Kimsə bilməsin 1



Yüklə 0,57 Mb.
səhifə6/20
tarix25.06.2018
ölçüsü0,57 Mb.
#51418
1   2   3   4   5   6   7   8   9   ...   20

Ramil Mərzili 

 

34 



 

EYLƏDİN. 

 

Bir arzum var idi, özü sözü sən



Gəldin, bu arzunu güman eylədin. 

Yolunu dəyişdin gedər- gəlməzə, 

Bütün yaxşıları yaman eylədin. 

 

Düzü anlamadım bu necə işdi



Günahkar nə bizik, nə də gərdişdi. 

Məğzi dəyişmədi, adı dəyişdi, 

Ahımı götürüb, aman eylədin. 

 

Üşüyən bəxtimi bürüdün qəmə, 



Gözlərim ən yaxın sirdaşdı nəmə. 

Kirpiyimdən yağdın, sonra sinəmə 

Çəkdiyin dağları duman eylədin. 

 

Mən azdım dumanda, sən itdin çəndə, 



Döndük bənövşəyə, düşmədik bəndə. 

Gəl təbrik eləyim, axırki səndən 

Əl açıb təsəlli uman eylədin... 

 

 



                   

 

 


Kimsə bilməsin  

 

35 


 

DAŞ. 

 

Durmusan qarşımda daş heykəl təki



Bircə amalın var-  bezdirim səni. 

Əgər daş olmağa qərarlısansa, 

Böyrəyimdə daş ol, gəzdirim səni. 

 

Ömürdən pay umur bu zalım fələk, 



Gedənim onundur, qalanım sənin. 

Ox olub sinəmə saplanma gülüm, 

Ox ol, ətrafında dolanım sənin ... 

 

Mən öz əqidəmdən dönməyəcəyəm, 



Lap bircə  saat  da qala ömrümə . 

Yaş olub yanağa  süzülməkdənsə, 

Sən yaş ol, illəri  cala ömrümə ... 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

          


Ramil Mərzili 

 

36 



 

BU PAYIZ. 

 

İtirə- itirə  gedirəm  Allah, 



Barı tapıb gələn varmı arxadan? 

Birdən itirərəm tapmaram deyə, 

Arzum da qəlbimdən çıxmır qorxudan. 

 

Məhbus olub yumruq boyda zindana



Doğulan... Qocalan... Ölən arzular. 

Artır pərpətöyün toxumu kimi, 

Bir qəlbin içində minbir arzu var. 

 

Biri mənim olsun, minin al götür, 



Min dəfə aşiqəm, min yerdən sənə. 

Göylərdə dolaşan sevgi mələyim, 

Salam göndərirəm bu yerdən sənə. 

 

Bələyib həsrətə getmisən məni, 



Bu payız üşümək düşüb baxtıma. 

Səni gəlişində verməyən Tanrım, 

Barı qismət edə gedən vaxtıma... 

 

 



 

 

 



 

 

 



 

 

 


Kimsə bilməsin  

 

37 


 

BİR KƏLMƏ İLİŞİB QALDI… 

 

Yenə günahlara bələnib gözün, 



Yenə ürəyinə kədər geymisən. 

Elə zərifdirki bənövşə boynun, 

Bu dəfə sağa yox, sola əymisən. 

 

Gülüm, hər ürəyin nisgil payı var, 



Ağlama, gözünün yaşına qurban. 

Yadında, qış günü, ilk görüşümüz?! 

Bu payız ömrünün qışına qurban. 

 

O axşam gözündən asılı qaldım, 



O axşam ürəyim qalmışdı səndə. 

Necə qoxlamışdım saçının ətrin, 

Yanından bir addım sağa keçəndə. 

 

O gündən mən sənin sağında qaldım, 



Döndün sol yanımda ağrı- acıya ... 

Nə dosta uyuşdum o gündən sonra, 

Nə evə, eşiyə, həyət - bacaya... 

 

Döndüm, başdan- başa sən oldum onda, 



Gecəni sübhədək yata bilmədim. 

Səndən gizlətdiyim həsrət yanğısın, 

Nə etdim başımdan ata bilmədim. 

 

Gecəni gözümdə verdim səhərə, 



Gecənin sükutu kirimirdiki... 

Sənə əllərimlə qaçırdım həm də, 

Təkcə ayaqlarım yerimirdiki... 

 



Ramil Mərzili 

 

38 



 

Biz yenə sarıldıq baxışımızla, 

Biz yenə görüşdük, ikinci kərə. 

O yeri o qədər qoxlamışamki, 

Gözü kor gedərəm həminki yerə. 

 

Bütün günahımı təmizləmişdim, 



Sənə gələn yolda göz yaşlarıyla. 

Arxamda məzarlıq buraxıb gəldim, 

İçimdən sökülən baş daşlarıyla... 

     


Bir kəlmə söz demək bəhanəsiylə, 

Saçının qoxusun çəkdim içimə. 

Bilməzdim ilk görüş ilk sevgi olar, 

Bilməzdim ay gülüm, vallah, incimə. 

      

Danışdın bir azca zarafatyana, 



Güldün, gülüşündə çiçəklər açdı. 

İllərdi mən səni axtarırmışam, 

İllərdi ay Allah, bu nə təlaşdı ?! 

    


Bir gün də beləcə yaşandı, bitdi, 

Əlin əllərimdə, üzüm üzündə. 

Nəydisə bir kəlmə ilişib qaldı, 

Sənin dodağında, mənim gözümdə. 

     

Sevgiyə ac idik ruhumuzadək, 



Demə bu ömrümüz boşa gedibmiş. 

Sevincin özünü dadmamışdıq heç, 

Sevinclər əzabla qoşa gedibmiş. 

    


 

 



Kimsə bilməsin  

 

39 


 

Bax belə əzizim, günlər ötüşdü, 

Çevrildi aylara, yaşadıq belə. 

İndi də həsrətdən ürəyim əsir, 

Əlim toxunanda saçında telə. 

 

Açdıq nə sirrimiz, mətləbimiz var, 



Açdıq süfrə kimi, tökdük ortaya. 

Dünyanın ən ağır dərdidi sevmək, 

Sevəsən, sonunda hicran olmaya... 

 

Bilməzdim mən səndə özümü tapıb, 



Özümü özümdə itirəcəyəm. 

Sənin gözlərindən yaşam götürüb, 

Sənin gözlərində bitirəcəyəm. 

 

Nə bilim sonralar sənin laybalay, 



Günah qatlarını açacaqmışam... 

Özüm öz dünyamdan baş götürərək, 

Sənin günahına qaçacaqmışam... 

 

Bütün gerçəklərdən daha yüksəkdə, 



Sənin yalanların uyuyacaqmış, 

Bu qədər qışqırıq içindən qəlbim, 

Sənin pıçıltını tez duyacaqmış... 

 

Yalanın özünə aşiq olacam, 



Sevəcəm yalanın minbir üzünü. 

Əyilib, ayağın dəydiyi yerdən, 

Öpüb oxşayacam ayaq izini... 

 

 



 

 



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə