KiÇİk qafqazin tektonik quruluşu və onun müASİr strukturu



Yüklə 20,9 Kb.
səhifə2/4
tarix23.04.2022
ölçüsü20,9 Kb.
#85982
1   2   3   4
New Microsoft Word Document

Lök-Qarabağ zonası Kiçik Qafqaz qırışıqlıq sistemində kontinental qabıqda formalaşmış daxili ada qövslərinin analoqudur. Şimal-şərqdə o Kür dağarası çökəkliyinin molassları ilə, cənub-qərbdə Göyçə-Həkəri tikiş zonası ilə məhdudlanmışdır. Zonanı təşkil edən strukturlar Lok, Allahverdi, Şəmkir, Murovdağ horst-antiklinorilər, Daşkəsən və Qalakənd qraben-sinklinorilərindən ibarətdir. Zonanın quruluşunda həmçinin eninə çökəkliklər də iştirak edir. Onlara Bolnisi, Qazax, Ağcakənd, Xocavənd, Qoçaz və s. aiddir.

Zonanın geoloji quruluşunda əsasən mezozoy yaşlı vulkanogen və çökmə-vulkanogen komplekslər iştirak edir və şimal-qərb istiqamətində uzanır. Erozion kəsilişlərdə isə özülün süxurları iştirak edir. Zonanın şimal hissəsi Kiçik Qafqaz önü çökəkliyin kaynozoy yaşlı çöküntülərinin altına gömülür, cənuba doğru çevrilmiş qırışıqlıqlar əmələ gətirən cənub-qərb qanadı isə Murovdağ üstəgəlməsi boyu Göyçə-Həkəri zonasının komplekslərinin üzərində yatır.

Qazax çökəkliyi Ağstafaçayın hövzəsində yerləşərək, orta yura çöküntülərilə dolmuş Alaverdi və Şəmkir qalxmalarını ayırır. Bu zonada üst yura çöküntüləri nazik zolaq şəklində onun şimal-şərq hissəsində, Şəmkir antiklinorisilə qovuşma sahəsində məlumdur.

Aşağı yura çöküntülərindən kellovey-aşağı Oksford, orta Oksford-aşağı kimmeric və üst titon çöküntüləri ayrılır. Litoloji tərkib lateral üzrə dəyişir və tərkibi normal-çökmə süxurlardan – gillərdən, qumdaşlarından və alevrolitlərdən tufogen əmələgəlmələrə (tufqumdaşları, tufalevrolitlər və xırda qırıntılı tufbrek-çiyalar) qədər dəyişir. Qalınlığı 350 m-ə qədərdir. Onlarda ammonit, braxiopodlar və s. müəyyən olunmuşdur. Orta Oksford-aşağı kimmeric çöküntüləri fasial tərkibinə görə fərqlənir. Beləki Alaverdi və Şəmşəddin qalxmalarında vulkanogen, vulkanogen-çökmə, karbonat süxurları yayılmışdır, Şəmkir qalxmasında isə karbonatsız fasiyalar qeyd olunur. Üst titon çöküntüləri karbonat fasiyası ilə təmsil olunmuşdur və qırıntılı, qumdaşlı əhəngdaşlarından, əhəngli gillərdən, mergellərdən ibarətdir.

Kiçik Qafqazın


Yüklə 20,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə