Lomakin Viktor Kuzmiç. Dünya iqtisadiyyatı. İqtisadi ixtisaslar və istiqamətlər üzrə təhsil alan tələbələr üçün dərs



Yüklə 5,86 Mb.
Pdf görüntüsü
səhifə2/285
tarix06.05.2018
ölçüsü5,86 Mb.
#43145
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   285

 

 



genişlənməsi  ayrı-ayrı  ölkələrin  milli  təsərrüfatlarını  daha  sıx  əlaqələn-

dirir, onların qarşılıqlı asılılığını və birgə fəaliyyətini gücləndirir. 

İnteqrasiya prosesləri dünya təsərrüfatının regional səviyyədə bey-

nəlmiləlləşməsinə imkan yaradır. 1990-cı illər Şimali Amerika qitəsində 

azad  ticarət  zonasının  yaranması  ilə  əlamətdar  olmuşdur,  Şərqi  Asiyada 

kapitalların qovuşması və təmərküzləşməsi prosesləri güclənir. 

 Ssuda kapitalından yalnız xarici iqtisadi fəaliyyətin deyil, həmçi-

nin  ölkələrin  daxili  inkişafının  maliyyələşdirilməsi  üçün  də  artan  temp-

lərlə  istifadə  edilirdi.  Sərhədləri  aşan  maliyyə  vəsaitlərinin  həcmi  son 

onillik  ərzində  əhəmiyyətli  dərəcədə  artmışdır.  Beynəlxalq  kredit  bazar-

larının  ümumi  dövriyyəsi  Məcmu  Dünya  Məhsulu  (MDM)  istehsalının 

həcmini dəfələrlə üstələyir.  

 Valyuta-kredit  münasibətlərinin  inkişafı  istehsal  və  ticarəti 

qabaqlamışdı.  Dünya  ssuda  kapitalları  bazarı  dünya  təsərrüfatı  sistemi-

nin mərkəzi həlqələrindən birinə çevrilmişdir. O, təsərrüfatçılığın qlobal-

laşması  proseslərini  sürətləndirir,  iqtisadi  münasibətlərin  çevikliyini 

yüksəldir. Amma kredit sazişlərinin bir çoxunun təsərrüfatın real tələbat-

larını  əks  etdirməyərək,  müstəqil  və  möhtəkirlik  xarakteri  daşıması 

müəyyən  dövrlərdə  dünya  iqtisadiyyatının  fəaliyyətində  pozuntulara 

gətirib çıxarır. Maliyyə bazarları dəfələrlə (xüsusilə də, 1990-cı illərin so-

nunda, 2008-ci ildə) milli təsərrüfatların təhlükəsizliyi sahəsində əngəllər 

yarada biləcəyini nümayiş etmişdir. 

 1980-1990-cı  illər  beynəlxalq  borc  münasibətlərinin  böhranı  ilə 

səciyyələnmişdir. Dünyanın onlarca ölkəsi borclar üzrə ödənişləri həyata 

keçirmək  qabiliyyətini  itirmiş  oldu.  Lakin  borc  böhranı  dövrünün  başa 

çatmasına baxmayaraq, inkişaf etməkdə olan ölkələrin beynəlxalq borcu-

nun  ümumi  məbləği  artmaqdadır.  Həmin  ölkələrin  ixracdan  əldə  edilən 

vəsaitlərin  böyük  hissəsini  borcların  ödənməsinə  yönəltməsi,  onların 

iqtisadiyyatının inkişafına güclü mənfi təsir göstərir, dünya təsərrüfatında 

təkrar istehsal proseslərinin sabitliyini pozur. 

 Məhsuldar qüvvələrin misli görünməmiş inkişafı dünyanın bir sıra 

regionlarında  iqtisadi  vəziyyətin  pisləşməsi  ilə  müşayiət  olunur.  Səfalət 

və  yoxsulluq  böyük  problem  kimi  qalmaqdadır.  XX  əsrin  sonunda  hər 

3,6  saniyədə  bir  nəfər  aclıqdan  ölür,  gün  ərzində  isə  artıq  24  min  adam 

aclığın  qurbanına  çevrilirdi.  İşsizlik  artır,  milyonlarla  adam  işini  itirir. 

Təkcə qeydiyyatdan keçmiş işsizlərin sayı 186 milyon nəfərdən artıqdır. 

Milyarda yaxın adam yazmağı və oxumağı bacarmır. 

 Planetimizin  insanların  praktiki  fəaliyyət  meydanına  çevrilməsi 

təbii sistemlərin üzərinə düşən yükü ağırlaşdırır və onların qorunub sax-

lanması  getdikcə  çətinləşir.  Ətraf  mühitin  çirklənməsi,  təbii  ehtiyatların 

azalması  təhdidedici  templərlə  sürətlənir.  Sabit  iqtisadi  inkişaf,  ümum-



 

 



dünya təsərrüfat proseslərinin tənzimlənməsinə yeni yanaşmaların işlənib 

hazırlanması məsələləri son dərəcə aktuallaşmışdır. 

 Son  onilliklərdə  dünya  təsərrüfatının  inkişafı  ilə  insanın  inkişafı 

səviyyələri  arasında  ziddiyyətlərin  artması  müşahidə  olunur.  İstehsal 

vasitələrində baş verən inqilabi dəyişikliklər insanın vəziyyətində müva-

fiq  dəyişikliklərlə  müşayiət  olunmur.  Milyonlarla  insan  özünü  yaradıcı 

qüvvə kimi hiss edə bilmir. Sosial xidmətlərin dünya iqtisadi sisteminin 

fəaliyyət  göstərməsi  üçün obyektiv zəruri  şərt olması  get-gedə daha  çox 

dərk  edilir.  Bu  xidmətlər  əhalinin  artımının  saxlanması,  işçi  qüvvəsinin 

ixtisasının artması üçün şərait yaradır. İşçi qüvvəsinin hazırlanması, cəlb 

olunması,  ixtisas  səviyyəsinin  ardıcıl  artırılması  istehsal  vasitələrinə 

kapital  qoyuluşlarından  heç  də  az  olmayan,  bəzi  hallada  isə,  daha  çox 

vəsait xərclənməsini tələb edir. 

 Müasir  inkişafın  xüsusiyyətləri  dünya  dövlətlərinin  əksəriyyətini 

təşkil edən, inkişaf etməkdə olan ölkələrdə baş verən proseslərlə qırılmaz 

surətdə bağlıdır. Əsrimizin ilk onilliyində dünyada istehsal artımının təq-

ribən  yarısını  onlar  təmin  edirdilər.  Ancaq  sənaye  ölkələri  ilə  inkişaf 

etməkdə olan ölkələrin iqtisadi səviyyələri arasındakı fərq cüzi dəyişmiş-

dir.  Dünya  əhalisinin  tərkibində  "qızıl  milyardın"  və  təqribən  buna 

bərabər  sayda  səfalət  içərisində  yaşayan  insanların  mövcudluğu  bütöv-

lükdə  dünya  təsərrüfatı  sisteminin  inkişafına  dağıdıcı  təsir  göstərir.  Öz 

növbəsində,  inkişaf  etməkdə  olan  ölkələr  arasında  da  diferensiallaşma 

prosesləri  dərinləşir.  Emal  sənayesinin,  hazır  məmulatların  ixracının 

artımının  əksər  hissəsi  bu  ölkələrin  azsaylı  qisimi  tərəfindən  təmin  olu-

nur. Onların tərəqqisi - təkcə həmin ölkələrin inkişaf amillərində və şərai-

tində olan fərqlərin deyil, həm də xarici hadisələrin nəticəsidir. 

 Dünya təsərrüfatında iqtisadi artımın mərkəzi Şərqi Asiya olmuş-

dur.  Geniş  istehlak  mallarının  istehsalı  üzrə  "dünyanın  sənaye  emalat-

xanasına",  ən  iri  kreditorlardan  birinə  çevrilən  Çin  dünyanın  qüdrətli 

iqtisadi dövlətləri sırasında yer tutmuşdur. 

 Mövqeləri zəifləmiş Qərbi Avropa dünyada öz yerini qorumaq və 

möhkəmlətmək imkanlarını iqtisadi ittifaqın yaradılması və genişləndiril-

məsi yollarında axtarır. 1950-1960-cı illərdə dünya təsərrüfatındakı möv-

qelərini  möhkəmləndirmiş  Yaponiya  və  Almaniya  inkişafın  gələcək 

yollarını  yenidən  nəzərdən  keçirir.  Onlar  dünyada  geniş  təkrar  istehsal 

şərtlərinin  dəyişməsi,  ticarət  və  tədiyyə  balanslarında  kəskin  dönüşlərin 

baş  verməsi  nəticəsində  ticarət  ekspansiyası  sahəsində  müəyyən  həddə 

gəlib çatmışlar. 

 Dünyanın  iqtisadi  sistemində  mövcud  olan  kəskin  uyğunsuzluqlar 

onun strukturunun sabitləşməsinə, iqtisadi inkişaf templərinin qorunub saxlan-

masına imkan vermir, dünyada istehsalın səmərəliliyinin artmasını ləngidir. 



Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   285




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə