Ҝөздәјмәјә гаршы нә едим



Yüklə 278,86 Kb.
Pdf görüntüsü
səhifə10/10
tarix06.02.2018
ölçüsü278,86 Kb.
#26442
1   2   3   4   5   6   7   8   9   10

 

19

 



Allahın  bu  nemətləri  barədə  heyrətamiz  məlumatlar  verirlər.  Onlar  iddia  edirlər  ki,  firuzə  canlıdır. 

Əqiqdə də belə bir xüsusiyyət olduğunu bildirirlər. (Daşların möcüzəsi) 

İnsanlar bəşər tarixi boyu daşların xüsusiyyətlərindən faydalanıb. İnsanlarda qədim dövrdən belə əqidə 

olun ki, daşlar mənfi enerjini uzaqlaşdırır. Hətta daşların şeytanları qovduğu da bildirilir. İmam Sadiq 

(ə) buyurur: “Əqiq daş hər bəla və hadisədən hifz edir.” (“Məfahitul-Cinan”, s.1006) 

Həzrət  Əli  (ə)  buyurur  ki,  barmağınıza  Yəmən  əqiqindən  qaşı  olan  üzük  salın.  Bu  şeytan  hiylələrini 

insandan uzaqlaşdırır.” (“Üsuli-Kafi”, c. 6, s. 472) 

İmam  Baqir  (ə)  buyurur:  “Barmağına  əqiq  üzük  salan  insan  onu  əlindən  çıxarana  qədər  Allahın 

himayəsindədir.” (Həmin mənbə) 

 

Amma daşların gözdəymənin qarşısını alması ilə bağlı hədislərlə rastlaşmırıq. Qeyd olunur ki, bir çox 



mənfi  enerjilər  qeyb  oxlarıdır.  Bunları  bəla  kimi  yada  salırlar.  Bəşər  düşüncəsi  tarix  boyu  mənfəətə 

çatmaq,  zərərdən  uzaqlaşmaq  üçün  yollar  axdarıb.  Bu  məqsədlə  İbrahim  dinlərinə  üz  tutulub.  Əqiq, 

Firuzə,  Nəcəf  dürrü  müqəddəs  daşlardan  sayılır.  Qədim  dövürdə  müxtəlif  xalqlar  bu  daşlardan 

qoruyucu  vasitə  kimi  istifadə  ediblər.  Firuzə  haqqında  deyiblər  ki,  bu  daş  mənfi  enerjini  dəf  edib, 

müsbət enerjini özünə çəkir. Olsun ki, bu sahədə də ifrata varmalar mövcuddur. Müəllifin araşdırdığı 

sahələrdən  biri  də  qədim  tibdir.  Qədim  tibdə  daşların  təsirindən  istifadə  olunur.  Olsun  ki,  yuxarıda 

deyilənlər də buna işarədir.  

Nəticə alırıq ki, Əqiq, Firuzə, Nəcəf dürrü olan üzük və ya boyunbağıdan istifadə etmək qəm-qüssəni 

uzaqlaşdırır, duanın qəbuluna səbəb olur, insana ruzi gətirir. Allahın izni ilə bu daşların mənfi enerjiyə 

mane  olduğu  bildirilir.  Hər  halda  ilahi  nemət  olan  bu  daşların  müsbət  təsirlərindən  faydalanmaq 

lazımdır.  

 

Sədəqə bəlaların qarşısını alır 

 

İslam  təlimlərində  sədəqə  yer  və  göy  bəlalarının  qarşısını  alan  amil  kimi  göstərilir.  İslam  sədəqəni 



insan üçün ən mənfəətli ticarətə bənzədir. Sədəqə verən insan bunun müqqabilində qat-qat mənfət əldə 

edir. Həzrəti Peyğəmbər (s) buyurur: “Gecəni sübhə çıxdıqın zaman sədəqə ver, gecənin bəlası səndən 

uzaq  olsun.”  (“Məfatihul-həyat”,  s.  547)  Həzrəti  Peyğəmbər  (s)  başqa  məqamda  buyurur:  “Allah 

sədəqəyə xatir insandan yetmiş növ pis ölümü uzaqlaşdırar. (“Məfatihul-Həyat”, s. 550) 

Maraqlıdır ki, İslamda başqalarına kömək etmək, susuza su vermək, insanlara məhəbət göstərmək, elm 

öyrətmək,  heyvanlara  qayğı  göstərmək  sədəqə  nümunəsi  kimi  qeyd  olunur.  Nəticə  budur  ki,  mənfi 

enerjisinin qarşısını almaq üçün ən təsirli yollardan biri sədəqə verməkdir. Sədəqə bəlaları uzaqlaşdırır, 

zəhərli baxışları təsirsizləşdirir, səssiz güllə kimi insanı hədəfə almış bəlaların qarşısını kəsir.  

 

Millətlər arasında ənənələr 

 

Söhbətimizin əvvəlində qeyd etdik ki, Əhli-beyt (ə) məktəbində zəhərli baxışlardan uzaq olmaq yolu 



zikrdir.  Zikr  və  duada  sehr  və  cadu  kimi  pisliyi  zərərsizləşdirmək  gücü  var.  Quran  oxumaq,  dua  və 

minacat, təsbih və təmcid insanı mənfi enerjilərdən qoruyur. Qədim dövrlərdən insanlar arasında belə 

ənənələr  olub.  Hər  halda  dini  mənbələrdə  verilən  tövsiyələr  daha  əhəmiyyətlidir.  Amma  olsun  ki, 

müxtəlif xalqların bu sahədəki ənənələri də hikmət sahiblərinin tövsiyəsi əsasında formalaşıb. Zaman 

ötdükcə buna xurafatların əlavə olunması mümkündür. Tarix boyu insanların gözdəymədən çəkinməsi 

və buna qarşı tədbirlərə əl atması tamamilə əsassız ola bilməz. Əlbəttə ki, bu ənənələrə xurafatlar da 

əlavə edilib.  

 



 

21

 



Müxtəlif tüstülərin təsiri 

 

Asiya  və  yaxın  şərqdə  gözdəymənin  qarşısını  almaq  üsulları  arasında  ən  məşhurlarından  biri  Esfənd 



adlanan  bitkinin  toxumlarını  yandırmaq,  tüstüsünü  havaya  yaymaqdır.  Bəziləri  bunu  xurafat  hesab 

edir. Bəziləridə Esfəndin təsirinə inanır və gözdəymənin qarşısını almaq üçün Esfənd yandırır. Müəlif 

qədim  tibb  sahəsini  araşdırdığı  üçün  bu  mövzu  ilə  bağlı  müəyyən  məlumatlara  malikdir.  Esfəndin 

müalicəvi,  tibbi  faydaları  barədə  həzrət  Peyğəmbər  (s)  və  məsum  İmamlardan  (ə)  rəvayətlər  var. 

Esfənd də belə bir təsir olduğu düşünülür. Esfənd tüstüsü gözün mənfi enerjisini zəiflədir. 

 

Espənd tüstüsü xurafat deyilmi? 



 

Şərq ölkələrində qədim dövrlərdən Espənd məşhur bir bitkidir. Bu bitkidə şəfa verici qüvvə olduğuna 

inam  var.  Bəzi  ölkələrdə,  şəhər  və  kəndlərdə  insanlar  bu  bitkini  evdə  saxlayır.  Peyğəmbərin  (s) 

buyruqlarında da Espənd yada salınır. Həzrət buyurur: “Hər Esfənd yarpağı və toxumuna bu yarpaq və 

toxum  çürüyənə  qədər  bir  mələk  müvəkkildir.”  Başqa  bir  məqamda  Həzrət  (s)  buyurur:  “Espəndin 

kökü,  budaqları,  qəm  qüssəni  aradan  qaldırır,  sehrin  qarşısını  alır.  Onun  toxumunda  yetmiş  dərdə 

dərman  var.  Espəndlə  dərdlərinizə  çarə  qılın.”  (“Biharul-Ənvar”,  c.  59,  s.  239)  Nəql  olunmuş 

rəvayətlərdə  Espəndlə  yanaşı  Kondur  adlanan  bitkinin  də  adı  çəkilir.  Rəvayətlərdə  bu  bitkidən  necə 

istifadə olunması barəsində danışılmır. Onun yandırılıb tüstüsünün havaya verilməsi qeyd edilmir. Bəzi 

rəvayətlərdə  bildirilir  ki,  Espənd  insan  qəlbinin  nurunu  gücləndirir,  düşüncəni  artırır,  hikmət  gətirir. 

Qədim dövrlərdən havanı təmizləmək üçün də Espənd yandırılıb. Esfənd tüstüsünün zərərli maddələri 

öldürdüyü  bidirilir.  Gözdəyməyə  qarşı  bu  bitkidən  istifadə  olunması  yaxşı  olardı.  Rəvayətlərdə  qeyd 

olunan “Nuşrə” sözü aradan qaldıran mənasını verə bilər. Lüğət kitablarında bu söz barədə deyilir ki, 

bu müalicə əhəmiyyətli ovsundur. Bir şəxsə cin toxunubsa “nuşrə” deyirlər ki, cinlər ondan uzaqlaşsın. 

(“Lisanul-Ərəb”, c. 5) 

Əlmüncətdə yazılır ki, “nuşrə” bəla və nigarançılıqları uzaqlaşdıran ovsundur. Bu deyilənlər Espəndin 

də  təsirini  təsdiqləyir.  Espənd  tüstüsünün  gözdəymədən  qoruması  ilahi  nemətdir.  Qeyd  etdik  ki, 

rəvayətdə onun tüstüsü barədə nəsə deyilmir. Amma bu barədə ənənələrin çoxluğu belə bir təsəvvür 

yaradır ki, Espənd tüstüsünə etiqad əsassız deyil. 

 

Qeyd  edək  ki,  insanlar  Esfəndin  kökünü,  budağını,  yarpağını  və  dənəsini  evdə  saxlayır,  divardan 



asırlar. Digər tərəfdən Esfənd tüstüsündən alınan nəticə də düşündürücüdür. İnsanlar bununla psixoloji 

gərginlikdən,  baş  ağrılarından  qurtulurlar.  Bu  rəcrübədə  sübuta  yetib.  Nəticə  bu  olur  ki,  Esfəndin 

kifayət qədər faydaları var və müxtəlif şəkillərdə istifadə oluna bilər. Qəm-qüssəni aradan qaldırmaq, 

sehri  zərərsizləşdirmək  üçün  də  Esfənd  yandırmaq  təsirli  sayılır.  Əlbəttə  ki,  dualar  daha  təsirlidir. 

İstənilən sahədə, istənilən növ xürafat təhlükəli və dağıdıcıdır. Amma biz fəlsəfəsini bilmədiyimiz hər 

hadisəni xürafat adlandıra bilmərik. Biz xürafatla gerçəklik arasında dəlillərimizin olmaması əsası ilə 

sərhəd qoya bilmərik. Hadisəni əvvəlcə tam şəkildə örgənmək, yalnız bundan sonra dəlillər əsasında 

xürafat  adlandırmaq  olar.  Təbii  ki,  Esfənd  yandırmaqda  da  xürafat  əlamətləri  ola  bilər.  Amma 

prinsipcə bu  işi  xürafat  saymaq  düzgün  deyil.  Xurafatın  müxtəlif  məqsədləri  ola  bilər. Məsələn  Əbu 

Hüreyrənin Məkkədə soğan yemək barədə rəvayəti böyük qazanca hesablanmış bir rəvayət idi. Amma 

çox ucuz qiyməti olan Esfəndin yandırılmasında hansısa iqtisadi maraqların gizlənməsini iddia etmək 

məntiqi deyil.  

 

Ud yandırmağın xüsusiyyətləri  



 

Ud adətən Hindistanda istehsal olunur. Dünyada Hindistan udu məhşurdur. Ud ətirli çubuqlardan, ağac 

qabıqlarından,  otlardan,  toxumlardan,  kötüklərdən  hazırlanır.  Ud  da  Esfənd  kimi  neçə  min  illərdir 

istifadə  olunur.  Uddan  həm  də  havanı  ətirləndirmək  üçün  istifadə  olunur.  Təbii  ki,  Ud  tüstüsünün 

pislikləri  uzaqlaşdırdığına  da  etiqad  var.  Xalis  ud  toz  və  ya  yağ  şəkilində  alıcılara  çatdırılır. 



 

21

 



Müsəlmanlar  arasında  da  uddan  istifadə  edən  var.  Ərəb  ölkələrində  əsil  udun  qiyməti  yüksəkdir. 

Beləcə,  ud  ətirli  bir  maddə  olaraq  insan  beyninə  müsbət  təsir  göstərir,  yorğunluğu  aradan  qaldırır. 

Udun  mənfi  enerjini  uzaqlaşdırmasına  da  inananlar  var.  Botaniklər,  təbiətşünaslar  udun  müsbət 

təsirlərini  təsdiqləyirlər.  Sünnə  mənbələrində  həzrət  Peyğəmbərdən  (ə)  Hind  udunun  xüsusiyyətləri 

barədə hədis nəql olunur. Ümmi Qeys deyir: “Övladlarımdan birinin boğazağrısı var idi. Peyğəmbərin 

hüzuruna getdim. Buyurdu ki, hind Udundan istifadə edin, bu çubuqda yeddi müalicəvi təsir var…” 

 

Duzun bədnəzərə təsiri 

 

Hazırda mənfi enerjilərin, bu qəbil bəlaların qarşısını almaq üçün araşdırmalar aparılır və biliklər artır. 



İnsnalar evdə və işdə aram mühit yaratmaq üçün rənglərdən, bitkilərdən istifadə edirlər. Bunlardan biri 

də  insanın  yaşadığı  mühitdə  duz  saxlamasıdır.  Dini  mənbələrdə  bu  barədə  məlumatla  rastlaşmırıq. 

Amma  İslam  tibbində  duzun  xüsusi  yeri  var.  Düz  qoruyucu  təsirə  malikdir,  qidanın  xarab  olmasının 

qarşısını  alır.  Qida  duzlandıqda  zərərli  həşəratlar  da  ondan  uzaq  olur.  Həzrət  Peyğəmbər  (s)  həzrət 

Əliyə (ə) buyurur: “Ya Əli (ə) yeməyə düzla başla, yeməyi duzla başa çatdır. Hər kim bu işi görsə 72 

bəladan amanda qalar və o bəlalardan biri divanəlikdir. (“Biharul-Ənvar”, c. 63, s. 395) 

İmam  Sadiq  (ə)  buyurur:  “Əgər  insanlar  duzun  təsirini  bilsəydilər  xəstələrini  yalnız  duzla  müalicə 

edərdilər.” (Həmin mənbə) 

Belə bir qənaətə gəlirik ki, duzun xalq arasında geniş yayılmasının bir səbəbi onun müalicəvi təsiridir. 

Müasir elmi araşdırmalar təsdiqləyir ki, evdə duz daşı saxlamaq mənfi enerjiyə mane olur. Müasir tibb 

uzun  illər  duza  qarşı  olub.  Amma  son  vaxtlar  duz  haqqında  deyirlər  ki,  duz  dostluğu  sübuta  yetmiş 

düşməndir. 

Tapıntılar və təcrübələrin nəticələri 

Dini  mənbələr  və  təcrübələrdən  bir  sıra  nəticələr  əldə  olunub.  Müxtəlif  xalqlar  arasında  təcrübədə 

sübuta yetmiş həqiqətlər var.  

1.Gözdəymə həqiqətdir; 

2.Başqalarının bəd nəzəri bizə qeybi şəkildə şüalanır; 

3.Başqaları da bizim mənfi baxışlarımızdan təsirlənir; 

4.Bəd nəzərin səbəbi təkcə paxıllıq və düşmənçilik deyil; 

5.Mənfi enerjili baxışın yaranma səbəblərindən biri təəccüb, yaxınların sevgisi ola bilər; 

6.İnsanlardan əlavə cinlərin də mənfi enerjisindən təsirlənirik; 

7.Gözü dəyən insanı pis niyyətinə görə ittiham etmək olmaz. Bu ədavət yaradır. 

8.Biz  bütün  uğursuzluqlarımızı  gözdəymənin  ayağına  yaza  bilmərik.  Bir  çoxları  işdə  təlaş  göstərmir, 

tənbəllik edir və bunu gözdəymə ilə əlaqələndirir. 

9.Gözdəymənin təsiri baxışın bir nöqtəyə yönəlməsi ilə əlaqəlidir; 

10.Gözdəymə düşüncə ilə bağlı daxili qüvvələrdən qaynaqlanır, göz sadəcə bir vasitədir. 

 

Bilirdinizmi ki, göz yaşı şordur? 



 

Qeyd etməliyik ki, gözün şorluğu ilahi ədalətlə zidd deyil. Varlıq aləmində bütün hadisələrin hikməti 

var. Allah insanlara enerji verib. Bu enerji mənfi yolda sərf olunursa diyə bilmərik ki, insanların gücü 

Allahın ədalətinə ziddir. 

 

 

Son söz 



Qurani-Kərimdə buyrulur ki, təqvalılar qeybə inanan kəslərdir. (Əlləzinə yuminunə bil-ğəyb) Möminin 

xüsusiyyətlərindən  biri  budur  ki,  maddi  dünya  divarlarını  aşıb  qeyb  dünyasına  baxa  bilsin.  Mömin 

insan bu addımı ilə dünyanın kiçikliyini, axirətin genişliyini dərk edir.  



 

22

 



Qeyd etdiyimiz ayədə Allahın pak zatına, vəhyə, qiyamət gününə, mələklərə imanla yanaşı qeybə iman 

zikr olunur. Mömin qeybə inanmalıdır. (Təfsiri-Nümunə, c.1, s.72) 

Elmlərin  ciddisi,  düşüncəmizin  əsaslısı  təcrübi  elmlərdir.  Amma  bu  elmlər  də  nöqsanlardan  amanda 

deyil.  Əgər  təcrübi  elmlərdə  nöqsan  varsa,  qeyri-təcrübi  elmlərdə  də  bu  halla  rastlaşa  bilərik. 

(“Təfsirul-Mizan”, c. 1, s. 60) 

İnsan  fitrəti  ilahi  nurla  çulğaşıb.  İnsanlar  zatən  Allaha  məhəbbətlidir.  İlahi  varlığa  inam  insanın 

fitrətində var. Təəssüf ki, bu etiqad bəzən təhrifə məruz qalır, insan həqiqi məbudu tapa bilməyib günəş 

və ya aya sitayiş edir. Bəzən də özü üçün bütlər yaradır.  

Qeyblə  bağlı  hadisələr  heç  zaman  xurafatdan  amanda  qalmayıb.  Gözdəymə  qeyblə  bağlı  hadisə 

olduğundan bu hadisəyə də xurafi fikirlər qatılıb. Amma gözdəymə mövzusunda xurafatın yer alması 

bu hadisənin həqiqətini rədd etmir. 

Nəticə budur ki, Əhli-beyt (ə) məktəbində ən böyük dərmanlardan biri Allah zikridir. Kim əzəmətli və 

hikmət  sahibi  olan  Allahı  yada  salsa,  “fəzkuruni  uzkurkum”  ayəsi  əsasında  Allah  da  onu  yada  salar. 

(“Bəqərə”, 152) İnsan Allahı zikr etməklə güc tapır. O bu güclə həyatdakı mənfi dalğalara qalib gəlir. 

Digər tərəfdən Allahı zikr edən insan Allaha təvəkkül edib, işlərini ona tapşırır. Zikr edən insan özünü 

Allahın  rəhmət  ağuşuna  atır,  Allahı  yada  salmaqla  qaranlıqları  yarıb  keçir,  zəhərli  baxışları  arxada 

qoyur.  Xoşbəxtlikdən  bu  zəhərli  oxlar  çox  vaxt  bilmədən  yaydan  çıxır.  Hələki  şeytanlar  bu  təhlükəli 

dalğaları gücləndirə bilməyiblər. 

Etiqadlı  insanların  vəzifəsi  budur  ki,  qeyblə  bağlı  bəsirətlərini  gücləndirsinlər,  təbiətüstü  dünya  ilə 

əlaqələrini qırmasınlar. İnsan qeyb aləminə inananda güclənir. Hazırda bu sahədə araşdırma mərkəzləri 

fəaliyyət göstərir və belə mərkəzlər genişlənir. Çünki, qeybə iman zəruri olduğu kimi, gizli qüvvələrə 

müdriyyət də zəruridir. Bu mərkəzlərdə insan malik olduğu enerjiyə müdriyyətə yiyələnir. 

Pərvərdigara! İşimizi xoşbəxtliklə tamamla. Bizə mərifət və Allahpərəstlik yolunu göstər. Qəlbimizdə 

şeytanın nüfuzuna yol vermə. Öz məhəbbət alovunu qəlbimizdə şölələndir. Xüdpəsəndlik bəlasını eşq 

alovunda  yandır.  Səndən  başqasını  görməyək,  Səndən  başqasını  istəməyək,  səndən  başqasına  könül 

verməyək. 

Ey  Rəbbimiz!  Əgər  öz  qeyb  əlinlə  aradakı  qalın  pərdələri  götürməsən  Səndən  uzağıq.  Bu  pərdələri 

qaldır ki, ömrümüzün qalan günlərini faydalana bilək. 

Əsərin  məqbul  sayılacağına  ümüd  edirik.  Onun  qüsurlarını  etiraf  edirik.  Xüsusi  ilə  metafizika 

mövzusunda  söhbətlərdə  nöqsanlar  olması  mümkündür.  Bu  mövzuda  ayrıca  kitab  olmaması,  qələmin 

nöqsanları özünü göstərdi. Bu sahədə nəzər sahiblərindən xahişim budur ki, böyüklük göstərib bizi öz 

tövsiyələrindən bəhrələndirsinlər. Kitabla bağlı fikirlər və təkliflər bizə göndərilərsə minnətdar olarıq. 

Əssəlamu ələyna və əla ibadillahis-salehin. 

  

 



 

 

 



Yüklə 278,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə