“Lİder tv və radio-azərbaycan” mmc



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə13/58
tarix27.10.2018
ölçüsü2,11 Mb.
#75803
1   ...   9   10   11   12   13   14   15   16   ...   58

Montaj zaman
ı kadrların ardıcıllığı da əksər hallarda ssenaridə qeyd olunur. 
Bu cür videosüjetl
ər mini reportaj da adlandırıla bilər.
 
12. Nemoy v
ə şifahi xəbər – Nemoy lal kadrdır. VMY-dən fərqli olaraq, nemoyu 
jurnalist  deyil,  aparıcı  birbaşa  efirdə  oxuyur.  Bu  zaman  tamaşaçı  aparıcının 
sözl
ərini eşidir və paralel olaraq onun təqdim etdiyi informasiyaya uyğun kadrları 
da izl
əyir. Lakin VMY kimi nemoyu da jurnalist hazırlayır. Fərq ondan ibarətdir 
ki,  reportyor  komandası  nemoyu  hazırlamaq  üçün elə  də  ciddi  əziyyət çəkmir. 
Çü
nki nemoyun maksimal uzunluğu 35-40 saniyə olur.  
 
Hansı hallarda redaksiya xəbəri nemoy şəklində hazırlamağa üstünlük verir? 

X
əbər  operativ  olaraq  hazırlandıqda  və  onun  daha  geniş  formada 
yazılması, montaj edilməsi üçün kifayət qədər vaxt olmadıqda; 
 

Hadis
ə bir o qədər də ciddi ictimai önəm kəsb etmədikdə
 

Hadis
ə ilə bağlı kifayət qədər görüntü olmadıqda 
 
Bu terminin n
əyə görə məhz nemoy, yaxud lal kadr adlandırılması isə onunla 
bağlıdır  ki,  nemoyu  efirə  təqdim edərkən  tamaşaçı  kadrda interküyü, eləcə  də, 
danışan  insanın  səsini ya olduqca zəif  eşidir,  ya  da  ümumiyyətlə  eşidə  bilmir. 
Başqa sözlə, əsas səs aparıcının səsi sayıldığından ikinci dərəcəli səslər (interküy, 
kadrda  danışan  insan)  nəzərə  alınmır  və  buna görə  də  efirə  təqdim olunan 
görüntül
ər lal təsiri bağışlayır.  
 
Nümun
ə: 
 
Aparıcı:  Ermənistan  silahlı  qüvvələrinin bölmələri ötən gecə  Tovuz rayonunun 
Əlibəyli kəndini yenidən güllə-baran  edib.  Axşam  saat  8-də  iriçaplı  silahlardan 
başlayan atışma gecə saat 3 radələrinədək fasiləsiz davam edib. Nəticədə kənddə 
bir neç
ə  evə  ciddi ziyan dəyib. Güllələr hətta mənzillərin içərisinə  qədər keçib. 
Xoşbəxtlikdən xəsarət alan olmasa da, kənd  sakini  Qara  Qasımova  məxsus evə 
yandırıcı  güllələrdən  od  düşüb.  Yanan  evi  sakinlər  çətinliklə  də  olsa, söndürə 


bilibl
ər. Hadisə  ilə  bağlı  rayon  rəsmiləri bütün gecəni  Əlibəylidə  keçiriblər. 
Az
ərbaycan ordusunun layiqli cavab atəşindən sonra erməni əsgərləri susdurulub.  
 
 
 
 
 
 
*** 
Aparıcı: İnternetdə yayılan video-görüntülər Birləşmiş Ştatlarda polis zorakılığını 
yenid
ən gündəmə gətirib. Videoda əvvəlcə iki polis əməkdaşının bir nəfərə hücum 
ed
ərək, döydüyü görünür. Daha sonra polislər həmin  şəxsi yerə  yıxaraq,  əl  – 
qolunu  bağlayıblar.  Yumruq  və  dəyənəklə  yenidən döyməyə  başlayıblar.  Bir 
müdd
ət sonra daha bir neçə  polis  əməkdaşının  hadisə  yerinə  gəldiyi görünür. 
Hadis
ə  ötən  ilin  iyul  ayında,  Kaliforniya  ştatında  baş  versə  də, görüntülər yeni 
yayılıb. Məlumata görə, döyülən şəxs – Kelli Tomas, hadisədən 5 gün sonra aldığı 
x
əsarətlərdən həyatını  itirib.  Artıq  hadisə  ilə  bağlı  cinayət  işi  açılıb.  Tomasın 
döyülm
əsində əli olan polislər həbs edilib.  
 
 
 
 
 
 
*** 
Nemoy x
əbərlər bir neçə variantda təqdim oluna bilər: 

Yalnız nemoy; 
-  Nemoy – sinxron; 
-  Nemoy – interküy; 
-  Nemoy - st
əndap; 
-  Nemoy – VMY; 
-  Nemoy - sinxron – nemoy; 
-  Nemoy - 
interşum – nemoy; 
-  Nemoy - st
əndap – nemoy; 
 
Yuxarıda  nümunə  olaraq təqdim etdiyimiz iki xəbər  yalnız  nemoy  xəbərə 
aiddir. Bel
ə  xəbərlərdə  informasiyadan  başqa  heç  nə  verilmir və  tamaşaçı 
jurnalistin hadis
ə  yerindən  topladığı  faktlarla  kifayətlənməli olur. Lakin xəbərin 
nemoy - sinxron formada t
əqdimatı baş vermiş hadisə ilə bağlı mütəxəssis fikri və 
ya ictimai r
əyi öyrənməyə imkan yaradır. Bu zaman aparıcı informasiyanı təqdim 
etdikd
ən dərhal sonra susur, efir rejissoru isə  sinxronun,  başqa  sözlə  müsahibin 
s
əsini açır.  


 
Nümun
ə:  
 
Aparıcı:  Gecə  saatlarında  Kürdəmirə  yağan  aramsız  leysan  yağışlar  nəticəsində 
rayonun 12 min hektar 
əkin sahəsinə xeyli ziyan dəyib. Carlı kəndinə düşən yağıntı 
is
ə  həyətyanı  sahələri su  altında  qoyub.  Sakinlərə  məxsus iri və  xırda  buynuzlu 
heyvanlar arasında tələfat var. Rayon Fövqəladə Hallar Komissiyası dəyən zərəri 

əyyənləşdirir. Həyətlərin sudan təmizlənməsi üçün əraziyə nasos və ağır texnika 
c
əlb olunub.  
 
SİNXRON 
Titr – Vasif M
əmmədov – Rayon İcra Hakimiyyətinin başçısının müavini 
*** 
Nemoy  -  interküy  mahiyy
ət  etibarı  ilə  xəbərin  yalnız  nemoy  variantda 
t
əqdim olunması deməkdir. Lakin fərq ondan ibarətdir ki, burada xəbəri daha da 
baxımlı və tamaşaçıya yaxın edən interküydən geniş istifadə olunur. Xəbəri təqdim 
ed
ən  aparıcının  sözlərindən dərhal sonra səs rejissorunun hadisə  yerindən 
hazırlanmış interküyü bir qədər artırması tamaşaçını hadisənin birbaşa iştirakçısına 
çevirir:  
 
Nümun
ə: 
 
Aparıcı:  Bakıda  Avroviziya  həyəcanı  davam  edir.  Bu  gün  Bakı  Kristal  zalın 
s
əhnəsində  növbəti məşqlər gerçəkləşib.  İlk  olaraq  səhnəyə  Serbiya təmsilçisi 
Çeljko  Yaksimoviç  çıxıb.  Onun  ardınca  isə  musiqi  yarışmasının  favoritlərindən 
olan Makedoniya t
əmsilçisi Kaliopi öz mahnısını ifa edib. Məşqlər bu dəqiqələrdə 
d
ə davam edir.   
 
İnterşum – Kaliopinin mahnısı 
 


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə