“Lİder tv və radio-azərbaycan” mmc



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə25/58
tarix27.10.2018
ölçüsü2,11 Mb.
#75803
1   ...   21   22   23   24   25   26   27   28   ...   58

Odur ki, ma
terialın  daha  uğurlu  və  maraqlı  alınması,  daha  çox  auditoriyanın 
diqq
ətini cəlb etməsi üçün ən vacib fikirlər rəqəmlərlə qeyd olunmalı, ən maraqlı 
faktlar ön
ə çəkilməlidir. Əgər 1. rəqəmi ilə işarələnmiş bir neçə fakt varsa, onlar 
arasında  seçim  aparmaqla,  daha  maraqlı  faktı  tapmaq  və  üzə  çıxarmaq  lazımdır. 
H
əmin faktlardan ən maraqlısı və operativi isə düşünürük ki, Azərbaycanın üçüncü 
d
əfə İrana nota göndərməsidir. Odur ki, həmin sitatlardan və mətbuat konfransında 
deyil
ən faktlardan istifadə edib materialı aşağıdakı kimi təqdim etmək olar.     
 
Nümun
ə: 
 
Studiya: Az
ərbaycan  İrana  növbəti  –  üçüncü dəfə  nota verib. Bunu, bu gün 
keçirdiyi m
ətbuat  konfransında  Xarici  İşlər Nazirliyinin mətbuat katibi Elman 
Abdullayev deyib. O, h
əmçinin, Azərbaycanın  İrandakı  səfirinin  geri  çağırılması 
il
ə bağlı məsələlərə də münasibət bildirib. 
 
K.A. Az
ərbaycan  İrandakı  Fövqəladə  və  Səlahiyyətli səfirini  geri  çağırmayıb. 
M
ətbuatda  yayılan  xəbəri təkzib edən mətbuat katibi bildirib ki, bu, təmamilə 
yanlış və əsassız iddiadır.  
 
Titr – 
Elman Abdullayev, XİN-in mətbuat katibi 
Sinxron  –  Mümkündür ki, s
əfir ölkəsinə  şəxsi  işləri ilə  bağlı  gəlmiş  olsun. 
Az
ərbaycan səfiri nə  geri  çağırıb,  nə  də  belə  bir məlumat  yayıb.  Səfir heç 
m
əsləhətləşmələr üçün də geri çağırılmayıb. Hər gün gələ bilər Bakıya. Onun geri 
çağırılma ilə əlaqəsi yoxdur.         
 
K.A.  İranda  yoxa  çıxan  iki  azərbaycanlı  şair  Fərid Hüseyin və  Şəhriyar 
Hacızadənin  hansı  səbəblərdən  saxlanılmasına  aydınlıq  gətirilməsi üçün 
Az
ərbaycan  İrana  növbəti  –  üçüncü nota göndərib. Nota  İranın  Azərbaycandakı 
s
əfirliyinə  təqdim edilib. Hələlik heç bir cavab verilməyib. Elman Abdullayev 
İranın  ali  dini  rəhbəri Ayətullah Xamneyinin nümayəndəsi Fərid  Əsrinin 


Az
ərbaycana  buraxılmaması  və  Bakı  hava  limanından  geri  qaytarılması  faktını 
t
əsdiqləyib. O, bunun Azərbaycan qanunvericiliyinə  uyğun  olaraq 
reallaşdırıldığını  deyib.  Lakin  qanunvericiliyin  hansı  müddəalarına  əsasən geri 
gönd
ərildiyini açıqlamayıb.       
 
Titr – 
Elman Abdullayev, XİN-in mətbuat katibi 
Sinxron  – 
İran  vətəndaşı  olan  həmin  şəxs Azərbaycan qanunvericiliyinin 
müdd
əaları əsasında Azərbaycana buraxılmayıb və geri göndərilib.   
 
K.A. Elman Abdullayev xarici m
ətbuatda Azərbaycanın Suriyaya silah satması ilə 
bağlı yayılan xəbərlər də aydınlıq gətirib. Bildirib ki, bu xəbərlər həqiqətə uyğun 
deyil. 
 
 
 
 
 
 
***  
Yadda saxlayın ki, ən çətini materialın ilk cümləsini yazmaqdır. Süjetdə yer 
alacaq dig
ər cümlələr isə məhz ilk cümləyə əsasən sıralanır. Odur ki, reportajınızın 
ilk cüml
əsinə ən önəmli faktı seçmisinizsə başlamaq olar. İlk cümlə tamaşaçının 
diqq
ətini cəlb edirsə  və  süjet efirə  getdikdən sonra müzakirələrə,  tamaşaçı 
z
ənglərinə  səbəb olursa, deməli,  reportajınız  uğurlu  alınıb  və  sizi  təbrik etməyə 
d
əyər.  Lakin  yalnız  ilk  cümləyə  köklənməklə  digər cümlələrə  o qədər də 
əhəmiyyət verməmək  düzgün deyil. Materiala  uğur  gətirən  başlıca  xətt və  ya 
c
əlbedici təqdimat sonadək davam etməli, tamaşaçı axıradək gərginlik, həyəcan və 
maraq iç
ərisində  reportajı  izləməlidir. Bunun üçüncə  yuxarıda  yazılan,  reportajı 
baxlmlı edən keyfiyyətləri bir daha nəzərdən keçirin.     
 
2.6. 
Reportyor komandası 
 
 
Qeyd  etdiyimiz  kimi,  televiziya  komanda  işidir  və  burda hər bir  komanda 
üzvünün üz
ərinə önəmli iş, konkret məsuliyyət düşür. Odur ki, jurnalistikanın hər 
hansı qolu ilə müqayisədə, daha çox məhz televiziyada reportyorlar öz həmkarları 
il
ə vahid kollektivdə çalışmağı, informasiya rəqabətində birgə mübarizə aparmağı 


bacarmalıdırlar.  Təcrübə  göstərir ki, reportyorlar, teleoperatorlar, redaktor və 
prodüserl
ər,  texniki  işçilər və  ya  reportyor  komandasını  operativ olaraq hadisə 
yerin
ə  çatdıran  sürücülər bir–biri ilə  səmərəli ünsiyyət vərdişlərinə 
yiy
ələnməyəndə, bunun  mənfi təzahürü ekranda öz əksini tapır. Adi xəbərin və ya 
min bir 
əziyyət bahasına başa gələn reportajın uğurlu alınmasında komandanın hər 
bir üzvünün böyük 
əməyi var.  
Televiziyada reportyor komandası dedikdə jurnalist və teleoperator nəzərdə 
tutulur. M
əhsuldar və səmərəli materialın ərsəyə gəlməsində məhz bu komandanın 
üz
ərinə  böyük məsuliyyət  düşür.  Odur  ki,  hadisə  yerinə  yollanan reportyor 
koma
ndası informasiya toplamaq prosesinin bütün yönlərini əlaqələndirmək üçün, 
xüsus
ən hadisə  yerində  aravermədən  peşəkar  dialoq  aparmalı,  materialın  daha 
keyfiyy
ətli hazırlanmasına çalışmalıdır.  
İkinəfərlik  komandada  lider  jurnalistdir.  Əlbəttə, bu, teleoperatorun 
nüfuzunun v
ə  ya  peşəkarlıq  keyfiyyətlərinin jurnalistdən  az  olması  anlamına 
g
əlmir. Sadəcə olaraq, efirdə göstərilən materialın dəqiqlik və dürüstlüyünə görə 
cavabdehlik daha çox reportyorun üz
ərinə düşür. Hətta teleoperator işinin istənilən 
kimi al
ınmamasında  belə  ilk növbədə  məhz jurnalist məsuliyyət  daşıdığından,  
komandanın lideri funksiyasını da reportyor yerinə yetirir. Bununla belə, reportyor 
komandasının hər bir üzvü informasiya toplamaq prosesində fəal iştirak etməlidir. 
T
əcrübə  göstərir ki,  ən  maraqlı  və  yaddaqalan reportaj adətən jurnalistlə 
teleoperatorun birg
ə işinin məhsulu kimi ortaya çıxır. Məhz buna görə də, hər bir 
komanda  üzvü  n
əinki özünün, hətta həmkarının  da  nə  istədiyini,  hansı  məqsəd 
güddüyünü  anlamağa  çalışmalıdır.  Əlbəttə  ki,  reportyorun hadisə  yerində  əsas 
m
əqsədi imkan daxilində  bütün zəruri  informasiyaları  toplamaq  və  müşahidə 
qabiliyy
ətini işə salmaqla ilk baxışdan görünməyən məqamları üzə çıxarmaqdır.  
Teleoperator is
ə  qısa  vaxtdan  maksimum  yararlanmaqla  hadisə  yerində  olan  ən 
maraqlı kadrları çəkməyə can atmalıdır. Lakin hadisə yerində hər şey düşünülmüş 
ssenari, 
əvvəlcədən müəyyən  edilmiş  reqlament  üzrəmi  gedir?  Əlbəttə  ki, yox. 
Komanda üzvl
ərinin hər biri redaksiyada çəkiliş üçün müəyyən edilmiş vaxtı, əldə 
olunan avada
nlıqların texniki imkanlarını, çəkiliş şəraitini və prodüserin tələblərini 


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə