Kimsə bilməsin 1



Yüklə 0,57 Mb.
səhifə9/20
tarix25.06.2018
ölçüsü0,57 Mb.
#51418
1   ...   5   6   7   8   9   10   11   12   ...   20

Kimsə bilməsin  

 

53 


 

SƏNƏ MƏZAR QAZILMADI… 

(Asif üçün) 

 

Sən o kəndirdən deyil, 



Ananın son ümidindən  ASILDIN , oğul bala. 

Ölən cismin olmadı, ananın arzuları, 

xəyallarıydı ölən. 

 

Sən daş divara deyil



Ananın göz  yaşından islanan qollarına  

QISILDIN, oğul bala. 

Sonuncu nəfəsinin, isti hərarətindən buz kəsən 

o qollara. 

 

“Ölümün övladı”ydı  anan, 



Sənsə ölümü yetim qoyanlar sırasına  

YAZILDIN, oğul bala. 

Anan atadan deyil, nə də anadan deyil, baladan 

yetim qaldı. 

 

Sənə məzar qazılmadı, 



Sən anan boyda məzara  QAZILDIN, oğul bala. 

Orda üşüməyəcəksən, bir ömür yanaraq ananı 

da yandıracaqsan. 

 

 



 

          

 

 



Ramil Mərzili 

 

54 



 

SÖZÜMDƏ AZDIM… 

(Vüsalə Süleymana) 

 

Balamın  sevincinə  şeir  yazan  Qadının, 



Balasının dəfninə mən şeir yazdım, Allah. 

Bu nə böyük faciə, bu necə ağrı - acı, 

Mətləbimdən yıxıldım, sözümdə azdım, Allah. 

 

Bəzən olar köçümüz bir anda dönər heçə, 



Gözümüzdə nur sönər, zülmət olar ev, küçə. 

Yuxumda ağ gəlinlik geyinmişdi o gecə, 

Bəyaz donlu yuxunu min yerə yozdum, Allah. 

 

Ha yozdumsa xeyrə yox, gəlib kədərə çatdım, 



Nə qədər yatmış dərdim vardı çəkib, oyatdım. 

Bir misqal sevinc üçün yüz yerə addım atdım, 

Ayaq qoyduğum yerdən əlimi üzdüm, Allah. 

 

Bu nə böyük faciə, bu necə ağrı- acı, 



Mətləbimdən yıxıldım, sözümdə azdım, Allah. 

Balamın sevincinə şeir yazan Qadının, 

Balasının dəfninə şeirlər yazdım, Allah... 

 

 



 

 

 



             

 

 


Kimsə bilməsin  

 

55 


 

ZƏRRƏBİN. 

 

(zərrəbin- böyüdücü şüşə deməkdir. 



Vüsalə Süleyman mənə öz kitab 

təqdimatından sonra bir zərrəbin 

hədiyyə etmişdi)... 

 

Mənə  zərrəbini  hədiyyə  edib, 



Nəyi düşünürdün, ay zalım qızı? 

Qıydımmı gözümü sənin yanında, 

Qaçdımı gözümdən bir kərə yazı ? 

 

Mənim ki, gözümdən şikayətim yox, 



O soyuq şüşəni neynirdim axı ?! 

Qızım oyuncaqtək oynadır indi, 

Götürüb bu yandan o yana baxır. 

 

Yoxsa o zərrəbin təkcə hərfi yox, 



Hissi, həyəcanı böyüdən imiş ?! 

Dağ boyda kədəri salıb ürəyə, 

Onu çınqıl- çınqıl  üyüdən imiş... 

 

Mən o zərrəbinlə baxıram sənə, 



Dərdin nə kiçikmiş, dərd dolu Qadın. 

Deyəsən əlimdə çevrilib axı, 

Bu biri tərəfdən gəlir fəryadın. 

 

Üzünü bircə yol çevir, mənə bax, 



Görürsən, nə qədər böyüyüb başım? 

Sən kiçik tərəfdə duran böyüksən, 

Mən böyük tərəfdə axan göz yaşı ... 

 



Ramil Mərzili 

 

56 



 

Arzular, xəyallar çarpışar qəlbdə, 

Bəzən təslim olar  "son"uncu  "ilk"ə. 

Özüm zərrəbini tərsinə tutdum, 

Kiçildə  dərdini, kiçildə  bəlkə ... 

 

Unutma, ən böyük acılarki var, 



Ən böyük insanlar üçündür, Qadın. 

Tök- dağıt qəlbini, nə varsa götür, 

İçindən çölünə köçündür, Qadın. 

 

Sən nə  biləydinki, həmin zərrəbin, 



Məni zərrə- zərrə öldürə bilər. 

Bəzənsə bir kiçik xəyala dönüb, 

Göz yaşı içində güldürə bilər ... 

 

 



 

 

 



 

 

 



 


Kimsə bilməsin  

 

57 


 

SƏN TƏRƏFDƏN BAXINCA… 

(Vüsalə Süleymanın əziz balasının xatirəsinə) 

 

Havalar da dəyişdi, 



Yaman düşdü soyuqlar. 

Ora necədi Asif, 

Ordadamı soyuq var? 

 

Üşümürsənki bala, 



Barı əynin qalınmı ? 

Başında papaq varmı, 

Ayaqların yalınmı ?! 

 

Sən gedəli ay bala, 



Dayanmır heç yağışlar. 

Hər kəs şəklinə baxır, 

Sual  dolu  baxışla ... 

 

Ora da yağırmı heç, 



Tutulurmu  Yer üzü ? 

Bulud varmı torpaqda, 

Gurlayırmı yer özü ?! 

 

Burda göy guruldayır, 



Qorxur, diksinir bacın. 

Çəkib apara bilmir, 

Yaman ağırdı  acın ... 

 

Həsrət dolu suallar



Qarışır  bir- birinə. 

Şəklin uzanıb yatır, 

Gecə sənin yerinə. 



Ramil Mərzili 

 

58 



 

Asif, anan ölməsin, 

Anbaan ölür anan. 

Onun qədər varmıydı 

Ağrı, acına yanan?! 

 

Düşünmədin onu da, 



Çarpaz dağ çəkib getdin. 

Ananı boynu bükük, 

Atanı  zəlil  etdin ... 

 

Atan səndən doymadı, 



Sən nə tez ondan doydun? 

Atadan  yetim  idi, 

Baladan yetim qoydun... 

 

Bəlkə sən yaşayırsan, 



Biz ölmüşük, ay bala. 

Orda yaşam əbədi, 

Burda kim gedə, qala... 

 

Əbədi həyat başlar 



Ruh bədəndən çıxınca. 

Bəlkə biz dəfn olmuşuq, 

Sən  tərəfdən  baxınca ... 

                      

 

 



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə