M ü h a z I r ə №1 heyvandarliq fermer təSƏRRÜfatinin istehsalat prosesləRİ p L a n



Yüklə 6,61 Mb.
səhifə14/16
tarix11.04.2018
ölçüsü6,61 Mb.
#37978
1   ...   8   9   10   11   12   13   14   15   16

3. Quşların kəsilməsinin və emal edilməsinin mexanikləşdirilməsi

İstehsal prosesinin texnologiyası. Quşların kəsilməsinin və emal edilməsinin texnoloji xətti (şəkil 6.17) keyləşdirmə, kəsmə və qansızlaşdırma, tükdən təmizlən-mə, içalatın təmizlənməsi, yuyulması, cəmdəklərin çeşidlənməsi və qablaşdırılması, həmçi-nin soyudulma və saxlanılma sahələrindən ibarətdir. Texnoloji xəttin bütün sahələri asma fəza konveyeri ilə bir-birilə əlaqələndirilmişdir.

Kəsilməyə daxil olmuş quş konveyerin asqılarında (1) bərkidilir və sonra nəql etdirildikdə elektriklə keyləşdirmə aparatına (2) verilir. Elektriklə keyləşdirildikdən 30 saniyə keçməmiş quş təknə(3) üzərində əl ilə öldürülür və 2 dəqiqə ərzində qanın axmasına imkan verilir. Sonra quş aparata (4) daxil olur, orada 2 dəqiqə ərzində temperaturu 51-54 0C olan su ilə emal edilir. Bundan sonra ləyənin çıxa-rılması üçün billi maşına (5) gətirilir, oradan aparata (6) daxil olur və 30 saniyə ərzində temperaturu 59-63 0C olan su ilə yuyulur.

Asma konveyerin 7 nöqtəsində quş cəmdəkləri yenidən asılıdır,başları bərki-dilir və ikinci billi maşına (8) verilir, orada quşun qanadlarının uclarında, boynunda və başında qalan tüklər təmizlənir. Konveyerin sonrakı hərəkəti zamanı təknənin (9) üzərində cəmdəklərdə qalan tüklər əl ilə təmizlənir, qalan sapaoxşar tüklər qazla ütmə kamerasında (10) təmizlənir.

11 stol üzərində cəmdəklərin içalatı yarı təmizlənir, sonra onlar yuma kame-rasına (12) verilir və 30 saniyə ərzində temperaturu 18-20 0C olan su ilə yuyulur. Yuyulmuş cəmdəklər çeşidlənmə, nişanlanma və qablaşdırılma üçün 13 stoluna veri-lir, sonra isə soyudulmaq və saxlanılmaq üçün anbara göndərilir.


6
Şəkil 1.4. Quşların kəsilməsinin emal edilməsinin texnoloji xətti:

1-asma konveyer; 2-elektriklə keyləşdirmə aparatı; 3-kəsmə və qanın yıgılması təknəsi; 4-istiliklə emal aparatı; 5,8-billi maşınlar; 6-qaynar suya salma aparatı; 7-asqı nöktəsi; 9-qalan tükləri əl ilə yolma təknəsi; 10-qazla ütmə kamerası; 11-içalatın yarıtəmizlənmə stolu; 12-yuma kamerası; 13-çeşidləmə və qablaşdırma stolu; 14-tarımlama stansiyası; 15,16,17-sorucu cətirlər


Su quşlarının kəsilməsi və emal edilməsi də həmin texnoloji ardıcıllıqla apa-rılır. Bu halda ördək və qazların qansızlaşdırılma müddəti 2,5 dəqiqəyə qədər artırılır və istiliklə emal zamanı suyun temperaturu 75-80 0C-yə qədər qaldırılır. Su quşları cəmdəklərindən tüklər ardıcıl olaraq bir neçə maşında təmizlənir. Əgər emaldan sonra cəmdəklərdə tük və ləkələr qalarsa, onlar əl ilə yolunur və mum kütləsi ilə son təmizləmə aparılır.

Quşun kəsilmə və emalı xətlərinin avadanlığı. Sənayemiz tərəfindən buraxı-lan quşlar üçün kəsim xəttinin texnoloji avadanlığı üç qrupa bölünür: məhsuldar-lıqları dəqiqədə 60, 125 və 250 başa qədər olanlar.

Kəsim xəttinin avadanlıqları komplektinə asma konveyer, quşların elektrik cərəyanı ilə keyləşdirilməsi üçün apparat, kəsmək və qanı yığmaq üçün təknə, isti-liklə emal aparatı, billi maşın, qaynar suya salmaq üçün apparat, əl ilə qalan tükləri yolmaq üçün təknə, qazla ütmə kamerası, yuma kamerası, içalatı yarımçıxarmaq və çeşidləmək üçün stollar daxildir. Quşun kəsilmə və emalı istehsal xətlərinin üçünün də eyni tipli, lakin müxtəlif komplektli avadanlıqları vardır.



A s m a k o n v e y e r ə (şəkil 1.5) karetka və asqıları olan dartı zənciri, uzunluğu 93 m olan asma rels və intiqal stansiyası daxildir. Yumrubəndli dartı zənciri diyircəklərdə hərəkət edən karetkaya bərkidilir. Hər iki karetdan bir asqı quraşdırılmışdır. Konveyerin cəmi 510 karetkası və 170 asqısı vardır. Asqılar quşun başını və ayaqlarını bərkitmək üçün tərtibatla təchiz edilmişdir; quşların yellənmək qarşısını almaq üçün isə zəncirlə bir-biri ilə əlaqələndirilmişdir. Asqıların hərəkət sürəti 0,08 m/saniyədir.

Transportyorun intiqalı elektrik mühərrikindən, sonsuzvint reduktorundan və pazvarı qayış ötürməsindən ibarətdir. İntiqal qasnağı reduktorun valına civi ilə bərkidilmişdir, mümkün olan artıq yüklənmələrdə o, kəsilir və transportyorun sın-masının qabağını alır.


6

Şəkil 1.5. Quşun kəsilməsi və emalı axım xətti konveyerinin asqısı:

1-ayaqların bərkidicisi; 2-başın bərkidicisi; 3-asqı; 4-birləşdirici zəncir; 5- asqı zənciri; 6- dartı zənciri; 7- diyircək; 8- karetka; 9- asma rele.



Şəkil 6.19. Quşu elektrik cərəyanı ilə keyləşdirmə aparatı:

1-özül; 2- ğövdə; 3- kontakt bölmələri; 4-hündürlüyü tənzimləyən vint.





Elektrik cərəyanı ilə keyləşdirmə aparatı (şəkil 1.6) gövdədən (2), özül-dən (1) və elektrik avadanlığından ibarətdir. Yüksək gərginlikli kontakt bölmələri (3) gövdə daxilində yerləşdirilir və farfor izolytorlarda qoyulmuşdur. Gövdə vintin kö-məyi ilə boruşəkilli özülə nəzərən hündürlüyə görə öz vəziyyətini dəyişə bilir. Aparatın elektrik avadanlığı gövdədə quraşdırılmış şkafda yerləşdirilmişdir. Elektrik avadanlığının işinə siqnal lampaları ilə nəzarət edilir. Elektrik avadanlığının əsas hissəsi yüksəldici transformatordur (220 V-dən 650, 750, 850 və 950 V-yə qədər). Gərginlik çevirgəcin köməyi ilə dəyişdirilir. Broylerlər 650-750 V gərginlikdəə. İri yaşlı toyuqlar isə 850-950 V gərginlikdə cərəyanla keyləşdirilir. Elektriklə keyləş-dirmə aparatının gövdəsi üzərində iki tənzimlənən istiqamətləndiricilər quraşdırıl-mışdır. Onlara paslanmayan poladdan kontakt zolaqları qaynaq edilmişdir.

Keyləşdirmə prosesi belə gedir: quş konveyerin asqılarında bərkidilir və apa-ratın kontakt bölmələrindən keçir. Bu halda istiqamətləndirici, asqı, quşun bədəni və kontakt bölmələri vasitəsilə dövrənin qapanması baş verir. Cərəyanın təsiri ilə quş keyləşir.

Kəsmə və qanın yığılması üçün təknənin təmizlənən dayaqlarda qurulmuş altlığı vardır. Təknənin uzununa oxu boyu arakəsməsi, böyürlərdə isə açılan lövhə-ləri vardır. Konveyerin asqılarında bərkidilmiş quş cəmdəkləri təknənin sonunda dönməklə iki qarşıaxınla təknə üzərində hərəkət edir. Lövhələrin açıq vəziyyətində təknənin ölçüləri 4926 x 2230 x1580 mm-dir.

6

Şəkil 1.6. Quşu istiliklə emal aparatı:

1-dayaq; 2-asqı; 3-qapaq; 4-oxuna nasosu; 5-divarcıq; 6-cib; 7-barmaqlıq; 8-köpüksöndürən.
İ s t i l i k l ə e m a l a p a r a t ı (şəkil 1.6) gövdədən, köpüksön-dürəndən, oxuna nasoslardan, buxar kəmərindən və intiqaldan ibarətdir. oxuna nasoslar hərəinin həcmi 25 mq olan ciblərdə yerləşdirilmişdir. ciblərin üst hissəsində pəncərə düzəldilmişdir. nasos oradan cəmdəyi yuyan qızdırılmış su vurur. Yuma vaxtı əmələ gələn köpük, köpüksöndürücüyə yönəldilir, orada forsunkadan vurulan su ilə sön-dürülür. aparatdakı su ilə söndürülür.aparatdakı su üç ədəd səssiz suqızdlırıcılarda buxarla qızdırılır.
6
Şəkil 1.7. Billi maşın

1-baraban; 2-rezin billər; 3-tənzimlənən dayaq; 4-tava; 5-elektrik mühərriki;

6-pazvari qayışötürməsi; 7-ğövdə.
B i l l i m a ş ı n (şəkil 1.7) quş cəmdəklərindən tükü çıxartmaq üçün tətbiq edilir. O, iki ədəd qaynaq olunmuş gövdədən (7) və tənzimlənən dayaqlardan (3) ibarətdir. Hər bir gövdədəımoval rezin billəri (2) olan iş barabanı (1) fırlanır. Billərin ölçüləri barabana girişdə böyük, mərkəzdə - orta və çıxışda kiçikdir. Barabanın 96 böyük, 88 orta və 85 kiçik bili vardır. Barabanlar 6,2 san-1 tezliklə qarşıqarşıya fırlanır. Quş cəmdəyi onların arasınadək keçdikdə tük yolunur. Barabanların intiqalı pazvarı qayış ötürməsi vasitəsilə elektrik mühərrikindən icra edilmişdir. Maşının barabanlarının vəziyyətini enə və hündürlüyə görə dəyişən tənzimlənmə imkanı vardır.

Çıxarılmış tük billi maşının altında döşəmədə yerləşən nova düşür və su ilə tullantılardan istifadə sexinə nəql etdirilir.

Quşların tüklərdən təmizlənmiş cəmdəkləri billi maşından q a y n a r s u a p a r a t ı n a daxil olur. Aparat borulardan ibarət karkas üzərində yerləşdirilib qay-naq edilmiş gövdədən ibarətdir. Gövdənin yerləşmə vintli mexanizmlə tənzim edilir. Aparatın gövdəsinə yuxarıdan vəziyyətlərini hündürlüyə və enə görə tənzimləmə imkanı verən iki cüt istiqamətləndirici (yuxarıdakı - qanadlar üçün, aşağıdakı - baş üçün) bərkidilmişdir.

Q a l a n t ü k l ə r i ə l i l ə y o l m a q ü ç ü n t ə k n ə hündürlüyə görə təmzimlənən dayaqlar üzərində yerləşdirilmiş altlıqdan ibarətdir. Qalan tüklər təknənin hər iki tərəfindən əl ilə yolunur. Yolunmuş tük altlığı atılır, oradan qısaborulu vasitəsilə vaxtaşırı su ilə birlikdə təmizlənir.

İ ç a l a t ı y a r ı t ə m i z l ə m ə stolunun hündürlüyə görə tənzimlənən dayaqlarda quraşdırılmış altlığı vardər; bu, suyun axması üçün lazımi maillik yaradıl-masına imkan verir. Altlığın üstündə stolun hər iki tərəfinə mailliyi olan, asanlıqla çıxarılan qapaq qoyulmuşdur. Qapağın uzununa oxu boyu, tullantıları qapaqla altlığın yan divarcığı arasındakı yarıqdan yumaq üçün su dolu deşikli boru çəkilmişdir. Tullantılar altlıqdan yığıcıya verilir. İçalatın yarıtəmizlənməsi işini dörd qadın, stolun hər tərəfində iki nəfər olmaqla, əl ilə yerinə yetirirlər. Stolun ölçüləri 2700 x 820 x 1070 mm-dir.

Y u m a k a m e r a s ı hündürlüyə görə tənzimlənən dayaqlarda (5) quraş-dırılmış altlıqdan (4) ibarətdir (şəkil 1.7); belə dayaqlar suyun axması üçün lazımi maillik yaradılmasına imkan verir. Altlığın üstündə yan lövhələr (3) qoyulmuşdur. Onlara yastı şırnaq yaradan 44-forsunkalı su boruları bərkidilmişdir. Fəza konveyerinin hərəkəti zamanı cəmdəklər yan lövhələr arasında yuyulur. Yumadan sonra su altlığa və sonra qısaboru vasitəsilə kanalizasiyaya gedir.




6

Şəkil 6.20. Yuma kamerası:

1-asqı; 2-boru; 3-yan lövhə; 4-altlıq;

5-dayaq; 6- qısaboru.




Kameranın yerləşmə hündürlüyü və şırnağın verilmə bucağı elə tənzimlənir ki, şırnaq bütün cəmdəyi əhatə edir. Yuma kamerasının ölçüləri 2650 x 682 x 1640 mm-dir.

Quş cəmdəklərinin çeşidlərə ayrılması üçün olan stol paslanmayan polad və boru karkasdan düzəldilmiş döşənəkdən ibarətdir. Stolun ölçüləri 1250 x 800 x 800 mm-dir.

Quşun içalatının çıxarılması, başının, ayaqlarının və qanadlarının uclarının kəsilməsi üçün pnevmatik qayçılar, markalamaq üçün isə elektrik damğalı cihaz tətbiq olunur.



Tullantılardan istifadə edilməsi. Lələk və tüklərin tullantılarından zülali yem unu hazırlanır. Kəsim sexindən alınmış lələk, tük və tullantılar qazana doldurulur və su əlavə edilir. İş prosesi iki fazada gedir: hidroliz və xammalın sterilizasiyası, sonra alınmış kütlənin qurudulması hidroliz nəticəsində nəmliyi 45-53% olan boz rəngli sıyıqşəkilli kütlə alınır. Kütlə 9% nəmliyə qədər qurudulur, qazandan boşaldılır və soyudulur; sonra xırdalanır, ələnir, qablaşdırılır və qarışıq yem zavoduna göndərilir. Proses 7-9 saat davam edir.

Quşçuluqda istehsalın sənaye üsulları quş zılının çıxışının artmasına səbəb olmuşdur. Tədqiqatlar göstərmişdir ki, yüksək temperaturda qurudulmuş zılın daşınması rahatdır və o, uzun müddət saxlanıldıqda qida maddələri itmir. Zılı səna-yedə qurutmaq üçün baraban tipli quruduculardan istifadə olunur. Belə qurğulardan Rusiyada Moskva vilayətinin Qlebov quşçuluq fabrikində və Krasnodar diyarının Adler quşçuluq fabriklərində istifadə olunur.

Quruducu aqreqatın əsas yığma hissələrinə quruducu valsız baraban, odluq, inti-qal və dayaq vərdənələri, nəm zılın qəbul bunkeri, quruducu barabanı yükləyən maili transportyorlar, quru zılın bunker-yığıcısı və boşaldıcı qurğu daxildir. Qurudu-cu barabanın silindrinin daxili divarına qurutma prosesində zılın hərəkətini təmin edən spiral qaynaq edilmişdir.

İlkin materialın nəmliyi 60 % -ə yaxın olduqda aqreqatın məhsuldarlığı maye yanacağın sərfi 60 -70 kq olmaqla 1,0 -1,5 t/saat təşkil edir.



MÜHAZİRƏ № 11

FERMADA TEXNOLOJİ PROSESLƏRİN LAYİHƏLƏNDİRİLMƏSİ

P L A N

1. Fermaların layihələndirilməsi, haqqında ilkin məlumatlar.
2. Fermanın baş planının tərtibi.

3. Layihənin texnoloji hissəsinin əhəməyyəti.

G Ə N C Ə 2017

1. Fermaların layihələndirilməsi, haqqında ilkin məlumatlar və mülahi-

zələr.

Fermalarda əsaslı tikintilər onların layihələşdirilməsindən başlayır. Kənd təsər-rüfatı müəssisələrinin layihələşdirilməsi ümumdövlət xalq təsərrüfat planı əsasında aparılır. Kənd təsərrüfatı müəssisələrinin proekti nəzərdə tutulmuş tikintinin yerinə yetirilməsi üçün tələb olunan kompleks texniki sənədləşdirmə (izah edici yazılar, çertyojlar və sxemlər, iqtisadi və texniki hesablamalar, smeta v. s. formasında) işlə-nilir və təqdim olunur.

Tam kompleks layihə işi - layihə qabağı və layihə dövrlərinə bölünür. Layihə qabağı görüləcək işlər gələcək tikintilərin perspektiv və texniki layihə işləri ilə əlaqəli məsələlərini həll edir. Texniki-iqtisadi hesablamalar əsasənda layihələşdirmə üçün tapşırıqlar işlənilir və lazımı texniki axtarışlar aparılır.

Xüsusi layihə işləri bir qayda olaraq iki dövrə bölünür:

1) layihə üzrə tapşırıqlar;

2) ikinci - işçi çertyojlar.

Bəzi hallarda, layihələşdiricilərdə tikinti haqda kifayət dərəcədə texniki - iqtisadi faktorlar olduqda layihənin bir dövr (stadiya) üzrə aparılmasına icazə veri-lir. Uyğun tipik layihə olduqda fermanın layihələşdirilməsi istisna olaraq bir stadiyada aparılır.

Tikinti təşkilatçıları işi elə qururlar ki, işin başlanğıcında iqtisadçılar iştirak edirlər, sonralar işə tikinti işçiləri, texniklər, zootexniklər, elektriklər, sanitariya işçi-ləri və b. qoşulurlar. Yalnız birgə yaradıcı mütəxəssis kollektivinin işi sayəsində yüksək keyfiyyətli layihə hazırlamaq olar.

Tikinti üçün layihə xərcləri dövlət xalq təsərrüfatı planına uyğun olaraq ayrılır.

Maliyyələşdirmə -kapital tikinti üçün layihə-smeta sənədlərinin təsdiqindən sonra Bank tərəfindən aparılır və nəzarət edilir.

Xüsusi müəssisələrədə (fermer v. s) layihə və tikinti layihələri üçün vəsait dövlət müəssisələrində aparılan ümumi qayda üzrə aparılır.

Layihə tapşırığının işlənilməsi və lazımı məlumatlar. Layihə tapşırığı üçün ilk dövr layihə işi sayılır. Onun məqsədi - tikinti üçün məqsədyönlü texniki -iqtisadi işləri əsaslandırmaq, bir neçə variant əsasında daha əlverişli layihənin müəyyən-ləşdirilməsi, tikinti və montaj, layihə işlərinin işlənilməsi gələcək istehsalat məntəqəsinin əsas texniki-iqtisadi göstəricilərini müəyyənləşdirməkdən ibarətdir.

Layihəyə sifariş verən, vəsaitə sərəncam verən şəxs sayılır. Dövlət tikinti müəssisələrində bu şəxs - sovxoz direktoru və ya trest müdiri sayılır. Müəssisənin layihələşdirilməsi üçün tapşırıq verən sifarişçi lazımı məlumatları verir. Bu tapşırıqlar sifarişçi tərəfindən tərtib olunur və o, özü bilavasitə proektin təşkilində iştirak edir, proektin işlənilməsində proekt təşkilatı, sifarişçinin maliyyə işi üzrə hissəni yerinə yetirir. Layihə üzrə tapşırıqlar perspektiv layihə əsasında tərtib edilir. Buraya əsasən aşağıdakı məlumatlar daxil edilir: tikintinin və ya məntəqənin yeri, məntəqənin istehsalat gücü, təsərrüfatda heyvandarlığın (quşçuluğun) perspektiv inkişaf planı, nəzərdə tutulan ixtisaslaşma, heyvanların saxlanma üsulu, naxırın tərkibi və məhsuldarlığı, tətbiq olunan yem payı, qəbul olunmuş gündəlik iş qaydası, yaxın beş ildə sahənin inkişafı nəzərə alınmaqla yem bazası haqda məlumat, hazır məhsulun yeri və təhvili üsulu kooperativləşdirmənin istehsalat xarakteri yanacağın növü və hazırkı vəziyyəti; tikinti məntəqələrinin həyata keçirilməsinin növbəliliyi, montaj və tikintinin qurtarması üçün tələb olunan müddət, işçilərin yaşayış şəraiti, layihələrin statiyalar üzrə miqdarı və layihələşdirmə üçün mütləq lazım olan məlu-matlar.

Layihə tapşırığının tərkib sxemi verilir. İzahatda aşağıdakı bölmələr aydın-laşdırılır: ümumi hissədə - ferma tikintisi altında olan ərazinin, əsas və yardımçı istehsalat sahələrinin əsas hissələrinin texnologiyası, istehsalat proseslərinin mexa-nikləşdirilməsi və avtomatlaşdırılması, arxitektor-tikintinin həlli; su ilə təminat və kanalizasiya, tikintinin texniki-iqtisadi effektliliyi və məqsəd-yönlülüyü; tikinti və montaj məntəqələrinin təqvim iş planı daxil olmaqla tikinti və montajın təşkili və s.

Layihə tapşırığının qrafik hissəsinə mərkəzi malikənənin general planı, tex-noloji proseslər, maşın və alətlərin sutkalıq iş qrafiki, elektroenerjiyə tələbat və bu-xarın, soyuğun, qaz və suyun xərclənməsi daxildir. Ayrı-ayrı ferma binalarının fasad və planı bir qayda olaraq masştabda 1:200, bölmədə 1:100, yaxud 1:50 olur.

Tikinti üçün lazım olan materiallar, montaj və onun təminatı cədvəl formasında verilir. Tikinti materialları üçün bu cədvəllər (yekun cədvəli maşın və alətlər üçün) spesifikasiya adlanır.
7-01
Şəkil 1.1. Layihə tapşırığının təxmini tərkibi.
Fermanın general (baş) planının layihələşdirilməsi.

Bütün istehsalat və köməkçi tikintilərin əlaqədar yerləşdirilməsi, yollar, yaşıl-lıqlar, mühəndis-texniki işlər və s. layihə tapşırığının qrafik hissəsi fermanın baş planı adlanır (mərkəzi şöbə, sahə və s.). Layihənin baş planının mühüm prinsipi ondan ibarətdir ki, heyvandarlığın məhsuldarlığının yüksəldilməsi; məhsulun maya dəyərinin aşağı salınmasında bütün kompleks faktorlar nəzərə alınsın.

Fermanın yerləşdirilsməsi üçün sahənin seçilməsi, təsərrüfatın təsərrüfat-təşkilat quruluşu ilə əlaqədar olmalıdır. Ferma ittifaq magistrat yolundan 200 m-dən az olmayaraq, respublika nəqlityat yolundan 100 m-dən yaxın olmayan məsafədə yerləşdirilməlidir.

Ferma tikintilərinin yaşayış məntəqələrindən və bir-birindən aralı olması 7.1. saylı cədvəldə verilir.

Ayrı-ayrı tikintilərin yerləşməsi tələb olunan texnologiyanın tələbinə uyğun yerləşdirilməli və fermanın vahid texnologiya sisteminə uyğun olaraq əlaqələn-dirilməlidir.

Cədvəl 1.1. Oda davameliliqdan asılı olaraq yanğın əlehinə olan

binalar və qurğular arasında məsafələr, m


Binanın odadavamlılıq dərəcəsi

Qonşu binanın odadavamlılıq dərəcəsindən asılı olaraq aralar

II

III

IV və V

II

10

12

16

III

12

16

18

IV və V

16

18

20

7.2 saylı şəkildə (a, b) misal üçün Ukrayinanın Elmi-tədqiqat heyvandarlıq institutunun "Kutuzovka" təcrübə təsərrüfatında iri buynuzlu qaramal fermasının tikintilərinin yerləşdirilməsi sxemi verilir.




7-02
Fermanın layihələndirilməsində onların əraziyə buraxılması və daxil olması üçün nəzarət-buraxılış məntəqəsinin yerləşdirilməsi də nəzərdə tutulur. Onlar təsa-düfi epizootoloji tədbirlərə xidmət edən işçilərin ayaqqabilarinin, xüsusi geyim paltarlarının, fermaya daxil olan nəqliyyatın təkərlərini dezinfeksiya üçün nəzərdə tutulur. Giriş və çıxış yerləri barı kimi çəpərlərin, onun eni, girişin eninə uyğun olmalı; uzunu - 1,0 - 1,5 m və dərinliyi 0,10-0,12 m.

Dezinfeksiya olunan yerin mərkəzi döşəməsində soyuq vaxtlarda dezinfeksiya edici maddələrin isindirilməsi üçün isindirici boru yerləşdirilir.

Hər fermanın ərazisində tipik baytarlıq məntəqəsi və apteki, izolyatoru, lazım gələrsə kəsim meydançası və biotermiki arx yerləşdirilməlidir. Fermada bu məntə-qələrin yerləşdirilməsi baytarlıq və sanitar nəzarət orqanları ilə razılaşdırılmalıdır.

Ferma üçün ayrılmış sahə düz olmalı, yaxşı olar ki, cənub tərəfi yağış və sel suların axması üçün nisbətən maili olsun. Həyətin qabarıq tərəfini tikintinin cənub tərəfinə çevirmək məsləhət görülür. Qrunt suları 2 m-dən yuxarı olmamalıdır.

Baş planda istehsalat tikintilərinin işıqlandırılması, üstünlük təşkil edən küləyin istiqaməti qrafikdə göstərilir. Planlaşdırılan rayonların fermaları üçün 500 şimal dairəsi, tikintinin istiqaməti şimali cənub, cənub dairəsi - 500 - şərqdən qərbə, im-kan daxilində bu dəyişiriklik - 450 olur. Planda giriş ferma daxili yollar, su xətti, kanalizasiya, elektrik xətləri, telefon qovşağı və s. göstərilir. QOST-da ("Kənd təsər-rüfatı müəssisələri və yaşayış yerlərində tikintinin yanğına qarşı normativlər" BSN-01-58) layihələşdirmə zamanı xüsusi çap olunmuş normativ və təlimatda yanğına qarşı təlabat nəzərə alınmalıdır.

7-03

İşçi çertyöjlar. İşçi xətti - layihə işlərinin ikinci dövrü sayılır. Bu təsdiq olun-muş layihə tapşırıqları əsasında işlənilir. Layihənin bu stadiyasının məqsədi ferma-larda tikinti və montaj işlərinin xətlərinin çəkilişini təmin etməkdən ibarətdir.

Sifarişçi xəttin işlənilməsinə başlamaqdan əvvəl rayonların "Kənd təsərrüfatı texnikası" və başqa müəssisələrinin sifarişi, layihə tapşırıqlarında nəzərdə tutulmuş tapşırıqlar və s təsdiq olunmuş sənədlər layihə təşkilatlarına təqdim edir.

İşçi xəttini tərtib edən zaman (şəkil ) baş planda, ayrı-ayrı tikinti məntə-qələrin əlaqələndirilməsi, işıq, külək, injener kommunikasiyası yeri və s. Dəqiq-ləşdirilir.

Tapşırıqların planlaşdırılması tapşırığı istehsalat xətlərinin texnoloji tələb-lərinə uyğun olaraq aparılır.


Elektromexanikləşdirilmiş fermada layihənin texnoloji hissəsinin mahiy-yəti.

Texnologiya elektromexanikləşdirilmiş fermanın layihəsinin əsas və vacib his-səsini təşkil edir. İşin işlənilməsi və mahiyyəti elektromexanikləşdirilmiş iri buy-nuzlu qaramal ferması layihəsinin misalında texnoloji hissənin layihələşdirilməsi göstərilir.

Layihələşdirmə işi dövrü qabağı tikintinin texniki-iqtisadi gedişinin əsas-landırılması, təsərrüfatda fermanın istehsalat istiqaməti müəyyənləşdirilir. Burada bitkiçilik məhsullarının istehsalı, onların fermaya daxil olması, həmçinin fermada heyvandarlıq məhsullarının işlənilməsi və s. müəyyənləşdirilir.

Ferma istiqamətinin texnoloji sxeminin müəyyənləşdirilməsi və dəqiqləşdi-rilməsi döqründən sonra, layihənin əsas texnoloji hissəsinin göstəricilərinin öyrənil-məsinə başlanılır. Sxemdə ət, süd istehsalı üzrə texnoloji istiqamət, ayrı-ayrı heyvan qruplarının quruluşunun hesablanması və s. müəyyənləşdirilir: inəklər (sağılan, boğaz -südünü qurutmuş düyə), 10-60 günlük buzov, 2-4 aylıq cavanlar (4-dən 7-8 aylıq və yuxarı yaşlı), illik sürü dövrüyəsi cavanların südlük və ixtisaslaşmış fermalarda yerləşməsindən asılı olaraq iki variantda tutulur.

Südlük naxırın saxlanması üsulu tam dəqiqləşdirilir. Bu, bağlı və bağsız üsulda ola bilər (qalın döşəmədə yaxud döşəməsiz). Malın bağsız üsulda saxlanması yalnız fermada zootexniki-təşkilatı tədbirlər aparıldıqda tətbiq olunur.

Fermanın sahəsi müəyyənləşdikdən sonra təsərrüfatda baş plan ərazisində yer-ləşdirilməsinə başlanılır. Fermanın lazım olan miqdarda inək pəyəsi, südsağım tikintisi, yem hazırlayan sex, süni mayalama məntəqəsi, doğum şöbəsi, izalyator, buzov və cavanlar damı daxil edilir.

Tikintiləri yerlşdirən zaman çalışmaq lazımdır ki, imkan daxilində zootex-niki-sanitar tədbirlərin və yanğına qarşı tədbirləri həyata keçirmək mümkün olsun. Bunlardan sonra yardımcı sahələr, qaba yem və döşəmə ambarları, yeraltı silos, peyin anbarı, yanğın ləvazimatı, gəzinti həyəti və s. yerləşdirilir.

İllik yemə və döşəməyə olan tələbat qış və otlaq dövürləri üçün ayrılıqda tərtib olunr. Sutkalıq yem və döşəməyə olan tələbatla əlaqədar olaraq ferma üzrə orta illik inəyin yemə olan tələbatı müəyyənləşdirilir. Peyinin yığılması yeri və sahəyə daşınması müəyyənləşdirilir. Texnoloji ehtiyac və yanğın təhlükəsizliyinə qarşı suya olan ehtiyac hesablanır.

Layihənin texnoloji hissəsi ferma və tikinti layihəsinin texnoloji şərtləri və ferma və tikinti layihəsinin texnoloji şərtləri və normalarına uyğun olaraq işlənilir.

Beləliklə layihənin bu hissəsi, təsərrüfatın texnoloji istiqaməti üzrə məlumat-ları qruplaşdırır. Bunlar fermanın istehsalat axım xətti işlənilməsinə xidmət edəcəkdir. İqtisadi əsaslandırılmış optimal variantın seçilməsi üçün layihənin bir neçə variantını işləmək məsləhət görülür.


Yüklə 6,61 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə