Kimsə bilməsin 1



Yüklə 0,57 Mb.
səhifə4/20
tarix25.06.2018
ölçüsü0,57 Mb.
#51418
1   2   3   4   5   6   7   8   9   ...   20

Ramil Mərzili 

 

22 



 

SAQİ… 

 

Saqi, ordan ən böyük, iki badəni götür, 

Yolla bizim masaya, boşaldıqca dolduraq. 

Ən bahalı şərabın hansıdısa süz, gətir, 

Ən ucuz insanların "şərəfinə" qaldıraq. 

 

İnan ki, unutmuşam gecə necə yatılır, 



İçək içə bildikcə, bax qaşlarım çatılır. 

Dünyanın ən bahalı dərdi harda satılır ? 

Yerini bilirsənsə söylə, gedib aldıraq. 

 

İçək bahalı şərab, çəkək bahalı dərdi, 



Şükr edək Yaradana, bizə kədər göndərdi. 

Ucuz ömrümüzüki fələk yerlərə sərdi

Biz də içimizdəki son ümidi solduraq. 

 

Doldur saqi qədəhi, boşluqlara qaldıraq ! 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


Kimsə bilməsin  

 

23 


 

GÜMAN  YERİSƏN. 

 

Gözümə keşik çəkmirki, 



Kirpiklərim qan ağlayır. 

Sökülüb gedirəm sanki, 

İçim çölümü  bağlayır... 

 

As məni son ümidimdən



Dola boynuma kəməndi. 

Mən səninəm, sən özgənin, 

Görən o  "özgə"  kimindi? 

 

Yuxusu ərşə çəkilən, 



Gözlərimin dan yerisən. 

Asta ad  addımlarını, 

Ruhumun sınan yerisən. 

 

Sevincimin qaynağısan, 



Ahımın aman yerisən. 

Sən hardan biləsən axı, 

Arzusan, güman yerisən... 

 

 



 

 

 



 

 

 



 

 

 



 


Ramil Mərzili 

 

24 



 

SÜKUTUN  RƏNGİ. 

 

Sığınmışam ağuşuna dərd- qəmin, 



Görən deyir "ya halındı, ya dəmin". 

Tənhalıqdan üzü dönən bəndənin, 

Yüz yol ölər, gözü qorxmaz ölümdən. 

 

Qoyma ömrü dərd sovura, qəm yeyə, 



Gülüş varkən o gözlərdə yaş niyə?! 

Birdə bizə yaxın düşməsin deyə, 

Bir “kağız al”  sənsizliyin dilindən. 

 

Bir vüsalki hicran oldu, apar at, 



Bir qəlbəki şübhə doldu, apar at. 

Bacarırsan yaddaşından qopar at, 

Sil  əlimin  izlərini  telindən. 

 

Uyuşmuram bu sükutun rənginə



Diksinirəm hər telefon zənginə. 

Ya məni ver bu həsrətin cənginə, 

Ya al apar ayrılığın əlindən... 

 

 



 

 

 



 

 

 



 

 

 


Kimsə bilməsin  

 

25 


 

VAXTIDI… 

(Ən xoşbəxt günümdən xatirə) 

 

Bu gün bir dünya sevincin

Əlimə gələn vaxtıdı... 

Ağrımın da, acımın da, 

Üzümə gülən vaxtıdı... 

 

Həsrət axır, qanımdadı, 



Ruhum indi canımdadı. 

Mələyim sol yanımdadı, 

Halımı bilən vaxtıdı... 

 

Çiynimə sığınıb başı, 



Atıb kənara qəm daşın. 

Gözlərimdən süzən yaşı, 

Öpərək, silən vaxtıdı... 

 

Yanaq güldü, dodaq ləçək, 



Bu xəyaldı, yoxsa gerçək ?! 

Tanrı, başıma sığal çək, 

Ruhumun ölən vaxtıdı... 

 

 



 

 

 



 

 

 



 

 


Ramil Mərzili 

 

26 



 

ÜRƏYİNDƏ BİR MƏZARLIQ YER SAXLA... 

 

Ömür keçir, yarı yolu haqladım, 

Biçarə bir eşqə könül bağladım. 

Dərd də olsa, əzizləyib saxladım, 

Ürəyimi deşəcəyi gün üçün... 

 

Varlığıma hopdurmuşam adını, 



Qəm yoğurub, kədər yapan Qadının. 

Qalayıram cəhənnəmin odunu, 

Öz içimdə bişəcəyim gün üçün... 

 

Bu həsrətin doğması O, yadı O, 



Sevincimin soyadı O, adı O . 

Qoruyuram qəlbimdəki çatı, O, 

Neştər ilə eşəcəyi gün üçün... 

 

Al bıçağı, yar sinəmi, bıçaqla, 



Qoyma öləm, sıx köksünə, qucaqla. 

Ürəyində bir məzarlıq yer saxla, 

Gözlərindən düşəcəyim gün üçün... 

 

 



 

 

 



 

 

 



 

 

       




Kimsə bilməsin  

 

27 


 

ÜSTÜNƏ… 

(34 yaşım tamam olur) 

 

Üzüm ayağın altına, 



Sözün başımın üstünə. 

Bir qocaman il də gəldi, 

“Dözüm yaşı”mın üstünə. 

 

Duyğular içimdə bişir. 



Arzular sinəmi deşir. 

Alnımdan sürüşüb düşür, 

Qırış qaşımın üstünə. 

 

Anam məni qəm doğurub, 



Fələk də yapıb, yoğurub. 

Ruhumu gözəl qovurub

Qoyub aşımın üstünə. 

 

Qəmlə dolub, daşır ürək, 



“Dost  izi”ylə doldu kürək. 

Qoşul mənə, birgə gedək. 

Məzar daşımın üstünə... 

 

 



 

 

 



 

 

 



 

              


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə