KiÇİk qafqazin tektonik quruluşu və onun müASİr strukturu



Yüklə 20,9 Kb.
səhifə3/4
tarix23.04.2022
ölçüsü20,9 Kb.
#85982
1   2   3   4
New Microsoft Word Document

Göyçə-Həkəri zonası Pont-Zaqafqazya ofiolit qurşağının şərq qanadı olub, Şimali Anadoludan Kiçik Qafqaza keçərək, Araz çayının sol sahilinə qədər davam edir. Ofiolit problemilə müxtəlif vaxtlarda bir çox alimlər məşğul olmalarına baxmayaraq, onların inkişafı, əmələ gəlməsi haqqında vahid bir fikir yoxdur.

Bir çox alimlər ofiolitlərin əsasi və ultraəsasi komplekslərinin intruziv təbiətli olduğunu, digərləri ofiolit kompleksinin okean qabığı ilə eyni olduğunu və onların alloxton təbiətli olduğunu israr edirlər. Kiçik Qafqazda ofiolitlər üç struktur –formasion zonada müəyyən olunmuşdur. Onlara Avrasiya kontinental paleokənarının cənub haşiyəsində yerləşən Göyçə-Həkəri, Afrika-Ərəbistan paleokənarının şimal haşiyəsində yerləşən Araz (Vedi) və yuxarıda qeyd olunan paleokənarların qovuşma zonasında Zəngəzur erkən alp tikiş zonası aiddir.

Bu üç zonadan ofiolit qurşağının ancaq Göyçə-Həkəri zonası Azərbaycan ərazisində yerləşir və başqalarından fərqli olaraq onlar üçün tipik kəsilişlərin olması, açılışlarının olması və dəqiq öyrənilməsi xarakterdir.

Göyçə-Həkəri zonası bir çox tədqiqatçıların məlumatlarına görə şimalda Murovdağ və Qarabağ, cənubda – Laçın-Başlıbel qırılmaları (üstəgəlmələri) ilə nəzarət olunur. Bu zona iki zonadan – Touroqaçay və Sarıbaba strukturlardan ibarətdir və Şahdağ silsiləsi

boyu uzunluğu 140-160 km, eni 20-50 km olmaqla uzanmışdır. Zonanın quruluşunda bir neçə blok ayrılır. Şimal-qərbdə ən iri blok Şahdağ blokudur və serpentinit melanjının yura, təbaşir və orta eosenin vulkanitlərilə mürəkkəb struktur yaradır. Onlara bir neçə qabbroid intruzivi aiddir və onlardan ən böyüyü Çətindərə intruzividir.


Yüklə 20,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə