Ҝөздәјмәјә гаршы нә едим



Yüklə 278,86 Kb.
Pdf görüntüsü
səhifə9/10
tarix06.02.2018
ölçüsü278,86 Kb.
#26442
1   2   3   4   5   6   7   8   9   10

 

17

 



Məsumlar  insandakı  göz  nemətinin  böyüklüyündən  danışıb.  Gözün  nuru  ilə  yanaşı  qəlbin  nurunu 

gücləndirmək  tövsiyə  olunub.  Olsun  ki,  bu  göstərişlər  gözün  zərərli  təsirinin  qarşısını  alır.  Dində 

Kəbəyə, Qurana, ata-ananın simasına baxmaqın xüsusi hikmətlərə malik olduğu bildirilir. 

Əvvəlcə  qeyd  etdiyimiz  sualı  bir  də  təkrarlayaq:  Yalnız  başqaları  bizə  problem  yaradır,  yoxsa  bizdə 

gözümüzlə  başqalarına  problem  yaradırıq?  Rəvayətlərdən  alınan  nəticə  budur  ki,  bütün  insanların 

gözündə dağıdıcı enerji var. Amma bu enerji dalğasının uzunluğu fərqlidir. Bəs dağıdıcı enerjini necə 

zəiflətmək olar? Eləcədə müsbət enerjini necə gücləndirmək mümkündür? 

 

İslamda dəyərli baxış 



 

Qurana,  həzrəti  Peyğəmbərin  (s)  nurani  kəlamlarına  baxmaqla  ruhumuza  təravət  verə  bilərik.  Həzrət 

buyurur: “Gözlərinizi Quran ibadətindən məhrum etməyin.” Həzrətə sual veriləndə buyurdu ki, Qurana 

baxmaq, bu barədə düşünmək və ibrət götürmək ecazkar təsirlərə malikdir." (“Muhəccətul-Bəyza”, c. 

2, s. 231) 

Gözünün  mənfi  təsirindən  ehtiyatlanan  əzizlər  həzrət  Peyğəmbərin  (s)  göstərişlərinə  itaət  etməklə  bu 

mənfi enerjinin qarşısını ala bilərlər. Qurana baxmaqla qəlbi səfalandırmaq insana müsbət enerji verir.  

Allah qorxusundan və İmam Hüseynin (ə) məzlumiyyətinə ağlamaq 

İnsan ağladığı zaman gözündən yaş gələn yeganə varlıqdır. Göz yaşı xüsusi bir maddədir. İnsanın nə 

üçün  ağlaması  göz  yaşının  tərkibinə  təsirlidir.  Məsələn,  qadınların  göz  yaşı  ilə  kişilərin  göz  yaşının 

tərkibi arasında fərq var. 

İnsan müxtəlif səbəblərdən ağlaya bilər. İnsan ağlamasına sevinc, ayrılıq, təəssüf, peşmançılıq, qəzəb, 

intizar,  eşq,  yaxınlardan  ayrılıq,  bəzən  də  soğan  soymaq  səbəb  ola  bilər.  Bütün  bu  göz  yaşlarının 

tərkibi fərqlidir. İslamda göz yaşı ilahi rəhmət nişanəsi kimi tanıtdırılır. Həzrəti Peyğəmbər buyurur: 

“Allah öz bəndələrinin qəlbinə mərhəmət vermişdir. Eyni zamanda Allah mərhəmətli bəndələrinə rəhm 

edir.” (“Sonuncu Peyğəmbər”, c. 6, s. 34) 

Göz yaşları arasında ən dəyərli göz yaşı Allah qorxusundan ağladığın zaman gələn göz yaşıdır. Ən ağır 

göz  yaşı  fəzilətlərdən  məhrum  olmaq  səbəbindən  peşmançılıq  çəkəç  insanın  göz  yaşıdır.  Ən  dəyərli 

göz yaşı şəhidlər ağası İmam Hüseyn (ə) üçün ağlayarkən gələn göz yaşıdır. 

Araşdırmalar  göstərir  ki,  yerində  ağlaya  bilən  insanlarda  mədə  və  on  iki  barmaq  bağırsaq  yarası 

xəstəliyi nadir hallarda müşahidə edilir. Asanlıqla ağlayan insanların ürəyində problem olmur, ruhları 

təravətli olur. Digər tərəfdən insan ağladığı zaman onun bədənindəki zəhərli maddələr xaric olur. Bu 

zaman zərərli baxışlarda, enerjilərdə aradan qalxır. Buna görə də daş qəlbli insanların gözündə mənfi 

enerji  güclü  olur.  Demək,  İmam  Hüseynə  (ə)  ağlamaqla  gözümüzü  zəhərli  enerjilərdən  xilas  edə 

bilərik.  

 

Diqqəti cəlb etməmək orta həddi gözləmək 



 

İslam təlimlərində insanın gözəllik istəyinə xüsusi diqqət yetirilir. Müsəlmanlar paklığa, öz gözəlliyinə 

diqqət  yetirməyə  çağırılır.  İslam  təlimləri  müsəlmanı  pintilikdən,  səliqəsizlikdən  çəkindirir.  Həzrət 

Peyğəmbərin (s) gözəlliyə diqqət verməsi rəvayətlərdə geniş yer alıb. Həzrət özü evdən çıxanda və ya 

bir  şəxslə  görüşə  gedəndə  saçlarını  darayar,  özünü  səliqəyə  salar,  hətta  simasını  səliqəyə  salarkən 

qabda  suya  baxardı.  Həzrət  buyurur:  “Allah  gözəldir  və  gözəllikləri  sevir.  Allah  bəndəsində  öz 

nemətinin  əsərini  görəndə  razı  qalır.  Bir  insan  özünü  yoxsul  göstərəndə  Allah  qəzəblənir.  (“Kənzul-

Ummal”, h. 17166) 

Bəzənmək  dedikdə  səliqəli,  pak  olmaq,  ətirlənmək  nəzərdə  tutulur.  Amma  bu  insanın  özünü  gözə 

soxması, diqqəti cəlb etməsi üçün deyil. Bəzi insanlar ətrafdakı insanların diqqətini cəlb etmək üçün 

qiymətli libaslar geyinir, qiymətli bəzək əşyalarından istifadə edir. Bəli, bu sahədə ifrata varanlar var. 

Təfrit yolunu gedənlər isə əksinə gözdəymədən qorxaraq özünü yoxsul göstərməyə çalışır, hətta tez-tez 

imkansızlıqdan  gileylənirlər.  İslam  bunu  da  bəyənmir.  Özünü  cəmiyyətə  göstərməyi  adətə  çevirən 

insanlar  şeytanın  tələsinə  düşüb.  Modern  dünyamızda  bütün  təbliğat  vasitələri  insanları  cəmiyyətə 

gözəl  şəkildə  çıxmağa  çağırır.  Amma  burada  məqsəd  dəbdəbəçiliyi,  kübarlığı  yaymağdır.  Modern 



 

18

 



dünyanın  gözəlliyə  çağırışı  ilə  İslamın  gözəlliyə  çağırışı  arasında  yerlə  göy  arası  fasilə  var.  Əgər 

İslamın  çağırışı  cəmiyyətə  müsbət  enerji  verməkdirsə,  modern  dünyanın  çağırışı  başqalarını 

qıcıqlandırmaqdır. Bəziləri də bir məsəli özlərinə şüar ediblər: “Palaza bürün ellə sürün.” Bunu başqa 

şəkildə  də  ifadə  edirlər.  Deyirlər  ki,  rüsvay  olmaq  istəmirsənsə  camahat  gedən  yolu  get.  Bu  gün 

dünyada  israfçılıq  ifrat  həddə  çatıb.  İnsanlar  nəyin  bahasına  olursa  olsun  ətrafdakılardan  fərqlənmək, 

diqqəti  cəlb  etmək  istəyirlər.  İnsanların  qazancı,  maddi  durumu  onların  geyimi,  zahiri  görkəmindən 

çox aşağı olur. 

Belə bir nəticə çıxarırıq ki, İslam buyurduğu kimi, ən gözəl yol orta yoldur.  

Orta  yolu  tutan,  öz  zahiri  görkəmi  ilə  diqqəti  cəlb  etməyən  insanlar  gözdəymədən  də  amanda  qalır. 

Demək sağlam həyat tərzinin şərtlərindən biri mötədillik, orta həddi gözləməkdir. İstər geyimin, istər 

ev-eşiyin, istər avtomobilin orta səviyyədə olması insanı zərərli baxışlardan müdafiə edir. Biz Allahın 

istədiyi  həddə  gözəlliyə  riayət  etməliyik.  İmam  Sadiq  buyurur:  “Bir  insan  gözəl  şəkildə  evdən  xaric 

olursa “Fələq” və “Nas” surələrini oxusun ki, ona zərər toxunmasın. “Məuzəteyni” oxusa Allahın izni 

ilə zərərli baxışdan amanda qalar.  

Bizə  tövsiyə  olunur  ki,  gözün  zərərli  enerjisindən  qorunmaq  üçün  Əllərimizi  qunutda  olduğu  kimi 

üzümüz  qarşısında  tutaq  “Həmd”,  “Tövhid”,  “Fələq”  və  “Nas”  surələrini  oxuyaq  sonra  əllərimizi 

üzümüzə çəkək. (“Məfatihul-Cinan”, s.1006) 

İnsanların  bir  çox  problemlərinin  kökü  onların  özünü  göstərmək  həvəsindədir.  Bəziləri  sanki 

cəmiyyətin diqqətini cəlb etmək üçün yaşayır. Belə insanlar həqiqi xoşbəxtliyin ləzzətini bilmir. Çünki 

onların görkəmi başqalarında həsəd hissi yaradır, eyni zamanda həmin insanlar üçün problemlər ortaya 

çıxarır.  Buna  görə  də  ətrafdakı  insanları  təhrik  edən  işlərə  yol  verməməliyik.  Özümüzün,  ailəmizin, 

övladlarımızın sağlamlığı üçün mötədilliyi gözləməliyik.  

 

Düşüncədə müsbət surət yaratmaq 

 

İnsanın  mənfi  düşüncələrə  təslim  olması  onu  inkişaf  və  uğurdan  saxlayır.  Bütün 



müvəfəqiyətsizliyimizin  səbəbini  bəd  nəzərdə  axtarmaq  düzgün  deyil.  Biz  düşüncəmizi  müsbətə 

kökləməli,  nikbin  olmalıyıq.  Əgər  mənfi  düşüncələri  özümüzdən  uzaqlaşdıra  bilsək  həqiqi  səadətin 

ləzzətini dadarıq.  

Qurani  məcid  behişt  gözəllikləri,  behişt  libasları,  behişt  meyvələri,  behiştdəki  şəraitdən  danışmaqla 

insanları gözəl həyata həvəsləndirir. Quranın bu sahədəki buyuruqları insan təsəvvüründə müsbət surət 

yaradır.  Allah-Taala  Quranda  iman  əhlinə  müjdə  verir.  Bu  müjdələr  insanı  ümidsizlik,  bədbinlikdən 

uzaqlaşdırır.  

Deyilənlərdən  belə  bir  qənaətə  gəlirik  ki,  bir  çox  insanlar  özləri  mənfi  enerji  istehsal  edirlər.  Mənfi 

düşüncələrə  qapılmaq,  özünü  bu  düşüncələrə  əsir  etmək  ən  böyük  bədbəxtçilikdir.  Həyatda  uğur 

qazanmaq  üçün  düzgün  müdiriyyətə  ehtiyac  var.  İnsan  öz  həyatını,  ailəsini,  işini  düzgün  idarə 

etməlidir.  Bu  sırada  ən  təsirli  sahələrdən  biri  insan  düşüncəsidir.  Əgər  insan  öz  düşüncəsini  düzgün 

idarə  edə  bilməsə  müvəffəqiyyət  qazana  bilməz.  Düşüncəsini  idarə  etməyi  bacaran  insan  mənfi 

enerjilərdən  də  xilas  ola  bilər.  Bəli,  müsəlman  nikbin  və  qədirdan  olmalıdır.  O  gələcəyə  ümidlə 

baxmalı,  ixtiyarında  olan  nemətlərə  görə  şükür  etməlidir.  Xoşbəxtliyin  ilk  şərti  belə  bir  ruhiyyədir. 

Belə bir ruhiyyə insan sağlamlığına müstəsna təsir göstərir. Allah təvəkkül edək ki, bizi həmişə görür 

və bizim çağırışlarımıza cavab verərək, ehtiyaclarımızı aradan qaldırır.  

 

Əqiq və firuzə daşın təsiri 

 

Şübhəsiz ki, varlıq aləmi nizamlıdır və öz hərəkəti ilə müəyyən vəzifələr yerinə yetirir. Yer üzündə və 



yerin  altında  olan  nemətlər  boş  yerə  yaradılmayıb.  Onların  hər  birinin  hikməti  var.  Bu  sırada  mədən 

daşları  da  yer  alır.  Mədən  daşlarının  insan  orqanizminə  müalicəvi  təsiri  var.  Mədənçi  mütəxəssislər 




Yüklə 278,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə