Lomakin Viktor Kuzmiç. Dünya iqtisadiyyatı. İqtisadi ixtisaslar və istiqamətlər üzrə təhsil alan tələbələr üçün dərs



Yüklə 5,86 Mb.
Pdf görüntüsü
səhifə9/285
tarix06.05.2018
ölçüsü5,86 Mb.
#43145
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   285

 

 

19 



_____________________________________________________ 

Dünya Bankı 

 

Dünya  təsərrüfatının  tanınmış  subyekti  olmaq  etibarilə,  ən  iri 



investisiya  idarəsi  kimi  çıxış  edir.  Son  onilliklər  ərzində  inkişaf  etməkdə 

olan  ölkələrdə  konkret  layihələrin  həyata  keçirilməsini  kreditləşdirmişdir. 

Vəsaitlərin  əsas  hissəsi  infrastruktur  (energetika,  nəqliyyat,  rabitə, 

informatika,  su  təchizatı  və  kanalizasiya)  layihələrinin  və  mədənçıxarma 

sənayesi  sahəsində  layihələrin  həyata  keçirilməsi  üçün  ayrılırdı.  Əsrimizin 

əvvəlində  DB-nin  kreditlərində  onların  əhəmiyyəti  azalmış,  maliyyə 

sektoruna  və  inzibati  idarəçiliyin  yenidən  qurulmasına  verilən  kreditlərin 

payı isə artmışdır.  

DB  kreditləri  layihələrin  ümumi  dəyərinin  əsasən  30%-i  ödəyir. 

Xərclərin əsas hissəsi borc alan ölkə tərəfindən çəkilir. Fəaliyyət göstərdiyi 

yarım  əsrdən  çox  dövr  ərzində  DB  300  milyard  dollar  məbləğindən  artıq 

kredit vermişdir, onun işi isə BVF tərəfindən əlaqələndirilmişdir. 

DB-nin  törəmə  idarələri  xüsusi  məsələlərin  həlli  üzrə  ixtisas-

laşmışdır.  Məsələn,  BMK  inkişaf  etməkdə  olan  ölkələrdə  özəl  sektorun 

inkişafına, BİA isə, ən yoxsul ölkələrə güzəştli şərtlərlə yardım göstərir. 

 

_____________________________________________________ 



Regional iqtisadi inteqrasiya qruplaşmaları 

 

Regional  inteqrasiya  birlikləri  (onların  sayı  30-dan  artıqdır)  dünya 

təsərrüfatının iştirakçılarıdır. Onlar təsərrüfat mexanizmlərinin (ilk növbədə 

xarici  iqtisadi  fəaliyyət  sahəsində)  yaxınlaşdırılması  və  dəyişdirilməsi  yolu 

ilə  öz  təsərrüfatlarını  birləşdirmək  məqsədi  güdən  dövlətlərarası  iqtisadi 

birliklərdir. 

Regional inteqrasiya birlikləri ərazicə bir-birinə yaxın, sosial-iqtisadi 

inkişaf səviyyəsi eyni olan ölkələri birləşdirir. Onların demək olar ki, hamısı 

təsərrüfat  birliyinin  ən  aşağı  səviyyəsindədir.  Milli  təsərrüfatların 

birləşməsinə doğru real irəliləyişlər Qərbi Avropada Aİ (Avropa İttifaqı) və 

Şimali Amerikada Şimali Amerika Sərbəst Ticarət Assosiasiyası (NAFTA) 

formasında baş verir. 

_____________________________________________________ 

Avropa İttifaqı  

 

Aİ  dövlətlərüstü  qurumdur.  Bu  təşkilat  yalnız  ayrı-ayrı  dövlətlərə 



mənsub  olan  bir  sıra  səlahiyyətlərə  malikdir.  Beynəlxalq  (Avropa  Şurası, 

Avropa  İttifaqı  Şurası)  və  dövlətlərüstü  (Avropa  Komissiyası,  Avropa 

Parlamenti,  Avropa  Məhkəməsi,  Auditorlar  Palatası)  xarakterli  bir  sıra 



 

 

20 



iqtisadi  və  başqa  idarəçilik  orqanları  bu  səlahiyyətlərin  əsasında  fəaliyyət 

göstərir.  Aİ  orqanlarının  bu  cür  fərqləndirilməsi  səlahiyyətlərin  onun 

qurumları  ilə  ayrı-ayrı  dövlətlər  arasında  bölgüsünü  əks  etdirir.  Dövlət-

lərüstü  orqanlar  ittifaqın  ümumi  məqsədlərini,  dövlətlərarası  orqanlar  isə 

milli  maraqları  təmsil  edir.  Aİ-nin  təşkilati-hüquqi  sisteminin  səciyyəvi 

cəhəti  əsas  müqavilələr  çərçivəsində  onun  qanunlarının  milli  qanunlardan 

üstün  olmasıdır.  Beynəlxalq  hüququn  məhdud  subyekti  olan  Aİ  ticarət 

müqavilələri,  başqa  dövlətlərlə  əməkdaşlıq  haqqında  müqavilələr  bağlayır, 

iqtisadi yardım göstərilməsinin iri mərkəzi kimi çıxış edir. 

Bir çox tədqiqatçılar  Aİ-ni çoxsəviyyəli idarəçilik və  yurisdiksiyası 

olan  yeni  tip  subyektin,  suveren  dövlətlərin  mənafelərini  qoruyan  yeni 

institusional strukturun yaradılması cəhdi kimi nəzərdən keçirirlər.  



_____________________________________________________ 

Şimali Amerika Sərbəst Ticarət Assosiasiyası  

  

Şimali Amerikada 1994-cü ildən başlayaraq Şimali Amerika Sərbəst 

Ticarət  Assosiasiyası  (NAFTA)  fəaliyyət  göstərir.  Bu  təşkilata  ABŞ, 

Kanada  və  Meksika  daxildir.  Saziş  2010-cu  ilədək  yalnız  malların  və 



kapitalların  hərəkəti  qarşısında  duran  maneələrin  qarşılıqlı  surətdə  ləğv 

olunmasını  nəzərdə  tuturdu.  Bu  regionda  inteqrasiya  prosesinin  əsasını 

bölgədə  hakim  mövqe  tutan  ABŞ  kapitalının  transmilliləşməsi  təşkil  edir. 

Dünya iqtisadiyyatının subyekti kimi, NAFTA hələ başlanğıc vəziyyətində, 

formalaşma prosesindədir. 

 

1.3. Milli təsərrüfatların altsistemlərə və qruplara 



 bölünməsinin meyarları 

 

Bütöv  sistem  olmaqla,  dünya  təsərrüfatı  müəyyən  ümumi  cəhətləri 

və fərqləri olan müxtəlif hissələrdən, altsistemlərdən, təsərrüfat qruplarından 

ibarətdir.  Altsistemlər,  milli  təsərrüfat  sistemləri  özlərinin  inkişafı 

prosesində  qlobal  sistemin  ümumi  məqsədlərini  güdməklə  yanaşı,  özlərinə 

xas olan məsələləri də həll edir. Bu baxımdan onlara iki cür: daxili və xarici 

qanunauyğunluqlar - təsir göstərir. 

Dünya  təsərrüfatının  altsistemlərini,  qruplarını  bir-birindən  ayırmaq 

üçün bir sıra meyarlardan istifadə olunur: 

(1) təsərrüfatın sosial (ictimai) strukturunun xarakteri; 

(2) iqtisadi inkişafın səviyyəsi; 

(3) iqtisadi inkişafın tipi. 

 

 

 




 

 

21 



_____________________________________________________ 

Təsərrüfatın sosial strukturu 

 

Təsərrüfatın  sosial  strukturu  iqtisadi  altsistemlərin  fərqləndiril-

məsinin ən mühüm meyarlarından biridir. Bu meyar ictimai münasibətlərin 

formalaşmasına həlledici təsir göstərməklə, dünya təsərrüfatının inkişafının 

mühüm  amili  kimi  çıxış  edən  mülkiyyət  hüquqlarının  reallaşdırılması 

formalarına  əsaslanır.  Mülkiyyətin  müxtəlif  növləri  fərdlərin  əmək 

vasitələrinə münasibətini əks edir, istehsal vasitələrinin sahiblərinin muzdlu 

işçi  qüvvəsinə  və  bir-birinə  qarşı  olan  münasibətlərini  (istehsal 

münasibətlərini) müəyyənləşdirir. 

Mülkiyyət  hüquqlarının  reallaşdırılması  özünü  ilk  növbədə  istehsal 

vasitələrinin işçi qüvvəsi ilə birləşməsi şəraitində biruzə verir və bu zaman 

müəssisələrin,  sahibkarlıq  fəaliyyətinin  konkret  təşkilati-hüquqi  formaları 

mühüm rol oynayır. İstehsal vasitələri üzərində mülkiyyət insanlar arasında 

istehsal prosesində yaranan qarşılıqlı iqtisadi əlaqələrin xarakteri ilə yanaşı, 

buraxılmış məhsulun bölgüsü, mübadiləsi və istehlakı formalarını müəyyən 

edir, bu prosesdə istehsalın fərd amilinin hansı qisimdə çıxış etdiyini, bazar 

münasibətlərinin inkişafının dərəcəsini və xarakterini göstərir. 

Tarixən,  mülkiyyətin  ilkin  forması  icma  (qəbilə)  mülkiyyəti  olmuş-

dur. Mülkiyyətin bu kollektiv forması torpağa və istehsal vasitələrinə şamil 

edilirdi.  Quldara  istehsal  vasitəsi  qismində  məxsus  olan  qulların  əməyinin 

mənimsənilməsinə  əsaslanan  quldarlıq  mülkiyyət  forması  da  məlumdur. 

Mülkiyyətin  feodal  forması  torpağa  aiddir.  Onun  əsasını  torpaq  sahələrinə 

və  istehsal  vasitələrinə  malik  olan,  lakin  istehsal  etdiyi  məhsulun  bir 

hissəsini  məcburi  qaydada  natura  şəklində  feodalın  xeyrinə  ayıran,  yaxud 

onun  üçün  işlər  görən  asılı  (şəxsən  azad  olmayan)  kəndlilərdən  istifadə 

olunması təşkil edir. 

Müasir  dövrdə  dünya  təsərrüfatında  istehsal  vasitələri  üzərində 

kapitalist  mülkiyyət  formaları  üstün  mövqedədir.  Kapitalist  münasibətləri 

malların  və  xidmətlərin  mübadilə  üçün  istehsal  edilməsini  nəzərdə  tutan 

əmtəə  istehsalı  ilə  bağlıdır.  Kapitalistlər  və  işçi  qüvvəsi  arasındakı 

münasibətlər forma baxımından bərabərhüquqlu əmtəə sahibləri olan alıcılar 

və  satıcılar  arasındakı  əlaqələrə  bənzəyir.  İşçi  qüvvəsi  özünün  əmək 

qabiliyyətini istehsal vasitələrinin sahibinə satır və istehsal prosesində onun 

üçün  izafi  dəyər  yaradır.  İstehsalın  əsas  məqsədi  onun  genişləndirilməsinə 

imkan  yaradan  mənfəət  əldə  etməkdir.  Təsərrüfat  subyektləri  arasında 

yaranan  münasibətlər  rəqabət,  yaxud  kapitaldan  və  işçi  qüvvəsindən  daha 

əlverişli şərtlərlə istifadə etmək uğrunda iqtisadi mübarizə xarakteri daşıyır. 

Kapitalist  istehsal  üsulu  istehsalın  məhdudlaşdırılmasını  inkar  edir. 

Mənfəət  əldə  etmək  səyləri  bütün  planeti  kapitalın  fəaliyyət  meydanına 

çevirir. 



Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   285




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə