Ҝөздәјмәјә гаршы нә едим



Yüklə 278,86 Kb.
Pdf görüntüsü
səhifə3/10
tarix06.02.2018
ölçüsü278,86 Kb.
#26442
1   2   3   4   5   6   7   8   9   10

 

5

 



əməl  etməklə  biz  bir  çox  təhlükələrdən  qurtara  bilərik.  Dini  göstərişlərdən  xəbərsiz  qalsaq  həyatın 

ləzzətini,  aramlığın  nə  olduğunu  bilmərik.  Bu  gün  sionistlərin  fitnəkarlıqları,  insan  psixologiyası 

üzərində  aparılan  təcrübələr  diqqətimizdən  yayınmamalıdır.  Əgər  mövzuya  belə  qurucu  şəkildə 

yanaşsaq günümüzə hakim kəsilmiş süstlüyü, ümidsizliyi, bədbinliyi aradan qaldıra bilərik.  

 

İlk pəncərə 

Göz ən böyük ilahi nemətdir 

 

Qurani-kərimin  “Bələd”  surəsinin  8-ci  ayəsində  buyurulur:  “Məgər  insan  üçün  iki  göz  qərar 



vermədik?!”  (Ələm  nəcəl  ləhu  əynəyn)  Quran  həyat  kitabıdır.  Bu  kitab  insanları  düşünməyə  çağırır. 

Quran  insanları  ilahi  nemətlərlə  tanış  edir.  Allahı  tanımaqla  insan  öz  həyatından  daha  çox  bəhrələnə 

bilər. Təbii ki, Allahı tanımaqla yanaşı onun nemətlərini tanımaq lazım gəlir. Ayədə insana göz neməti 

xatırladılır. Sualın cavabı onun özündədir. 

Bu  günə  qədər  gözün  necə  böyük  nemət  olması  barədə  düşünmüşük?  Göz  beyindən  sonar  insan 

orqanizminin ən mürəkkəb üzvüdür. İnsan gözündə 2 milyondan artıq fəal və həssas nöqtə var. İnsan 

gözündə 120 milyon mikrolif və 70 milyon makrolif mövcuddur. İnsan gözü hər saatda 36 min bayt 

informasiya toplayır. Göz əldə olunan ümumi məlumatın 85 faizini insanın ixtiyarına verir. Bütün bu 

heyrətamizliklərə nəzər saldıqda ağıl əmr edir ki, deyək: “Pərvərdigara yoxdur Səndən başqa Məbud, 

Sən paksan, şübhəsiz mən zalımlardan oldum.” (“Ənbiya”, 87)  

Göz neməti 

Gözün  funksyaları  olduqca  böyükdür,  quruluşu  mürəkkəbdir.  İnsan  öz  gözünün  quruluşunu  və 

funksiyalarını  lazımca  bilsə  bu  onun  Allah  qarşısında  baş  əyməsi  üçün  bəs  edir.  Bu  araşdırmalar 

bəşəriyyətin  üzünə  elm  qapıları  açır.  Mömin  insan  mərifət  gözünü  açmaqla  ibadətdən  aldığı  ləzzəti 

gücləndirir,  Allaha  bir  aşiq  olaraq  pərəstiş  edir.  Gözlər  hər  bir  insanın  durumunu,  daxili  vəziyyətini 

bildirir.  İnsanın  daxili  aləminə  onun  gözü  ilə  nüfuz  etmək  olar.  İnsanın  qorxusu,  eşqi,  başqa    hisləri 

onun  gözlərindən  oxunur.  İnsan  xəstələndiyi  zaman  bu  xəstəlik  onun  gözlərində  özünü  göstərir.  Qan 

azlığı, böyrək çatışmazlığı kimi xəstəliklər göz vasitəsi ilə müəyyənləşdirilə bilər. İnsan gözləri yaranış 

hikməti  və  fitrəfə  uyğun  olaraq  bəzi  şeylərə  maraqlıdır.  O  nəyisə  sevir,  nəyəsə  nifrət  edir.  Bəzi 

görüntülər insan gözünü yorur, bəzi görüntülər onun yorğunluğunu aradan qaldırır. İnsanın dünya ilə 

rabitəsində  göz  ən  güclü  vasitədir.  İnsan  danışmadan  gözü  vasitəsi  ilə  rabitə  yarada  bilər.  İnsan 

gözəlliyində  də  gözün  xüsusi  rolu  var.  Allah-taala  behişt  zövcələrini  vəsf  edərkən  onların  gözlərini 

yada  salır.  Elə  həyatda  da  belədir.  Bir  insanın  gözəlliyindən  danışarkən  onun  gözlərindən  başlayırıq. 

İri,  qara  nüfuzlu  gözlər  göz  üçün  bir  tərifdir.  Göz  Qiyamət  günü  insan  əməllərinə  şəhadət  verən 

orqanlardandır.  (Bax:  Fussilət  surəsi,  ayə  20)  Bəli,  göz  bir  nemətdir.  Göz  qiyamət  günü  bir  kamera 

kimi çəkdiklərini ortaya qoyasıdır. Sevgi və nifrət gözdə özünü göstərir. Bir sözlə, göz insan həyatında 

baş verən hadisələrin əsas izləyicisidir.  

İmam Sadiq (ə) Müfəzzələ xitabən buyurur: “Bax, gör insan gözləri minarə üzərində çıraqlar kimidir. 

Göz insanın baş hissəsində yerləşib ki, daha əhatəli görə bilsin.” (“Tövhidi-Müfəzzəl”, səh. 61)  

İslam  bir  nemət  olaraq  gözü  yüksək  dəyərləndirir.  Gözün  insanın  cism  və  ruhuna  xüsusi  təsiri  var. 

“Nur”  surəsində  bu  barədə  buyurulur  ki,  möminlər  (harama  baxmaqdan)  gözlərini  yumsunlar;  iman 

əhlinə de ki, nəfs istəklərinə gözlərini qapasınlar…(Bax: “Nur” surəsi, ayə 30, 31) 

 

Aydın məsələdir ki, cismin sağlamlığı qida, halal ruzi, orqanizmin tələblərinə uyğun pak qidalanma ilə 



təmin olunur. Ruhun sağlamlığında da göz və qulağın xüsusi rolu var. 

İnsan  göz  vasitəsi  ilə  elmi  biliklərə  yiyələnir,  müxtəlif  informasiyalar  əldə  edir.  İslamda  “hərim” 

adlandırılan  bir  anlayış  var.  Əslində  bütün  dünyada  bu  anlayış  müxtəlif  ifadələrlə  öz  əksini  tapıb. 

Hərim  dedikdə  yalnız  şəxsə  məxsus  olan  fəza  nəzərdə  tutulur.  Əslində  hər  bir  mövcud  üçün  hədd-




 

6

 



hüdud,  hərim  sərhədləri  var.  İslamda  hərimə  malik  olan  şeylərdən  biri  göz  nemətidir.  Bu  nemət 

qarşısında hədlər gözlənildikdə onun dəyəri böyük olur.  

Şair  Cavad  Mühəddisi  yazır:  Gözləri  dəyərdən  salan  başqalarının  həriminə  münasibətdə  həddi 

gözləməmək,  başqalarına  məxsus  olan  hərimə  nüfuz  etməkdir.  Göz  dəyərli  gövhər,  böyük  ilahi 

nemətdir. Gözün dəyəri insanın bütün vücudunun dəyərinə bərabərdir. İslam şəriətində bir şəxsin iki 

gözü  çıxarılarsa  həmin  şəxsə  tam  bir  insanın  diyəsi  ödənilməlidir.  (“Risaleyi-Novin”,  c.  4,  s.  285) 

Amma  insan  başqasının  həriminə,  evinə,  namusuna  oğurluq  baxarsa  və  baxdığı  zaman  vurub  onun 

gözünü  çıxararlarsa  bu  gözün  diyəsi  yoxdur.  Beləcə  göz  dəyərsiz  də  ola  bilər.  İcazəsiz,  hədd 

gözləmədən,  harama  düçar  olaraq  başqasının  həriminə  yönələn  göz  günaha  batır.  (  Mühəddisi, 

“Əxlaqi-müaşirət”, s. 126) 

Gözdən  lazımınca  faydalanmaq  üçün,  Zəhra  Yusifinə  nəzər  salmaq  ləyaqəti  qazanmaq  üçün,  gözə 

nəzarətdə ilahi eşq, Əhli-beyt (ə) məhəbbətindən kömək almaq lazımdır. 

İslamda    gözün  saflığı  və  sağlamlığı  istedadların  çiçəklənməsi  səbəbi  kimi  göstərilir.  Belə  göz 

sayəsində  ilahi  hikmət  və  ilham  əldə  olunur.  Xain,  haram  baxış  insan  gözünün  saflığına  təhlükə 

yaradır.  Başqasının  həriminə  gizli  baxmaq,  şorgözlük,  xalqın  namusuna  göz  dikmək  İslamda 

qadağandır. Bəs gözü necə qorumaq olar? Bunun yolu imanı gücləndirməkdir. Allah-taala öz bəndələri 

ilə rabitəsi haqqında buyurur: “Harada olsanız Allah sizinlədir, o bütün işlərinizi görür.” (“Hədid”, 4)  

Həzrət  Əlinin  (ə)  düşündürücü  nurani  kəlamlarının  birində  buyurulur:  “Gözünü  günahdan  qoruyan 

insan cözəl xüsusiyyətlərə sahib olar.” (“Mizanul-Hikmə”, c. 10) 

İslam peyğəmbəri xain baxış haqqında buyurur: “Pis baxış şeytanın zəhərli oxlarındandır.” (“Mizanul-

Hikmə”, c. 10) 

Qədim  zamanlarda  döyüşdə  oxdan  istifadə  olunurdu.  Çox  vaxt  oxun  ucunu  zəhərə  batırırdılar  ki, 

düşmən ox yarasından ölməsə də zəhərin təsirindən ölsün. İmam Sadiq (ə) buyurur: “Pis baxış şeytanın 

zəhərli oxlarındandır.” (“Mizanul-Hikmə”, c. 10) Bu qəbil rəvayətlərdə gözün təhlükəli enerjisindən, 

dalğalarından,  şüalanmasından  danışılır.  Bu  insanın  həm  ruhuna,  həm  də  cisminə  təsirlidir.  İnsan 

gözünə nəzarət etməklə həm özünü, həm də başqalarını onun təhlükəsindən qoruya bilər. 

Bir  növ  baxış  da  təhqiramiz  baxışdır.  Təhqiramiz  baxış  İslamda  günah  sayılır  və  haram  kimi 

dəyərləndirilir.  Məhəbbətli  baxış  insanın  yüksək  ruhiyyəsindən  danışır.  İslam  insanda  bu  ruhiyyəni 

gücləndirmək yollarını göstərir. Təhqiramiz baxışlar qadağan olunmaqla yanaşı tövsiyə edilir ki, insan 

din qardaşlarına hörmətlə yanaşsın, onlarla mehriban davransın, xoş üz göstərsin. (Həzrət peyğəmbər 

buyurur: “Öz  müsəlman qardaşını  bir kəlmə  sözlə  əzizləyən  insan,  onun qəmini  aradan qaldıran  şəxs 

əzizlədiyi  müddətdə  Allahın  mərhəməti  sayəsindədir;  “Əl-Kafi”,  c.  2,  s.  206)  İslam  tövsiyə  edir  ki, 

Allah bəndələrinə mehriban baxışla onlara sakitləşdirici enerji verin. İslamda haram edilən baxışlardan 

biri də eyb axtaran baxışlardır. İslamda istənilən bir şəkildə insanların eyblərini açmaq qadağan olunur. 

(Həzrət  Peyğəmbər  (s)  buyurur:  “Ey  müsəlmanlar,  ey  dildə  iman  gətirib  qəlbində  həqiqi  imanı 

yerləşdirməyənlər!  Müsəlmanları  məzəmmət  etməyin,  onların  eyblərini  açmayın.  Kim  müsəlmanın 

eybini açsa Allah da onun eybini açar.” “Əl-kafi”, c. 2, s. 182) Eləcə də əxlaqsız səhnələrə, filimlərə 

baxmaq İslamda məqbul sayılmır. Belə çirkaba batan gözlərdə İmam Mehdinin (ə) camalını seyr etmək 

ləyaqəti qalmır.  

Xəcə  Əbdullah  Ənsari  deyir:  “Nə  yolla  olursa  olsun  insanların  qəlbinə  yol  tap  ki,  bir  şəxs  olasan.” 

(Ənsari,  minacat,  məqalələr,  s.  35)  Bəli,  İslamda  vacib  əmrlər  və  qadağalar  əsasında  gözə  nəzarət 

etmək, onu tərbiyələndirmək müsəlmanın mühüm vəzifələrindəndir. 

 

Gözdəymə sözü ilə tanışlıq 

Məhəmməd Hüseyn ibni Xələf Təbrizinin “Bürhan” kitabında göz dəymə barədə deyilir: “Gözdəymə 

insanlarda bir şeyi görüb tərifləməklə ona zərər, nöqsan gətirilməsidir” 

Gözdəymə hadisəsi insanların baxışından sonra ortaya çıxan hadisədir. Bu metafiziki bir hadisə sayılır. 

Kimsə onu qəbul edir, kimisə rədd edir. 



Yüklə 278,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə