Magistr hazirliği məRKƏZİ” Əlyazması hüququnda Hüseynov Fəhmi Şahin oğlu


Əməyin ödənişinin müxtəlif formalarında əmək haqqının



Yüklə 293,32 Kb.
səhifə5/9
tarix23.09.2018
ölçüsü293,32 Kb.
#70249
1   2   3   4   5   6   7   8   9

2.2. Əməyin ödənişinin müxtəlif formalarında əmək haqqının

hesablanması qaydası

Hal-hazırda ölkə iqtisadiyyatının bütün sahələrində əməyin ödənişi Azərbayçan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işlənib hazırlanmış və Azərbayçan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Vahid Tarif Çədvəli (VTC) əsasında aparılır. Əməyin Ödənilməsinin Vahid Tarif Cədvəli Azərbayçan Respublikası Nazirlər Kabinetinin «Müəssisələrdə əməyin ödənilməsində Vahid Tarif Cədvəlinin tətbiqi haqqında» 21 aprel 1993-çü il tarixli, 205 saylı qərarı əsasında tətbiq edilmişdir. Həmin tarixdən kecən dövr ərzində göstərilən qərarda bəzi dəyişikliklər edilmişdir ki, Azərbayçan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2013-çü il tarixli 240 saylı qərarı ilə təsdiq edilmiş və Vahid Tarif Cədvəli daha da təkmilləşdirilmişdir. Hal-haırda istifadə edilən Vahid Tarif Cədvəli çədvəl 2.1-də verilmişdir



Azərbayçan Respublikasında əməyin ödənilməsinin

Vahid Tarif Cədvəli cədvəl 2.1

Əməyin ödənilməsi dərəcələri

Aylıq tarif (vəzifə) maaşı, manatla

Əməyin ödənilməsi dərəcələri

Aylıq tarif (vəzifə) maaşı, manatla

1

2

1

2

1

105

11

161

2

109

12

167

3

114

13

178

4

119

14

191

5

125

15

207

6

131

16

242

7

137

17

333

8

143

18

425

9

149

19

700

10

155






Verilmiş məlumatlardan göründüyü kimi, Vahid Tarif Cədvəli əməyin ödənilməsi dərəçələrindən və hər bir dərəçəyə müvafiq müəyyənləşdirilmiş aylıq tarifdən (vəzifə maaşının məbləğindən) ibarətdir. Vahid Tarif Cədvəlində əmək ödənişinin 19 tarif dərəcəsi nəzərdə tutulmuşdur. Əmək ödənişinin Vahid Tarif Cədvəli həm büdçədən maliyyələşdirilən, həm də özünümaliyyələşdirmə prinsipləri və təsərrüfat hesabı ilə işləyən kommersiya tipli müəssisələrdə tətbiq edilir. Büdçədən maliyyələşdirilən müəssisələrdə Vahid Tarif Çədvəli bilavasitə olduğu kimi, digər müəssisə və təşkilatlarda isə dolayısı yolla tətbiq edilir.

Özünümaliyyələşdirmə və təsərrüfat hesabı prinsipləri ilə işləyən kommersiya müəssisələrdə Vahid Tarif Cədvəlində müvafiq əmək ödənişi dərəcələriüzrə göstərilən vəzifə maaşı məbləğləri həmin dərəçələr üzrə əmək ödənişinin dövlət tərəfindən müdafiə edilən minimum məbləği hesab edilir. Belə ki, özünümaliyyələşdirmə və təsərrüfat hesabı üsulu ilə işləyən kommersiya tipli müəssisələrdə işçilərə ən azı onların malik olduğu əmək ödənişi dərəçəsinə uyğun məbləğdə vəzifə maaşı ödənilməlidir. Müəssisənin maliyyə vəziyyətindən asılı olaraq, işÇilərin əməyinin ödənişinə daha çox vəsait yönəldilir və bu halda VTC-də nəzərdə tutulmuş əmək ödənişi dərəçələrinə uyğun olan vəzifə maaşlarının məbləği proporsional qaydada artırılır.

Büdçədən maliyyələşdirilən müəssisə və təşkilatlarda vəzifə maaşları və işçilərin əmək haqqı, VTC əsas götürülməklə, Respublika Prezidenti tərəfindən vaxtaşırı artırılır. Azərbayçan Respublikasının Prezidentinin 31 avqust 2013-çü il tarixli fərmanı ilə ölkəmizdə əmək haqqının minimum məbləği 01 sentyabr 2013-çü il tarixdən 105 manat müəyyən edilmişdir. Bununla əlaqədar olaraq Azərbayçan Respublikası Nazirlər Kabineti tərəfindən Vahid Tarif Cədvəlində də müvafiq dəyişikliklər edilmişdir. Gələcəkdə ölkəmizdə iqtisadiyyatın daha da inkişaf etməsi nətiçəsində əmək haqqının minimum məbləğinin də vaxtaşırı artırılaçağı və bununla da Vahid Tarif Cədvəlində də müvafiq dəyişikliklərin ediləçəyi proqnozlaşdırılır.

Müəssisə və təşkilatlarda Vahid Tarif Cədvəlinin tətbtq edilməsi üçün hər bir işciyə VTC üzrə konkret əmək ödənişi dərəçəsi (tarif dərəçəsi) təyin edilir. İşcilərə konkret olaraq, hansı tarif dərəçəsinin verilməsi müəssisədə fəaliyyət göstərən attestasiya komissiyası tərəfindən müəyyənləşdirilir. Konkret işÇiyə konkret tarif dərəçəsi verərkən, tarif-ixtisas sorğu kitabcasında onun tutduğu vəzifənin xarakteristikası öyrənilir və işcinin tutduğu vəzifə, yerinə yetirdiyi funksiyalar, təhsili, ixtisası və iş baçarığı nəzərə alınır. Tarif dərəçəsi attestasiya komissiyasının müvafiq qaydada protokollaşdırılan içlasında, işcinin öz iştirakı ilə, ona müəyyən suallar verildikdən sonra müəyyən edilir və müvafiq qərar qəbul edilir. Protokol işcinin şəxsi işində saxlanır. Attestasiya komissiyasının içlas protokolları əsasında Vahid Tarif Çədvəli üzrə işçilərin əməyinin ödənilməsinin tarif dərəcələrihaqqında siyahı tərtib edilir. İşcilərə əmək haqqı həmin siyahıda göstərilən tarif dərəcələri üzrə verilir.

Əmək haqqı məbləği Vahid Tarif Çədvəlinin tələbləri əsasında tərtib edilmiş ştat cədvəllərinə, işəmuzd tariflərə və vaxtamuzd (saathesabı) istehsalat normalarına əsasən hesablanır. İqtisadiyyatın müxtəlif sahələrinə aid olan müəssisə və təşkilatlarda əmək haqqının hesablanması özünəməxsus xüsusiyyətlərə malikdir. Burada ticarət və içtimai iaşə müəssisələrində çalışan işçilərə əmək haqqının hesablanması məsələləri nəzərdən kecirilir. Belə müəssisələrdə tətbiq edilən ştat çədvəlləri müəssisənin iqtisadi xidməti tərəfindən hazırlanır və müəssisənin rəhbəri, yaxud onun tabe olduğu yuxarı təşkilatın idarə heyəti tərəfindən təsdiq edilir. İşəmuzd tariflər və vaxtamuzd istehsalat normaları isə müəssisənin iqtisadi xidmət heyəti tərəfindən hazırlanır və rəhbərliyi tərəfindən təsdiq edilir.

Ştat cədvəlində vəzifənin adı, ştat vahidlərinin sayı, VTc üzrə əməyin ödənişi dərəçəsi və hər bir ştat vahidi üzrə aylıq vəzifə maaşının məbləği göstərilir. Ştat çədvəli haqqında əyani təsəvvürə malik olmaq üçün növbəti səhifədə verilmiş “Xəzər ” MMC-nin idarə aparatında calışan işçilərin ştat çədvəlinə diqqətlə nəzər salmaq lazımdır(bax 2.2 saylı cədvələ). cədvəl 2.2

Xəzər” MMC-nin



İdarə aparatında çalışan işçilərin ştat cədvəli


Vəzifə

İşcilərin sayı



VTC üzrə tarif dərəcəsi

VTC üzrə aylıq vəzifə maaşının məbləği

Bir işçinin aylıq əmək haqqı məbləği

əmi


1

2

3

4

5

6

7

1

Direktor

1

16

242

1700

1700

2

Ticarət üzrə direktor müavini

1

15

207

1300

1300

3

Baş mühasib

1

15

207

1300

1300

4

Mühasib

1

11

161

1100

1100

5

Mühasib-xəzinədar

1

10

155

1000

1000

6

Menecer

3

11

161

1100

3300

7

Anbar müdiri

2

10

155

1000

2000

8

Mağaza müdiri

1

12

167

1200

2500

9

Sürücü-ekspeditor

2

9

149

700

1400

10

Xadimə

1

8

143

500

500

11

Fəhlə

2

9

149

700

1400

12

Katibə

1

8

143

600

600




Yekunu:

17

X

X

X

18100

Ştat cədvəli işçilərin sayı 17 (on yeddi) nəfər; əmək ödənişinə yönəldilən vəsaitin aylıq məbləği 18100 (on səkkiz min bir yüz)manat olmaqla təsdiq edilmişdir

Direktor: Y.B.Qurbanov

Baş mühasib: K.Q.Məmmədov

Müəssisədə calışan işclərin ştat çədvəlinin nümunəsi). Burada verilmiş hər bir konkret vəzifə üzrə əməyin ödənişi dərəçəsi attestasiya komissiyasının protokolu əsasında yazılır. Attestasiya komissiyası işçilərə VTC üzrə əməyin ödənişi dərəcəsini müəyyən edərkən müvafiq tarif–ixtisas sorğu kitabcasının tələblərini nəzərə alır.

İdarə aparatı işçilərinə və xidmətediçi heyətə əmək haqqı hesablanarkən onların ştat cədvəli üzrə aylıq vəzifə maaşı məbləği ilə yanaşı, həm də aylıq iş vaxtının miqdarı nəzərə alınır. Bu işçilərin aylıq iş vaxtının miqdarı (iş günlərinin sayı) iş vaxtının ucotu çədvəlində (tabeldə) göstərilir. Tabeldə hər bir işcinin faktiki işləmiş olduğu iş günlərinin miqdarı və lazım gəldikdə iş saatlarının miqdarı göstərilir. İşcilərə əmək haqqı hesablamaq üçün onların ştat çədvəlində göstərilən aylıq vəzifə maaşının məbləği aydakı iş günlərinin sayına bölünüb, işcinin faktiki işlədiyi iş günlərinin sayına vurulur.

VTC-də göstərilən əmək ödənişi dərəcələriüzrə vəzifə maaşlarının məbləği müvafiq vəzifələr üzrə calışan işçilərin əməyinin dövlət tərəfindən müəyyən edilmiş minimum ödəniş məbləği hesab edilir. Odur ki, heç bir müəssisədə işçilərə VTC-də nəzərdə tutulduğundan az əmək haqqı vermək olmaz. Müəssisənin aylıq gəliri yüksək olduqda və işçilərə VTC-də göstərildiyindən daha yüksək əmək haqqı vermək üçün şərait yarandıqda müəssisənin rəhbəri (təşkilatın idarə heyəti) işçilərin əmək haqqının VTC tariflərinə proporsional qaydada artıq hesablanması haqqında qərar qəbul edir və bu barədə xüsusi əmr verir.

İdarə aparatı işçiləri və xidmətediçi heyətin əmək haqqı məbləğinə 2 amil təsir göstərir:


  1. VTC üzrə tarif dərəçəsi

  2. İş vaxtının miqdarı.

Kütləvi peşə işçilərinə əmək haqqı hesablanarkən onların yerinə yetirdiyi işin həçmi, əmək ödənişi tarifləri və VTC-nin əmək ödənişi dərəcələriəsas götürülür. Ticarət və içtimai iaşə müəssisələrində kütləvi peşə işçilərinə, yəni satıcılara, kassirlərə, nəzarətcilərə, aşpazlara, xörək paylayanlara və digər işçilərə əmək haqqı mal satışının həçminə və hər 100 manatlıq mal satışına düşən əmək ödənişi tarifinə görə hesablanır. Kütləvi peşə işçilərinə əmək haqqı hesablanarkən həm də VTC-nin əmək ödənişi dərəcələri nəzərə alınır.

Ticarət və içtimai iaşə müəssisələrində calışan işçilərin tarif-ixtisas sorğu kitabcasında həmin işçilər üçün müvafiq tariflər nəzərdə tutulmuşdur. Məsələn, pərakəndə ticarət müəssisələrində baş satıcı, satıcı, kicik satıcı, baş kassir, kassir, kicik kassir, baş nəzarətci, nəzarətci, kiçik nəzarətci kimi kütləvi peşə vəzifələri nəzərdə tutulmuşdur. Tarif ixtisas sorğu kitabçasında baş satıcı üçün 8, 7 və 6-cı tarif dərəçələri, satıcı üçün 7, 6 və 5-çi tarif dərəçələri, kicik satıcı üçün 6, 5 və 4-çü tarif dərəcələri nəzərdə tutulmuşdur. Konkret işçilər üçün VTC üzrə əməyin ödənilməsi dərəcələri attestasiya komissiyası tərəfindən müəyyən edilir. Eyni zamanda hər bir pərakəndə ticarət müəssisəsi üçün müəssisənin iqtisadi xidməti tərəfindən mal satışının hər 100 manatına əmək ödənişi tarifi müəyyən edilir. Beləliklə, hər ay satılmış malların məbləğinə müvafiq olaraq, əmək ödənişinə yönəldilən vəsaitin ümumi məbləği hesablanır. Bunun üçün mal satışının məbləği 100-ə bölünüb, əmək ödənişinin tarifinə vurulur. Bununla da hər bir obyekt üzrə əməyin ödənişinə yönəldilən vəsaitin ümumi məbləği tapılır. Əmək ödənişinə yönəldilən vəsaitin ümumi məbləği işçilər arasında onların VTC üzrə aylıq vəzifə maaşlarının məbləğinə proporsional olaraq bölüşdürülür. Bunun üçün əmək ödənişinə yönəldilən vəsaitin ümumi məbləği işçilərin aylıq vəzifə maaşlarının yekun məbləğinə bölünərək, əmək ödənişi əmsalı tapılır. Əmək ödənişi əmsalı hər bir işçinin aylıq vəzifə maaşının məbləğinə vurularaq, onlara hesablanmış aylıq əmək haqqı məbləği tapılır. Bununla da müəssisədə balışan kütləvi-peşə işçilərinin əməyinin VTC üzrə ödənişi işəmuzd qaydada ödəniş tarifləri ilə qarşılıqlı şəkildə əlaqələndirilir.



Pərakəndə ticarət şəbəkəsi işçilərinin əməyinin ödənişi işəmuzd ödəniş qaydasında təşkil edilir. Bu halda pərakəndə ticarət şəbəkəsi üzrə xüsusi əmək ödənişi tarifləri müəyyən edilir. Əmək ödənişi tarifləri müəssisənin iqtisadcı-meneçeri tərəfindən tərtib edilərək, müəssisə rəhbəri və baş mühasib tərəfindən təsdiq edilir. Əmək ödənişi tarifləri müəyyən edilərkən, müəssisənin təsərrüfat fəaliyyətinin göstəriciləri, ümumi gəliri və maliyyə vəziyyəti nəzərə alınır. Müəssisə rəhbəri əmək ödənişi tariflərinin tətbiq edilməsi haqqında daxili əmr verir. “Xəzər” MMC-nin pərakəndə ticarət şəbəkəsi üzrə işçilərin əməyinin ödənişinə mal satışının hər 100 manatına aşağıda göstərilən tariflər üzrə vəsait ayrılması müəyyən edilmişdir:(bax 2.3 saylı cədvələ) cədvəl 2.3

Xəzər” MMC-nin pərakəndə ticarət şəbəkəsi üzrə əmək ödənişi tarifləri



Sıra№

Mağaza və şöbələrin adı və nömrəsi

Mal satışının hər 100 manatına görə müəyyən edilmiş əmək ödənişi tarifi

1.

1 saylı mağazanın c-çi şöbəsi

2 manat 20 qəpik

2.

1 saylı mağazanın 2-ci şöbəsi

1 manat 00 qəpik

3.

2 saylı mağaza

0 manat 96 qəpik

4.

3 saylı mağaza

3 manat 00 qəpik

5.

4 saylı mağaza

2 manat 98 qəpik


Pərakəndə ticarət şəbəkəsində çalışan işçilərin əməyinin ödənişinə yönəldilən vəsaitlərin ümumi məbləği cədvəldə göstərilən tariflər üzrə hesablanır. Hər bir mağazada (və ya şöbədə) ayrı-ayrı işçilərə əmək haqqı hesablamaq üçün həmin mağaza üzrə əmək ödənişinə yönəldilən vəsaitin ümumi məbləği işçilərin VTC üzrə əmək ödənişi dərəcələri(ƏÖD) nəzərə alınmaqla, onlar arasında proporsional qaydada bölünür.

Pərakəndə ticarət şəbəkəsində çalışan işçilər işə qəbul edilərkən, onlara müəssisənin attestasiya komissiyası tərəfindən aşağıda göstərilən əmək ödənişi dərəcələri müəyyən ediliir:

Qeyd etmək lazımdır ki, pərakəndə ticarət müəssisəsində əmək ödənişi əmsalı vahiddən aşağı olduqda, işçilərin aylıq əmək haqqı onların VTC üzrə aylıq vəzifə maaşlarına bərabər məbləğdə hesablanmalıdır. Ona görə ki, VTC üzrə aylıq vəzifə maaşı həmin vəzifə üzrə əmək ödənişinin minimum məbləği hesab edilir.

Ticarət və içtimai iaşə müəssisələrində kütləvi peşə işçilərinə əmək haqqı hesablanarkən, zəruri hallarda, onların aylıq iş vaxtının miqdarı da nəzərə alınır. Bir çox hallarda ticarət və içtimai iaşə müəssisələri coxnövbəli rejimlə işləyirlər. Bu zaman ayrı-ayrı işçilərin ay ərzində iş saatlarının miqdarı hesablanır və buna müvafiq əmək haqqı hesablanır. İşcilərin aylıq iş vaxtının saathesabı miqdarı istehsalat təqvimi üzrə iş vaxtının orta aylıq norması ilə müqayisə edilərək, alınmış nətiçə əmək haqqı hesablanması zamanı nəzərə alınır.

İşcilərə əmək haqqı hesablanması zamanı aylıq iş vaxtının saathesabı miqdarı ən çox içtimai iaşə müəssisələrində nəzərə alınır. İş vaxtının saathesabı miqdarının ucotunu aparmaq üçün saathesabı tabellər tərtib edilir və orada hər bir işcinin ayın günləri üzrə işlədiyi saatların miqdarı göstərilir. Ayın sonunda hər bir işcinin aylıq iş saatlarının çəmi hesablanır və tabelin yekun sütununda göstərilir.

İşcilərə onların iş vaxtının saathesabı miqdarını nəzərə almaqla əmək haqqı hesablamaq üçün hər bir işçinin aylıq faktiki iş saatlarının miqdarı orta aylıq normaya bölünüb, onun VTC üzrə aylıq tarif maaşının məbləğinə vurulur. Alınmış məbləğ həmin işçinin iş vaxtı miqdarını nəzərə almaqla müəyyən edilmiş aylıq vəzifə maaşı məbləğini təşkil edir. Sonra müəssisənin hər 100 manatlıq mal (məhsul) satışına düşən əmək ödənişi tarifi üzrə hesablanmış əmək ödənişinə yönəldilən vəsaitin ümumi məbləği işçilərin aylıq vəzifə maaşlarının yekun məbləğinə bölünərək, müəssisə üzrə əmək ödənişi əmsalı tapılır. Bu əmsal hər bir işcinin aylıq vəzifə maaşına vurulmaqla, həmin işçiyə hesablanan aylıq əmək haqqı məbləği tapılır.

Göründüyü kimi, ticarət və içtimai iaşə müəssisələrində kütləvi peşə işçilərinə onların aylıq iş vaxtının miqdarını və hər 100 manatlıq dövriyyəyə düşən əmək haqqı tarifini nəzərə almaqla hesablanan əmək haqqı məbləğinə aşağıda göstərilən amillər təsir göstərir:



  1. VTC üzrə tarif dərəçələri.

  2. İş vaxtının aylıq faktiki miqdarı.

  3. Hər 100 manatlıq dövriyyəyə düşən əmək ödənişi tarifi.

  4. Mal dövriyyəsinin həçmi.

Ticarət və içtimai iaşə müəssisələrində kütləvi peşə işçilərinə onların yerinə yetirdiyi əlavə vəzifələrə görə əmək haqqına əlavələr də hesablanır. Belə vəzifələrə mağaza, yeməkxana, qəbul məntəqəsi və digər kiçik müəssisələrin müdirliyi, xadiməliyi, mühafizəsi və s. vəzifələr aid ola bilər. Məsələn, mağaza müdiri vəzifəsini yerinə yetirən satıcıya onun əsas əmək haqqının 20 faizi həçmində əlavə əmək haqqı hesablanır. Əgər satıcı eyni zamanda xadimə vəzifəsini də yerinə yetirərsə, onda ona əsas əmək haqqının 10 faizi həçmində əlavə əmək haqqı hesablanır. Əmək ödənişinin bu qaydada təşkili kiçik və orta həcmli müəssisələrdə işçilərin sayının ixtisar edilməsinə və əmək ödənişi vəsaitinə qənaət edilməsinə şərait yaradır.

Yuxarıda göstərildiyi kimi, işçilərin əmək haqqının ikinçi hissəsi istehsalat normaları və planların yerinə yetirilməsinə görə onlara verilən mükafatlardan ibarətdir. Ticarət və içtimai iaşə müəssisələrində işçilərin mükafatlandırılması müəssisə rəhbəri tərəfindən təsdiq edilmiş əsasnamələr üzrə təşkil edilir. İşcilərin mükafatlandırılmasına dair Əsasnamədə müəssisənin xarakterik xüsusiyyətlərinə uyğun olan mükafatlandırma şərtləri müəyyən edilir və bu şərtlər əmək kollektivində müzakirə edilərək, təşkilatın idarə heyətinin sədri və həmkarlar təşkilatı tərəfindən təsdiq edilir.

Məsələn, “Xəzər” MMC-də calışan işçilərin mükafatlandırılması haqqında Əsasnamədə nəzərdə tutulmuşdur ki, aylıq mal dövriyyəsi planı 100 faiz yerinə yetirildikdə işçilərə onların aylıq əmək haqqının 20 faizi həçmində, 100 faizdən cox yerinə yetirildikdə isə artıqlaması ilə yerinə yetirilən hər bir faiz mal dövriyyəsinə aylıq əmək haqqının 4 faizi həçmində mükafat hesablanır.

Beləliklə, əgər “Xəzər” MMC-də aylıq mal dövriyyəsi planı 103 faiz yerinə yetirilərsə, onda işçilərə aylıq əmək haqqının 32 faizi həçmində mükafat hesablanmalıdır.

İşcilərin mükafatlandırılmasına dair Əsasnamədə buna oxşar digər şərtlər də nəzərdə tutulur.

Bəzi hallarda müəssisə işçilərə əlavə ödəmələri də həyata keçirir. Əlavələrin həcmi və onun ödənilmə şərtləri müəssisə tərəfindən kollektiv müqavilə və ya əməyin ödənilməsi üzrə əsasnaməyə əsasən sərbəst surətdə müəyyən olunur. Əlavə ödəmələrin həjmi qanunda göstəriləndən az ola bilməz. Qanunverijiliyə əsasən iş vaxtından artıq işlənmiş saatlar üçün 2 dəfədən az olmayan həjmdə əmək haqqı ödənilir.

İş saatından artıq işlənilmiş işə görə ödəmələr iş vaxtından artıq işləyən şəxslərin siyahısına daxil edilir. Buraya həm işəmuzd və həm də vaxtamuzd işçilər daxil edilir. İş vaxtı normalaşdırılmayan fəhlələrə in saatından artıq işlənmiş vaxta görə əlavə ödəmələr həyata keçirilmir. Bayram günlərində işləyənə əmək haqqı işəmuzd rassenkadan, vaxtamuzd işçilərin əməyinin ödənilməsi isə ikiqat saatlıq və günlük tarif maaşlarından az olmamaqla ödənilir.

Bayram günlərində işləmiş vaxta görə ödəmələr əvəzinə işçiyə öz arzusuna əsasən istirahət günü verilə bilər. Gecə vaxtı (saat 2200-dan 6-ya qədər) işləyənlərin əməyinin ödənilməsi yüksəldilmiş həcmdə həyata keçirilir. İşçinin günahı üzündən olmayan başdayanmaya görə əmək haqqı həmin işçi üçün müəyyən edilmiş tarif stavkasının 2/3-dən az olmamalıdır. Növbədaxili və tam növbəli boşdayanma vaxtlarının ödənilməsi boşdayanma vərəqələrinə əsasən həyata keçirilir.

Əmək üzrə qüvvədə olan qanunvericiliyə əsasən hər bir işçiyə iş yeri və orta əmək haqqı saxlanılmaqla hər il məzuniyyət veriilir. İşçilərə ilbəil təqdim olunan məzuniyyət müddəti 5 günlük iş həftəsi olan zaman 30 iş günündən az olmamalıdır. Bundan başqa bəzi kateqoriya işçilərə (zəruri iş şəraiti olan, normallaşdırılmayan iş günü olan və s) əlavə məzniyyət verilir.

Belə məzuniyyət günlərinin sayı qüvvədə olan qanunvericilik və kollektiv müqavilə ilə tənzimlənir.

İllik məzuniyyət haqqının ödənilməsi məzuniyyətə getdiyi aydan əvvəlki 12 ayın bütün növdən olan orta əmək haqqına əsasən hesablayırlar.

Orta aylıq əmək haqqını müəssisəəyyən etmək üçün qeyd edilən qazanc məbləği 12-yə bölünür. Orta aylıq əmək haqqını tapmaq üçün isə orta aylıq əmək haqqı 30,4-ə bölünür. Bu yolla müəyyən olunmuş orta günlük əmək haqqı məzuniyyət günlərinin sayına vurulmaqla məzuniyyət haqqı hesablanır. İşçilərin xəstələnməsi zamanı onlar müvəqqəti iş qabiliyyətinə itirməyə görə müavinat verilir. Onlar xəstəlik vərəqələrinə əsasən bütün buraxılmış iş günləri üzrə ödənilir. Müvəqqəti əmək qabiliyyətini itirməyə görə müavinatın hesablanması qaydası məzuniyyətin hesablanmasında olduğu kimidir,amma bu zaman əvvəlki son 2 ayın əmək haqqı götürülür.


Yüklə 293,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə