Kurs: II (2021 – 2022) Qrup: tcm2001b fənn


TRANSMİLLİ ŞİRKƏTLƏRİN ÖLKƏLƏR ÜZRƏ TƏMƏRKÜZLƏŞMəsi



Yüklə 250,52 Kb.
səhifə2/3
tarix11.05.2022
ölçüsü250,52 Kb.
#86582
1   2   3
Zeynalova Rubabə sərbəst iş Coğrafiya

2.TRANSMİLLİ ŞİRKƏTLƏRİN ÖLKƏLƏR ÜZRƏ TƏMƏRKÜZLƏŞMəsi

Beynəlxalq istehsalın ümumi masştabı, onun seqmentlərinin coğrafi bölgüsü müəssisələrin sayı və onların dünyanın bu və ya digər regionunda yerləşməsi ilə müəyyən edilə bilər.Ən son rəqəmlərə görə dünyada təxminən 64 min TMŞ fəaliyyət göstərir ki, onlar da bütün dünya üzrə 870 min xarici filiala malikdirlər. Bu şirkətlərin müəyyən hissəsi doğrudan da iri, öz fəaliyyət sahələrində lider mövqelərə malik şirkətlərdir. Bununla belə, onların bir çoxu kiçik və orta müəssisələr kateoqiyasına aiddirlər. Məsələn, 1996-cı ildə İsveçə məxsus TMŞ-lərin 4/5-ü kiçik və orta müəssisələr idi. İtaliyada isə bu göstərici 3/5-ə bərabər idi. Müasir dünya iqtisadiyyatının qloballaşması şəraitində rəqabət mübarizəsinin səviyyəsinin artması daha çox şirkətləri öz investisiya portfellərinə xarici aktivləri daxil etməyə məcbur edir ki, bu da transmilli şirkətlərin və onların dünya üzrə filiallarının sayının artmasına gətirib çıxarır.

Bu göstəricilər TMŞ və onların filiallarının ölkələr üzrə təmərküzləşməsi barədə müəyyən təsəvvür formalaşdırmağa imkan verir:

1. Onların əsas hissəsi (77%) inkişaf etmiş ölkələrdə - Qərbi Avropada, ABŞ-da və Yaponiyada cəmlənmişdir. Maraqldır ki, bu ölkələr arasında birinci yerdə Danimarka (9356) gedir. Almaniya üzrə bu göstərici 8522-yə, Böyük Britaniya üzrə3132-yə, Fransa üzrə isə 1922-yə bərabərdir. Lakin filialların sayı bu vəziyyəti aydınlaşdırır: Böyük Britaniyada onların sayı 13828-ə, Almaniyada 13826-ya, Fransada 9473-ə bərabərdir. Bu o deməkdir ki, TMŞ-nin ana ofisinin bu və ya digər ölkədə yerləşməsinə baxmayaraq, onların filialları əsasən daha əlverişli şəraitə malik digər ölkələrdə fəaliyyət göstərirlər. TMŞ-lərin yüksək təmərküzləşməsi həmçinin İsveçrə (4506 ana şirkət və 5774 filial), İsveç (müvafiq olaraq 4260 və 4656) və Norveçdə (900 və 5105) də müşahidə olunur. ABŞ iqtisadiyyatının masştabı fonunda burada rəsmi olaraq cəmisi 3235 TMŞ fəaliyyət göstərir və onların filiallarının sayı 15712-yə bərabərdir. Yaponiya üzrə bu göstəricilər müvafiq olaraq 3760 və 3359-ə bərabərdir.

2. TMŞ-lərin filial şəbəkəsinin Latın Amerikası ölkələrində təmərküzləşməsi dərəcəsi kifayət qədər yüksəkdir. Belə ki, 2022 TMŞ-yə 45383 filial düşür. Bu filiallardan daha çoxu Meksikada (25708), Braziliyada (8050), Çilidə (3173), Kolumbiyada (2220) fəaliyyət göstərir.

3. Asiya ölkələrində 10685 TMŞ və onların 464631 filialı mövcuddur. Göründüyü kimi, dünya üzrə filialların yarıdan çoxu Asiya ölkələrində yerləşir. Bu TMŞ-lərin 12909 filiala malik 7460-nın baş ofisləri Cənubi Koreyada yerləşir. Çində isə 350 baş ofisə malik TMŞ və 363885 filial fəaliyyət göstərir. Honq-Konqda bu göstəricilər 948 və 9132-yə, Türkiyədə 653 və 6311-ə, tayvanda 606 və 2841-ə bərabərdir. Malayziyada 15567, Filippində 14802, Sinqapurda 14052 filial fəaliyyət göstərir.

4. Şərqi Avropada TMŞ-lər üstünlüyü Çexiyaya verirlər. Bu ölkədə 71385 filiala malik 660 TMŞ fəaliyyət göstərir. Polşa üzrə bu göstəricilər müvafiq olaraq 58 və 14469-a bərabərdir.Xarici filialların hansı formada yaradılmasından asılı olmayaraq, bu zaman əsas məqsəd TMŞ-ləri ümumi idarəetməsi altında həyata keçirilən beynəlxalq istehsalın payının artırılmasıdır.


Yüklə 250,52 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə