Magistr hazirliği məRKƏZİ” Əlyazması hüququnda Hüseynov Fəhmi Şahin oğlu


Əməyin ödənişinin sintetik və analitik uçotu



Yüklə 293,32 Kb.
səhifə6/9
tarix23.09.2018
ölçüsü293,32 Kb.
#70249
1   2   3   4   5   6   7   8   9

2.3. Əməyin ödənişinin sintetik və analitik uçotu
Əməyin ödənişi üzrə əmək haqqının bütün növləri (əmək haqqı fonduna daxil edilməyən anjaq maddi həvəsləndirmə və digər iqtisadi həvəsləndirmə fondundan ödənilən mükafatları da daxil etməklə üzrə) işçi heyəti ilə hesablaşmaların sintetik ucotu içmal qruplaşdırma çədvəlinin yekun məlumatları üzrə 533 saylı «Əməyin ödəşilməsi üzrə işçi heyətinə olan borclar» adlı passiv sintetik hesabı nəzərdə tutulmuşdur.

Qeyd edilən bu sintetik hesabda əmək haqqının sintetik uçotunu aparmaq məqsədi ilə aşağdıakı subhesablar açıla bilər:

533/1 «Müəssisənin ştatında olan işçilərə olan borc»

533/2 «Əvəzçilik üzrə işləyənlərlə olan borc»

533/3 «Mülki-hüquq müqavilələr üzrə işləyənlərlə olan borc ».

Qeyd edilən bu hesab üzrə analitik uçot hər bir işçi üçün açılmış ayrıja şəxsi hesablarda (kartoçkalarda) aparılır. Bu hesabın kreditində müəssisənin ştatında olan və olmayan habelə əvəzlik üzrə işləyənlərə hesablanmış bütün növdən olan əmək haqqının məbləği, debetində isə işçilərə ödənilmiş əmək haqqı, mükafat, müavinat, təqaüd və s. məbləğlər, müəssisədə iştirakına görə ödənilmiş gəlirlər, habelə hesablanmış əmək haqqıdan tutulmalar əks etdirilir.

Əmək haqqı xərcləri müəssisə xərclərinin tərkib elementlərindən biri olduğu üçün hesablanmış əmək haqqı məbləği maddi istehsal sahələrində istehsal məsrəflərini uçota alan hesablarla (əmək haqqı məhsulun maya dəyərinə daxil edilən zaman), ticarət təşkilatlarında isə tədavül(kommersiya) xərcləri hesabı ilə müxabirləşməklə göstərilən hesabın kreditinə yazılır. Hesablanmış əmək haqqının ödənilməsi və ondan edilmiş tutulmalar isə hesabın debetində əks etdirilməklə uçotda əks etdirilir.

Ticarət və içtimai iaşə müəssisələrində işçilərə hesablanmış əmək haqqı məbləği 711 nömrəli saylı «Kommersiya xərcləri» sintetik hesabının tərkibində acılmış və ticarət, içtimai iaşə, tədarük müəssisələrində tədavül xərçlərinin uçotu üçün nəzərdə tutulmuş müvafiq subhesabların debetinə və 533 nömrəli «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» hesabının kreditinə yazılmaqla uçotda əks etdirilir. Əmək haqqının ikinçi hissəsi kimi hesablanmış mükafatın məbləği 341“Hesabat

dövrünün xalis mənfəəti”, 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət( ödənilməmiş zərər), və 334 №-li hesabın tərkibində açılmış «Maddi həvəsləndirmə və yardım fondları» subhesabının debetinə və 533 №-li «Əməyin ödənişi üzrə işci heyətinə olan borçlar» hesabının kreditinə yazılır.

Əmək haqqının digər mənbələr hesabına hesablanması zamanı aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması ilə əlaqədar xərcləri uçota alan və s. hesablar debetləşdirilir.

Əmətin ödənişi üzrə qüvvədə olan əsasnaməyə görə işçilərə hesablanmış əmək haqqı fonduna daxi edilən mükafat məbləği üçün 711№-li “Kommersiya xərçləri” hesabının müvafiq subhesabının debetinə 533 №-li «Əməyin ödənişi üzrə işci heyətinə olan borclar» hesabının kreditinə yazılmaqla uçota alınır.

Rəhbər işçilərə, mütəxəsislərə,qulluqçq və digər işçilərə hesablanmış mükafatlar isə (müəssisə xərclərinin rərkibinə daxil edilməyən) maddi həvəsləndirmə fondunun vəsaiti hesabına verilir ki, bu zaman hesablanmış məbləğ 335 “Digər ehtiyatlar” və 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət( ödənilməmiş zərər) hesabların debetində əks etdirilir.

Müəssisə və təşkilatlarda işçilərin sosial müdafiəsini təmin etmək üçün məcburi dövlət sosial sığortası həyata keçirilir. Sosial sığorta xərcləri müəssisənin istehsal və ya tədavül xərclərinə daxil edilir və əməyin ödənişi fonduna nisbətən faiz (hazırda 22% və 20%) həcmində müəyyən olunur. Müəssisə müəlliflik qonorarı ödəyən zaman isə 15% sığorta ayırması edilir.

Mövcud qanunvericiliyə əsasən müəssisə işçilərin sosial müdafiəsini təmin etmək üçün müəsisələr məcburi sosial söğortaya ayırmalar həyata keçirir.

Sosial sığortaya ayırmaların uçotu 522 “Sosial sığorta və təminat üzrə hesablaşmalar” hesabı nəzərdə tutulur. Onun iki subhesabı vardır:

522/1 - “ Sosial sığorta üzrə hesablaşmalar”;

522/2 - “ Pensiya təminatı üzrə hesablaşmalar”.

Hesabın kreditində sosial sığorta üçün hesablanmış məbləğ, debetində isə onun istifadəsi və təyinatı üzrə köçürməsi uçota alınır.

Məcburi dövlət sosial sığortasına ayırma edilən zaman DT 202 “İstehsalat məsrəfləri”, 711 ”Kommersiya xərcləri ”, 721 ”İnzibatı xərclər” hesabı və s. KT 522 “Sosial sığorta və təminat üzrə hesablaşmalar” hesabı mühasibat yazılışı verilir. Vəsaitin təyinatı üzrə köçürülməsi isə DT 522 “Sosial sığorta və təminat üzrə hesablaşmalar” KT 223 “Bank hesablaşma hesabı” yazılışı ilə rəsmiyyətə salınır. Sosial sığorta vəsaiti hesabına işçilərə müavinət hesablanan zaman DT 522 “ Sosial sığorta və təminat üzrə hesablaşmalar” hesabı, KT 533 “Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar“ hesabı, bu hesaba nağd ödəmə həyata keçirildikdə isə DT 522 “Sosial sığorta və təminat üzrə hesablaşmalar” KT 221 “Kassa“ hesabı mühasibat yazılışı rəsmiyyətə salınır.

Əmək haqqı üzrə qüvvədə olan qanunvericiliyə əsasən hər bir işçiyə iş yeri və orta əmək haqqı saxlanılmaqla hər il məzuniyyət verilir. Hazırda işçilər müəssisələrdə 6 ay işlədikdən sonra məzuniyyət hüququna malik olurlar və işçilərə məzuniyyət il ərzində bərabər səviyyədə təqdim edilmir. Odur ki, məzuniyyət haqqının tədavül xərclərinə bərabər qaydada aid edilməsi üçün hər ay 335 “Digər ehtiyatlar” hesabında ehtiyat yaradılır. Məzuniyyət haqlarının ödənilməsi üçün ehtiyat yaradılan zaman üçün 711 “Kommersiya xərcləri ”, 721 “İnzibatı xərclər“ hesabı və s. KT 335 “Digər ehtiyatlar” mühasibat yazılışı tərtib edilir. Yaradılmış ehtiyat hesabına məzuniyyət haqqı hesablanan zaman isə DT 335 “Digər ehtiyatlar” hesabı KT 533 “Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar“ hesabı mühasibat yazılışı verilir. Rəhbər işçilərə, qulluqçulara və mütəxəssislərə məzuniyyət haqqı hesablanan üçün bu məqsədlə ehtiyat yaradılmır və əsas əmək haqqı kimi uçota alınır.

Hazırda işçilərin əmək haqqından bir sıra tutulmalar edilir ki, bunlara da məcburi və müəssisənin təşəbbüsü ilə həyata keçirilən tutulmalar daxildir.

İcbari tutulmalara gəlir vergisi, pensiya təminatı üçün əmək haqqından 3 faiz həcmində tutulma, icra sənədi üzrə üçüncü şəxsin hesabına tutulmalar, digər tutulmalara isə maddi ziyanın ödənilməsinə görə, alınmış kreditə görə, qaytarılmayan təhtəlhesab məbləğə görə, ssuda və xüsusi geyimə və s. görə tutulmalar aiddir.

Əmək haqqından tutulan fiziki şəxslərdən gəlir vergisinin məbləği Azərbayçan Respublikası Vergi Məçəlləsinin tələbləri ilə tənzimlənir. Vergi Məçəlləsinin 8-çi fəslində (fəsil VIII. Fiziki şəxslərin gəlir vergisi: 95-102-çi maddələrdə) fiziki şəxslərdən gəlir vergisinin mahiyyəti, vergi ödəyiçiləri, vergitutma obyekti, gəlirin mahiyyəti konkret şəkildə göstərilərək, gəlir vergisinin dərəcələri verilir. Burada eyni zamanda gəlir vergisindən azadolmalar və güzəştlər də göstərilir ki, bu da Qanunun həyata kecirilməsinin konkret mexanizmini müəyyən edir. Bundan başqa, Vergi Məçəlləsinin 10-çu fəslində (fəsil X. Fiziki şəxslərin gəlir vergisinə və hüquqi şəxslərin mənfəət vergisinə aid olan maddələr: 107-152-çi maddələrdə) gəlir vergisinin müəyyən edilməsi və tutulması ilə bağlı bir sıra məsələlər öz əksini tapmışdır.

Vergi Məçəlləsinin 101-çi maddəsində fiziki şəxslərin gəlirindən tutulan gəlir vergisinin dərəçələrini əks etdirən iki cədvəl verilmişdir ki, onlardan da birinçisində aylıq gəlirdən, ikincisində isə illik gəlirdən vergi tutulması dərəcələrigöstərilmişdir. İşcilərin əmək haqqından gəlir vergisi aylıq gəlirdən vergi tutulması dərəçələrini əks etdirən birinçi çədvəl üzrə hesablanır.

Müasir dövrdə iqtisadi inkişafda baş verən müxtəlif amillərin təsiri nətiçəsində fiziki şəxslərin gəlir vergisinin müvafiq dərəcələriqanunveriçi orqanlar tərəfindən vaxtaşırı dəyişdirilərək, təkmilləşdirilir. Ona görə də əmək haqqının hesablanması ilə məşğul olan mühasiblər belə dəyişiklikləri daimi izləməli və onu diqqət mərkəzində saxlamalıdırlar.

Hal-hazırda fiziki şəxslərin aylıq əmək haqqından gəlir vergisi aşağıda göstərilən qayda üzrə tutulur:

-əmək haqqı məbləği 2500 manatadək olduqda, həmin məbləğin 14 faizi həçmində vergi tutulur.

-əmək haqqı məbləği 2500 manatdan yüksək olduqda, 2500 manatın 14 faizi, yəni 350 manat, 2500 manatdan yuxarı olan məbləğin isə 25 faizi həçmində vergi tutulur.

İşcilərin əmək haqqından tutulan gəlir vergisinin məbləği əmək haqqı hesablama çədvəlinin ayrıça sütununda göstərilir. Ay ərzində tutulmuş gəlir vergisinin yekun məbləği ayın sonunda büdçəyə köcürülür.

Məhməkə orqanlarının içra vərəqələri üzrə işçilərin əmək haqqından aliment, iri əskikgəlmə və mənimsəmələrə görə ödənişlər, müəssisəyə vurulmuş ziyana görə ödənişlər və digər məbləğlər tutula bilər.

Nisyə alınmış mallara və alınmış kreditlərə görə ödəniləsi məbləğlər işçilərin əmək haqqından onlarla müəssisə arasında bağlanmış müqavilələr və ya onların öz ərizələrinə əsasən tutulur və aidiyyatı üzrə müvafiq borçların ödənməsinə yönəldilir.

Əskikgəlmə və dəyərlilərin xarab olmasından vurulmuş ziyana görə məbləğlər müəssisə rəhbərinin göstərişi üzrə əmək haqqından tutulur və müvafiq itgilərin ödənməsinə yönəldilir.

Təhtəlhesab məbləğlərin müvafiq normalardan artıq xərçlənmiş və ya vaxtıhda qaytarılmayan məbləği təhtəlhesab şəxslərin avans hesabatlarının məlumatlarına və müəssisə rəhbərinin müvafiq göstərişinə əsasən əmək haqqından tutularaq, təhtəlhesab məbləğin silinməsinə yönəldilir.

Əmək haqqından tutulmaların sintetik uçotu içmal qruplaşdırma çədvəlinin yekun məlumatları əsasında 533№-li «Əməyin ödənişi üzrə işci heyətinə olan borçlar» hesabının debeti və tutulmaların təyinatından asılı olaraq, müxtəlif hesabların kreditində aparılır. Əmək haqqından tutulmalar üzrə baş vermiş təsərrüfat əməliyyatlarının mühasibat hesablarında neçə əks etdirilməsi qaydası aşağıdakı sədvəldə verilmişdir.( bax 2.4 saylı cədvələ)

Cədvəl məlumatlarından göründüyu kimi, əmək haqqından tutulmaların bütün növləri 533№-li «Əməyin ödənişi üzrə işci heyətinə olan borclar» sintetik hesabının debetinə və tutulma növlərindən asılı olaraq, aşağıda göstərilən subhesabların kreditinə yazılır:

2.4 saylı cədvəl

Əmək haqqından tutulmalara dair əməliyyatların mühasibat müxabirləşmələri



Əməliyyatın qısa məzmunu



Müxabirləşmə

D-T

K-T

1

2

3

4

1.

İşcilərin əmək haqqından gəlir vergisi tutulduqda

533

521

2.

Əmək haqqından pensiya fonduna tutulmalar hesablandıqda

533

522.2

3.

Təhtəlhesab şəxslərdən müəyyən olunmuş vaxtda qaytarılmamış məbləğlər əmək haqqından tutulduqda

533

244

4.

Kiçik həçmli əskikgəlmələrə görə müəssisəyə vurulmuş ziyanın məbləği təqsirkar işçilərin əmək haqqından tutulduqda

533

213.1

5.

İri həçmli əskikgəlmələrə görə müəssisəyə vurulmuş ziyanın məbləği təqsirkar işçilərin əmək haqqından tutulduqda

533

213.2

6.

Maddi dəyərlilərin xarabolması və mənimsənilməsindən vurulmuş ziyanın məbləği təqsirkar işçilərin əmək haqqından tutulduqda

533

213.3

7.

İşçilər tərəfindən vurulmuş digər ziyanların məbləği onların əmək haqqından tutulduqda

533

213.4

8.

Ticarət müəssisələrində işçilərə kreditə satılmış malların məbləği onların əmək haqqlarından tutulduqda

533

213.5

9.

İcra sənədləri və məhkəmə orqanlarının qərarı ilə əmək haqqından müxtəlif məbləğlər tutulduqda

533

538.1

10.

Vaxtı keçmiş əmək haqqı deponentləşdirilikdə

533

538.2




  • əmək haqqından tutulmuş gəlir vergisinin məbləği 521 «Vergi öhdəlikləri» hesabının kreditinə;

  • Dövlət Sosial Müdafiə Fonduna tutulmuş 3 faizlik haqqın məbləği 522«Sosial sığorta və təminat üzrə öhdəliklər» hesabının kreditinə;

  • məhkəmə orqanlarının içra vərəqələri üzrə tutulmuş alimentin məbləği 538.1№-li «İçra sənədləri üzrə təşkilat və şəxslərə qısamüddətli kreditor borcları» subhesabının kreditinə;

  • kicik əskikgəlmələrə görə tutulmuş məbləğlər 213.1 «Kiçik əskikliklərə

görə işçi heyətin qısamüddətli debitor borçları» subhesabının kreditinə;

  • iri əskikgəlmələrə və mənimsəmələrə görə tutulmuş məbləğlər 213.2 «İri əskiklik və mənimsəmələrə görə işçi heyətin qısamüddətli debitor borcları» subhesabının kreditinə;

  • dəyərlilərin xarab olmasından vurulmuş ziyana görə tutulmalar 213.3 «Dəyərlilərin xarab edilməsinə görə işci heyətin qısamüddətli debitor borcları» subhesabının kreditinə;

  • müəssisəyə vurulmuş digər ziyanlara görə tutulmuş məbləğ 213.4 «Sair vurulmuş ziyanlara görə işçi heyətin qısamüddətli debitor borçları» subhesabının kreditinə;

  • müəssisədən kreditlə alınmış mallara görə tutulmuş məbləğ 213.5 «Kreditə satılmış mallara görə işçi heyətin qısamüddətli debitor borcları» subhesabının kreditinə;

  • işçilər üçün bankdan alınmış kreditlərə görə onların əmək haqqından tutulmuş məbləğ 213.6 «Alınmış kreditlərə görə işçi heyətin qısamüddətli debitor borcları» subhesabının kreditinə;

  • təhtəlhesab məbləğlərin müvafiq normalardan artıq xərçlənməsinə görə tutulmuş məbləğ 244 «Təhtəlhesab məbləğlər» hesabının kreditinə yazılır.

Müəssisədə işçilərə əmək haqqı hesablanarkən əmək haqqı hesablama–ödəniş cədvəli və ya əmək haqqı hesablama cədvəli tərtib olunur. Əmək haqqı hesablama–ödəniş cədvəlində həm əmək haqqının hesablanması, həm də işçilərə ödənişi əməliyyatları, əmək haqqı hesablama cədvəlində isə təkçə əmək haqqının hesablanması əməliyyatları əks etdirilir. Müəssisədə əmək haqqının hesablanması cədvəli tərtib edildikdə, əlavə olaraq, ayrıca əmək haqqı ödənişi cədvəli də tərtib edilir. Hal-hazırda əmək ödənişinin sənədləşdirilməsi üçün bu cədvəllərdən hər hansı birinin tərtib edilməsi hec bir normativ sənədlə tənzimlənmir və onu müəssisənin özü secir.

Əmək və onun ödənişi üzrə işçi heyətilə hesablaşma əməliyyatlarına dair tərtib edilmiş sənədlər müvafiq qaydalara uyğun rəsmiləşdirilir. İş vaxtından istifadə edilməsi cədvəlləri (tabellər), eləcə də mal və məhsul satışına dair arayışlar şöbə rəisləri, mağaza və yeməkxana müdirləri və digər struktur bölmələrinin rəhbər işçiləri tərəfindən tərtib edilir, imzalanır və mühasibata təqdim edilir. Mühasibatda həmin sənədlər əsasında əmək haqqı hesablama (və ya əmək haqqı hesablama-ödəniş) çədvəlləri tərtib edilir. Bu cədvəllər müəssisənin rəhbəri, baş mühasib və tərtib edən mühasib tərəfindən imzalanır.

İşçilərə çatası əmək haqqı adətən ödənişi cədvəlinə əsasən kassadan nağd qaydada ödənilməklə( hazırda kartlar vasitəsi ilə) verilir. Onlara əmək haqqı pul və natural formada ödənilə bilər.

İşçilərə əmək haqqı pulun bankdan alındığı gün nəzərə alınmaqla üç iş günü ərzində verilməlidir. Üç iş günü ərzində alınmayan əmək haqqı deponentləşdirilir və banka təhvil verilir. Kassir üç gün keçdikdən sonra ödəmə cədvəlini bağlayır. Ödəmə cədvəlinin bağlanması kassirin cədvəldə əmək haqqını almayan işçinin qarşısında «deponentləşdirilmişdir» ştampının vurulması ilə yekunlaşır və hər bir soyadın qarşısındakı deponentləşdirilmiş məbləğ xüsusi reyestrə köçürülür. Bu reyestrin məlumatları isə deponentləşdirilmiş əmək haqqının uçotu kitabına (8 saylı nümunəvi forma) yazılır.

Əmək haqqı pul formasında kassadan ödənildikdə DT 533 “Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar“ KT 221 “Kassa” hesabı, natural formada ödənildikdə isə DT 533 “Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar “ hesabı KT 601, 611 və s.mühasibat yazılışı verilir. Bu müddət ərzində ödənilməyən (deponent edilən) əmək haqqı 533 “Əməyin öənilməsi üzrə işci heyətinə olan borclarl” hesabından 538 «Digər qısamüddətli kreditor borcları” hesabına keçirilir. Deponent edilmiş əmək haqqı tələb olunan zaman 538 “Digər qısamüddətli kreditor borcları” hesabı debetləşdirilir, 221 “Kassa”, və s. hesablar isə kreditləşdirilir.

Hal-hazırda əmək haqqının işçilərə bank kartları vasitəsilə ödəndiyi hallarda ödəniş tapşırığı yazılır və ona hər bir işcinin kartına köcürüləçək məbləğin göstərildiyi siyahı əlavə edilir. Həmin siyahı əsasında bank hər bir işçiyə veriləsi olan məbləği onun şəxsi kart hesabına kecirir.

Bəzi hallarda işçinin xahişi ilə ona çatası əmək haqqı bankdakı şəxsi hesabına da köçürülə bilər ki, onun köçürülməsi zamanı DT 533“Əməyin ödənşi üzrə işçi heyətinə olan borclar“ hesabı KT 223 “Bank hesablaşma hesabı “ mühasibat yazılışı tərtib olunur

Əmək haqqının ödənilməsi üzrə baş vermiş təsərrüfat əməliyyatlarının mühasibat hesablarında neçə əks etdirilməsi qaydası aşağıdakı cədvəldə verilmişdir:



2.5 saylı cədvəl

Əmək haqqının ödənilməsi üzrə əməliyyatların mühasibat

müxabirləşmələri


Əməliyyatın qısa məzmunu



Müxabirləşmə

D-T

K-T

1

2

3

4

1.

İşçilərə çatası əmək haqqı kassadan nağd qaydada ödənildikdə

533

221

2.

Əmək haqqının işçinin razılığına əsasən natural formada ödənilməsi zamanı

533

601,

611


3.

Əmək haqqının şəxsi hesaba köçürülməsi yolu ilə (ödəniş kartları

vasitəsi ilə ) ödənilməsi zamanı



533

223

4.

Vaxtında alınmayan əmək haqqı məbləği deponentləşdirildikdə

533

538

5.

Deponent edilmiş əmək haqqının işçilərin tələbi ilə kassadann ödənilməsi zamanı

538

221

Əmək haqqının analitik uçotu hesablaşma ödəmə və ya əməyin ödənişi cədvəllərində, hesablaşmaların və tutulmaların maşinoqramalarında, hər bir işçiyə açılmış şəxsi hesablarda (Ə-54Ə-55 sayiı formalar üzrə), hesablaşma vərəqələrində və s-də aparılır. Şəxsi hesablar hər bir işçi üçün ayrıca açılır və orada il ərzində işçiyə hesablanmış əmək haqqı, mükafat, müavinət və s. ödənişlər, onlardan edilən tutulmalar və faktiki ödənilmiş məbləğlər barədə qeydiyyat aparılır. Şəxsi hesabların saxlanma müddəti 75 ildir.


2.4. Əmək haqqı fondundan istifadəyə nəzarət və əmək üzrə hesabat

Ölkəmizin bazar iqtisadiyytatı şəraitində inkişafı işçilərin həyat səviyyəsinin yaxşılaşdırılması sahəsində böyük imkanlar açır. İşçilərin həyat səviyyəsinin yüksəldilməsinə təsir edən əsas amillərdən biri də onların gəlirlərinin mühüm hissəsini təşkil edən əmək haqqıdır. Məha bu səbəbdən bazar münasibatləri şəraitində əməiyn ödənilməsi üzrə vəsaitlərin xərclənməsinin istehsalın səmərəliliyi göstəricilərindən asılılığını daha da gücləndirir.

Məhsulun istehsalının, iş və xidmətlərin, o cümlədən mal dövriyyəsinin həcminin artırılması və təkmilləşdirilməsinin əsas şərtlərindən biri əmək məhsuldarlığı ilə əmək haqqı arasındakı nisbətin gözlənilməsidir. Əmək haqqı artımının əmək məhsuldarlığı və məhsul istehsalının, iş və xidmətlərin yüksəldilməsi ilə müşayiət olunması zəruri hal hesab olunur. Bunun üçün də əmək haqqı fonduna daima nəzarət etmək lazımdır.

Sərf edilən əməyin kəmiyyət və keyfiyyətinə müvafiq olaraq işçilər arasında bölüşdürülən pul və natural formada olan vəsaitlərin ümumi məbləği əmək haqqı fondu adlanır. Əməyin ödənilməsi fonduna müəssisə tərəfindən maliyyələşmə mənbəyi, forma və sistemindən asılı olmayaraq hesablanılan əməyin ödənişi məbləği, maraqlandırma və əvəzi ödənilmə xarakterli ödəmələr, həmçinin əməyin natural qaydada ödənilməsinə verilən məhsulların dəyəri daxil edilir. Əməyin ödənilməsinin ümumi məbləğinə daxildir:

- əmək haqqı;

- sahə təmiantı üzrə həvəsləndirmə xarakterli ödəmələr;

- iş reimi və əmək şəraiti ilə bağlı kompensasiya xarakterli ödəmələr;

- əmək qanunverijiliyi və kollektiv müqaviləyə əsasən işlənməyən vaxta görə ödəmələr.

Əmək haqqı işlənmiş vaxta proporsional olaraq taarif stavkası, maaş, işəmuzd rassenka və akkord naryadlarına əsasən hesablanır. Həvəsləndirmə xarakterli ödəmələr mükafatlar, peşə ustalığına görə taarif stavkalarına və maaşlara, əməkdə yüksək nəticələrə görə əlavələr, həmçinin uzunmüddətli xidmətlərə və əmək stajına görə ödəmə və təltifatlar və s aid edilir.

Konpensasiya xarakterli ödəmələr dedikdə əməyin ödənilməsinin rayon nizamlaşdırılması üzrə əlavələr, həmçinin əmək şəraitinə görə (ağır və çətin əmək şəraitinə, gejə növbəsi, istirahət və bayram günlərinə, iş vaxtından əlavələr və s.), müəyyən şəraitdə (vaxt metodu ilə) işin yerinə yetirilməsinə görə əlavələr və s. başa düşülür.

İşlənilməyən vaxta görə ödəmələrə illik və əlavə məzuniyyətin ödənilməsi, dövlət və ijtimai işlərin yerinə yetirilən işçilərin iş vaxtının ödənilməsinə yönəldilən, işçinin günahı üzündən olmayan boşdayanmalar üzrə ödəmələr, südəmər uşağı olan analara və yeniyetmələrin güzəştli saatlarının ödənilməsinə, müəssisənin ləğvi və yenidən təşkili və ixtisar ilə əlaqədar işçilərə verilən ödəmələr və s. daxildir.

Əmək haqqı fonduna daxil edilən və istehsal məsrəfləri və ya tədavül xərclərinə aid edilən əmək ödənişi məsrəflərini bir-birindən fərqləndirmək lazımdır. Məhsulun maya dəyərinə daxil edilən əmək haqqının mühasibat uçotu məqsədi ilə əmək haqqı əsas və əlavə əmək haqqına bölünür. Əsas əmək haqqına işlənmiş vaxta, vaxtamuzd, işəmuzd və mütərəqqi ödəmələr üzrə yerinə yetirilən işin miqdarı və keyfiyyətinə görə ödəmələr, mükafatlar və mükafatlı əlavələr aiddir. Əsas əmək haqqına boşdayanmalar üzrə ödəmələr də daxil edilir.

Əlavə əmək haqqına isə əmək üzrə qanunverijiliyə və kollektiv müqaviləyə əsasən fəhlə və qulluqçulara iqlənməyən vaxta görə ödəmələr aid edilir.

Müəssisənin əmək haqqı fonduna, həmçinin müəssisənin siyahı sayında olmayan, lakin müəssisənin əsas fəaliyyəti üzrə işləri yerinə yetirmək üçün müəyyən müddətə cəlb edilmiş işçilərə edilən ödəmələr də daxil edilir.

Əməyin ödənilməsi və əmək haqqı fondunun xərclənməsinə nəzarət hər şeydən əvvəl müəssisənin özündə, hasilatın və əmək haqqının ilkin uçot məlumatlarından istifadə etməklə normallaşdırıcılar, iqtisadi təhlil buroları, əmək və əmək haqqı şöbəsi və mühasiblər tərəfindən həyata keçirilir. Onlar işin yerinə yetirilməsinə dair sənədlərin düzgünlüyünü yoxlayır, onlarda göstərilən rassenkalara, maaşlara müvafiqliyini yoxlayır. Əməyin ödənilməsi üçün qeyri-qanuni istifadə olunmuş vəsait barədə məlumat verir və artıq xərcin aradan qaldırılması üçün tədbirlər görürlür.

Hər bir müəssisənin rəhbəri və baş mühasibi əmək haqqı fondunun gözlənilməsi üçün məsuliyyət daşıyır. Əmək haqqı fondunun israfının qabağını almıq üçün müəssisənin baş mühasibi ilk növbədə əmək haqqı fonduna gündəlik operativ nəzarət təşkil etməyə borcludur.

Əmək haqqı fondundan israfçılığa yol verməmək üçün baş mühasib ona verilən hüquqlara əsaslanaraq təsdiq olunmuş ştat cədvəlinə müvafiq olaraq maaşların əsassız artırılmasına, boş ştat yeri olmadığı halda əlavə işçi götürüməsinə, işçilərin səlahiyyətinə daxil olan işlərə görə əlavə ödənişlərə yol verməməlidir. Bundan başqa işəmuzd işçilərin əmək haqqı fonduna müvafiq olaraq onların gördüyü işin həcminin, hasilat normasının, rassenkaların tətbiqinin düzgünlüyünü müntəzəm olaraq yoxlanılmalıdır. Kiçik özəlləşdirilən müəssisələrdə əməyin ödənilməsi üzərində daxili nəzarətin sahibkarlar özləri (təsisçilər) əməyin ödənilməsi həcmini hesablayan və hesablaşma-ödəmə sənədlərinin tərtib edən zaman həyata keçirə bilərlər. Əməyin ödənişi fondunun istifadə edilməsinə və müəssisənin hesabından əmək haqqı üçün pulun verilməsinə əvvəlcədən və sonradan nəzarət bank müəssisələri tərfindən həyata keçirilir. Onlar müəssisədən alınmış arayışa əsasən faktiki məhsul və mal dövriyyəsi həcminin yerinə yetirilməsinə əsasən qazanılmış əmək haqqının hesablanmış əmək haqqı fonduna müvafiqliyini yoxlayırlar. Əmək haqqı fondunun hesablanması üçün məhsul istehsalının və ya mal dövriyyəsinin həcmini müəyyənləşdirən göstəricilər Respublika Milli Bankının razılığı ilə müvafiq nazirliklər və idarələr tərəfindən tətbiq edilir.

Əməyin ödənilməsi fonduna normada nəzərdə tutulandan artıq yol verilməsi müəssisələrdə məhsulun maya dəyərinin və tədavül xərclərinin artırılmasına və rentabelliyin aşağı düşməsinə səbəb olur. Ona görə də əmək haqqı fondunun xərclənməsinə daimi ixtisaslaşdırılmış dövlət nəzarəti bank idarələri və vergi orqanları tərəfindən əmək haqqı fondundan səmərəli istifadə və müəssisələrin hesabından pulun verilməsi yoxlanılır.

Artıq xərclərə yol vermiş müəssisələr bunları işçilərin ştatda nəzərdə tutulandan artıq sayını ixtisaer etmək, istehsalın və mal dövriyyəsini həcmini artırmaqla əmək məhsuldarlığını yüksəltmək və əmək haqqı fondu üzrə qənaət yaratmaq kimi əlavə tədbirlər hesabına ödəməlidirlər.

Ümumiyyətlə müəssislərdə əsassız olaraq verilən hər cür əmək haqqı

Yığımın səviyyəsini aşağı salır. Milli Bankın kassa planının əmək və əmək haqqısahəsindəki nöqsanların aşkara çıxarılması və ləğv edilməsinə müəssisənin ictimaiyyəti, iqtisadi təhlil bürosu, əmək kollektivi şuraları böyük kömək göstərir.

Müəssisənin hesablarından əmək haqqının ödənilməsi üçün vəsaitin düzgün verilməsi üzərində ilk nəzarəti hökumət və Milli Bankın müvafiq idarələrinə tapşırılmışdır.

Əməyin ödənilməsinə (istehlaka) vəsaitin verilməsi bank tərəfindən ancaq qazanılmış həddi daxilində həyata keçirilir. İstehlaka yönəldilən faktiki hesablanmış məbləğ qazanılmış əmək haqqından çox olan zaman əlavə vəsait müəssisənin ehtiyat fondunun sərbəst vəsait qalığı hesabına, yığım fondunun istifadə olunmayan vəsaiti hesabına, həmçinin digər verilmiş (cəlb edilmiş) vəsaitlər (yuxarı təşkialtın, büdcənin və s.) həyata keçirilə bilər.

Bir qayda olaraq icarə haqqı, uzunmüddətli aktivlərin satışından əldə edilən pul, amortizasiya ayırmaları, məqsədli kredit vəsaitəlri istehlaka yönəldilə bilməz

Müəssisənin sərbəst balansa malik və hesablaşma hesabına malik olan, lakin hüquqi şəxs olmayan struktur vahidləri istehlaka məsrəfi onlar tərəfindən banka sərbəst verilən arayışa əsasən qazandıqları əmək haqqı daxilində həyata keçirirlər. Təsisedici sənədlərində istehlak və yığım fondunun yaradılması nəzərdə tutulmayan müəssisələrdə istehlaka vəsaitin yönəldilməsi üçün cari ilin müəssisənin sərəcamında qalan mənfəətindən istifadə edə bilərlər.

Əmək planının yerinə yetirilməsi üzrə göstəricilər və onların dinamikası dövlət statistik hesabatlarında – 1-Ə «Əmək üzrə hesabat və işçilərin azad edilməsi proqnozu» adlı aylıq, 1-Ə «Əmək üzrə illik hesabat» formalarında tapır.

Əmək üzrə bütün hesabat formaları əmək və əmək haqqı şöbəsində iş vaxtından istifadə cədvəli və mal dövriyyəsi həcmini əks etdirən cədvəlin(arayışın) uçot məlumatlarına əsasən (tabel, raport, naryad, və s.) doldurulur. Həmin formaların doldurulması zamanı əmək və əmək haqqı şöbəsinin işinin əmək üzrə planın yerinə yetirilməsi haqda təlimata əsaslanır.

Əmək üzrə qeyd edilən aylıq hesabat formasında aşağıdakı göstəricilər əks etdirilir: işçilərin orta siyahı say, o cümlədən əsas fəaliyyət üzrə; onlardan

fəhlələr(satıcılar); istehlaka yönəldilən vəsait; əmək haqqı fondu; orta aylıq əmək haqqı; işlənmiş adam-saatların sayı. Burada eyni zamanda işçi qüvvəsinin hərəkəti, onların azad olunması və boşaldılmış iş yerlərinin sayı, yəni ay ərzində tələb olunan işçilərin sayı da göstərilir. Bu zaman müəssisə üzrə işçilərin orta aylıq əmək haqqı işçilərin siyahı tərkibi üzrə əmək haqqı fondunun məbləğinin (əvəzçilərin əmək haqqı ilin nəticəsinə görə ödənilən mükafatlandırma və işçilərin siyahı sayı üzrə birdəfəlik mükafatlar da nəzərə alınmaqla) işçilərin orta siyahı sayına bölünməklə müəyyən olunur.

Əmək üzrə illik hesabat formasında (forma № 1-Ə) həmin göstəricilər daha dəqiqliklə göstərilir. Şəxsi işçilərin sayı haqda məlumatlar onların kateqoriyaları üzrə fəhlələr, qulluqçular (onlardan rəhbərlər və qulluqçular) və əsas və qeyri-əsas fəaliyyətə bölməklə, istehlaka yönəldilən vəsaitlər işçilərin kateqoriyalarına ayrılmaqla əmək haqqı fondu və təqdim olunan əmək və sosial güzəştlər üzrə maddi kömək də daxil edilməklə verilir.

Hesabatda həmçinin tabel uçotunun məlumatlarına əsasən işlənmiş adam-günlərin, adam-saatların ümumi miqdarı növbədaxili və tam günlük başlayanlar, səbəbləri göstərilməklə işə gəlməmələr və s. də hesabalınılır. İllik hesabatda işçilərin sayının onlara hesablanmış əmək haqqının həcmləri göstərilməklə cari ilin dekabr ayında işçilərin sayı və əməyinin ödənilməsi üzrə məlumatlar ayrıca bölmədə öz əksini tapır.

Əmək üzrə hesabatdan istehlak fondundan istifadənin, əsas və qeyri-əsas fəaliyyət üzrə işçilərin sayının və dinamikasının təhlili, əməyin ödənilməsi xərjlərində müxtəlif növ ödəmələrin xüsusi çəkisinin müəyyən edilməsi, əsas fəaliyyət heyətinin təqvim fondu vaxtından istifadə və digər göstəricilərin hesablanması üçün istifadə olunur.





    1. Yüklə 293,32 Kb.

      Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə