M fəLSƏFƏ, onun meydana gəlməsi, predmeti, elmlər sistemində yeri



Yüklə 363,25 Kb.
səhifə11/91
tarix11.09.2023
ölçüsü363,25 Kb.
#121619
1   ...   7   8   9   10   11   12   13   14   ...   91
Muhazire fəlsəfə

Klassik mərhələ. Qədim yunan fəlsəfəsinin bu mərhələsi insana doğru dönüş ilə səciyyələnir, insanın kosmosda yeri və məqsədi haqqında yeni təsəvvürlər formalaşır. Bu mənada sofistlərin (müdriklik müəllimi) insan və şüur mövzusu əhəmiyyətli yer tutur.
Sofizmin əsas nümayəndələrindən Protaqor və Qorqiy adlarını çəkmək olar.
Sofizmin əsas prinsipi Protaqor tərəfindən belə ifadə olunmuşdur: “İnsan hər şeyin-mövcud olan və mövcud olmayan bütün şeylərin ölçüsüdür”.Onun fikrincə insana xoş olan hər şey yaxşıdır, əzab verən isə pisdir.
Sokratın fəlsəfi baxışları. Klassik dövr fəlsəfəsinin ən görkəmli nümayəndələrindən biri Sokrat idi. Sokrat (e.ə. 469-399) qədim dünyada hikmətlilik təcəssümü, müdriklik nümunəsi kimi tanınmışdır. Buna baxmayaraq, o, özünü müdrik hesab etmirdi. Sokrat deyirdi ki, mən yalnız müdrikliyi sevən filosofam, “yalnız onu bilirəm ki, heç bir şey bilmirəm”. Sokrat fəlsəfədə idealizm mövqelərindən çıxış edərək deyirdi ki, “dünyanı hər şeyə qadir, hər yerdə mövcud olan, ən böyük Allah yaratmışdır”. Onun fikrincə, dünyanın əsası, onun mahiyyəti “ruhi prinsip”dən ibarətdir.
Sokrat fəlsəfəsinin əsasını insan problemi təşkil edirdi, onun mərkəzində isə insanın icmaya, cəmiyyətə, qanuna, allahlara münasibəti dururdu. Sokratın fıkrincə, fəlsəfə insanın dərk edilməsinə həsr olunmalıdır, bunun üçün, birinci növbədə gərək “insan özü-özünü dərk etsin”. Sokratın fikrincə, öz-özünü dərk insanın öz daxili dünyasını dərk etməsi deməkdir.
Sokratın insan haqqındakı fəlsəfi düşüncələrində əsas məsələlərdən biri də xeyirxahlıq və onun mahiyyəti haqqındakı fikirləridir. Onun nöqteyi-nəzərincə, xeyirxahlıq çox yüksək əxlaqi keyfiyyətdir. Xeyirxah insan səbrli, qeyrətli və ədalətli olur. Xeyirxah olmayan insan bu keyfiyyətlərə malik ola bilməz. Sokratın fikrincə, həqiqi mənəvi kamillik xoşbəxtliyi, gözəlliyi, eyni zamanda, insan üçün xeyirli olanları bilmək deməkdir. Bunları dərk etmək insana öz xoşbəxtliyinə nail olmaqda kömək edir. Sokrat belə hesab edirdi ki, xeyirxahlığa gerçəkliyi və öz-özünü dərk etmək qabiliyyətinə malik olan nəcib və alicənab insan nail ola bilər. Sokrat yaşadığı dövrün və mövcud hakimiyyətin qanunsuzluqlarına və ədalətsizliklərinə qarşı həmişə öz kəskin etirazını bildirirdi. Onu düşündürən başlıca məsələ qanunlara ciddi əməl edilməsi və dövlətin bacarıqla idarə olunması məsələsi idi. Sokrat belə hesab edirdi ki, dövlətə təcrübəli, səriştəli adamlar rəhbərlik etməlidir. O, dövlət başçısını gəmi kapitanı ilə müqayisə edərək deyirdi ki, gəmini müəyyən biliyə, təcrübəyə və vərdişlərə malik olan adamlar idarə edə bildiyi kimi, dövləti də bu kimi adamlar idarə etməlidirlər.
Sokrat özü aristokratiya dövlət hakimiyyəti formasının tərəfdarı idi. Sokrat gənclərin tərbiyəsini pozmaqda, allahsızlıqda, naturfəlsəfə ilə məşğul olmaqda ittiham edilərək e.ə.399-cu ildə ölüm hökmünə məhkum edilmişdir. O, həbsxanada zəhər içərək özünü öldürmüşdür.

Yüklə 363,25 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə