Lomakin Viktor Kuzmiç. Dünya iqtisadiyyatı. İqtisadi ixtisaslar və istiqamətlər üzrə təhsil alan tələbələr üçün dərs



Yüklə 5,86 Mb.
Pdf görüntüsü
səhifə4/285
tarix06.05.2018
ölçüsü5,86 Mb.
#43145
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   285

 

 



Bu  sistem  məhsuldar  qüvvələri  (istehsal  amillərini);  mülkiyyət  forması  və 

istehsalın  inkişaf  səviyyəsi  əsasında  insanlar  arasında  yaranan  istehsal 

münasibətlərini; siyasi və hüquqi münasibətlərin müəyyən cəhətlərini əhatə 

edir.  Bu  cür  təfsirdə  təsərrüfatın  əsas  tərkib  hissələri,  o  cümlədən  maddi 

baza,  mülkiyyətin  müxtəlif  formalarının  satılması  və  təkrar  istehsal 

proseslərinin fəaliyyət göstərməsinin müəyyən qaydası öz əksini tapır. 



_______________________________________________  

Dünya iqtisadiyyatının səciyyəvi cəhətləri 

 

Aydındır  ki,  tədqiqatçıların  hamısı  dünya  təsərrüfatını  müəyyən 

sistem kimi təqdim edir. Onlar bu sistemin vahidlik, mürəkkəblik, tarixilik, 

sosial-iqtisadi  strukturluluq,  milli  təsərrüfatların  qeyri-bərabər  inkişafı  kimi 

səciyyəvi cəhətlərini qeyd edirlər. 

1.  Sistemin  yaranmasının  və  mövcudluğunun  əsası  -  onun  bütün 

tərkib  hissələrinin  kifayət  dərəcədə  sabit  qarşılıqlı  iqtisadi  təsirini  ehtimal 

edən vahidlikdir. Yalnız bu halda istehsal olunan məhsulun qlobal miqyasda 

müntəzəm  dövriyyəsi  mümkündür  və  sistemin  daimi  fəaliyyəti,  onun 

mövcudluğu, özünü tənzimləməsi, inkişafı təmin edilir. Dünya təsərrüfatının 

bu  cür  vəhdəti,  təkrar  istehsal  edilən  məhsulun  dövriyyəsi  bir-birindən 

özünəməxsus  əmtəə-pul  münasibətləri  və  qiymət  müxtəlifliyi  ilə  fərqlənən 

dünya və beynəlxalq bazarları tərəfindən təmin edilir. 

Dünya  təsərrüfatının  inkişafının  gedişində  həm  bütöv  sistemin 

özündə,  həm  də  onun  elementlərində  dəyişikliklər  baş  verir.  Birlik  meyil-

lərini əngəlləyən, bu prosesin sabitliyini pozan münaqişələr meydana çıxır. 

2. Vahid sistem kimi, dünya iqtisadiyyatının ümumi məqsədi vardır. 

Onun  fəaliyyəti  son  nəticədə  ehtiyacların  (tələbatın)  ödənilməsinə  yönəl-

mişdir.  Məhsuldar  qüvvələrin  inkişafı,  yeni  müəssisələrin  yaradılması 

özlüyündə  məqsəd  deyil.  Bunlar  yalnız  təklif  və  tələbin  artmasına  səbəb 

olduqda,  özünü  doğrulda  bilər.  Milli  təsərrüfatların  əsas  sektorlarında 

tələbatın ödənilməsi mənfəət əldə olunması məqsədi ilə ifadə edilir. 



3. Dünya iqtisadiyyatı çoxsaylı tərkib elementlərinin, subyektlərinin 

olması  ilə  səciyyələnən  mürəkkəb  sistemlər  sırasına  daxildir.  Dünya 

iqtisadiyyatının subyektləri qismində yalnız onlara məxsus xüsusiyyətləri ilə 

səciyyələnən  sistem  olan  milli  təsərrüfatlar,  TMK,  beynəlxalq  iqtisadi 

inteqrasiya  birlikləri  çıxış  edir.  Dünya  təkrar  istehsal  prosesinin  hər  bir 

subyekti  həm  qlobal  miqyasda,  həm  də  ayrı-ayrı  dövlətlər  çərçivəsində 

tutduğu  yerdən  və  oynadığı  roldan  asılı  olaraq,  bütün  dünya  təsərrüfat 

sisteminin  fəaliyyətinə  təsir  göstərir.  Sonuncunun  bir  tam  kimi,  inkişafının 

müəyyən  istiqamətlərinin  mövcudluğuna  baxmayaraq,  onun  milli 

təsərrüfatlar çərçivəsindən kənarda tərəqqisi mümkün deyil. 

Bununla  bağlı  olaraq,  sistem  birmənalı  tərzdə  başa  düşülmür.  Bir 



 

 

10 



yanaşmada  sistem  daxilində  ayrıca  sektorların:  spesifik  xüsusiyyətlərə 

malik, lakin bütövlükdə sistemin təşkilati məqsədinə tabe olan altsistemlərin 

-  mövcudluğu  mümkündür.  Sistemin  başqa  tərzdə  başa  düşülməsi  onun 

müxtəlif və hətta bir-birinə əks məqsədləri olan ayrıca altsistemlərdən ibarət 

olmasına  əsaslanır.  Amma  buraya  daxil  olan  altsistemlər  arasında  bağlılıq 

olmalı və onlar bir-birinə qarşılıqlı təsir göstərməlidirlər. Möhkəmliyi daha 

yüksək  olan  altsistemlər  başqalarının  şəklini  dəyişdirə,  yaxud  öz 

məqsədlərinə tabe edə bildiyi üçün, sistemlərin bu cür strukturu müvəqqəti, 

keçid xarakterli ola bilər. Əks halda, sistem parçalanır. 

4. Dünya təsərrüfatı tarixi və siyasi-iqtisadi kateqoriyadır. Bu, onun 

inkişaf tarixinin hər bir konkret mərhələsində istehsalın müəyyən miqyasının 

və 

səviyyəsinin, 



beynəlmiləlləşməsinin, 

sahibkarlıq 

fəaliyyətinin 

qloballaşmasının  və  sosial-iqtisadi  strukturunun  səciyyəvi  cəhətlərinin 

mövcudluğu ilə izah edilir.  

Sosial-iqtisadi  baxımdan  dünya  təsərrüfatının  tərkibi  müxtəlifdir. 

Burada əsas  yer  kapitalizm münasibətləri  yüksək səviyyədə olan, sənayecə 

inkişaf etmiş ölkələrə mənsubdur. Qalan ölkələr mərkəzdən uzaq mövqedə 

yerləşir.  Əksər  hallarda  bu  ölkələr  inkişaf  etmiş  ölkələrin  təsərrüfatından 

asılı vəziyyətdə qalmaqdadır. 

Bir  sistem  kimi,  dünya  iqtisadiyyatına  digər  mühüm  əlamətlər: 

iyerarxiyalılıq, çoxsəviyyəlik, iqtisadi inkişafın qeyri-bərabərliyi - xasdır. 



5.  İyerarxiyalılıq  dünya  təsərrüfat  sisteminin  fəaliyyətinin  ilk 

növbədə ən yüksək sistem səviyyəsinin tələbatının ödənilməsinə yönəldiyini 

nəzərdə  tutur.  Dünyada  iqtisadi  qüdrət  həddən  artıq  qeyri-bərabər 

bölünmüşdür.  Planetimizin  əhalisinin  9%-nin  yaşadığı  6  ölkə:  ABŞ, 

Yaponiya, Almaniya, Britaniya, Fransa, İtaliya - dünyadakı gəlirlərin 52%-

ni  toplayır.  Bununla  bağlı  olaraq,  açıq  iqtisadiyyat  şəraitində  öz  məqsəd-

lərini güdən hər bir ölkənin dünyada ümumi tərəqqi naminə hərəkət etməsi 

barədə  yayılan  tezis  yalnız  müəyyən  sayda  ölkələrin  maraqlarının  təmin 

olunduğunu  ört-basdır  edir.  O,  var-dövlətin  və  mənfəətin  yaradılmasında 

gücün roluna məhəl qoymur. 



6.  İstehsal  və  sosial  baxımından  dünya  təsərrüfatı  həm  ölkələrin 

daxilində,  həm  də  planetar  miqyasda  ziddiyyətlər,  rəqabət  mübarizəsi 

meydanıdır. Bunlar istehsal amillərini, milli qurumları və iqtisadi birlikləri, 

sahibkarlar qruplarını və işçi qüvvəsini əhatə edir. Göstərilən səbəblərə görə, 

dünya  təsərrüfatı  daim  keçid  proseslərinin  təlatümlərini  keçirir.  Hər  bir 

mürəkkəb  sistemdə  olduğu  kimi,  dünya  təsərrüfatında  da  hətta  cüzi  təsir 

göstərilmə  nəticəsində  mürəkkəb  sistemin  vəziyyətində  və  fəaliyyətində 

əhəmiyyətli, bəzi hallarda isə fəlakətli dəyişikliklərə, yəni böhranlara gətirib 

çıxarmaq  xüsusiyyətlərinə  malik  olan  zəif  yerlər,  yaxud  attraktorlar 

mövcuddur. 




Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   285




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə