Kurs: II (2021 – 2022) Qrup: tcm2001b fənn


Nəhəng transmilli korporasiyalar və beynəlxalq statistika



Yüklə 250,52 Kb.
səhifə3/3
tarix11.05.2022
ölçüsü250,52 Kb.
#86582
1   2   3
Zeynalova Rubabə sərbəst iş Coğrafiya

3.Nəhəng transmilli korporasiyalar və beynəlxalq statistika

Dünya miqyasında tanınan transmilli şirkətlər, holdinqlər fəaliyyətdə olduqları sahələrdəböyük uğurlar əldə ediblər. Bu uğurlar onların illik maliyyə hesabtalarında, əldə etdikləri gəlirin miqdarında özünü göstərir.



1. Çin Sənaye və Ticarət bankı-42,7 milyard dollar.Çin Sənaye və Ticarət Bankı,dünyanın birinci bankı hesab olunur.1984-cü ildə Pekində yaradılıb. İllik gəliri isə 42,7 milyard dollardır.

2. Apple- 37 milyard dollar.Stiv Cobs başda olmaqla Stiv Vozniak, Ronald Ueyn tərəfindən ABŞ-da yaradılan Apple şirkəti dünyanın ən çox gəlir gətirən ikinci şirkətdir. Dünyada 98000 əməkdaşı var.

3. Qazprom- 36,7 milyard dollar.Rusiyanın ən böyük şirkətlərindən biridir. Dünyada ən çox qaz istehsal edən şirkətlərdən biridir. Şirkətin qazancı 36,7 milyard dollardır.

4. China Constuction Bank-34,9 milyard dollar.Çin Xalq Respublikasının dörd ən böyük bankından biridir. Dünyanın ən böyük ikinci bankı hesab olunur. Frankfurt, Lüksemburq, Honq Konq, Nyu York, Seul, Sinqapur, Tokio, Melburn, Sidney və London kimi böyük şəhərlərdə də filialı olan bankın 13 mindən çox şöbəsi var. Şirkətin qazancı 34,9 milyard dollardır.

5. Exxon Mobil- 32,6 milyard dollar.1999-cu ildə Exxon və Mobil adlı iki neft şirkətinin birləşməsi ilə yaranan Exxon Mobil şirkəti 32,6 milyard qazanc əldə edib. Şirkətin mərkəzi ABŞ-ın Texas ştatındadır.

6. Samsung- 27,2 milyard dollar.1938-ci ildə Cənubi Koreyada Li Byung-Çul tərəfindən yaradılan Samsun şirkəti 27,2 milyard dollar qazanc əldə edir. Samsung deyəndə ağlımıza mobil telefonları, LEDtelevizorlar və ya digər elektron məhsullar gəlsə də bu şirkətin yalnız "elektron qolu”dur və əslində Samsung reklam, tikinti kimi sahələrdə də fəaliyyət göstərir.

7. Agricultural bank of China- 27,1 milyard dollar.2,7 milyon müştərisi və təxminən 24.000 şöbəsi olan Çin Xalq Respublikası bankıdır. Şirkətin qazancı 27,1 milyard dollardır.

8. Bank of China- 25,5 milyard dollar

1912-ci ildə qurulan Bank of China, həm də Çində yaradılan ən qədim bankdır. Dünyanın ən çox qazanan beşinci bankı hesab olunur. İllik qazancı isə 25,5 milyard dollardır.



9. British Petroleum- 23,5 milyard dollar

Dünya miqyasında tanınan neft şirkəti BP, 1909-cu ildə “Anglo-Persian Oil Company” adı ilə yaradılmış, 1954-ci ildə British Petroleum adını almışdır. İllik qazancı 23,5 milyard dollardır və dünyanın ən böyük neft şirkətlərindən biri kimi qəbul edilir.



10. Microsoft- 22,1 milyard dollar

Dünyanın ən böyük şirkətlərindən biri olan Microsoft, 1975-ci ildə Bill Gates tərəfindən ABŞ-da yaradılıb. Dünyada 90000-dən çox işçisi olan şirkət 22,1 milyard dollar qazanc əldə edib.

NƏTİCƏ:

Nəticə olaraq Çox millətli Şirkətlər dünya üzərində nəhəng bir iqtisadi güclə bəzənmiş böyük işlətmələrdir. Dünya ticarətinin təxminən olaraq əksəriyyətini əllərində saxladıqları təxmin edilməkdədir. Tətbiq etdikləri müasir rəhbərlik modelləri, təsirli texnologiya istifadəsi və güclü iqtisadi strukturları müvəffəqiyyətlərinin təməlini ifadə etməkdədir. İKY Siyasətləri baxımından əla alındığında tətbiqləri bir çox kiçik və orta ölçəkli (Kobi) işlətməyə nümunə meydana gətirə bilər. Beləcə transmilli Şirkətlərin tətbiqlərindən faydalana bilmə imkanı doğulacaq.



ƏDƏBİYYAT SİYAHISI:

Mənbə: World Investment Report 2003, UNCTAD, New York and Geneva, 2003

“World Investment Report 2003” (UNCTAD, New York and Geneva, 2003)

hesabatının göstəriciləri əsasında müəlliflərin hesablamaları



Məlikməmməd Məmmədov “Dünya təsərrüfatının coğrafiyası “ Bakı-2011

R.H.Məmmədov, Tofiq Bəhərçi, V.Z.Mehdiyeva, T.S.Quliyev “Dünyanın iqtisadi və sosial coğrafiyası “ Bakı-2006
Yüklə 250,52 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə