“Lİder tv və radio-azərbaycan” mmc



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə22/58
tarix27.10.2018
ölçüsü2,11 Mb.
#75803
1   ...   18   19   20   21   22   23   24   25   ...   58

xüsusiyy
ətləri yer alır. Reportajda qeyd olunan janrların hər birinə ayrı-ayrılıqda 
rast g
əlmək olar. Məsələn, jurnalist tədqiq olunan məsələ ilə bağlı ekspert fikrini 
öyr
ənmək üçün müsahibəyə əl atır. Yaxud müsahibin daxili dünyasını, onun sosial 
probleml
ərini  tamaşaçıya  çatdırmaq  üçün  oçerk  janrının  xüsusiyyətlərindən 
yararlanır.  Bəzənsə  hadisəni  daha  aydın  və  geniş  anlamda  auditoriyaya 
çatdırmaqdan  ötrü  şərh  janrının  keyfiyyətlərindən istifadə  edir. Bütün bunlarla 
yanaşı, reportajın əsas məqsədi informasiya ötürməkdir. 
 
 
2.2. Reportaj
ın növləri: 
 
Reportaj janrı müxtəlif kateqoriyalara görə növlərə bölünür. Yayım forması 
b
axımından reportaj iki yerə ayrılır: 
1.
 
Birbaşa, yaxud canlı reportaj – hadisə yerindən canlı yayımlanan və PTS və 
ya STS  (
Передвижная  Телевизионная  Станция  –  Səyyar Televiziya 
Stansiyası) vasitəsilə ötürülən reportaj;  
2.
 
Videoyazı şəklində hazırlanan və ya fiksasiya edilmiş reportaj. Videoyazı–
s
əsin və təsvirin eyni vaxtda fiksasiyasıdır;   
 
S
əsə görə reportaj iki hissəyə bölünür: 
1.
 
Sinxronizmi olan reportaj -  (bu növ reporta
j  sinxronlu  kameraların 
yaranmasından  sonra  meydana  gəldi.  Burda  tamaşaçı  eyni  anda  həm 
t
əsvir görür, həm də təsvirdə danışan insanın nə dediyini aydın eşidir); 
2.
 
Nemoy v
ə  lal reportaj –  bu  növ  reportajları  aparıcı  təqdim edir və  bu 
zaman tamaşaçı ya aparıcının səsini, ya da müsahibin nə dediyini eşidə 
bil
ər. Başqa sözlə, sinxronluq pozulur; 
 
Tipoloji keyfiyy
ətlərinə görə isə reportaj üç yerə bölünür: 
1.
 
Hadis
əli reportaj – bu növ reportajlarda jurnalist real hadisələri göstərir və 
h
əmin hadisələrin  baş  vermə  səbəbi, yaxud hadisələrin  gedişi  jurnalistdən 
asılı  olmur.  Jurnalist  sadəcə  hadisənin  axarına  düşməklə  baş  verənləri 


operativ olaraq tamaşaçıya çatdırmağa çalışır. Burda əlavə fakt və hadisələr 
bar
ədə  baş  sındırmaq,  faktlar  tapmağa  ehtiyac  yoxdur.  Hadisələr  özü 
jurnalisti öz arxas
ınca aparır.    
2.
 
Tematik reportaj –  burda hadis
ənin müəllifi bir növ jurnalistdir. Çünki 
jurnalist özü obyekt seçir v
ə həmin obyektlə bağlı hadisələri önə çıxararaq 
reportaj haz
ırlayır. Belə  reportajlara bir növ layf süjetləri də  əlavə  etmək 
olar.   
3.
 
Tamaşa və ya səhnə reportajı – jurnalist hadisəni özü yaradır. Hadisənin bir 
növ t
əşkilatçısı  olur. Tematik reportajdan fərqli olaraq burda jurnalist 
hadis
əni axtarıb tapmır,  əksinə  özü  təşkil  edir.  Məsələn, jurnalist gizli 
kameradan istifad
ə  etməklə  polis orqanlarının sayıqlığını  yoxlayır. Belə 
reportajlar çox zaman maraql
ı və faydalı olur, kifayət qədər böyük reytinq 
qazan
ır.  
Peşəkar  jurnalist  professional  iş  ortaya  qoymaq  və  maraqlı  reportaj 
hazırlamaq  üçün  bir  sıra  vacib  məqamları  nəzərə  almalıdır.  Həmin məqamlar 
bar
ədə isə aşağıdakı bölmədə ətraflı məlumat verməyə çalışmışıq.  
 
2.3. Reportaj üçün ön
əmli olan məsələlər 
 
Reportajda vacib olan yaln
ız jurnalistin müşahidə və düşüncələri deyil, əsas 
olan hadis
ə şahidlərinin fakta və baş vermiş olaya münasibətini ortaya qoymaqdır. 
Reportyor üçün vacib olan 
əsas məsələ isə nəyi işiqlandırmaqla yanaşı, baş vermiş 
hadis
əni necə  təqdim etməkdir. Maraqsız mövzu  yoxdur.  İstənilən mövzunun 
arxas
ında  tamaşaçı  marağı  dayanır. Odur ki, bir daha təkrar edirik, maraqsız 
mövzu yoxdur, maraqs
ız təqdimat var. Reportyor hər hansı  hadisədən reportaj 
haz
ırlamağı  qarşısına məqsəd qoyubsa, ilk növbədə  tamaşaçı  marağını  nəzərə 
almal
ı, “empatiya”dan (empatiya yunan sözüdür  “dərdə  şərik olmaq” deməkdir) 
maksimum yararlanmal
ıdır.  
Dem
əli, reportaj üçün ən önəmli məsələ mövzunun seçilməsi və onu uğurlu 
formada auditoriyaya çatdırmaqdır. Əlbəttə, peşəkar jurnalist cəmiyyətdə yaşanan 


ist
ənilən ictimai–siyasi və  ya  sosial  mövzunu  reportaj  kimi  işləyib,  geniş 
ictimaiyy
ətə  təqdim edə  bilər. Lakin bu zaman jurnalist əsas suala cavab 
verm
əlidir: “Mənim hazırlayacağım  süjet  tamaşaçıya  yeni nə  verəcək?”.  Yalnız 
h
əmin suala cavab tapdıqdan və tədqiq olunacaq mövzunun ictimai əhəmiyyətini, 
aktuallığını özü üçün müəyyən etdikdən sonra jurnalist reportaj hazırlamağa qərar 
verm
əlidir. Başqa sözlə desək, reportaj üçün seçilən mövzu daha çox auditoriyanı 
maraqlandırmalı,  birbaşa  problemin  həllinə  yönəlməli və  ictimai sferada nüfuz 
sahibi olan müt
əxəssislərin, xüsusən də  müstəqil ekspertlərin fikirlərini  əks 
etdirm
əlidir. Əks halda reportaj uğursuz alınacaq və heç bir səmərə verməyəcək. 
Bel
əliklə, reportaj üçün ictimai əhəmiyyət operativlikdən öndə dayanan məqamdır. 
T
əsadüfi  deyil  ki,  bu  prinsip  Amerika  jurnalistikasında  da  öz  əksini  tapır.  ABŞ 
jurnalistl
ərinin fikrincə,  material “bu mövzu ictimaiyyətə  nə  verir”  sualını 
cavablandırırsa, artıq 3 bal alır.  
Peşəkar jurnalistlər  reportaj  üçün vacib  olan  digər  prinsipləri bu cür 
qruplaşdırırlar:  
 

Reportaj üçün seçil
ən xəbər informativ dəyər daşımalı və tamaşaçını 
düşündürən, narahat edən məsələlərə toxunmalıdır. Tamaşaçı həmin 
x
əbərə 
baxmaqla g
ələcək fəaliyyətini, həyat tərzini 

əyyənləşdirməlidir  (R.M. bura moda xəbərlərindən tutmuş, hava 
haqq
ında məlumatadək hər şey daxildir). 

Reportajın  mövzusu onu  hazırlayan  jurnalistə,  həmin jurnalistin 
t
əmsil  etdiyi  televiziya  kanalına,  hətta bu xəbəri sonradan 
ictimaiyy
ətlə, yaxınları ilə paylaşacaq sıravi tamaşaçıya prestij gətirə 
bil
əcək gücə  malik  olmalı,  maraqlı  və  qeyri-adiliyi ilə  diqqəti cəlb 
etm
əlidir.  
-  
Reportajın mövzusu insanlarda psixi sarsıntı, gərginlik, qorxu və ruh 
düşkünlüyü  yaratmamalı,  əksinə, tamaşaçıda  vətənpərvərlik, 
m
ərhəmət və insanlıq hissləri oyatmalıdır. 


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə