Klassik Alman Fəlsəfəsi Klassik alman



Yüklə 273,13 Kb.
Pdf görüntüsü
səhifə2/2
tarix28.05.2022
ölçüsü273,13 Kb.
#88247
1   2
Klassik Alman Fəlsəfəsiiiii

Feyerbax 
isə öz 
tədqiqatlarında dialektikadan heç də yan keçməmiş, hadisə və prosesləri əksliklərin 
vəhdəti kimi (bədən və ruh, insan şüuru və maddi təbiət) nəzərdən keçirmişdir. O, 
ictimai və fərdi arasındakı qarşılıqlı əlaqələri aşkar etməyə cəhd göstərmişdir. 
Feyerbax Hegelin, öz müəlliminin, fəlsəfə sistemini və idealist dialektikasını tənqid 
edərkən heç də dialektikaya tam etinasız münasibət göstərməmişdi. Nəhayət, klassik 
alman fəlsəfəsi humanizm problemlərinin işlənib hazırlanmasında fəlsəfənin rolunu 
qeyd etmiş, insan fəaliyyətinin öyrənilməsinə cəhd etmişdir. Bu müxtəlif formalarda 
və muxtəlif yollarla Həmin fəlsəfənin nümayəndələrinin baxışlarında öz əksini 
tapmışdır. Bu məqsədlə 
İ.Kant 
insanın butün həyat fəaliyyatini əxlaqi şüur subyekti 
kimi nəzərdən keçirmiş, vətəndaş azadlığından, cəmiyyətin ideal vəziyyətindən bəhs 
etmiş, 
İ.Fixte 
xalqın dövlətdən yüksəkdə durduğunu qeyd etmiş, 
Şellinq 
əxlaqi 
məqsədə nail olmaqda zəkanın rolunuön plana çəkmiş, 
Hegel 
vətəndaş və hüquqi 
dövlətdən, xüsusi mulkiyyətdən qeyri təkmil dövlət forması olmadığını göstərmiş, 
Feyerbax 
isə məhhəbət dini və humanist etika yaratmağa cəhd göstərmişdir.Bütün 
deyilən xüsusiyyətlər klassik alman fəlsəfəsinin öz dövrünün yüksək tipli fəlsəfə tipi 
olmasına dəlalət edir. 
Klassik alman fəlsəfəsi XIX əsrin mənəvi mədəniyyətinin ən mühüm forması və 
ifadəsidir. Onun banisi Almaniyada maarifçiliyin son nümayəndəsi və alman 
burjuaziyasının ideoloqu 
İ.Kantdır

İmmanuil Kantın fəlsəfəsi baxışları 
(1724-1804). 
Dünya mədəniyyətinin -elmin, fəlsəfi fikrin inkişafı tarixində onun xidməti böyükdür. 
Kant XVIII əsrin ən görkəmli mütəfəkkirlərindən biri idi. Kant yaşadığı dövrün fəlsəfi 
fikri qarşısında iki başlıca vəzifənin durduğunu qeyd edirdi: 
1) Təbiət qanunlarının əsaslandırılması və fəlsəfi cəhətdən ümumiləşdirilməsi; 
2) İnsanların ləyaqətinin qorunması və onların bərabərliyinin əsaslandırılması. 
Bu məsələləri həll edərkən Kant keçmiş metafizik fəlsəfəni kəskin tənqid etmiş, 
hadisələrə dialektikcəsinə yanaşmış və bu iki vacib məsələni həll etməklə alman klassik 
fəlsəfəsinin əsasını qoymuşdur. 
Kantın nəzəri fəaliyyətini iki dövrə bölmək olar: Birinci təxminən 1747-ci ildən, yəni 
"Canlı qüvvələrin düzgün qiymətləndirilməsi haqqında fikirlər" əsərindən 1770-ci illərə 
qədər olan dövrü əhatə edir. Tənqidəqədərki dövr adlanan bu mərhələdə o əsasən, təbii-
elmi problemlərlə məşğul olmuşdur. Günəş sisteminin meydana gəlməsi haqqındakı 
dialektik fikirləri məhz bu dövrdə irəli sürmüşdü. Kant "Səmanın ümumi təbii tarixi və 


nəzəriyyəsi" əsərində Günəş sisteminin nəhəng qaz dumanlıqlarından əmələ gəldiyini 
sübut etməyə çalışırdı. Bütün bunlarla birlikdə Kant həm də təbiətin öz-özünə inkişafı 
ideyasını əsaslandırdı və inkişaf etdirdi. 
XVIII əsrin 70-ci illərindən Kantın fəaliyyətinin "Tənqid dövrü" adlanan ikinci
mərhələsi başlanır. Kantın bu dövrdə yazdığı "Xalis zəkanın tənqidi" (1781), 
"Proleqomenlər" (1783), "Əməli zəkanın tənqidi" (1788), "Mühakimə qabiliyyətinin
tənqidi" (1790) adlı əsərlərinin əsasını onun "şey özündələr " haqqında təlimi təşkil
edir. Kantın fikrincə, şeylər aləmi insan şüurundan asılı olmayaraq mövcuddur.
Kant onları "şey özündələr" adlandıraraq deyirdi ki, bunlar "transsendent"dirlər,
yə"ni bizim şüurumuz, idrakımız üçün əlçatmazdırlar, o biri dünyaya məxsusdurlar;
onlar dərk edilməzdirlər, insanlar yalnız onların təzahürlərini dərk edə bilərlər.
Bütün bunlar onu göstərir ki, Kant fəlsəfədə bir tərəfdən materialist, digər tə-
rəfdən isə idealist olmuşdur. O, "şey özündələr"in obyektiv surətdə mövcud oldu-
ğunu qəbul etməklə materialist kimi çıxış etmiş, onları dərkedilməz, transsendent, o
biri dünyaya məxsus hesab etməklə özünü idealizmin nümayəndəsi kimi göstərmiş-
dir. Bizim şüurumuzdan kənarda və bizdən asılı olmayaraq mövcud olan obyektiv
reallığı qəbul edən Kant sübut etməyə çalışırdı ki, bu reallığın hiss üzvlərimizə təsiri 
nəticəsində meydana gələn duyğular predmetlərin həqiqi surəti, şəkli deyildir.
Ona görə də insan bu "şey özündələr"i dərk edə bilməz.Kant təzahürlər haqqında 
təlimində isə göstərirdi ki, insan yalnız təzahürlər
aləmini dərk edə bilər. O belə hesab 
edirdi ki, təbiət öz müxtəlifliyi (torpağı, suyu,
dağları, dərələri, ağacları, bitkiləri, 
heyvanları) və qanunları ilə birlikdə təzahürlər
aləminə məxsusdur. Bu mənada təbiət və 
onun qanunları, prinsipial surətdə "şey
özündələr"dən fərqlənir. Guya təbiət öz 
müxtəlifliyi və qanunları ilə, "şey özündələr"in hisslərimizə təsiri nəticəsində meydana 
gəlmişdir. Ona görə də Kant təbiəti
təzahürlərin, yəni təsəvvürlərimizin məcmusu kimi 
başa düşürdü. O, sübut etməyə
çalışırdı ki, şüur yalnız özünün yaratdığı şeyləri, yəni 
təzahürlər aləmini əks etdirə
bilər. Subyektdən asılı olmayaraq mövcud olan şeylər, 
ümumiyyətlə, idrakın predmeti ola bilməzlər. Beləliklə, Kantın bu konsepsiyası David 
Yumun aqnostisizm və
subyektiv-idealizm xəttinin davamından başqa bir şey deyildir. 
Kantın aqnostisizmi
sadəcə olaraq dünyanın dərk edilməzliyi müddəasında deyil. O 
bunu "Şey özündələr" aləminin sirlərinin heç zaman elm tərəfindən açıla bilməməsi və 
insana məlum
ola bilməməsi timsalında nümayiş etdirirdi.Kant fəlsəfəsində biz çoxlu 
dialektik fikirlərə rast gəlirik. "Saf ağılın tənqidi"
və "Proleqomenlər" əsərlərində Kant 
antinomiyalar haqqında dialektik təlim yaratmışdır.Kant həm də əxlaq haqqında təlimin 


yaradıcısı kimi məşhurdur. Onun fikrincə,əxlaqın əsasını qəti imperativ (hökm, qeyd-
şərtsiz tələb) təşkil edir. Bu imperativobyektiv aləmdən asılı olmayaraq, insan şüurunda 
mövcud olan əbədi, dəyişməzqanun və insan davranışının idealıdır. Kant göstərirdi ki, 
qəti imperativ, ümumimənəvi qanun kimi insanı elə hərəkət etməyə vadar edir ki, onun 
hərəkətləri ümumiqanunvericiliyin əsası və idarəedici başlanğıcı ola bilsin.Qəti 
imperativ haqqında Kant təlimi onun "Şey özündələr" nəzəriyyəsi ilə qırılmaz surətdə 
bağlıdır. Onun fikrincə, insana iki mənada baxılmalıdır: bir tərəfdəntəzahür, digər 
tərəfdən isə "Şey özündə" kimi. Təzahür kimi insanın davranışı təbiət qanunlarına 
tabedir, onun hərəkətləri azad deyil, zəruridir, səbəbiyyət əlaqələri 
ilə bağlıdır. 
"Şey 
özündə" kimi insanın davranışı səbəbiyyət əlaqələrinə, təbiət qanunlarına tabe deyildir. 
Burada insan davranışı qəti imperativ müvafiq olaraq baş
verir. Bunlara əsaslanaraq, 
Kant hər vasitə ilə ruhun ölməzliyi, iradə azadlığı və Allahın mövcudluğu fikrini 
yaymağı tələb edirdi. Onun nəzərincə, insanlar bunların
varlığına inanmalı, lakin onları 
dərk etməyə çalışmamalıdırlar, çünki onlar transsendentdirlər, dərk olunmaz "Şey 
özündələr" aləminə məxsusdurlar. Kant özünün
fəlsəfi sistemini yaradarkən sübut 
etməyə çalışırdı ki, insanın dərketmə dairəsi təzahürlər aləmi ilə məhdudlaşır.
Göründüyü kimi, Kant fəlsəfəsi çox mürəkkəb və daxilən ziddiyyətlidir. Ona
görə də o özünün yarandığı ilk andan müxtəlif fəlsəfi cərəyanların nümayəndələri
tərəfindən tənqidə məruz qalmışdır.
XIX əsrin başlanğıcında Kant fəlsəfəsinin əsaslı 
tənqidini Hegel vermişdir. Buna baxmayaraq, Kant fəlsəfəsi bəşəriyyətin fəlsəfi fikir 
tarixində mühüm rol oynamışdır. 
Georgi Hegelin fəlsəfi sistemi (1770-1831) klassik alman fəlsəfəsinin ən bö- 
yük nümayəndəsi idi. Hegelin fəlsəfi təlimi obyektiv idealizm sisteminin və idealist 
dialektikanın inkişafının ən yüksək mərhələsi kimi qiymətləndirilməlidir. Hegelin əsas 
əsərləri bunlardır: "Ruhun fenomenologiyası", "Məntiq elmi", "Fəlsəfi elmlər 
ensiklopediyası", "Hüquq fəlsəfəsi", "Fəlsəfə tarixi üzrə mühazirələr" və s.Bəşəriyyətin 
fəlsəfi təfəkkürünün inkişafı tarixində Hegelin ən böyük xidməti dünyanın dialektik 
anlayışını, gerçəkliyin öyrənilməsinə dialektikcəsinə yanaşmağın prinsiplərini sistem 
halında işləyib hazırlamaqdan ibarətdir. Əlbəttə, Hegel dialektikanın banisi deyildir. 
Dialektik fikirlər hələ qədim Şərq ölkələrində Hindistanda, Azərbaycanda meydana 
gəlmiş və Antik Yunanıstanda daha da inkişaf etdirilmişdir. Lakin idealist əsaslar 
üzərində olsa da, Hegel tarixdə ilk dəfə olaraq aləmin dialektik anlaşılması metodunu, 
dialektik məntiq sistemini, dialektik təfəkkür üsulunun əsas prinsiplərini işləyib 
hazırlamışdır. O, şeylərə metafizik baxışı əsaslı tənqid edərək, dialektikanin əsas 


qanunlarını formulə etmişdir. Lakin o, bir idealist kimi gerçəkliyin inkişafının 
qanunauyğunluqlarına materialistcəsinə yanaşa bilmmişdi. Deməli, Hegel təliminin əsas 
məsələlərindən biri - inkişaf haqqında təlim olan dialektika və idrakın əzəmətinə dərin 
inam idi. Hegel obyektiv idealist idi. Onun fikrincə, bütün mövcudatın ilkin səbəbi 
"Mütləq ideya"dır. Bu ilkin ruhi başlanğıc guya insandan kənarda və ondan asılı 
olmayaraq mövcuddur. O, cəmiyyətdəki bütün təzahürləri doğurur və müəyyən edir. 
Beləliklə, Hegel fəlsəfəsi dialektik idealizm sistemidir. Onun fikrincə, təfəkkür bü- 
tün şeylərin daxili mahiyyətini təşkil edir. Hegel təfəkkürlə-əql, zəka ilə obyektiv 
gerçəkliyi eyniləşdirirdi. O belə bir fantastik nəticəyə gəlirdi ki, guya insana xas 
olan təfəkkür insandan kənarda mövcud olan Mütləq ideyanın təzahürlərindən biridir. 
Hegel özü də bunu gizlətmədən deyirdi ki, bu "Mütləq ideya" Allah anlayışıdır. 
Lakin Hegel təlimindəki Allah-dinin ona şamil etdiyi insani keyfiyyətlərə malik 
deyildir. Hegelin "Mütləq ideya"sı, dinlərdə mövcud olan adi "Allah"dan fərqli olaraq, 
dünyaya hissi və emosional münasibətdən məhrumdur. Hegelin nəzərincə, Allah 
saf-xalis təfəkkürdür. Lakin bu təfəkkür fəal, yaradıcı fəaliyyət, meydana gəlmək 
və məhv olmaq, dəyişmək, yenidən yaranmaq, inkişaf etmək deməkdir. Hegel 
fəlsəfəsində təfəkkür varlığı əks etdirmir, varlıq təfəkkürün, anlayışların, ideyaların 
təzahürüdür.Hegelin fəlsəfi sistemi aşağıdakı 3 hissədən ibarətdir: 
1. Məntiq; 
2. Təbiət fəlsəfəsi; 
3. Ruh fəlsəfəsi. 
Məntiq Hegelin fəlsəfi sisteminin ən mühüm tərkib hissəsini təşkil edir. Bu 
hissənin şərhi onun "Məntiq elmi" əsərində verilmişdir. Burada dialektikanın əsas 
problemləri hərtərəfli araşdırılmışdır. Bu əsərdə dialektika bir inkişaf nəzəriyyəsi 
və gerçəkliyin dərk olunmasının elmi metodu kimi təhlil olunur. Hegel göstərirdi 
ki, məntiq elminin məşğul olduğu təfəkkür qanunları bütün varlığın - həm təbiətin, 
həm bəşər tarixinin, həm də idrakın əsas qanunlarıdır. 
Hegelə qədər məntiq təfəkkürün subyektiv (insana xas) formaları haqqında elm 
kimi qəbul olunurdu. Hegel məntiq elmi qarşısında idrakın inkişafının ən ümumi 
qanunauyğunluqlarının tədqiqi məsələsini qoymuşdu. Bununla birlikdə o, təfəkkü- 
rün elementar forma və qanunları haqqında elm olan formal məntiqin də zəruriliyini 
inkar etmirdi. Formal məntiqdən fərqli olaraq, o, dialektik məntiqi bütün şeylərin 
mahiyyəti haqqında elm adlandırırdı. Elə buna görə də o, "Məntiq elmi" əsərində 
formal məntiqin heç vaxt məşğul olmadığı məsələləri qaldırmışdır. Məntiq elmi üçün 
mühüm problemlər olan anlayış, mühakimə, əqli nəticə kimi məsələlərdən başqa, Hegel 


məntiq təlimində gerçəkliyin özünün qanunauyğunluqları, kəmiyyət dəyişmələrinin 
keyfiyyət dəyişmələrinə keçməsi, fəlsəfi kateqoriyaların münasibəti, mexaniki, kimyəvi 
hərəkətlərin və digər proseslərin təbiəti haqqında məsələləri də ətraflı araşdırmışdır. 
Buna görə də məntiq elminin məşğul olduğu problemlərin zənginləşdirilməsi, yeni, 
dialektik məntiqin zəruriliyi məsələsinin irəli sürülməsi Hegelin mühüm tarixi xidməti 
hesab edilməlidir. O, özünün "Məntiq elmi" əsərində varlıq, heçlik, təşəkkül-tapma 
keyfiyyət, kəmiyyət, ölçü, mahiyyət, eynilik, fərq, ziddiyyət, zərurət və təsadüf, imkan 
və gerçəklik kimi ümumi anlayışları hərtərəfli araşdırmışdır. O göstərmişdir ki, bütün 
bunlar bir-biri ilə əlaqədardır və idrakın müxtəlif pillələrini əks etdirirlər. Hegel 
sisteminin 2-ci hissəsini təbiət fəlsəfəsi təşkil edir. Hegelə görə, təbiət fəlsəfəsi qeyri-
varlıq, yəni təbiət formasında olan ideyalar haqqında təlimdir. Onun fikrincə, təbiət 
başqa formaya girmiş ideyadır. Onun nöqteyi-nəzərincə, "Mütləq ideya"nın təbiətdə 
əsas təzahürləri mexanika, fizika və orqanikadan ibarətdir. Ona görə də Hegel təbiət 
fəlsəfəsini 3 hissəyə bölmüşdür: birinci hissə mexanika adlanır. Burada Hegel məkan, 
zaman, materiya, hərəkət, ümumdünya cazibəsi məsələlərini araşdırır. Fizika hissəsində 
Hegel səma cisimlərini, işığı, istiliyi, kimyəvi prosesləri və s. araşdırır və bu proseslər 
arasındakı əlaqələri açıb göstərməyə çalışırdı. Təbiət fəlsəfəsinin 3-cü hissəsi olan 
orqanika - geologiya, botanika və zoologiya məsələlərinə həsr edilmişdir. Hegelin 
sisteminin 3-cü hissəsi ruh fəlsəfəsi adlanır. Burada "Mütləq ideya"nın inkişafının 
yekun mərhələsi araşdırılır. Bu mərhələdə "Mütləq ideya" təbiəti tərk edir, "Mütləq ruh" 
kimi öz-özünə qayıdır. Hegelin ruh fəlsəfəsinin əsasını fərdi və ictimai şüurun inkişafı, 
ümumiiyyətlə, bəşəriyyətin əqli inkişafı haqqında idealist təlim təşkil edir. Ruh 
fəlsəfəsində Hegel ümumdünya tarixini üç əsas dövrə bölür: Şərq dövrü; Antik dövrü; 
Alman dövrü.Hegelin fikrincə, Şərq dünyasında insan hələ dərk etmirdi ki, azadlıq onun 
mahiyyətidir. Ona görə də, burada hamı quldur. Antik dünyada (Qədim Yunanıstan və 
Roma) bəziləri artıq başa düşürdülər ki, azadlıq onların mahiyyətini təşkil edir. Ona 
görə də Şərq dünyasından fərqli olaraq, onlar "azadlıqlıdırlar". Nəhayət, Hegelin 
nəzərincə, alman və ya xristian dünyasında hamı özünün mənəvi mahiyyətini dərk 
edir və buna görə də burada hamı azaddır. Hegelin fəlsəfi təliminin əsas müddəalarının 
şərhi göstərir ki, Hegel fəlsəfəsində metod və sistem üzvi surətdə bir-biri ilə bağlı olsa 
da, onlar arasında həll olunmaz ziddiyyətlər mövcuddur. Bu ziddiyyətlər 
aşağıdakılardan ibarətdir: 
1. Hegel öz fəlsəfi sistemini "Mütləq ideya"nın öz mahiyyətini dərk etməsi 
prosesinin sona yetməsi, dünyəvi əqli inkişafın sonuncu pilləsi kimi qiymətləndirirdi. 
Bu isə dialektikaya ziddir. 


2. Hegelin dialektik metodu inkişafın hər yerdə olduğunu, onun ümumi xarakterini 
göstərir, onun fəlsəfi sistemi isə bunu inkar edir. 
3. Hegel dialektikası inkişafa hüdud qoymur; onun fəlsəfi sistemi isə istər tə- 
fəkkürün, idrakın , istərsə də cəmiyyətin inkişafına hədd qoyur. O, belə hesab edirdi ki, 
konstitusiyalı monarxiyanın bərqərar olması ilə Almaniya ən yüksək inkişaf 
zirvəsinə çatıb. Onun fikrincə, Alman dövləti ən mükəmməl siyasi formadır, alman 
cəmiyyəti tarixi inkişafın tacıdır və bundan yüksəyə qalxmaq mümkün deyildir". 
Bütün bunlara baxmayaraq Hegelin dialektikası bəşəriyyətin fəlsəfi fikir tarixində 
irəliyə doğru atılan mühüm bir addım idi. 
Lüdviq Feyerbaxın antropoloji materializmi. Klassik alman fəlsəfəsinin sonuncu böyük 
nümayəndəsi Lüdviq Feyerbax (1804-1872) idi. Onun tarixi xidməti 
XVIII əsr materializminin mütərəqqi ənənələrini dirçəldib inkişaf etdirməsi, öz 
dövrü üçün böyük əhəmiyyət kəsb edən antropoloji təlimi yaratması olmuşdur. O, 
gənc ikən Hegelin obyektiv idealizminin təsiri altında idi. Bu onun "Vahid, universal və 
sonsuz zəka haqqında" adlı namizədlik dissertasiyasından da aydın görünür. 
Sonralar Feyerbax Hegel fəlsəfəsindən uzaqlaşır, onun idealizmindən imtina edir. 
"Hegel fəlsəfəsinin tənqidinə dair" əsərində o, artıq materializm mövqelərində dururdu. 
1841-ci ildə Feyerbaxın "Xristianlığın mahiyyəti" adlı əsəri dərc edilmişdi. Bu kitab o 
zaman çox böyük əks-sədaya səbəb olmuş, "qaranlıqdakı şimşək kimi parlamışdır". 
Feyerbax özünün bu əsərləri ilə XIX əsrin birinci onilliklərində Hegel idealizmini 
sıxışdıraraq materializmi bərpa etmişdir. Həmin illərdə Feyerbax metafizik 
materializmin görkəmli nümayəndəsi kimi çıxış edirdi. Onun materializmi antropoloji 
materializm idi. Bu fəlsəfənin çıxış nöqtəsində insan dayanır. O, insanı təbiibioloji 
varlıq kimi xarakterizə edir, sübut etməyə çalışırdı ki, insanın bədəni (cismani varlığı) 
birinci, onun şüuru isə ikincidir. Feyerbaxın fəlsəfi antropologiyasının əsasını təbiət 
haqqında, materialist təlim təşkil edirdi. O göstərirdi ki, təbiət yeganə reallıqdır, insan 
isə onun ən ali məhsulu, inkişafının yekunudur. Onun fikrincə, təbiət əbədidir: o 
zamanca sonsuz, məkanca hüdudsuzdur. Yalnız insan onun məkanda yer tutumuna hədd 
qoyur. O deyirdi: "Təbiətin nə başlanğıcı, nə də sonu vardır. Burada hər şey qarşılıqlı 
təsirdədir, hərşey nisbidir, hər şey zamanda həm hərəkətdir, həm də səbəbdir, hərtərəfli 
və qarşı-lıqlıdır..."Bütün bunlara baxmayaraq, Feyerbax hətta, bəzən özünü materialist 
adlandırmaqdan imtina edirdi. O yazırdı ki, mən materialist deyiləm, çünki mənim üçün 
materiya boş bir abstraksiyadır. Feyerbax göstərirdi ki, biz materiyanı deyil, yalnız 
müəyyən hiss edilən şeyləri məsələn, suyu, odu, insanları və heyvanları qavrayırıq. 


Bu fikir ondan irəli gəlirdi ki, o yalnız hisslərlə qavranılan, yəni fərdi olaraq hiss 
edilən predmet və hadisələri sırf maddi hesab edirdi. Feyerbax qeyri-müəyyən 
materiyanı, substansiyanı qəbul etmirdi. Feyerbax XVIII əsrin materialist ənənələrini 
davam etdirərək, idrakın sensualist nəzəriyyəsini inkişaf etdirmişdir. Feyerbaxın 
nəzərincə, real aləm hisslərlə qavranılan gerçəklikdir. Yalnız hissi qavrayış vasitəsi ilə 
dünyanı dərk etmək olar. Hissi idrakın yüksək qiymətləndirilməsi heç də o demək 
deyildir ki, Feyerbax nəzəri təfəkkürün idraki əhəmiyyətini qəbul etmirdi. Əksinə, 
Feyerbax yazırdı ki, "bizhisslər vasitəsilə təbiət kitabını oxuyuruq, ancaq onu hisslərlə 
deyil, nəzəri təfəkkürlə anlayırıq".Feyerbax fəlsəfəsinin məhdud cəhətləri: 
1. Feyerbax Hegel fəlsəfəsinin səmərəli toxumunu onun idealizmindən ayıra 
bilməmişdir. O, Hegelin idealizmi ilə birlikdə onun dialektikasını da inkar etmişdir. 
2. Feyerbax insanın mahiyyətini mücərrəd tərzdə anlayır, onu ictimai, sosial, iqtisadi 
münasibətlərdən kənarda götürürdü. O, başa düşə bilməmişdir ki, insan ictimai 
münasibətlərin məcmusudur. Feyerbax insanı yalnız bioloji varlıq kimi 
səciyyələndirmişdir. 
3. İdrak nəzəriyyəsinə bütövlükdə materialistcəsinə yanaşan Feyerbax, onun bəzi 
məsələlərinin izahında idealizmə yuvarlaşmışdı. Məsələn, Feyerbax bəşəriyyə- 
tin ictimai-tarixi praktikasının həqiqətin meyarı olduğunu başa düşmürdü. Həqiqə- 
tin meyarının mahiyyətini idealistcəsinə izah edirdi. 
4. Feyerbax seyrçi materializmin tipik nümayəndəsi idi, o, fəlsəfənin vəzifəsini yalnız 
dünyanın dərk edilməsində görürdü, onu deyişdirmək məqsədini qarşıya 
qoymurdu. 
5. Feyerbax təbiət hadisələrinin izahında materializm mövqelərindən, sosial 
hadisələrin izahında isə idealizm mövqelərindən çıxış edirdi. 
Bu məhdudiyyətlərə baxmayaraq, Feyerbax fəlsəfə tarixinə materializmin ən 
böyük nümayəndəsi kimi daxil olmuşdur. Onun fəlsəfi sistemi ilə klassik alman 
fəlsəfəsi başa çatmışdır. 
İ. Fixtenin subyektiv idealizmi və F.Şellinqin obyektiv idealizmi. Kantdan
sonra klassik alman fəlsəfəsinin görkəmli nümayəndələrindən biri də İohann Qotlib 
Fixtedir (1762-1814). Kantın təsiri altında Fixtenin yazdığı əsas əsərlər bunlardır: "Elmi 
təlim" (1794), "Alimin vəzifəsi barədə" (1794), "İnsanın vəzifəsi"
(1800), "Qapalı 
ticarət dövləti" (1800) və s. Fixte Kantın ardıcılı kimi fəaliyyətə
ç
başlamış, lakin 
sonralar onun "şey özündələr" təliminin əleyhinə çıxmışdır.
m
Fixte fəlsəfəsinin çıxış 
nöqtəsini insan - "Mən"i anlayışı təşkil edir. Onun təliminə görə, mütləq insan "Mən"i 


və ya mütləq subyekt ilkin, müəyyənedici reallıqdır. Əgər Kant "Mən"i idrak prosesində 
obyektə münasibəti baxımından araşdırırdısa, Fixte onu yeganə reallıq, hər şeyə qadir 
yaradıcı qüvvə kimi qəbul edirdi. O, bütün gerçək aləmi mütləq subyektin törəməsi 
hesab edir, faktiki olaraq subyektdən asılı olmayan heç bir şeyi qəbul etmirdi. Fixtenin 
"Mən"i əslində təbiətdən təcrid
edilmiş və başqa don geydirilmiş ruhdur. O özünün bu 
idealist sistemini elmi təlim
adlandırmışdır. Fixtenin həmin təliminə görə, bütün 
gerçəklik iki növ reallıqdan
ibarətdir: 1) Özü özünü yaradan reallıq - bu "Mən" 
reallığıdır. 2) "Qeyri-Mən" reallığıdır. Bu reallıq "Mən" tərəfindən yaradılmışdır və 
tamamilə ondan asılıdır. Fixte
birincini daxili reallıq, ikincini isə xarici reallıq 
adlandırmışdır. Göründüyü kimi,
Fixte fəlsəfəsində maddi aləm mənəvidən, obyektiv 
aləm isə subyektiv aləmdən hasil edilir.
Bununla birlikdə Fixtenin tə"limində həm də 
idealist dialektikanın elementlərini müşahidə edirik. Belə dialektik ideyalardan 
aşağıdakıları göstərmək olar: hərəkətdə olan subyekt və onun şüurunun fəallığının qeyd 
olunması; "Mən" və "QeyriMən" əksliklərinin, subyektiv olanla obyektiv olanın 
ziddiyyətli vəhdəti; şüurun inkişafının inkarı inkar prosesi kimi başa düşülməsi və onun 
üç mərhələsinin tezis,antitezis və sintez kimi izah edilməsi; qarşılıqlı hərəkət, "səbəb" 
və "nəticə", "sonlu" və "sonsuz", "hissə" və "bütöv" kimi kateqoriyaların dialektikcəsinə 
şərhi. Fixte
özünün dialektik fikirləri ilə bir çox müasirlərinə böyük təsir göstərmişdir.
Vilhelm Yozef Şellinq (1775-1854) klassik alman fəlsəfəsinin nümayəndələ-
rindən biridir. Şellinqin əsas əsərlərindən "Naturfəlsəfə sisteminin ilk cizgiləri"(1799) 
və "Transsendental idealizm sistemi" (1800) adlarını çəkmək olar.
Şellinq öz 
fəaliyyətinə Fixte fəlsəfəsinin davamçısı kimi başlamışdır. Lakin o,
tezliklə Fixtenin 
subyektiv idealizminə qarşı çıxmış və özünün obyektiv idealism
sistemini yaratmağa 
başlamışdır. O, ruh və təbiətin, subyekt və obyektin eyniliyinə
dair özünün obyektiv 
idealizm fəlsəfəsini yaratmışdır. Şellinqin fəlsəfi sistemində
bütün mövcudatın əzəli 
başlanğıcı nə materiyadır, nə də fərdin şüuru. Onun fikrincə, hər şeyin mənbəyi əbədi 
ağıl, zəka və mütləq "Mən"dir. Şellinqə görə, bütün
dünyanın ruhu var. Aləmin müxtəlif 
formaları ruhun, ağılın ifadəsi və əyani təzahürüdür. Mütləq ağıl, mənəvi və maddinin, 
subyektin və obyektin ilkin əsası və mənbəyidir. Şellinq materiyanın, təbiətin ruhdan, 
şüurdan kənarda və ondan asılı olmadan mövcud olması fikrini qəbul etmirdi. O deyirdi 
ki, materiya yalnız mütləq ruhun, ağılın xüsusi halıdır. Şellinqin fikrincə, materiya ilə 
ruhu qarşı-qarşıya qoymaq olmaz, çünki onlar mahiyyət etibarilə eynidirlər. Materiya 
və ruh eyni bir mütləq ağılın müxtəlif vəziyyətləridir. O, subyektlə obyektin, mənəvi ilə 
maddinin
idealistcəsinə eyniləşdirilməsi haqqında öz təliminə əsaslanaraq mahiyyət 
etibarilə
maddini mənəvidə əritmişdir.
Şellinqin fəlsəfəsində idealist dialektika öz əksini 


tapmasa idi, onun fəlsəfi sistemi öz-özlüyündə heç bir maraq doğurmaz və klassik 
xarakter kəsb etməzdi. Şellinq fəlsəfəsinin çıxış nöqtəsini bir-biri ilə mübarizədə olan 
əksliklər, öz mahiyyəti
etibarilə ziddiyyətli olan əks tərəflər təşkil edir. O göstərirdi ki, 
"Mən"də ilkin əksliklər kimi subyekt və obyekt mövcuddur. Onların hər ikisi bir-birini 
rədd edir və
eyni zamanda, biri olmadan digəri mövcud ola bilmir. Subyekt obyektlə, 
obyekt isə
subyektlə ziddiyyətdə özlərini təsdiq edirlər. Başqa sözlə desək, onlardan heç 
biri
öz əksliyini rədd etmədən gerçəkləşə bilməz.
Təbiətin hərəkətinin mənbəyini onun 
özündə axtaran Şellinq təbiətdə bir-birinə
zidd qüvvələrin və meyllərin mövcud 
olduğuna xüsusi diqqət yetirirdi. O, gerçəklikdə baş verən hər bir dəyişikliyin səbəbini 
əksliklərin mübarizəsində görürdü.
Şellinq göstərirdi ki, bütövlükdə təbiətdə və onun 
hər bir sahəsində daima bir-biriilə qırılmaz surətdə bağlı olan qüvvələr fəaliyyət 
göstərir. Onun fəlsəfəsində bütün
mövcudatın inkişafının pillələri kimi tezis, antitezis, 
sintez haqqında dialektik mühakimələr daha ətraflı təhlil edilmişdir. Şellinqin 
naturfəlsəfəsində təbiət hadisələrinin vəhdətinin və ümumi əlaqələrinin dialektikcəsinə 
şərhinə də cəhd göstərilmişdir. O deyirdi ki, təbiətdə mütləq formada bir-birindən təcrid 
olunmuş hissələr yoxdur, onlar hamısı bir-biri ilə qarşılıqlı surətdə əlaqədədir və bir 
birinə qarşılıqlı surətdə təsir göstərirlər. Bütün bu dialektik fikir. 

Yüklə 273,13 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə