Gender rolları ilə bağlı patriarxal adət‑ənənələr Asiya
ölkələrində mühüm rol oynayır. İş yerlərində qadınlara daha
az yer ayrılır, daha az maaş verilir və onlar daha çox ayrı‑seç ‑
kiliyə məruz qalırlar. İnsanlarda belə bir düşüncə for‑
malaşmışdır ki, qadınların daha çox qorunmağa və müdafiə
olunmağa ehtiyacı var. Bu da nəticə etibarilə qadınların təhsil,
iş və səyahət etmək imkanının qarşısını alır.
Oğlanlara üstünlüyün verilməsi cinslərin doğum nis‑
bətində də özünü birüzə verir. Avropa və Amerikada
cinslərin doğum nisbəti normal olsa da, Asiyada kişi‑qadın
nisbətindəki artım hiss ediləcək dərəcədə böyükdür.
Normal şərtlərdə hər 100 qız körpəyə qarşılıq 105 oğlan
körpə dünyaya gəlir. Bu, gender balansını qoruduğu üçün
təbii proses sayılmalıdır, çünki kişilər qadınlara nisbətən
daha az ömür sürür. Lakin Hindistan, Çin, Ermənistan,
Gürcüstan, Albaniya, Cənubi Koreya və eləcə də Azərbay‑
canda hər 100 qız körpəyə qarşılıq 111‑113 oğlan dünyaya
gəlir. BMT‑nin Əhali Fondu oğlan uşaqlarına bu cür üstün‑
lüyün verilməsini “bəşəri faciə” adlandırır. Bu, həqiqətən
də, belədir, çünki gender balansının pozulması bir sıra
fəsadlara gətirib çıxara bilər. Kişilərin immiqrasiyası,
pozğunluq, qadın alveri, zorla ərə getmə və qız kör‑
pələrinin öldürülməsi halları adlarını sadaladığımız
ölkələrdə çox geniş yayılmışdır.
1970‑ci illərdə ultrasəs cihazlarının meydana çıxması
nəticəsində kişi‑qadın artımındakı nisbət daha da böyüdü.
Məsələn, 1901‑ci ildə Hindistanda doğulan hər 1000 kişiyə
qarşılıq 938 qadın doğulurdu. Bundan əlavə, Çində 1980‑ci
illərdə hər doğulan 100 qız körpəyə qarşılıq 108 oğlan uşağı
dünyaya gəlirdisə, bu gün 119 oğlan uşağı dünyaya gəlir.
Gender balansının pozulması Çində kişilərin evlənmək
üçün xarici ölkələrə üz tutmasına gətirib çıxarıb, çünki
ölkənin daxilində qadın çatışmazlığı mövcuddur. Bu
məsələ, eyni zamanda pozğunluq və qadın alveri kimi hal‑
ları da özü ilə gətirib. Çin hökumətinin verdiyi məlumata
görə, 2001‑2003‑cü illər arasında 42,000 qadın və qız uşağı
oğurlanmış və onların 2,256‑sı qadın alverinə məruz
qalmışdır. Hesablamalara görə, bu qurbanların sayı hər il
10000 ilə 20000 arasında dəyişir.
Göstərilən faktlar Azərbaycanda bu məsələ ilə bağlı
tədqiqat aparmaq üçün stimul yaradır, çünki statistikalar
Qafqaz regionunda da kişi‑qadın artımındakı nisbətin çox
böyük olduğunu göstərir. “Worldstat”‑dan gotürülən sta‑
tistik məlumatlar Qafqaz regionunda kişi‑qadın artımın‑
dakı nisbəti aşağıdakı kimi göstərir:
Cinslərin doğum nisbəti
Kişi/Qadın
Statistik məlumatlardan göründüyü kimi,
Qafqazda kişi‑qadın artımındakı nisbət kəskin şəkil
almışdır. Bu ölkələr Çin və Hindistandan sonra kişi‑
qadın artımında ən böyük nisbətə malik ölkələrdir.
Statistika göstərir ki, bu nisbət hər doğulan sonrakı
iki, üç və dördüncü uşağa görə daha da artır.
Məsələn, 2000‑2004‑cü illərdə hər doğulan ikinci
uşağa görə bu nisbət Azərbaycanda 150, Erməni‑
NƏ ÜÇÜN CƏMİYYƏTİMİZDƏ
OĞLAN UŞAQLARINA DAHA
ÇOX ÜSTÜNLÜK VERİLİR?
www.aaa.org.az
NƏ ÜÇÜN CƏMİYYƏTİMİZDƏ OĞLAN UŞAQLARINA DAHA ÇOX ÜSTÜNLÜK VERİLİR?
32
Nərmin Carçalova
Bakalavr ‑ Azərbaycan Dillər
Universiteti, Tərcümə fakültəsi
Magistr ‑ Azərbaycan Diplomatiya
Akademiyası, Diplomatiya və
Beynəlxalq Münasibətlər ixtisası
Ermənistan
1.124
Azərbaycan
1.116
Gürcüstan
1.113
standa 140, Gürcüstanda isə 145 olmuşdur. Bu
ölkələrdə abort halları da çox geniş vüsət almışdır.
Azərbaycan Dövlət Statistika Komitəsindən alınan
məlumata görə, Azərbaycanda 0–4 yaşları arasında
oğlan uşaqları qız uşaqlarından 10% daha çoxdur,
yəni bu yaşlar arasında 38 000 qız azdır. Bundan
əlavə, 0‑19 yaşlılar arasında bu boşluq daha da artır
və 110 000 daha az qız olduğu müşahidə olunur.
Göründüyü kimi, Azərbaycanda da bu məsələ heç
də adını çəkdiyimiz digər Asiya ölkələrindən fərqli
deyil. Bəs bu problemin qaynağı nədir? Nəyə görə
cəmiyyətimizdə oğlan uşaqlarına belə üstünlük veri ‑
lir? Bir çox mənbələrdə buna səbəb kimi aşağıdakı
amilləri göstərirlər:
• Oğlanlar valideynlərinin qayğısına qaldığı
halda, qız uşaqları ərə gedib ailədən uzaqlaşırlar;
• Asiya, eləcə də Azərbaycandakı dinə və
mədəniyyətə görə yalnız oğlan uşaqları nəsli davam
etdirə bilirlər;
• Oğlan uşaqları ailənin var‑dövlətini artırdığı
halda, qız uşağı istər ərə getməzdən əvvəl, istərsə də
sonra daha çox xərc tələb edir;
• Oğlan uşaqları ailəni qoruduğu halda, qız
uşaqlarının özlərinin qorunmağa ehtiyacı var.
Bu faktorlar müəyyən mənada məsələ aydın‑
laşdırsa da, problemi tam dolğunluğu ilə əks etdirə
bilmir. Yenə də tam şəkildə başa düşmək olmur ki,
nə üçün Azərbaycanda, eyni zamanda Asiyada
Avropa və Amerikadan fərqli olaraq, oğlan
uşaqlarına daha çox üstünlük verilir. Buna görə də
mən başqa faktorları‑təhsil, gender, din və iqtisadi
göstəriciləri əlavə etməklə problemin əsas qaynağını
tapmağa çalışacağam. Azərbaycanda bu məsələ ilə
bağlı ədəbiyyat və araşdırma çox az olduğu üçün
düşünürəm ki, mənim apardığım araşdırma həmin
problemlə bağlı insanların maarifləndirilməsində
böyük rol oynayacaq. Araşdırma Azərbaycanda, Bakı
şəhərinin bir sıra yerlərində aparılıb və bu araşdır‑
maya 18 yaşdan yuxarı, cinsindən, təhsil səviy
‑
yəsindən və yaşından asılı olmayaraq, bir çox insan
cəlb olunub. Sorğu zamanı onlara verilən sual bu
olub: Əgər yalnız bir uşaq seçiminiz olsaydı, onun
hansı cinsdən olmasını istəyərdiniz? Bu sual əsasında
insanların cəmiyyətimizdə hansı cinsə üstünlük
verdiyini müəyyənləşdirdik.
TƏHSİLİN ROLU
Təhsil insan həyatında mühüm rol oynayır. Təh‑
silli və təhsilsiz insanların düşüncə tərzləri həmişə
üst‑üstə düşmür. Biz təhsilli insan dedikdə minimum
bakalavr dərəcəsi almış və ya ən azından bakalavr
pilləsində təhsil alan şəxsi nəzərdə tuturuq.
Düşünürəm ki, təhsilin irəli sürdüyümüz problemdə
rolu böyük ola bilər. Bunun, həqiqətən, belə olub‑ol‑
madığını yoxlamaq üçün bəzi statistik rəqəmlərə
nəzər yetirmək lazımdır.
Dunya Bankından alınan bu statistikalardan
göründüyü kimi, təhsil sözügedən problemin yaran‑
masında çox az rol oynayır.
Qazaxıstanda və Azərbaycanda təhsil səviyyəsi
yüksək olsa da, Azərbaycanda kişi‑qadın artımındakı
nisbət yüksək, yəni 1.133 olduğu halda, Qazaxıs‑
tanda bu göstərici 1.05‑dir, yəni normaldır. Eynilə
Hindistan və ya Əfqanıstanda Azərbaycana nisbətən
təhsil səviyyəsi çox aşağı olmasına baxmayaraq, bu
ölkələrdə kişi‑qadın artımındakı nisbət müvafiq
olaraq 112 və 105‑dir. Azərbaycanda apardığım
33
CONTEXT
|
4/
2012
Əfqanıstan
Ermənistan
Azərbaycan
Çin
Hindistan
İordaniya
Qazaxıstan
Təhsil indeksi‑2010
0.367
0.76
0.671
0.623
0.45
0.71
0.834
araşdırma da bu fikri əsaslandırır.
Göründüyü kimi təhsilli və ya təhsilsiz olmasına
baxmayaraq, insanların çoxu oğlan uşağına üstünlük
verir. Bu o deməkdir ki, Azərbaycanda oğlan
uşaqlarına üstünlük verilməsi təhsil faktorundan
asılı deyil.
GENDERLƏRİN ROLU
Bir çox ölkələrdə bu məsələ ilə bağlı araşdır‑
maların sonunda gəlinən nəticələrdən biri də o ol‑
muşdur ki, oğlan uşaqlarına daha çox üstünlük
verilməsində genderin rolu böyükdür. Deməli, belə
qənaətə gəlinmişdir ki, kişilər oğlan uşaqlarına daha
çox üstünlük verir, qadınlar isə əksinə. Bunun Azər‑
baycan cəmiyyəti üçün də doğru olub‑olmadığını
yoxlamaq məqsədilə bəzi analizlər aparmalıyıq.
Məsələn, Azərbaycanda ümumi kişi‑qadın nisbəti
0.97‑dir, yəni demək olar ki, balans təşkil edir, lakin
kişi‑qadın doğum nisbəti 113‑dür. Pakistanda kişi‑
qadın nisbəti 1.05 olsa da, doğum nisbəti 107‑dir.
Bundan əlavə, Qazaxıstanda isə ümumi kişi‑qadın
nisbəti 1.08 olduğu halda, kişi‑qadın doğum nisbəti
1.05‑dir, yəni normaldır. Buradan belə nəticəyə
gəlmək olar ki, bu məsələdə gender rolunun da təsiri
yoxdur. Eynilə cəmiyyətimizdə insanlar arasında
apardığım araşdırma da bunu sübut edir.
Bu faiz nəticələri də göstərir ki, Azərbaycanda kişi
və ya qadın olmasına baxmayaraq insanların ək‑
səriyyətinin seçimi oğlan uşaqlarına yönəlir. Belə‑
liklə, biz sübut etdik ki, gender rolunun da kişi‑qadın
artımının nisbətində heç bir təsiri yoxdur.
DİN FAKTORU
BMT‑nin Əhali Fondunun apardığı analizlərdə və
“Science” jurnalının redaktoru Mara Hvistendalın
gender ayrı‑seçkiliyi ilə bağlı kitabında göstərilir ki,
bu məsələdə dinin rolu böyükdür. Lakin bu, bir
qədər ziddiyyətlidir. Bəziləri mübahisə edirlər ki,
dinin rolu danılmazdır, məsələn, Avropada Xristian‑
lıq hökm sürdüyünə görə gender ayrı‑seçkiliyinə rast
gəlinmir, amma Azərbaycan da daxil olmaqla bir çox
Asiya ölkələrində İslam əsas din olduğuna görə gen‑
der ayrı‑seçkiliyi mövcuddur. Çünki İslam dinində
kişi qadından daha üstün hesab olunur və oğlan
uşağı ailənin yeganə varisi və davamçısı sayılır. Lakin
əgər biz Azərbaycanı, eynilə də Pakistan və Əfqanıs‑
tan kimi Asiya ölkələrini Səudiyyə Ərəbistanla (0‑14
yaş arasında qadın‑kişi artımındakı nisbət
3,939,377/3,800,020‑dir, yəni normaldır) müqayisə
etsək, sübut edərik ki, İslam dininin danışdığımız
problemdə rolu yoxdur.
İQTISADİ İNKİŞAF GÖSTƏRİCİSİ
Gördüyümüz kimi, yuxarıda irəli sürdüyümüz
faktorlar gender ayrı‑seçkiliyini izah edə bilmədi.
Onda biz belə bir hipotez irəli sürə bilərik ki, ölkənin
iqtisadi inkişafı qadın‑kişi artımındakı nisbətə təsir
göstərən əsas amildir.
www.aaa.org.az
NƏ ÜÇÜN CƏMİYYƏTİMİZDƏ OĞLAN UŞAQLARINA DAHA ÇOX ÜSTÜNLÜK VERİLİR?
34
Azərbaycan
Çin
Hindistan
Alıcılıq qabiliyyətinə əsasən adambaşına
düşən ÜDM (2005,dollarla verilir)
5,981
4,611
2,479
Kişi‑qadın doğum nisbəti
1.116
1.133
1.12
35
CONTEXT
|
4/
2012
Avropada iqtisadi inkişaf güclü olduğuna görə
gender ayrı‑seçkiliyi yoxdur. Azərbaycanda, eləcə də
yuxarıda adını sadaladığımız Asiya ölkələrində
oğlan uşaqları ailənin iqtisadi təminatçısı hesab olu ‑
nur, çünki adambaşına düşən ÜDM aşağıdır və
valideynlər düşünür ki, yaşlandıqdan sonra hökumət
onların qayğısına qalmayacaq. Buna görə də onlar
oğlan uşaqlarına daha çox üstünlük verirlər, çünki
qız uşağı ərə gedib ailədən uzaqlaşdığı halda, oğlan
uşağı valideynlərinin qayğısına qalır. Məsələn, bax‑
mayaraq ki, Yaponiya da Asiya ölkəsidir, lakin bu‑
rada gender ayrı‑seçkiliyi yoxdur, çünki ölkə iqtisadi
cəhətdən çox inkişaf etmişdir və adambaşına düşən
gəlir çox yüksəkdir.
Bu statistikalardan da göründüyü kimi,
adambaşına düşən gəlir yüksək olan, inkişaf etmiş
ölkələrdə cinslərin doğum nisbəti normaldır, lakin
inkişafda olan Azərbaycan və digər Asiya ölkələrində
bu belə deyil.
Apardığım sorğu zamanı oğlan uşaqlarına üstün‑
lük verənlərin yarıdan çoxu səbəb kimi iqtisadi prob‑
lemləri əsas gətirdilər. Hətta qız uşağını abort
etdirmiş 32 yaşlı bir qadının söylədikləri mənim çox
diqqətimi çəkdi: ”İki qız uşağımız var. Ərim hər ik‑
isini də çox sevir. Üçüncü qız uşağının olmasına da
etiraz etməzdi. Lakin o, həmişə bir oğlu olmasının
xəyalını qururdu. Ərim məndən xeyli böyükdür və
narahat olur ki təqaüd yaşına çatanda ailəmizə baxan
olmayacaq. Biz hər ikimiz universitetdə mühazirə
deyirik və alacağımız təqaüdün məbləğinin bizi qane
edəcəyini düşünmürük.”
Deməli, Azərbaycanda oğlan uşaqlarına daha çox
üstünlük verilməsinə səbəb təhsil, gender və ya din
deyil, məhz ölkənin iqtisadi inkişaf səviyyəsidir.
PROBLEMİ NECƏ ARADAN
QALDIRMAQ OLAR?
Göstərilən faktlar problemin ciddiliyini sübut
edir. Əgər vaxtında bu məsələnin həlli ilə bağlı lazımi
tədbir görülməsə, Çin və Hindistanda baş verən
fəsadların ölkəmizdə də müşahidə olunması labüd
şəkil alar. Qadınların bu gün sosial‑siyasi və digər
sahələrdə aktiv iştirakı onların heç də kişilərdən geri
qalmadığının bariz nümunəsidir.
Yuxarıda verilən arqumentlər sübut edir ki,
məsələ ilə bağlı əhali arasında məlumat çox aşağıdır.
Ümid edirəm ki, göstərilən faktlar problemin cid‑
diliyi barədə insanları məlumatlandıracaq. Bundan
əlavə, istərdim ki, problemin həlli yolları ilə bağlı
bəzi təkliflər irəli sürüm. Düşünürəm ki, gender ayrı‑
seçkiliyi ilə əlaqədar olaraq, dövlət tərəfindən ciddi
abort nəzarəti tətbiq edilməli və əhalini məlumat‑
landırmaq üçün kommunikativ tədbirlər həyata
keçirilməlidir.
Əvvəla, baxmayaraq ki, Azərbaycanda
hamiləliyin 4‑cü ayından sonra abort etdirmək
qadağan olunub, ciddi nəzarət olmadığına görə in‑
sanlar ultrasəs cihazları vasitəsilə körpənin cinsiyyə‑
tini öyrəndikdən sonra abort etdirirlər. Buna görə də
dövlət tərəfindən məsələ ilə bağlı ciddi nəzarət təd‑
birlərinin həyata keçirilməsi çox vacibdir. Habelə,
cinsi qərəzliyə görə aborta qadağalar qoyulması
doğum zamanı gender ayrı‑seçkiliyini aradan
qaldırsa da, doğuşdan sonra yaranacaq problemi,
məsələn, qız körpənin qərəzli şəkildə öldürülməsinin
qarşısını ala bilməz. Buna görə də, rasional infor‑
masiya kampaniyalarının aparılması gender ayrı‑
seçkiliyi salan valideynlər üzərində güclü təsir
buraxa bilər. Məsələn, qız uşağının üstünlüklərini əks
etdirən filmlər, reklamlar və televiziya proqramları
gender ayrı‑seçkiliyi ilə bağlı insanlarda neqativ fikir
yarada bilər.
Yaponya
Norveç
İsveçrə
Alıcılıq qabiliyyətinə əsasən adambaşına
düşən ÜDM (2005,dollarla verilir)
30,933
47,996
Kişi‑qadın doğum nisbəti
1.03
1.04
1.05
1. Andrew Thomas Hall, “China’s One Child Policy and Male Surplus as a
Source of Demand for Sex Selection Trafficking to China”, May 2011
2. Carl Haub, “Surprising Son Preference in the Caucasus”,
http://www.demographia.ru/eng/articles/index.html?idR=73&idArt=1903,
May 2011
3. Central Bureau of Statistics, Vital Statistics: Live births, 2011
4. Das Gupta, Monica, "Explaining Asia's Missing Women": A New Look at
the Data", 2005
5. Juliet ShweGaung, Forced marriages driving human trafficking, UN
says,http://www.mmtimes.com/2010/news/512/n51206.html, 2009
6. Mara Hvistendahl, Unnatural Selection: Choosing Boys Over Girls, and
the Consequences of a World Full of Men, published by Public Affairs in
June 2011
İSTİNADLAR
www.aaa.org.az
36
Azərbaycan Respublikası Gənclər və
İdman Nazirliyi yanında Gənclər Fondunun
maliyyə dəstəyi ilə “ABŞ Təhsilli Azərbaycan
Məzunları” İctimai Birliyi (AAA) “Uğur
hekayəm...” layihəsini icra edir.
İcra olunan layihədə film hazırlanıb, hansı
ki üç gəncin həyat hekayəsindən bəhs edir.
Azərbaycan Respublikasının müxtəlif re‑
gionlarından olan, xaricdə müxtəlif proq ‑
ramların məzunları olan bu üç gəncin uğur
hekayəsi filmdə öz əksini tapıb.
Layihənin məqsədi:
İnsanların peşə seçimi etməsinə və
peşəkar olmasına nail olmaq gərəkdir.
Cəmiyyətə alternativlər təqdim etmək,
seçimləri çoxaltmaq, dünyaya iki rəngdən
daha çox baxmaq vacibdir. Yaxşı və uğurlu
təhsil almaq gərəkdir.
“Uğur hekayəm…” adlı layihəni təqdim
edərək Azərbaycan gəncləri arasında stimul
yaratmaq və bu stimulu təhsil üzərində kök‑
ləmək istəyirik. Layihənin əsas məqsədi gən‑
clər arasında təhsilə marağı artırmağa,
uğurlu peşə seçimi etməyə, biliyinə güvən‑
məyə, yalnız özünün bacarıqlarıdan istifadə
edərək uğur qazanmağına, stimul yarat‑
maqdır. Gənclərin öz gələcəklərini özlərinin
sahiblənməsi layihə məqsədində bir növ əsas
ifadədir.
Filmin Lənkəran, Masallı, Gəncə, Qazax,
Şəki və Zaqatalada nümayişləri keçirilir.
Gənclərin uğur hekayələrini dinləmək və on‑
larla müzakirələr aparmaqla region gəncləri
arasında təhsilə maraq və uğurlu karyera
qurmaq üçün stimul yaradılacaq.
Layihənin yekunu olaraq, paytaxt Bakı
şəhərində region gənclərinin film haqqında
şərhləri geniş ictimaiyyətə təqdim ediləcək.
Çəkiliş heyəti:
Rejissor: Elvin Aşirov
Ssenari: Orxan Hüseynov
Operatorlar: Nəsimi Babayev və
Mətləb Yaquboğlu
Montaj: “Visual Factory”
Layihə rəhbəri: Rövşən Nəcəfov
Filmi izləmək üçün:
Uğur Hekayəm / 2012
http://www.youtube.com/watch?v=lr5N7nHMZss
“Uğur hekay
äm...”
layih
äsi
ABŞ TƏHSİLLİ AZƏRBAYCAN MƏZUNLARI İCTİMAİ BİRLİYİ
Az
ärbaycan
Biznes Keys Yarışması
ABCC 2012
Azərbaycan Biznes Keys Yarışması
tələbələrə özlərini Azərbaycanın gələcək
biznes liderləri kimi hazırlamaq üçün verilən
bir imkandır. Qaliblərə dəyərli sponsorlar‑
dan təqaüdlər və qiymətli hədiyyələr verilir.
ABCC‑in tarixi 2002‑ci illərə təsadüf edir:
Azərbaycandakı biznes keys analizinin çatış‑
mazlığını müşahidə edən MBA Enterprise
Corps könüllüləri bu layihəni başladılar. O
vaxtdan AAA bu layihəni idarə və təşkil
etmək hüququ qazandı. İndiyədək bu layi‑
hədə 500‑dən çox istedadlı tələbələr iştirak
edib. Biz 2011‑2012‑ci illərin sentyabr‑oktyabr
ayları ərzində Azərbaycan Diplomatik
Akademiyası, Azərbaycan Dövlət İqtisad
Universiteti, Qafqaz Universiteti, Bakı Dövlət
Universiteti, Xəzər Universiteti, Azərbaycan
Turizm Universiteti və Azərbaycan Respub‑
likası Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasını təmsil edən komandaların
iştirak etdiyi yarışmaları təşkil etmişik.
“ABCC 2012” layihəsi adı çəkilən biznes
şirkətləri tərəfindən maliyyə dəstəyi alır:
“PASHA Bank”, “BP”, “Procter&Gamble”,
“Zqan” Holding, “Azercell”, “Statoil” və
“Coca‑Cola”.
Akademik sponsor Azərbaycan Diplo‑
matik Akademiyasıdır.
www.aaa.org.az
40
ABŞ TƏHSİLLİ AZƏRBAYCAN MƏZUNLARI İCTİMAİ BİRLİYİ
“Bakı Hüquq Jurnalı”
“Bakı Hüquq Jurnalı”
“Bakı Hüquq Jurnalı”nın əsas məqsədi Azərbaycan və xaricdə təhsil almış hüquqşü‑
nasların qabaqcıl hüquqi düşüncələrini cəmiyyətə çatdırmaq və bu sahənin mütəxəssisləri
arasında fikir mübadiləsini artırmaq üçün xüsusi bir platforma yaratmaqdır. Həmçinin nəşr
olunacaq məqalələrlə Azərbaycan hüquq sisteminin inkişafına və cəmiyyətimizin hüquqi
maariflənməsinə, yüksək peşəkarlığa malik olan Azərbaycan biznes hüquqşünaslarının bir‑
liyinin formalaşmasına və dünya hüquq cəmiyyətinə inteqrasiyasına öz töhfəsini verməkdir.
Jurnalın baş redaktoru: Emin Kərimov
Növbəti buraxılışlar üçün siz də Azərbaycan
hüquqi sahələrin idarə olunmasına yönəlmiş və
cari hüquqi təhlilini əks etdirən və tövsiyyələr
ehtiva edən məqalələri təqdim edə bilərsiniz.
Qeyd edək ki, jurnalda kommersiya
hüququ, o cümlədən müqavilə hüququ, kor ‑
porativ hüquq və digər əlaqədar mövzu‑
larda olan məqalələrə üstünlük verilir.
Facebook Page:
http://www.facebook.com/BakuLawJournal
Azərbaycan Respublikasının
Gənclər və İdman Nazirliyi yanında
Gənclər Fondu
www.youthfoundation.az
Ünvan: Bak
ı ş
ә
h., Bül-bül pr. 7B, Sahil Biznes M
ә
rk
ә
zi
Tel: (+994 12) 498 95 90
Fax: (+994 12) 498 95 89
Email: office
@youthfoundation.az
@Youthfund_Az
http://www.facebook.com/youthfound
Dostları ilə paylaş: |