Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə17/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   13   14   15   16   17   18   19   20   ...   283

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

 



34 

M.K.Seid-Rza    işində  göstərmişdir  ki,  rotor  və  turbin  üsullarında  qazımada  quyu  lüləsinin  faktiki 

diametri baltanın diametrindən çox alınır. 

Əgər  quyu  lüləsinin  diametri  baltanın  diamertrindən  bir  qədər  çox  olarsa,  onda  quyu  dibinin 

asimmetrik  dağıdılmasına  görə  ya  baltanın  oxu  quyunun  oxu  ilə  üst-üstə,  ya  da  quyu  divarının  yuxarı 

hissəsinə toxunacaqdır .Bu da inhrafetdirici qüvvədən asılıdır; qüvvə yoxdursa oxlar üst-üstə varsa, divarın 

yuxarı hissəsindən keçəcəkdir. 

Şəkil  1-də  görə  və  kəsiyin  orta-proporsional  teoreminə  əsasən  quyunun  aşağı  divarına  görə  lülənin 

əyilmə radiusu R aşağıdakı ifadədən tapılar:  

 

Əyilmiş quyudan turboburu qaldırmaq üçün əlavə yükün təyinin hesabatının sxemi 

 

 



 

Şəkil 1.  

                                      

                                                         R=

                                    

 

Burada  h – turbobur gövdəsindən quyu lüləsinin aşağı divarına qədər olan ən çox məsafədir. 



Şəkil 1-ə görə h-ın qiymətini təyin edək.  

                                        h=D

q

-0,5(D+d


T

) -L


sinθ  və ya  h=D

q

-0,5(D+d


T

) -4f cosφ  

 

 

FİLİZ YATAQLARININ İSTİSMARI ZAMANI  YARANAN TULLANTILARIN  

ƏTRAF MÜHİTƏ TƏSİRİ 

 

Xankişiyev V.Y. 

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 

 

İstənilən faydalı qazıntı yatağının açıq üsulla işlənməsi zamanı ətraf mühitin bütün aspektlərinə - təbii 



landşaftın quruluşuna, yer səthinə, havaya, suya, bitki və heyvanat aləminə və s. mənfi təsir göstərir. 

Yataqlar  istismar  olunarkən  açılış,  hazırlıq  və  təmizləmə  işlərinin  yerinə  yetirilməsi  zamanı  xeyli 

miqdarda filiz və süxur tullantıları yaranır. Yataqların açıq üsulla istismar təcrübəsi göstərir ki, əksər hallarda 

hər  çıxarılan  filizin  həcm  və  ya  çəki  miqdarına  nəzərən  açılış  və  yan  süxurların  miqdar  nisbəti  10-a  qədər 

olur. Yəni orta açılış əmsalının qiyməti 10-a bərabər ola bilir. Bu tullantılar mədən müəssisələri və kəşfiyyat 

obyektləri yerləşən ərazinin ətrafına töküldüyündən, bəzi hallarda təsərrüfata yararlı torpaq sahələrini tutur, 

meşələri, otlaqları korlayır, ətraf mühitin fauna və florasına mənfi təsir göstərir, süxurların tərkibindəki bəzi 

minerallar  səth  sularına  qarışaraq  onları  çirkləndirir.  Çıxarılan  filizlərin  zənginləşdirilməsi  prosesində 

istifadə olunan bir sıra reagentlər maye tullantısı şəklində çay sularına qarışaraq oradakı canlı orqanizmlərə 

və  bitkilərə  zərərli  təsir  göstərir.  İnsan  həyatı  üçün  hazırda  və  gələcəkdə  əlverişli  bioloji  şəraitin  təmin 

olunması təbiətin mühafizəsinin ekoloji aspektinin əsas məsələsidir. Bu problemin həllinin kompleks şəkildə 

yerinə yetirilməsi dağ-mədən müəssisələri qarşısında duran əsas problemlərdən biridir. 

Açıq üsulla işlənmə zamanı təbii landşaftın quruluşunun kəskin dəyişilməsi baş verir. Mədən sahəsi, 

boş süxur tullantıları və kondisiyadan kənar  filizlər tərəfindən tutulmuş ərazilər uzun illər bitki örtüyündən 

məhrum  olmuş  çılpaq  sahələr  olub,  ətraf  mühitin  çirklənmə  mənbələridir.  İstənilən  yatağın 



Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

 



35 

mənimsənilməsinin  və  ətraf  mühitin  qorunması  problemlərinin  həlli  çıxarılan  filizlərdən  və  digər 

komponentlərdən istifadə etməklə yerin təkindən səmərəli istifadə ilə sıx bağlıdır. 

 

Faydalı qazıntı yataqlarının açıq üsulla işlənməsi su hövzələrinə üç cür mənfi təsir edir: səth sularını 



çirkləndirir, yeraltı suları çirkləndirir və ərazinin  hidrogeoloji rejimini dəyişir. 

Faydalı  qazıntı  yataqlarının  açıq  üsulla  istismarı  zamanı  həmçinin  havanın  kəskin  çirklənməsi  baş 

verir.  Çirklənmənin  əsas  səbəbi  atmosfer  havasına  atılan  və  orada  asılı  vəziyyətdə  qalan  qaz  və  tozlardır.

 

Bütün bunlar insan həyatı üçün təhlükəlidir.  



Yuxarıda qeyd olunanların hamısı mədən sahəsinə və ətraf mühitin ekologiyasına zərərli təsirin başlıca 

səbəbləridir.  Odur  ki,  bu  tullantılardan  onların  yararlı  olduqları  sahələrdə  xammal  kimi  istifadəsini  həyata 

keçirməklə müəssisəyə gəlir gətirmək və ən vacibi ətraf mühitə zərərli təsirini aradan qaldırmaq mümkündür. 

Tullantılardan  azad olmuş ərazilərdə yaşıllıq sahəsi, süni göllər salmaqla əlverişli şərait yaratmaq olar. 

 

MAİL QUYULARI  İNHİRAFETDİRİCİSİZ QAZIDIQDA QUYU LÜLƏSİNİN  

ƏYİLMƏ XARAKTERİNİN TƏDQİQİ 

 

Xanlayev R.A. 

Azərbaycan Dövlət Neft və Sənaye universiteti 

 

Mail  quyu  profilinin  yanavericisiz  qazılan  hissəsində  əyriliyin  azalma  intensivliyinin 

qanunauyğunluğunu bilmək quyu lüləsində yığılacaq maksimal əyrilyinin qiymətini düzgün təyin etməyə və 

quyunu müvəffəqiyyətlə qazıyıb qurtarmağa imkan verir. Belə ki, yanaverici ilə əyrilik yığılan zaman onun 

maksimal qiyməti elə seçilməlidir ki, yanavericisiz qazıdıqda əyriliyin azalma intensivliyi layihədə nəzərdə 

tutulan inhirafı təmin etsin. Mail quyular qazıma təcrübəsi göstərir ki, əksər halda, əyrilik bucağının layihədə 

nəzərdə  tutulan  azalma  intensivliyi  təcrübədəkinə  uyğun  gəlmir.  Bu,  onunla  izah  olunur  ki,  mail  quyu 

profillərini  layihə  edən  zaman  onun  mail-əyri  hissəsi  çevrə  qövsü  kimi  qəbul  edilir  və  bununla  da  hesab 

edirlər ki, əyriliyin azalma intensivliyi vahid uzunluqda sabit qalır. Lakin təcrübədə belə olmur. Ona görə ki, 

quyu lüləsi əksər halda çevrə qövsü boyunca əyilmir. Məsələn, Neft Daşları rayonunda mail quyu profillərini 

layihə edən zaman hər 100 m-də əyriliyin azalma intensivliyinin 1,5-2

olacağı nəzərdə tutulur. Lakin, faltik 



materialların təhlili göstərir ki, həmin rayonda əyriliyin azalma intensivliyi çox böyük hüdudda (1-7

0

 qədər) 



dəyişir. Mail quyuların yabavericisiz qazılması zamanı çıxartdığımız düsturların asan mənimsənilməsi üçün 

əyrilik bucağı və azimutun vahid uzunluqda dəyişməsini aşağıdakı şərtlər daxilində hesablanır: 

Qazıma turbini – T12M3-8", balta N10 

Qazıma turbinin uzunluğu – 3,1; 8,94; 16,06 m 

Qazıma turbinin diametri – 21 sm, çəkisi – 1692 kq. 

Quyunun aşağı divarına təsir edən qüvvə - 100; -200; -300; -400; -500 kq. 

Layların yatım bucağı – 0; 15; 30; 45; 60

0

 



Quyuların əyrilik bucağı – 10; 15; 20; 25; 30

0

 



Qazımanın mexaniki sürəti – 5; 10; 15; 20 m/saat. 

Baltaya verilən boyuna yük – 5, 10 t 

 

Məsələnin həlli qaydası bütün quyu nöqtələri üçün eyni olduğuna görə biz burada yalnız bir nöqtənin 



həllini veririk.(Şək 1) 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Şəkil 1. 




Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə