M fəLSƏFƏ, onun meydana gəlməsi, predmeti, elmlər sistemində yeri



Yüklə 363,25 Kb.
səhifə12/91
tarix11.09.2023
ölçüsü363,25 Kb.
#121619
1   ...   8   9   10   11   12   13   14   15   ...   91
Muhazire fəlsəfə

Platonun fəlsəfi baxışları. Antik yunan fəlsəfəsinin klassik dövrünün şöhrət tapmış filosoflarından biri də Platondur. Platonun (e.ə. 427-347) fəlsəfi yaradıcılığının formalaşmasına pifaqorçuların, Heraklitin və Sokratın güclü təsiri olmuşdur. O, Afinada özünün şəxsi fəlsəfi məktəbini yaradaraq onu Akademiya adlandırdı. Son nəticədə bu fəlsəfi məktəb antik idealizmin mərkəzinə çevrildi. Platon çox böyük fəlsəfi irs qoyub getmişdir. O, “Sokratın apologiyası” (təriflənməsi), “Qanunlar” adlı traktatlarla yanaşı, dialoq formasında 34 əsər yazmışdır. Platon “Pir”, “Teetet”, “Fedon”, “Parmenid”, “Fedr”, “Menon”, “Alkiviad”, “Meneksen”, “Laxet”, “Yevtifron” və s. kimi dialoqların müəllifidir.
Platon fəlsəfədə obyektiv idealizm mövqeyindən çıxış etmişdir. Onun obyektiv idealizm təlimində demək olar ki, keçmiş idealist təlimlərin bütün elementləri öz əksini tapmışdı. Platon fəlsəfəsi idealizmin inkişafının yüksək pilləsi kimi qiymətləndirilir. Onun fikrincə, bizi əhatə edən və hiss üzvlərimiz vasitəsilə dərk etdiyimiz maddi aləm ancaq “kölgədir”, o, ideyalar aləmindən yaranmışdır. İdeya birincidir, maddi aləm ikinci. Maddi aləmin bütün predmetləri, təzahürləri keçicidir, meydana gəlir, məhv olur və dəyişir. Buna görə də onlar əsl mənada varlıq adlana bilməzlər, ideyalar isə dəyişməzdir, hərəkətsizdir və əbədidir. Ona görə, Platon ideyaları gerçək varlıq hesab edir.
Onun fikrincə, ideyalar əsl mahiyyətdir, onlar maddi dünyadan asılı deyillər, obyektiv xaraklerə malikdirlər. Daha sonra o qeyd edirdi ki, hiss ilə qavranılan aləm, hisslərdən yüksəklikdə duran ideyaların solğun izləridir, kölgələridir. Platonun əsərlərində zəngin dialektik fikirlərə rast gəlmək olar.
Platonun əsərlərində gerçəkliyin dərk edilməsi məsələlərinə xüsusi diqqət yetirilir. O, “Fedr” və “Menon” dialoqlarında bu məsələni ardıcıl idealizm mövqelərindən həll edir, hissi idrakı rasional idrakdan ayırır, hissinin əzəli, rasionalın isə ikinci, ondan törəmə olduğunu sübüt etməyə çalışır. Platonun fikrincə, hissi idrakın predmeti onun qeyri-varlıq adlandırdığı maddi aləmdir. Əsl varlıq olan ruh haqqında məlumatı isə rasional idrak vasitəsi ilə əldə etmək mümkündür.
Platonun fəlsəfəsində onun kosmoloji düşüncələri özünəməxsus yer tutur. O deyirdi ki, kosmos “birdir”. O, əbədi deyil, ona görə də, yaradılmışdır. Kosmos sonludur və şarabənzər formadadır, onun mərkəzi planetlər və hərəkətsiz ulduzlarla əhatə olunmuş yerdir. Göy cisimlərini Platon, canlı varlıqlar, allahlar adlandırırdı. O yazırdı ki, “kosmos ruhu və əqli olan canlı varlıqdır, o, Allah tərəfindən yaradılmışdır”.
Platonun sosioloji baxışları, dövlətin meydana gəlməsi haqqındakı fikirləri də xüsusi maraq doğurur. Onun fikrincə, insanlar öz ehtiyaclarını ödəyə bilmədikləri üçün dövləti yaradırlar. O belə hesab edirdi ki, “ideal dövlət” 3 sosial qrupun birliyindən meydana gəlir:



  1. İdarə edənlər - filosoflar;

  2. Ölkəni qoruyanlar, onun təhlükəsizliyini təmin edənlər - əsgərlər;

  3. İstehsalçılar - əkinçilər və sənətkarlar;

Platon “ideal dövlətin” idarə formalarını 2 yerə bölür:

  1. Münasib dövlət forması. Burada Platon aristokratik respublikanı nəzərdə tutur.O, monarxiyanın əleyhinə olmuşdur.

  2. Reqressiv – tənəzzülə uğrayan dövlət forması. Bu hərbi qüvvəyə əsaslanan bir neçə şəxsin hakimiyyətidir. Belə hakimiyyət forması demokratiya adlanır. Qədim Yunanıstanda demokratiya idarə forması eramızdan əvvəl V və VI əsrlərdə Sparta dövlətində olmuşdur.

Demokratiyadan bir qədər aşağı olan dövlət formasını Platon oliqarxiya adlandırır. Bu ticarətçilərə arxalanan bir neçə şəxsin hakimiyyətidir. O, demokratik dövlət formasının əleyhinə olmuş, onu qara camaatın, qədirbilməz xalqın, qaniçən zalımların hakimiyyəti hesab edirdi.
Platon fəlsəfəsi idealist əsaslar üzərində qurulsa da bəşər fikrinin inkişafı tarixində az rol oynamamışdır.

Yüklə 363,25 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə