Lomakin Viktor Kuzmiç. Dünya iqtisadiyyatı. İqtisadi ixtisaslar və istiqamətlər üzrə təhsil alan tələbələr üçün dərs



Yüklə 5,86 Mb.
Pdf görüntüsü
səhifə5/285
tarix06.05.2018
ölçüsü5,86 Mb.
#43145
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   285

 

 

11 



7. Dünya təsərrüfatının ayrı-ayrı elementləri arasındakı münasibətlər 

səviyyələri  təşkil  edir.  Dövlətlər  arasındakı  münasibətlər  beynəlxalq 

qaydalar  və  normalarla  tənzimlənən  beynəlxalq  səviyyədir.  Milli 

sərhədlərdən  kənara  çıxan  axınların  münasibətləri  transmilli  səviyyəni  - 

daxili informasiya sistemləri olan firmaların və qrupların fəaliyyət dairəsini 

təşkil  edir.  Bu  səviyyə  get-gedə  müstəqilləşir  və  onun  tənzimlənməsi 

çətinləşir.  Transmilli  səviyyəyə  həmçinin  qeyri-formal  fəaliyyət  şəbəkəsi: 

narkotiklərlə və silahla ticarət, gizli miqrasiya da - daxildir. 

Dünya  təsərrüfatı  sisteminin  ibarət  olduğu  elementlərin  əksəriyyəti 

orada  eyni vaxtda  fəaliyyət  göstərir.  Güc mərkəzləri  arasında  toqquşmalar, 

razılaşmalar, birləşmələr mövcuddur. Öz strategiyasını bütün dünyada və ya 

ayrı-ayrı bölgələrdə yayan oliqopoliya əlamətləri meydana çıxır. 

8.  Bir  sistem  kimi,  dünya  iqtisadiyyatı  dövlətlər,  iqtisadi  birliklər, 

hüquqi  və  fiziki  şəxslər  arasındakı  münasibətləri  tənzimləyən  beynəlxalq 

ümumi və xüsusi hüquq normalarına əsaslanan qaydalar olmadan inkişaf edə 

bilməz.  Müəyyən  olunmuş  konvensiya  normalarına  və  adi  normalara  riayət 

olunması dövlətlərin özü və beynəlxalq hüquqa nəzarətin kollektiv formaları 

ilə məşğul olan müxtəlif beynəlxalq təşkilatlar tərəfindən təmin edilir. Bu qay-

dalar dünyanın məhsuldar qüvvələrinin və ayrı-ayrı altsistemlərin inkişafının 

tələblərinə uyğun olaraq dürüstləşdirilir və yenidən nəzərdən keçirilir. 

 

1.2. Dünya təsərrüfatının subyektləri 

 

Dünya  təsərrüfatında  məqsədyönlü  sahibkarlıq  fəaliyyəti  istehsal 



amillərinin  vəziyyətini  və  inkişafını,  habelə  onların  birləşmə  üsullarını 

müəyyən edən subyektlər tərəfindən həyata keçirilir. 

Dünya  təsərrüfatının  subyektlərinə  lazımi  kapitala  sahib  olan, 

beynəlxalq sahibkarlıq məkanında istehsal fəaliyyətini təşkil etməyi bacaran, 

müəyyən beynəlxalq hüquqlara və vəzifələrə  yiyələnən təsərrüfat vahidləri 

aiddir. 


Bu cür əsas təsərrüfat subyektləri sırasına ayrı-ayrı dövlətlər, TMK, 

regional  təsərrüfat  inteqrasiyası  birlikləri,  beynəlxalq  iqtisadi  təşkilatlar 

daxildir. 

_____________________________________________________ 

Dövlət dünya təsərrüfatının əsas subyektidir 

 

Dövlət  cəmiyyətin  siyasi  və  iqtisadi  təşkilinin  forması  olmaqla, 

hakim  sinfin,  əhalinin  müəyyən  qruplarının  maraqlarını  əks  etdirir.  Hakim 

sinif, yaxud qruplar öz maraqlarını dövlətin məqsədlərinə çevirir. Dövlət və 

təsərrüfat fəaliyyətlərinin qarşılıqlı təsiri bu əsasda baş verir. Bu isə, iqtisadi 

subyektlərin  müəyyən  siyasi  vəhdət  əsasında  birləşməsini  nəzərdə  tutur. 




 

 

12 



Hakimiyyət aparatı olmaqla, dövlət nəinki cəmiyyət üzərində durur, həm də 

onun maraqlarını təmsil edir və bu ona müəyyən müstəqillik verir. 

Dövlətin inkişafı milli təsərrüfatla sıx əlaqədardır. Milli iqtisadiyyat 

adətən şaxələnmiş, tarazlanmış kompleks olduğuna görə, dövlət təsərrüfatın 

nisbətlərini  qorumalı,  struktur  yaradan  istehsalları  saxlamalı  və  yenidən 

qurmalı,  onların  dağıdıcı  xarici  təsirdən  mühafizəsini  təmin  etməli, 

iqtisadiyyatın  strukturunun  təkmilləşməsinə  və  onun  səmərəliliyinin 

yüksəlməsinə yardım göstərməlidir.  

Dövlətin iqtisadiyyatdakı rolu ilk növbədə şirkətlər üçün ölkə daxi-

lində  və  xaricdə  təminatlı  bazarların  yaradılması,  kapital  yığımında,  daxili 

və xarici iqtisadi  əlaqələrin ümummilli maraqlar baxımından tənzimlənmə-

sində,  bilavasitə  ÜDM-in  yaradılmasında  iştirakı  ilə  ifadə  olunur.  Bu 

məqsədlər  əsasən  milli  gəlirin  dövlət  maliyyəsi  vasitəsi  ilə  bölgüsü  nəticə-

sində əldə edilir. 

Dövlət  tərəfindən  toplanılan  maliyyə  vəsaitlərinin  artımı  uzun 

müddət  ərzində  baş  vermişdir.  İnkişaf  etmiş  14  ölkə  üzrə  məlumatlar 

hökumətin  xərclərinin  1870-ci  ildəki  8,35%-dən  1996-cı  ildəki  47%-dək 

artdığını nümayiş etdirir. 1980-1990-cı illər ərzində inkişaf etmiş ölkələrdə 

cari daxilolmaların norması ÜDM-in 34%-dən 37,5%-dək, inkişaf etməkdə 

olan ölkələrdə isə 25%-dək artmışdır. ÇXR və Şərqi Avropa ölkələri istisna 

edilməklə, demək  olar  ki, heç  bir  yerdə  dövlətin  yenidən bölgü  prosesində 

oynadığı rolda nəzərəçarpan dəyişikliklər baş verməmişdir. 

Dövlətin topladığı maliyyə vəsaitləri əsasən dövlət tərəfindən təmin 

olunan işçi qüvvəsinin hazırlığına imkan verirdi. Təkcə 1980-1990-cı illərdə 

MDM-də  təhsil  xərcləri  3,9%-dən  4,8%-dək  artmış,  səhiyyə  xərcləri  isə 

5,6%,  o  cümlədən  inkişaf  etmiş  ölkələrin  məcmu  ÜDM-in  6,3%-ni  təşkil 

etmişdir. 

Ölkələrin bir çoxunda dövlət əhalinin sosial təminatına görə məsuliy-

yət daşıyır. Dövlətlər əhaliyə sosial xidmətlərin göstərilməsi üçün ÜDM-in 

20%-nə yaxın (inkişaf etməkdə olan ölkələrdə ÜDM-in 5%-nə yaxın) vəsait 

ayırırlar. 

Dövlət  sahibkarlıq  fəaliyyətinin  aktiv  iştirakçısıdır.  O,  malları  və 

xidmətləri  almaqla  tələbat  yaradır,  kapital  qoyuluşlarını  həyata  keçirir, 

subsidiyalar verir.  Uzun  müddət  ərzində  şəxsi istehlakın  payının  azalması, 



dövlətin  istehlak  payının  isə  artması  baş  vermişdir.  İndi  inkişaf  etmiş 

ölkələrdə  şəxsi  istehlak  1820-ci  ildə  ÜDM-in  təqribən  85%-ni  təşkil 

edirdisə, ötən əsrin başlanğıcında təqribən 60%-i həcmində olmuşdur. Ötən 

əsrin  axırıncı  25  ili  ərzində  isə  şəxsi  istehlakın  payı  artmışdır.  Son  illərdə 

dövlətin  istehlak  payı  20%-dən  çox  deyil  (cədvəl  1.1).  Dövlətin  istehlak 

payının  ən  yüksək  göstəriciləri  gəlir  səviyyəsi  yüksək  olan  və  ən  yoxsul 

ölkələrdə müşahidə edilir.  



Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   285




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə