Kimsə bilməsin 1



Yüklə 0,57 Mb.
səhifə10/20
tarix25.06.2018
ölçüsü0,57 Mb.
#51418
1   ...   6   7   8   9   10   11   12   13   ...   20

Kimsə bilməsin  

 

59 


 

BU CAN. 

 

Aldın məni məndən hər gün, zərrə- zərrə, 



qram- qram, 

Öz- özümdən ayrılıram, damla- damla sən 

oluram. 

Diri ikən ölmüş eşqə mən indidən yas tuturam

Yalvarıram geri dönmə! Dönüşlərə küsdür bu 

can... 


 

Qoy itirim səni səndə, bəlkə belə daha yaxşı, 

Sən ömrümə gələn gündən qismətimdir qəm 

yağışı. 


Göz yaşımla siləcəyəm taleyimdən bu naxışı, 

Yalvarıram təkrar yağma, yağışlara küsdür bu 

can. 

 

Hər yağışın damlasında kədər gəlir qucaq- 



qucaq, 

Neynirəm ki, o sevinci bir kədərlə yox olacaq. 

Bu vüqarım qoca çinar, bir gün o da yıxılacaq, 

Yalvarıram get, uzaqlaş! Varlığına küsdür bu 

can. 

 

Sənə olan sevgim üçün nələr çəkdi dərdli 



başım, 

Bir gün olsa qurumadı gözlərimdən axan 

yaşım. 

Sevinc məndən uzaq qaçdı, kədər oldu yol 



yoldaşım, 

Yalvarıram sevmə daha, sevgilərə küsdür bu 

can. 



Ramil Mərzili 

 

60 



 

 

Sən ömrümün baharıydın, bir ömürlük qışa 



döndün, 

Ömrüm boyu incidəcək ən böyük yalnışa 

döndün. 

Mənim üçün sən ölmüsən, bir məzarda daşa 

döndün, 

Yalvarıram, dönmə geri! Dönmə, sənə küsdür 

bu can. 

 

Gözlərimi kor etməklə yetinmədi bu məhəbbət



Sən mənə doğma olandan, yadlaşdı hər an 

səadət. 


Gözün aydın, can üstədir, sevgimiz  deyir 

şəhadət, 

Yalvarıram, qoy tez ölsün, can verməyə küsdür 

bu can. 


 

 

 



 

 

 



 

 

 



 

 

 


Kimsə bilməsin  

 

61 


 

ÜZÜNÜN RƏSMİNİ ASIB GÖZÜMƏ. 

 

Sevincdən uşaqtək ağlayıram mən, 



Kədərin üzünə gülürəm, Qadın. 

Öləndə səninçün yaşayım deyə, 

Yaşaya- yaşaya ölürəm, Qadın... 

 

Ürəyim baş əyir ayaq izimə, 



Yollar da qısalmır, çəkim dizimə. 

Üzünün rəsmini asıb gözümə, 

Güləndə gözümdən gülürəm, Qadın. 

 

Hər arzum, istəyim sənə bələnir, 



Sən varsan, ruhuma dinclik ələnir. 

Gözlərin tavandan yuxu dilənir ?! 

Mən bunu hər gecə bilirəm, Qadın. 

 

Kədərdən yoğrulur ömrüm anbaan, 



Gözüm yuxu gəzir, sökülsə də dan. 

Səndən öncəsində nə var yadımdan, 

Əlbəəl, gözbəgöz silirəm, Qadın. 

 

Üzünün rəsmini asıb gözümə, 



Güləndə gözümdən gülürəm, Qadın. 

Öləndə səninçün yaşayım deyə, 

Yaşaya- yaşaya ölürəm, Qadın... 

 

 



 

 

 




Ramil Mərzili 

 

62 



 

ÜRƏYİN QƏMLƏNMƏSİN… 

(QADINIMA) 

 

Gəl ağla ürəyimdə, 



Gözlərin nəmlənməsin. 

Ver dərdini mən çəkim, 

Ürəyin qəmlənməsin. 

 

Qanımızla  yoğrular, 



Bütün səhvlər, doğrular. 

Qoyma, qoyma ağrılar, 

Bir  yerə  cəmlənməsin. 

 

Ayrılıq gəlsə yenə, 



Başını  əymə  önə. 

Ağzını tut səhv yönə, 

Qoy bizə çəmlənməsin. 

 

Ver dərdini mən çəkim, 



Ürəyin  qəmlənməsin. 

Gəl ağla  ürəyimdə, 

Gözlərin nəmlənməsin... 

 

 



 

 

 



 

 

             



 

 


Kimsə bilməsin  

 

63 


 

ANA  SIĞALI. 

 

Dediyin hər kəlmə, dediyin hər söz, 



Qəlbimdə  ləl- gövhər, incidir ana! 

Səni sağ tərəfdən vuran o iflic

Məni sol tərəfdən incidir ana... 

 

Biz bütöv bir canıq, sən sağ, mən də sol, 



Mən səninlə varam, getsəm hayana. 

Səssizcə  uzanmaq  sənə yaraşmır, 

Aç yorğun gözünü, məni duy, ana! 

 

Bir ana sığalı çəkməyin üçün, 



Bu başı çiynimdə daşıyıram mən. 

Demə ki,  balamın balaları var, 

Hələ sənin üçün yaşayıram mən. 

 

Sən də mənim üçün dur, qalx ayağa, 



Qoymayaq  sevinsin bu zalım  iflic. 

Yanağım  arx  açdı göz yaşlarıma, 

Ana da balasın ağladarmı heç ?! 

 

Dur, qurbanın olum, qucaqla məni, 



Sıx  köksünə yenə ağ saç  balanı. 

Ömür  karvanına  il gərəkdirsə, 

Fədadır  ömrümün  geri  qalanı ... 

 

 



 

 

           



 

 


Ramil Mərzili 

 

64 



 

NURAYIM… 

(Əziz qızım Nurayıma) 

 

Ovcumun  içində  parlayır  üzün, 



Necədə şirindir “ay ata"  sözün. 

Əlin əllərimdə, gözümdə gözün, 

Kədərli ömrümə harayım mənim, 

Gəl ovut könlümü, Nurayım mənim... 

 

Gül üzlüm, tez böyü, başımın tacı ! 



Sənsiz dərdlərimin yoxdur əlacı. 

Mənə övlad gəldin, Vüqara bacı, 

Ay varım- dövlətim, sarayım mənim, 

Qaç gəl qollarıma, Nurayım mənim... 

 

Unutma, çəkilib dağlara qəfil, 



Bir gün duman kimi ötə bilərəm. 

Sanmakı yuxundan qaçaq düşərəm, 

Sanmaki yadından itə bilərəm 

Gündüzlər günəşim, gecələr ayım, 

Ömrümə nur saçan körpə Nurayım... 

 

Ulduzlardan çələng hör, bircə - bircə say 



göndər, 

Günəşi üzünə tut, mənə təkcə ay göndər. 

Səs sal bütün dünyaya, haray göndər, hay 

göndər, 


Nə yaxşıki gəlmisən, Allahdan payım mənim, 

Üzü sevdam oxşarı, əziz  Nurayım mənim.... 

 

 

          




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə