Ҝөздәјмәјә гаршы нә едим



Yüklə 278,86 Kb.
Pdf görüntüsü
səhifə8/10
tarix06.02.2018
ölçüsü278,86 Kb.
#26442
1   2   3   4   5   6   7   8   9   10

 

15

 



İslamda  sehri  təsirsizləşdirmək  biliyinə  malik olan  alimlərə  bu  işi  görmək  vacibi-kifayidir,  yəni  sehr 

təsirsizləşdirilənə  qədər  vacibdir.  (Bütün  təqlid  mərcələrinin  nəzəri  budur  ki,  sehr-cadu  haram  işdir, 

onu təsirsizləşdirmək vacibi-kifayidir.) 

Nəticə  alırıq  ki,  sehr  dağıdıcı  olduğundan  alimlər  və  məharətli  dua  yazanlar  sehr-cadunu 

təsirsizləşdirməyə  vəzifəlidirlər.  Bəzən  sehr-cadu  haralardasa  gizlədilir.  Onlar  basdırılmış  mina 

kimidir.  Bu  minaların  təsirsizləşdirilməsi  üçün  mütəxəssislərə  müraciət  etmək  olar.  (Sehr  sözünün 

lüğət  mənası  zərif,  lətif  deməkdir.  Kim  bir  başqasını  yumşaltmaq  məqsədi  ilə  qeyri-təbii  güclərdən 

istifadə edərsə bu sehrdir; (Elm və din baxımından ruh və cin, s. 295) 

 

Bizim öz gözlərimizdə təhlükə varmı? 

 

Söhbətimizin  əvvəlində  qeyd  etdik  ki,  gözdəymənin  çevrəsi  böyükdür.  Hamıda  göz  enerjisi  var.  Bu 



barədə ən dəqiq məlumatı peyğəmbərlər və vəhy təfsirçiləri veriblər. Bəzi rəvayətlərdən aydın olur ki, 

bir  qrup  insan  nəinki  gözü  ilə  bizə  problem  yaradır,  hətta  biz  özümüz  də  gözümüzlə  onlara  problem 

yaradırıq. Buna görə də rəvayətlər tövsiyə edir ki, dost və yaxın insanların əlində bir nemət gördükdə 

və  bundan  heyrətləndikdə  də  dərhal  “Və  in  yəkadulləzinə  kəfəru...”  ayəsini,  başqa  dua  və  zikirləri 

oxuyaq. Bu dua və zikrləri təkrarlamaqla gözün mənfi dalğalarını zərərsizləşdirmək olar.  

Gözümüzün mənfi təsirinin qarşısını necə alaq? 

Gözdəymə  barədə  dini  mənbələrdə  verilən  məlumatlara  və  təcrübəli  insanların  tövsiyələrinə  əsasən 

bütün insanların gözündə böyük enerji var. Xüsusi şəraitlərdə bu enerji işə düşür və öz dağıdıcı təsirini 

göstərir. Hər birimizdə belə enerji var. Təcrübədə sübuta yetib ki, bizim öz sevdiyimiz övladlarımıza 

da gözümüz dəyir. 

Övladlarımızın evinə gedəndə və gözəl bir əşya görəndə bu bizi ehtizaza gətirir. Yaxınlarımızın boy 

atması,  gözəlləşməsi  bizi  təəccübləndirir.  Bəzən  sevdiyimiz  insanların  işdə  uğur  qazanması  bizdə 

sevinc  yaradır.  Biz  bütün  bu  işlərdən  ləzzət  alsaq  da,  Allaha  şükür  etsək  də,  göz  enerjimiz  dağıdıcı 

təsirini  göstərə  bilər.  İslam  məktəbi  göz  enerjisini  ilahi  zikrlərlə  cilovlamağı  tövsiyə  edir.  Xüsusi 

zikrlərlə bu dağıdıcı qüvvənin qarşısını almaq olar. Həzrət Peyğəmbər  (s) buyurur: “Əgər müsəlman 

qardaşınızın əldə etdiyi şey sizi  təəcübləndirsə dərhal deyin: “Təbarəkallahu əhsənul xaliqin”. Çünki 

gözdəymə həqiqətdir.” (“Musnədi-Hənbəl, c. 3, s. 84,447) Imam Sadiqin (ə) tövsiyələri arasında belə 

bir  tövsiyə  yer  alıb:  “Qardaşınızın  əlində  olan  şeydən  xoşunuz  gələndə,  buna  təəccüblənəndə  dərhal 

deyin:  “Təbarəkəllahu  əhsənul  xaliqin”.  Bəli,  gözdəymə  həqiqətdir.”  (“Biharul-Ənvar”,  c.  60,  s.  26) 

Kim gördüyü şeydən təəccüblənsə, heyrətlənsə, sevinsə desin: “Əllah, Əllah, maşaəllah, la qüvvətə illa 

billah”, bu zaman gözündə heç bir mənfi təsir olmayacaq.” (Həmin mənbə) 

İmam  Sadiq  buyurur:  “Gözdəymə  həqiqətdir.  Nə  sən  başqalarının  gözündən  amandasan,  nə  də 

başqaları  sənin  gözündən  amandadır.  Buna  görə  də  gözdəymənin  qarşısını  almaq  üçün  üç  dəfə  de: 

“Maşaəllahu, la qüvvətə illa billahil-əliyyil əzim.” (Həmin mənbə) 

Həzrət  peyğəmbərin  belə  buyurduğu  nəql  edilir:  “Gözdəymə  həqiqətdir.  Bir  insana,  heyvana,  bir 

əşyaya  baxıb  onun  gözəlliyindən  təəccüblənəndə  deyin:  “Aməntu  billahi  və  səlləllahu  əla 

Muhəmmədin və alih”. Bundan sonra gözün mənfi təsiri aradan qalxar.” (Həmin mənbə) 

Başqa  bir  yerdə  Peyğəmbərdən  (s)  belə  nəql  olunur:  “Sizlərdən  birinizi  müsəlman  qardaşınızın  var-

dövləti təəccübləndirəndə dərhal deyin: “Təbarəkallahu əhsənul xaliqin”. Çünki gözdəymə həqiqətdir.” 

(Musnədi-Hənbəl”, c. 3, s. 447) 

İmam  Sadiq  (ə)  buyurur:  Mömin  qardaşda  olan  bir  şeydən  xoşunuz  gələndə  təkbir,  (Allahu-əkbər) 

deyin ki, ona zərər toxunmasın.” (“Biharul-Ənvar”, c. 60, s. 25) 

“Musnədi-Hənbəl” və digər sünni mənbələrində nəql olunur ki, peyğəmbər zamanında Səhl ibn Hənif 

adlı bir şəxs Mədinədə göldə üzdüyü zaman Abdullah Amir adlı bir şəxs ona baxıb təəccüblə deyir: 

“Bu günə qədər belə gözəl heykəl görməmişəm!” Bu söz onun ağzından çıxan kimi səhl haldan düşür, 

vəziyyəti  ağırlaşır.  Amir  özü  Peyğəmbərin  (s)  yanına  girir  və  baş  vermiş  hadisəni  danışır.  Həzrət 

Peyğəmbər  (ə)  buyurur:  Nə  üçün  öz  qardaşınızı  öldürürsünüz!  Nə  zaman  müsəlman  qardaşa  baxıb 



 

16

 



təəccüblənsəniz  deyin:  “Təbarəkallahu  əhsənul  xaliqin.”  Sən  bunu  demədinmi?  Axı  gözdəymə 

həqiqətdir.” Sonra Peyğəmbər Amirə göstəriş verir ki, dəstəmaz alsın.  Amir dəstəmaz alandan sonra 

Səhlin vəziyəti yaxşılaşır. (“Təfsirul-Qurtubi”, c. 9) Bir daha qeyd edək ki, gözdəymənin səbəbi baxan 

insanın  paxıllığı,  kin-küdurəti  deyil.  Sevgi  ilə,  məhəbbət  ilə  baxış  da  təsirlidir.  Necə  ki,  ananın  öz 

övladına  gözü  dəyir.  Bunun  qarşısını  almaq  yollarından  biri  gözü  qaçırmaqdır.  Bir  şeydən  xoşunuz 

gələndə dərhal gözünüzü qaçırmğa çalışın. 

Nəticə  alırıq  ki,  həm  bizim  gözümüz  başqalarına  təsirlidir,  həm  də  başqalarının  gözü  bizə  təsirlidir. 

Ətrafdakı insanları ittiham edib özümüzü təmizə çıxarmayaq. 

 

Gözün  dağıdıcı  enerjisinin  qarşısını  almaq  üçün  ən  gözəl  vasitə  bunun  üçün  nəzərdə  tutulmuş 



dualardır. Demək nigaran olmağa əsas yoxdur, sadəcə bu duaları öyrənmək lazımdır.  

Allah qorxusundan, Əhli-beytin (ə), xüsusi ilə İmam Hüseynin (ə) məzlumiyyətinə ağlayan gözlərdən, 

harama qapanan gözlərdən inşallah zərərli təsir götürülər.  

Çalışaq ki, bu sahə üçün nəzərdə tutulmuş duaları əzbərləyək, bir şeyə baxıb təccübləndiyimiz zaman 

həmin duaları uca səslə oxuyaq. Əgər  belə etsək müalicəvi zikr adı altında bir mədəniyyət formalaşar. 

Bizə  göstəriş  verilib  ki,  bir  şey  gözünüzə  xoş  görünəndə,  gözünüzü  tutanda,  onu  Allahın  pənahında 

qərar verin və Peyğəmbərə (s) salam göndərin. (“Biharul-Ənvar”, c. 60, s. 25) 

Nəql olunan rəvayətlərdən görünür ki, gözün mənfi enerjisinin qarşısını almaq üçün dəstəmaz almaq 

təsirlidir. Dəstəmaz dində bəyənilmiş əməllərdəndir. Öz gözünün mənfi təsirindən ehtiyatlanan insan 

bir səhnə ilə qarşılaşdıqdan sonra dəstəmaz alıb desin: “Allahu əkbər, maşaallah, təbarəkallahu əhsənul 

xaliqin...  

Gözdəymə  hadisəsi  bizim  ixtiyarımızda  deyil  və  biz  istəmədən  baş  verir.    İslam  təlimlərində 

bilməyərəkdən baş verən bütün işlərə görə insan məsuliyyət daşımır. Yəni bu işlər ona günah yazılmır.  

 

Gözü dəyən insanın vəzifələri 



 

Gördüyün səhnədən təəccüblənəndə, sevinəndə dərhal de: Təbarəkəllahu əhsənul xaliqin. 

Heyrətləndiyin zaman de: Allah, Maşaallah, la-qüvvətə ila billah. 

Təəccübləndiyin zaman de: Maşəllahu, la qüvvətə illa bilahil-əliyyil-əzim 

Əgər gördüyün səhnə səni heyrətləndirdisə dərhal de: Aməntu billahi və səlləllahu əla Muhəmmədin və 

alih. 


Dostların əlində bir nemət görüb təəccüblənəndə de: Allahu əkbər. 

Əgər gözün dəydisə və həmin şəxs zərər çəkdisə dərhal dəstəmaz al. 

Gözündə  təsir  olan  insan  çalışsın  ki,  xoşu  gələn  şeylə  rastlaşanda  gözünü  ona  zilləməsin,  dərhal 

gözünü qaçırsın. 

Bütün bunlar İslamın tövsiyələridir. Gözündə təsir olanlar buna əməl etməlidir. Gözünün təsirinə özü 

və başqaları şahid olanlar yuxarıdakı göstərişlərə əməl etməlidirlər.  

 

Üçüncü pəncərə 

 

Gözün müsbət enerjisinin gücləndirilməsi 



Söhbətimizin bu hissəsinə Hafizin qəlbə yatan bir beyti ilə başlayaq: 

Uzun illər könül came-cəm istədi, 

Özündə olanı biganədən istədi... 

Hafizin  bu  beyti  insanın  potensial  imkanlarına  işarədir.  Qədim  zamanlarda  gözdəyməyə  qarşı  dini 

göstərişlər  bəyan  olunub.  Söhbətimizin  bu  yerində  insanın  potensial  imkanlarından,  böhranlardan 

keçmə məharətindən, eləcə də gözdəymənin qarşısını alma yollarından danışacağıq. 




Yüklə 278,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə