82
Azərbaycan tarixinin qəhrəmanlıq
səhifəsi
qardaşı İsmayıl babamla birlikdə ona qulluq ediblər. Lakin çox təəs-
süf ki, uzun müddət müalicə etmələrinə baxmayaraq yaralı
əsgər və-
fat edib və onu Qaraman kəndində indiki kənd kitabxanasına yaxın
ərazidə dəfn ediblər.
Şakir Abdullayev (1936-cı ildə anadan olub), Ismayıllının Molla-
ishaqlı kəndinin sakini: Mən 47 il rus dili və ədəbiyyat müəllimi işlə-
mişəm, hal-hazırda təqaüddəyəm. 1918-ci ildə ermənilər bu kəndi talan
ediblər. Mənim anam 115 il yaşayıb. Mən ondan soruşanda ki, buranın
tavanı nəyə görə belə qaradır, deyirdi ki, ermənilər burada ocaq yandırıb
viran qoymuşdular. Atam-anam köçüb getmişdilər Ağdaş rayonunun
Ərəbkükəl kəndinə. Mən də iki-üç dəfə uzunqulaqla o kəndə getmişəm.
Onlar Molla Mikayıl adlı bir kişinin evində qalırmışlar ta ki, türklər gəlib
buranı azad edənə kimi.
Türklər bura gələndə soruşublar ki, Burada Həccə gedənlər kimlər-
di? Hacı Mürsəl, Hacı Abdulla, Hacı Əlisa bildiriblər ki, onlar Həcc zi-
yarətində olublar. Türklər öz yorulmuş atlarını veriblər hacılara, onların
83
Göyçay döyüşləri (iyun-iyul 1918-ci il)
atlarını götürüb gediblər ermənilərlə döyüşməyə. Çıxıblar yola, “Göyün
yoxuşu” adlı yer var, ora çıxanda soruşublar ki, ermənilər hardadı, bu
anda Hacıhətəmlinin ağacı deyilən yer var, o tərəfdən atəş açılıb. Türkər
burdan nişan alıb düz erməni topunun lüləsini vurublar.
Ermənilər müsəlman əhalini Qalagah kəndindəki kilsəyə doldura-
raq öldürürmüşlər. Görün ermənilər nə qədər nankor millətdir ki, öz
cinayətlərini ört-basdır etmək üçün sovet dövründə Qalagah kəndində
abidə qoyublar ki, guya türklər bunlara qarşı soyqrım ediblər. Amma
bütün əhali bilir ki, türklər onların başladığı soyqrımın qarşısını almaq
məqsədi ilə gəlmişdilər.
Türklər eyni zamanda bizə döyüş mədəniyyətini də öyrədiblər. On-
lar bura gələndə özlərinə bir azərbaycanlı bələdçi götürüb deyiblər ki,
gedək ermənilərin yerini bizə göstər. Ermənilər güllə atarkən azərbay-
canlı başını sağa-sola yellədərək irəliləyirmiş. Türklər onu danlayıblar
ki, nə bilirsən güllə hansı
tərəfdən gələcək, başını qoru!
Bizim kənddə rəhmətlik Qədir kişi olub. O, bir erməni qadınını yer
təndirində gizlədərək saxlayıb, ölümdən xilas edib. Sonra Abuzər kişi
vardı, həm də bizim qohumumuz idi. O, bir erməni qadını ilə evlənmiş-
di. Abuzər kişi deyir ki, ermənilərin yaşadığı Soltan kəndinə iki ermə-
ni bir körpəli qadını qabaqlarına salıb döyə-döyə gətirdiklərinin şahidi
olub. Onlar qadını çarmıxa çəkib, qaynayan samovarı belinə bağlamaq
istədikdə, Abuzər kişi bunun qarşısını alıb. O, ermənilərin ağsaqqalla-
rına deyir ki, nə vəhşi adamlarsınız, belə etsəniz bu dəqiqə gedib sizin
qızınızı boşayacam. Ondan sonra ermənilər qadını sağ buraxıblar.
Atam Qubadov Paşa Qubad oğlu erməni quldurlarına qarşı döyüş-
lərdə fəal iştirak edib. Qubadla, Zülfüqar Paşa kişinin babaları olub.
Zülfüqar yüzbaşı olub. Üzdə olan insanlar olduqları üçün onları er-
mənilər öldürüblər. Ermənilər ətraf kəndlərin əhalisini Qalagah kən-
dindəki kilsəyə doldurub, orada öldürürmüşlər. Atam öz dəstəsilə
Qalagaha hücum edərək ermənilərlə döyüşmüş və kilsədəki əhalinin
azad etmişdir. Atamın ermənilərə qarşı döyüşlərdə iştirak etməyinin
85
Göyçay döyüşləri (iyun-iyul 1918-ci il)
İsmayıllının Hacı Hətəmli kəndində türk əsgərlərinin müalicə olunduğu ev