edilmir,  çünki, 

bunun bəzi çatışmamazlıqları vardır ki, bu da onun axın xəttinə tətbiqini çətinləşdirir. Bu çətinliyin aradan 

qaldırılması nəzəri və praktiki cəhətdən əhəmiyyət kəsb edir. 



Məqalənin məqsədi lazer şüaları vasitəsilə modifikasiya olunmuş boruların səthlərini markalamaqdır. 

Təcrübəni  aparmaq  üçün  müasir  lazer  kompleksi  qurğusundan  və  rezin  trafaretindən  istifadə 

edilmişdir.  Belə  sistem  sürətli  və  çevik  sayılır,  əsasən  kordinatlı  stollara,  fırlanan  barabanlarla  və  s. 

qurğularla  tətbiq  edilir.  Informasiyların  böyük  sürətlə  nəql  etdirilməsi  və  yazılması,  müasir  texniki 

xarakteristikaya  malik  olması  lazer  şüaları  ilə  markalama  prosesinin  aparılması  məqsədə  uyğun  sayılır. 

Burada lazer şüanın sürəti 6 m/s və dəqiq təkrar nəzarəti 2,5mkm-dəkdir. Iki kordinatı və yüksək keyfiyyətli 

obyektlə  təmin  edilmiş  ölçüləri  250x250mm-dək    (böyük  texniki  məsələlər  üçün  markalanma  səthi 

100x100mm-ədək) olur. Beləliklə lazer metodu ilə markalanma bir sıra üstünlüklərə malikdir və istehsalatda 

geniş  istifadə  edilir:  markalanan  borunun  geniş  spektrinin  olması;  minimal  termo  emalda  məmulatda 

mexaniki  xassələr  dəyişmir;  məmulat  üzərində  nişanlama  yüksək  məhsuldarlı  və  böyük  sürətlidir;  çətin 

yazılan  yerlərdə  lazerlə  markalamaq  olur.Bizə  məlum  olan  üsullarla  boruları  markalayanda  aşağıdakı 

çatılmamazlarlar  meydana  çıxır:boruların  markalanması  rəngləmə  ilə  apardıqda,  istismar  zamanı  rənglər 

pozula bilir;zərbə ilə markaladıqda damğalar borunun səthinə çox daxil olur və təzyiqin çoxalması zamanı 

sızmalar baş verir;naxışlama ilə apardıqda isə markalama metalın səthi üzərində tam oxunmur. 




Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə