M ü h a z I r ə №1 heyvandarliq fermer təSƏRRÜfatinin istehsalat prosesləRİ p L a n



Yüklə 6,61 Mb.
səhifə13/16
tarix11.04.2018
ölçüsü6,61 Mb.
#37978
1   ...   8   9   10   11   12   13   14   15   16

BKM-3B kaskadlı üçyaruslu qəfəsli batareya (şəkil 1.12) 1-56 günə qədər broylerləri yetişdirmək üçün nəzərdə tutulmuşdur. O, karkasdan, qabaq və arxa dayaqlardan, yempaylama xəttindən, su təchizatı sistemindən, zılı təmizləmək üçün mexanizmdən və torlu qəfəslərdən ibarətdir. Qəfəsli batareyanın karkası torlu qəfəs blokları və zıl döşənəkləri ilə birləşdirilmiş yığma çərçivələr sıra-sından ibarətdir.

Zıl döşəməsi sinklənmiş təbəqə poladdan hazırlanmış fiquralı profilə malik-dir. Qabaq və arxa dayaqlar bir-biri ilə bəndlərlə birləşdirilmiş iki qaynaq edilmiş çərçivədən ibarətdir; onlar dartıların köməyi ilə qəfəsli batareyanın karkasına bərkidilir.

Hər bir yarusdakı yempaylayıcı xətt-batareyanın bütün qəfəslərindən keçən yem novunun (2) qapalı konturudur. Növun içərisində hərəkət edən ştamplanmış zəncir yemi bunker- dozatordan (5) kontrun bütün uzunu boyu hərəkət etdirir. Üç konturun hər birinin ümumi intiqalı (1) vardır.

Su təchizatı sisteminə tarazlaşdırıcı baklar (6 ) və kasalı suvarıcılar (7) xətti daxildir. Hər qəfəsə iki ədəd kasa suvarıcı düşür. Suvarıcılar-arxa dayaqda yerləşmiş bucurqadanlər (9) köməyi ilə hündürlüyə görə tənzim edilir. Zıl təmiz-ləmə mexanizmi intiqaldan (3), tarımlayıcı qurğusu (11) olan trosdan dövrələyici bloklardan və iki kürəkcikdən ibarətdir. Qəfəslər (8) bir-birinə bəndlərlə bərkidilmiş torlu detallardan hazırlanmışdır. Qəfəsin qabaq hissəsində karkasın çərçivəsinin kronşteynlərində bərkidilmiş yem qutusuna torlu içlik qoyulmuşdur. Hər bir qəfəsin qabaq divarında açılan qapıcıq vardır, oradan quşlar qəfəsə otur-dulur, yaxud çıxarılır.


BKM-3 (BKM-3B) qəfəsli batareyasının texniki xarakteristikası
İntiqalın gücü, kVt …………………………………...1,5

Tutumu, baş:

Qəfəsin.……………………………………………….16

Batareyanın ……………………………………….......9024

Qəfəsdə oturulma sıxlığı, baş /m2 ………………... ....31,4

Bir baş üçün xüsusi yemləmə xətti, sm……………. ...5,6

Hərəkət sürəti, m/dəq:

Yempaylayıcının zəncirinin …………………………..6

Kanatlı-kürəkcikli transportyorun kürəkciyinin ……...7,5

Batareyada qəfəslərin sayı…………………………..564

Qabaritləri, mm:

Qəfəsin ………………………………….. ................888x578x384

Batareyanın ……………………….. .........................87500x1760x1840

Kütləsi, kq ………………………… ……………....7800


Komplektin elektrik avadanlığı yemləmə və təmizləmə texnoloji prosesləri-nin avtomatik və əl rejimlərində idarə edilməsinə imkan verir.

Yumurtalıq toyuqların təmir cavan quşlarını 1-140 günlüyə qədər yetişdir-mək üçün sənayemiz prinsipial sxemi və parametrləri BKM-3B batareyasındakı kimi olan BKM-3 qəfəsli batareyasını buraxır.



KBR-2 ikiyaruslu qəfəsli batareya toyuq ana sürüsünü saxlamaq üçün buraxılır. Batareyanın metal karkası hündürlüyə görə iki yarusa bölünmüşdür. Yarusda yalnız bir cərgə qəfəslər qoyulmuşdur. Qəfəsdə 30 toyuq və 3 xoruz yerləşdirilir. Qəfəsli batareyanın hər bir yarusunda zılı yığmaq və üzərindən təmizləmək üçün döşənək nəzərdə tutulmuşdur. Zıl döşənəyinin üstündə maili olaraq ayaqaltı barmaqlıqlar qoyulmuşdur ki, onlar qəfəsin dibini (altını) təşkil edir.

Hər bir qəfəs yüngül qapı barmaqlıqları ilə təchiz edilmişdir ki, orada quşlar sərbəst oturdular və çıxarılır. Qəfəsin arxa hissəsində yumurtlayan toyuqlar üçün qaranlıqlaşdırılmış yerlər düzəldilmitşdir ki, orada onlar yumurtlayırlar.Yumurta maili rəfciklərlə nəqletdirici lentin üstünə diyirlənir və yumurtayığma stoluna yönəldilir.

Qəfəsli batareyanın hər bir yarusunun zəncirli yempaylayıcısı və nippelli suvarıcıları olan boru kəməri vardır. Qəfəsli batareyanın qabaq hissəsində mexa-nizmləri idarə edən elektrik şkafı quraşdırılmışdır. Qəfəsli batareyanın tutumu 1860 toyuq və 186 x oruz, qabariti 88200 x1360 x2030 mm-dir.

Quş damlarında süni işıqlandırmanın müddətini proqramla idarə etmək üçün qurğu. Quşun inkişafına, tez yetişməsinə və yumurtavermə qabiliyətinə işığın verilmə müddəti çox təsir edir. Quş damlarında işıqvermə proqram qurğusundan maqnit işəsalıcılarından, paylandırıcı lövhədən və işıqlandırma lampalarından ibarət olan xususi qurğu ilə tənzim olunur.

Quşçuluq təsərrüfatlarında işıqvermə müddətinin uzunluğunu hər gün səlis surətdə dəyişməklə 52 həftə ərzində verilmiş işıq rejimini avtomatik saxlayan UPUS-1 qurğusu geniş yayılmışdır. Proqram qurğusunun əsas qovşağı 2RVMS tipli zaman relesidir. Onun barabanla əlaqələndirilmiş elektrik mühərrikindən avtomatik qurulan ankerli saat mexanizmi vardır. Qəbul edilmiş işıqlandırma qrafiki rejimi proqram qurğusunun barabanına köçürülür. O, kontaktlar və icraedici mexanizmlər vasitəsilə verilmiş vaxtda işıqlandırma lampalarını yandırır, ya da söndürür.

Cavan quşlar və yumurtlayan toyuqlar üçün quş damında əlverişli işıq aşağıda 1.4. saylı cədvəldə göstərilmişdir.Quşun hər bir yaşı üçün işıq dövrünün tövsiyə olunan müdətinə əsaslanaraq iş rejimi qrafiki təyin olunur və proqrama daxil edilir.

Hinduşka, ördək və qaz əti istehsalının mexanikləşdirilməsi. Son illər ölkəmizdə hinduşka, ördək və qaz əti istehsalının ixtisaslaşdığı təsərrüfatlarda texnoloji proseslərin mexanikləşdirilməsi sürətlə inkişaf edir.

Cədvəl 1.4. Quşların saxlanma yerində işıqlanma

müddəti


Cavan quşun yaşı, həf.

1

2

3

4

5-19

20

21

22

23

24

25

26

İşıqvermə müddə-tinin uzunluğu, saat

15

12

9

6

6

6

6,5

7,0

7,5

8,0

8,5

9,0

Yumurtlayan toyuğun yaşı, həf.

27

28

32

36

40

44

48

52

56

60

64

68

İşıqvermə müddə-tinin uzunluğu, saat

9,5

11

11

12

13

14

15

16

17

19

21

23

Hinduşkaların ana sürüsü qalın döşənəkdə saxlanılır. Zıl qutusu 20-25 sm hündürlüyündə düzəldilir; onun altında zıltəmizləyən kürəkcikli transportyor yerləşdirilir. Yemi paylamaq üçün avtomatik yempaylayıcısı olan bunkerli yem təknələrinin tətbiq edilməsi məqsədəuyğundur. Quş damının bölmələrində yumurtlamaq üçün 4-5 hinduşkaya bir yuva hesabından yuvalar qoyulur.

Təmir cavan hinduşkaların genişqabaritli quş damlarında quru üsulla yem-ləndirilmə və qalın döşənəkdə saxlanılma şəraitində 1 gündən 180 günlüyə qədər yetişdirildikdə İRS-2,3 avadanlıqlar komplekti tətbiq edilir. Komplektə (şəkil 1.13) xarici bunker (1). Yempaylayıcının qəbuledicisi (2). Zəncirli-şaybalı yem-paylayıcı (3). Bunkerli yem qutuları (4), kasaşəkilli asma suvarıcıları (5) olan iki-cərgəli suvarma sistemi, novşəkilli yem qutuları, vakuum suvarıcıları və bruderlər (6) daxildir. Bir komplekt 2300 hinduşkaya xidmət edir.
6
Şəkil 1.13. Təmir cavan hinduşkalarını yetişdirmək üçün İRS-2,3 avadan-

lıqları komplekti quraşdırılmış quş damının sxemi:


1-BSK-10 xarici bunkeri;2-yempaylayıcının qəbüledici; 3-zəncirli-saybalı yempaylayıcı;4-bunkerli yem qutusu; 5-kasaşəkilli asma suvaricı; 6-bruder
Ətlik hinduşka sürüsünü 1 gündən 120 günlüyə qədər yetişdirdikdə istehsal proseslərini mexanikləşdirmək məqsədilə İMS-4,5 avadanlıqları komplektindən istifadə olunur. Onun tərkibinə bunker, maili transportyor, kasaşəkilli suvarıcılar, yempaylayıcı və yem qutuları daxildir. Yem bunkerdən şnekli transportyorla yempaylayıcının bunker-dozatoruna və sonra İRS-2,3 komplektində olduğu kimi zəncirlişaybalı transportyorla yem qutularına verilir. Bir komplekt 4500 hinduş-kaya xidmət edir.

Hinduşkaların ana sürüsü döşəmədə saxlanıldıqda 1,8 min baş tutumlu, ölçüləri 18x72 m olan quş damı üçün ivs-1,8 avadanlıqları komplekti tətbiq edilir. komplekt aşağıdakı prosesləri mexanikləşdirməyə imkan verir: yemin qəbulunu, saxlanılmasını və yem qutularına paylanmasını, yumurtanın yığılmasını, quşların suvarılmasını və zılın yığılmasını.

Son illər ö r d ə k l ə r i n su hövzəsi olmadan yetişdirilməsi üzrə ixtisaslaşdırılmış təsərrüfatlar geniş intişar tapır.

Ördəklərin ana sürüsünü döşəmədə saxlamaq üçün əsas istehsal proseslərini mexanikləşdirməyə imkan verən KNU-3 və KNU-5 komplektləri buraxılır. Komplektlərdə tətbiq olunan maşın və avadanlıqların siyahısı 1.5-ci cədvəldə verilmişdir.
Cədvəl 1.5. Ördəklərin ana sürüsünün döşəmədə saxlanılması üçün komplektlərin tərkibi

Maşınlar (avadanlıqlar)


Markası


Maşınların (avadanlıqların) sayı

KNU-3

KNU-5

Quru yemləri saxlamaq üçün bunker

BSK-3

1

1

Boruşəkilli tros-şaybalı yempay-layıcı

RTŞ-19

1

-




RTŞ –29

-

1

Bunkerli novşəkilli yem qutusu

KNU-3

34

60

Novşəkilli suvarıcı

KMU-10

1

2

Mineral yemlər üçün qutu

ASK

34

40

Kanatlı-kürəkcikli qurğu

MPS-1M

1

-




MPS-2M

-

1

Yumurtlama yuvası

KNU-3

102

160

İdarəetmə şkafı

ÜBK-20V-S4

1

1

Təmir cavan ördəklərin döşəmə üzərində yetişdirilməsində istehsal proses-lərini mexanikləşdirmək üçün KRU-4,5 (12 x 84 m ölçülü binalar üçün) və KRU-8 (18 x 96 m ölçülü binala üçün) komplektləri buraxılır. Bu komplektlərin maşın və avadanlıqları-nın tərkibi 6.6-ci cədvəldə verilir.

Ördəklərin ətliyə yetişdirilməsində tutumu 12,5 min baş, ölçüləri 18x96 m olan binalar üçün KMU-15 komplektlərindən və tutumu 8 min baş, ölçüləri 12 x 84m olan binalar üçün KMU-10 komplektlərindən istifadə edilir. Onların da maşın və avadanlıqları ÜBK-10V, ÜBK-20V komplektlərindəki kimidir (su qab-ları və yem qutuları istisna olmaqla). KMU-15 və KMU-10 komplektləri novşəkilli suvarıcılarla və bunkerli novşəkilli yem qutuları ilə təchiz edilmişdir.
Cədvəl 1.6. Təmir cavan ördəklərin döşəmələrdə yetişdirilməsi

üçün komplektlərin tərkibi



Maşınlar (avadanlıqlar)


Markası


Komplektdəki maşınların (avadanlıqların) sayı

KRU-4,5

KRU-V

Quru yem saxlamaq üçün bunker

BSK-10

1

1

Boruşəkilli tros-şaybalı yempaylayıcı

RTŞ-19

1

-




RTŞ-29

-

1

Bunkerli novşəkilli yem qutuları

KRU-3,5

58

-

Mineral yemlər üçün qutu

ASK

30

34

Novşəkilli suvarıcı

KMU-10

1

2

Plankalı döşənək

KNU-3

154

176

Kanatlı-kürəkcikli qurğu

MPS-1M

1

-




MPS-2M

-

1

İdarəetmə şkafı

ÜBK-20V-04

1

1

Ördəklərin ətliyə yetişdirilməsində tutumu 12,5 min baş, ölçüləri 18x96 m olan binalar üçün KMU-15 komplektlərindən və tutumu 8 min baş, ölçüləri 12x84m olan binalar üçün KMU-10 komplektlərindən istifadə edilir. Onların da maşın və avadanlıqları ÜBK-10V, ÜBK-20V komplektlərindəki kimidir (su qabları və yem qutuları istisna olmaqla). KMU-15 və KMU-10 komplektləri novşəkilli suvarıcılarla və bunkerli novşəkilli yem qutuları ilə təchiz edilmişdir.

Qazların otlaqlar olmadan ətliyə intensiv yetişdirilməsi və kifayət qədər qi-dalı rasionla yemləndirilməsi onların 60-70 günlüyündə 3-4 kütlə realizasiya edilməsinə imkan verir. Bir aylığına qədər şazlar qızdırılan binalarda saxlanılır, sonrakı yetişdirmə və kökəltmə talvarlar altında aparılır. Yemi paylamaq üçün qoşma traktor yempaylayıcıları suvarmaq üçün isə axırı olan suvarıcılar tətbiq edilir. Zılı meydançalardan təkərli traktora asılmış buldozerlə yığışdırılır.


MÜHAZİRƏ № 10


P L A N

1. Yumurtanın yığılması və çeşidlənməsinin mexanikləşdirilməsi.

2. İnkubatorlar.

3. Quşların kəsilməsi və emalının mexanikləşdirilməsi.



G Ə N C Ə 2017

1. Yumurtanın yığılması və çeşidlənməsinin mexanikləşdirilməsi.

Yumurtanın əmtəəlik keyfiyyəti, qablaşdırılması və çeşidlənməsi. Yumurtanın saxlanılma şəraiti və emalı onlarda qidalı maddələrin saxlanılmasına və deməli, yumurtanın qida məhsulu kimi yararlılığına təsir edir. Yığılma, daşınma, təmizlənmə və qablaşdırılma prosesində yumurta mexaniki təsirlərə məruz qalır. Texnoloji avadanlığın parametrlərini və iş rejimini düzgün müəyyən etmək, yumurtanın fiziki-mexaniki xassələrini: kütləsini, forma və ölçülərini, möhkəmliyini, statik və dinamik yuklərə dayanıqlıq xassələrini btlmək lazımdır.

Texniki şərtlərə görə toyuq yumurtaları saxlanılma müddətindən, onların keyfiyyətindən və kütləsindən asılı olaraq pəhriz və xörək yumurtalarına ayrılır. Sınıq yumurtalar uzun müddət saxlanıla və daşına bilməz; onlar çörəkxana və qən-nadı sənayesində xırda (ədədlə) xəmir məmulatlarının bişirilməsində istifadə oluna, ya da yerli ticarət şəbəkəsi vasitəsilə satıla bilər.

Yumurta ayrıca olaraq növləri və kateqoriyaları üzrə taxta yeşiklərə aralarına yonqardan araqatı qoymaqla 4 cərgə, hərəsinə 360 ədəd, həmçinin, qabarıq apa-ratları olan büzməli karton yeşiklərə qablaşıdırılır. Yumurta üçün möhkəm, təmiz, quru, kifsiz və kənar qoxusuz taralar seçilir. Yonqar küknar ya da ağ şam ağacından, nəmliyi ən çox 15%, kifsiz və kənar qoxusuz olmalıdır. Pəhriz yumurtaları və təzə yumurtalar, həmçinin ölçüləri yumurtanın kateqoriyasına uyğun gələn karton qutu-larda hərəsinə 10 ədəd olmaqla qablaşdırıla bilər. Karton qutunun hər iki tərəfinə etiketlər yapışdırılır, onlarda müəssisənin adı ıə ya malın nişanı, yumurtanın növü və kateqoriyası, onun çeşidlənmə tarixi göstərilir. Qabığı çirklənmiş yumurtalar növlərə və kateqoriyalara ayrılıb qablaşdırılır və qutunun baş tərəfinin sağ aşağı küncünə "çirklənmişlər" sözü yazılır.

Hər bir pəhriz yumurtası zərərsiz rənglə qabığında nişanlanır:

I kateqoriya yumurtalar - qırmızı rənglə,

II katoqoriya yumurtalar - göy rənglə.

Nişanlanma ştampında yumurtlama günü və ayı həmçinin, yumurtaların kate-qoriyaları göstərilir. Yumurta doldurulmuş qutular soyuducuda taxta aparatlar üzə-rində yerləşdirilib, hər dörd sıradan bir aralarına araqatı qoyulmaqla yığılmalı və 1,3- 2,3 0C temperatur, 85-88% nisbi rütubət şəraitində saxlanılmalıdır.

Yumurtaların yığılması, daşınması, yuyulması və çeşidlənməsi üçün avadanlıq. Quşçuluq təsərrüfatı sənaye əsaslarına keçirildikdən və torlu maili döşəməsi olan mexanikləşdirilmiş yuvalar tətbiq edildikdən sonra yumurtaların yığılması və daşın-ması üçün axın xəttinin yaradılması mümkün olmuşdur.

Yumurtaların yığılmasının və daşınmasınınaxın xətti mexanikləşdirilmiş yuvalardan, lentli yumurta transportyorlarından və qəbuledici-yığıcı stollardan ibarətdir.

İri quşçuluq fabriklərində və quşçuluq fermalarında quş damlırından yığılmış yumurtalar əsas istehsal prosesləri mexanikləşdirilmiş yumurta anbarlarına daxil olur. Yumurtaların quş damından yumurta anbarına daşınması üçün transportyorlar və ya avtomobillər tətbiq edilir. Anbarda yaş üsulla təmizlənir, dezinfeksiya edilir, qurudulur, çeşidlənir, markalanır və qablaşdırılır.



M-4 yumurtayuyan maşını (şəkil 1.1) quşçuluq fabriklərində və 50-10 min başlıq yumurtlayan toyuq fermalarında yumurtanı yumaq, dezinfeksiya etmək və sonradan qurutmaq üçün tətbiq edilir. O, örtüklü gövdədən, vintli barabandan, şot-kalardan, ventilyatordan və intiqaldan ibarətdir. Çirkli yumurtalar giriş novuna verilir; orada yumurtaayırıcı vasitəsilə fırlanan kobud təmizləmə kapron şotkası boyunca hərəkət etdirilən vintli barabana yönəldilir. Onun üzərinə tozlandırıcıdan susuzlaşdırılmış sodanın 2%-li məhlulu vurulur. Vintli barabanın sonunda yumur-ta, qurutma xəttinə hərəkət etdirilir, orada yumşaq quru şotka ilə silindr və fırla-nan disk lə lentli transportyora keçirilir, oradan yumurtaçeşidləyən maşına yönəl-dilir.

6

Şəkil 1.1. M-4 yumurtayuyan maşını:

1-disk; 2-sonsuzvint; 3-şotkalar; 4-transportyor; 5-ventilyator.-

Yuma xəttinin başlanğıcında çəndən dezinfeksiyaedici məhlulun verilməsi nəzərdə tutulmuşdur. M-4 maşınının intiqalı gücü 0,18 kVt olan elektrik mühər-rikindən qidalanır. Maşın bir saatda 1500 yumurtanı təmizləyir.

Təmizlənmiş yumurtalar çeşidləyici maşına verilir.

MSƏ yumurtaçeşidləyən maşın (şəkil 6.15) yumurtaları kütləsinə görə üç kateqoriyaya ayrılır. Pəhriz yumurtaları 44 q-a qədər xırda, 44-dən 58 q-a qədər ikinci kateqoriya, 58 q və ondan ağırlar birinci kateqoriyaya bölünür. Uyğun olaraq xörək yumurtaları da kutləsinə görə çeşidlənir: xırdalar 40 q-a qədər, ikinci kateqoriya 40-47 q və birinci kateqroriya 47 q və daha böyük.

6

Şəkil 1.2. MSƏ-1 yumurtaçeşidləyən maşını:

1-yükləmə stolu; 2-verici transportyor; 3-ovoskop; 4-tərəzi mexanizmi;

5- paylaşdırıci mexanizm.


Maşının iki özü idarəolunan xətti vardır. Yumurtalar yükləmə stoluna (1) əl ilə verilir. Diyircəklər üzrə hərəkət edərək onlar böyük oxları ilə üfiqə səmtlənir və ovoskopun (3) altından keçir, orada operator tərəfindən yoxlanılır. Transportyorda yumurtalara baxış şəraitini yaxşılaşdırmaq məqsədilə güzgülü qaranlıqlaş-dırıcı sipər quraşdırılmışdır.

Qüsurlu (ləkəli, sınığı olan və s.) yumurtalar əl ilə seçilir, qalanlar isə əvvəlcə tərəzi qurğusuna və sonra isə markalayıcı mexanizmə yönəldilir; həmin mexanizm hər bir yumurtaya kateqoriyasını və emal tarixini vurur. Sonra nişanlanmış yumur-talar novla lentli transportyora verilir və yığım stoluna çatdırılır; oradan yumurtalar əl ilə qablara yığılır və istehlakçılara göndərilir. İri quşçuluq fabriklərində yumurtalar yiğım stolundan xüsusi göz-göz işlək orqanlarla qablara paylaşdırılır.

Yumurtaçeşidləyən maşının tərəzi qurğusu zərbə və titrəyişlərə çox həssasdır, ona görə maşın tarazla dəqiq qurulmalı və özül üzərində yaxşı bərkidilməlidir. Maşının məhsuldarlığı saatda 9 min yumurtadan ibarətdir. Ona 6 fəhlə xid-mət edir.

İri quşçuluq fabriklərində LOƏ tipli yumurta emalı xətləri tətbiq edilir.


2. İnkubatorlar.

İ n k u b a t o r yumurtadan cavan kənd təsərrüfatı quşlarının-cüçələrin çıvrıl-ması üçün nəzərdə tutulmuşdur. Onlar havanın dəyişdirilməsi, nəmləndirilməsi, temperatur rejimi və məsafədən nəzarət üçün avtomatik sistemlərlə təchiz edilir. İn-kubasiya prosesində yumurtanın daxilində yumurta ilə ətraf mühit arasındakı istilik, nəmlik və hava mübadiləsi ilə əlaqədar rüşeymin inkişafının mürəkkəb bioloji pro-sesi baş verir.

İnkubator-quşçuluq stansiyaları və quşçuluq fabrikləri "Universal-50" və "Universal-55" tipli müasir inkubatorlarla təchiz edilir.

"Universal-50" inkubatoru iki ədəd müstəqil maşından: bir gövdədə üç eyni şkafı olan inkubasiya maşınından və ayrıca gövdədə yerləşdirilmiş çıxarıcı şkafdan ibarətdir.

İnkubasiya şkaflarında yumurta dolu təknələr valda quraşdırılmış döndərici barabanlara qoyulur. "Universal-50" inkubatornun təknəsi 120 toyuq, ya da 90 ördək yumurtası, "Universal-55": inkubatorununku isə 156 toyuq, ya da 116 ördək yumurtası tutur. Şkaflar ağac panellərdən yığılmışdır. Şkafın qabaq hissəsində kilidli ikilaylı qapı quraşdırılmışdır.

Barabanların fırlanma tezliyi 0,0045 san-1 olub, təknələri 450-yə qədər meyl etdirməyə imkan verir. Barabanlar elektrik mühərrikindən, sonsuzvint reduktorun-dan, sonsuzvintdən və diskli sektordan ibarət olan intiqal mexanizmi (şəkil 1.3) ilə hərəkətə gətirilir. İntiqal inkubatorun arxa divarcığında quraşdırılmışdır. İntiqal me-xanizminin idarə olunması avtomatlaşdırılmışdır. Lazım gəldikdə baraban dəstəyin köməyilə əl ilə döndərilə bilir. Təknələr qoyulduqda və ya çıxarıldıqda barabanlar üfiqi vəziyyətə gətirilir.


6

Şəkil 1.3. Barabanın intiqal mexanizmi:

1-çərçivə; 2-elektrik mühərriki; 3-sonsuzvint reduktoru; 4-yumrucuqlu mufta; 5,10-vallar; 6-lövhə; 7- sonsuzvint; 8-dəstək; 9-dişli sektor

Hər bir şkafın içərisində hava dördpərli, fırlanma tezliyi 4 san-1 olan kiçik sürətli ventilyatorla dövran etdirilir. Təmiz hava şkafın arxa panellərindəki deşik-lərdən daxil olur, işlənmiş hava isə üst panellərdəki deşiklərdən çıxarılır. Hava daxil olan deşiklərin qapaqları əl ilə qurulur, çıxış deşiklərində isə onlar avtomatik tənzim edilir. Şkafın arxa və üstpanellərində avtomatik qurulan, hava gələn və çıxan soyuducu qapaqlar quraşdırılmışdır. Hava şkaflarda ümumi gücü 2 kVt olan iki cüt lentli elektrik qızdırıcıları ilə qızdırılır. "Universal-55" inkubatorunda isə iki bağlı tipli boruşəkilli elektrik qızdırıcısı tətbiq edilmişdir. Havanın temperaturu "Univer-sal-50" inkubatorunda membran vericili iki rele və "Universal-55" inkubatorunda platin müqavimət termometri ilə tənzim edilir.

Hava ventilyatorla bir valda fırlanan, disk parça rütubətvericinin səthindən buxarlanan su ilə nəmləndirilir. İnkubasiya rejiminə şkaflarda yerləşən cihazlarla nə-zarət edilir.

"Universal-55" inkubatoru "Universal-50" inkubatorundan yaxşı cəhətlə-rinə görə fərqlənir: yumurta yerlərinin sayı çoxdur, yüksək, yüksək istilik izolya-siyasına malikdir və şkafları germetikdir. Orada yüksək səmərəli, inersiyasız nəmləndiricilər tətbiq edilmiş, kameranın həcmi üzrə temperaturun və nəmliyin daha yüksək dərəcədə bərabərliyinə nail olunmuşdur. "Universal" tipli inkubatorların texniki xarakteristikaları 1.1.-ci cədvəldə verilmişdir.

İnkubatorun mexanizm və avadanlığına xidmət işləri görüldükdə aşağıdakı qaydalara riayət edilməlidir. Sistematik olaraq valda barabanları bərkidən boltların etibarlı bərkidilməsi, kilidlərin və arxa dayaq lövhələrin bərkidilməsi və sazlığı yoxlanmalıdır; elektrik mühərrikindən ventilyatora olan qayışın düzgün tarımlan-masına diqqət yetirmək lazımdır; belə ki, ventilyatorun hətta qısa müddətdə dayan-ması yumurtaların xarab olmasına, çıxarıcı şkafda isə cücələrin tələf olmasına səbəb ola bilər. Müntəzəm olaraq solenoid klapanının işi yoxlanmalı və elektrik mühər-riklərinin həddən artıq qızmasına, həmçinin, qasnaqların və muftaların vurmasına yol verilməməlidir. Yumurtaları döndərmə mexanizminin idarəetmə lövhələri bağlı halda saxlanılmalıdır. Döndərmə mexanizmi yoxlanıldıqda üc açarlarının işlənmə-sinə diqqət yetirilməlidir. Baraban 450 maillik bucağına və ya üfiqi vəziyyətinə çatdıqda mühərrik dayandırmalıdır. Termometrlərin və psixrometrlərin sazlığı və dəqiqliyi yoxlanmalıdır. Psixrometrləri doldurmaq üçün yalnız distillə edilmiş sudan istifadə olunmalıdır.

Mövsümdə bir dəfə barabanların reduktorunun gövdəsində yağ dəyişdirilən və mövsümdə bir dəfədən az olmayaraq sonsuzvint və sektorun, dişləri, həmçinin, dayaq və köndələn valların yastıqları yağlanır.


Cədvəl 1.1. "Universal" tipli inkubatorların texniki xarakteristikaları

Göstəricinin adı



İnkubator üçün göstəricinin qiyməti

"Universal-50"

"Universal-55"

İnkubasiya şkaflarının miqdarı

3

3

Çıxarıcı şkafların miqdarı

1

1

Şkafların ümumi tutumu (toyuq yumurtalarına hesabla) ədəd

51688

56000

O cümlədən:







İnkubasiya yumurtaları

44304

48000

Çıxış yumurtaları

7384

8000

Barabanın fıplanma tezliyi, san-1

0,0045

0,0045

Zaman relsi ilə barabanın 900 bucaq qədər dönmə vaxtı, saat

1

1

Barabanın şaquli oxdan maksimal maillik bucağı, dərəcə

45

45

Temperatur relesinin vericiləri

Membran tipli

Platin müqavimət termo-metri

Rütubətlik relesinin vericiləri

Biskoz lent

Tənzimlənən maqnit baş-lıqlı kontakt termometri

Temperaturun avtomatik saxlanılması diapazonu (+0,20C) 0C

36-39

36-39

Nisbi nəmliyin avtomatik tənzimlənmə diapazonu (+3%), %

40-75

40-80


Ventilyatorun fırlanma tezliyi, san-1

4

4

Tələb olunan güc,kVt

10,00

10,00

Köndələrin qabaritləri, mm: inkubasiya üçün

5340x2475x2200

5155x2700x2216

Çıxarıcı üçün

2095x2535x2200

1704x2700x2216

Kütləsi, kq

4050

3800

Kvartalda bir dəfədən az olmayaraq inkubasiya şkafları dezinfeksiya edilir. Cücələrin hər bir çıxımı qurtardıqdan sonra şkaflar tükdən və çirkdən təmizlənir, inkubatorun təknələri, stajerləri və döşəməsi isə yuyulur. İnkubator uzun müddət işləmədikdə onu konservasiya edirlər.

İnkubatori içərisində yumurtanın inkubasiyası və cavan quşların çıxarılması üçün lazım olan inkubatorlar və bütün avadanlıqlar quraşdırılmış binadan ibarətdir. İnkubatori quş damlarından və təsərrüfatın başqa obyektlərindən təcrid edilmiş halda yerləşdirilir, onun etibarlı və keyfiyyətli elektrik təchizatı olmalıdır. Elektrik enerjisi ilə təchizatda fasilə olan hallarda ehtiyat elektrik stansiyası nəzərdə tutulur.

İnkubatori binası quru, təmiz olmalı və havasının temperaturu 18-22 0C həd-dində tənzim edilən mikroiqlimdə olmalıdır. Onlara inkubasiya və cücəçıxarma zalları, yuma otağı və yumurta anbarı daxil edilir.

İnkubatoridə işləri xüsui briqada yerinə yetirir. Növbətçi operator gecə-gündüz inkubatorlara nəzarət edir.

İnkubasiya üçün yumurta yumurtlanan günü inkubatorinin yumurta anbarına gətirilir, orada çeşidlənir və germetik kamerada formaldehid buxarı dezinfeksiya edilir. İnkubasiya prosesinə baxılır və inkubasiyaya qoyulduqda közərmə lampasından və gözcüklü tutqun örtükdən ibarət olan ovoskopun köməyilə seçilib ayrılır. Operator yumurtanı gözcüyə yaxınlaşdırıb onun vəziyyətini müəyyənləşdirir. İri inkubatorilərdə yumurtalara təknələrdə baxmaq üçün SMU tipli ovos-kopu olan yiğım stollarından istifadə olunur.

İnkubatorinin daxilində yumurta və ya cücə dolu qablar, təknələr və digər yüklər əl arabacıqlarında daşınır. Birgünlük cavan quşları (cücələri, hinduşkaları, ördəkləri və qazları) və inkubasiya yumurtalarını daşımaq üçün avtofurqon nəzərdə tutulmuşdur. Onun kuzovunun içərisində bir neçə yarusda yeşiklər qurulur ki, onların da içərisinə cücə dolu qablar və ya yumurta dolu araqublar yerləşdirilir. Furqonun kuzovunda qışda hava qızdırılır, yayda isə soyudulur. Bu halda temperatur, şkalası sürücünün cihazlar lövhəsinə çıxarılmış distansiya kontakt termometri ilə nəzarət edilir. Bir ədəd avtofurqon 500 min yumurtlayan toyuğu və ya 500 min broyleri olan təsərrüfata xidmət edə bilir.

Quşçuluq fermasında iqtisadi cəhətdən məqsədəuyğun maşınlar sistemini seçmək üçün bir neçə variantda texnoloji xəritələr hazırlanır. Onlarda quşun növü, saxlanılma və yemləndirilmə texnologiyası, ayrı-ayrı istehsalat binalarının tutumu müəyyən edilir; istehsal prosesi əməliyyatlarının siyahısı müəyyənləşdirilir; nor-malar əsasında gündəlik və illik işlərin həcmi təyin edilir; saatlıq məhsuldarlıqları, mühərriklərinin gücü, gündə və il ərzində maşının iş saatlarının miqdarı, xidmətçi heyətin miqdarı göstərilməklə maşın və avadanlıqların axın texnoloji xətti seçilir, illik əmək sərfini, kapital qoyuluşunu, illik istismar xərclərini təyin edirlər.

Texnoloji xəritənin iqtisadi göstəricilərinin təhlili nəticəsində 1 min ədəd yu-murtaya və ya 100 kq ətə müstəqil əmək məsrəfləri və istismar xərcləri hesablanır. Texnoloji xəritələrin müxtəlif variantları müqayisə edilərək daha faydalı ma-şınlar sistemi və avadanlığın optimal iş rejimi tapılır.


Yüklə 6,61 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə