Kiçik Qafqazın Şimal-Şərq Hissəsində Yayılan Bəzi Qıjıkimilərin Yeni Yayılma Sahələri Və Onların Ekoloji Xüsusiyyətləri



Yüklə 95,53 Kb.
Pdf görüntüsü
tarix29.04.2018
ölçüsü95,53 Kb.
#40391


АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 72, №1, səh. 105-110 (2017)

 

105 



Kiçik Qafqazın Şimal-Şərq Hissəsində Yayılan Bəzi Qıjıkimilərin Yeni Yayılma 

Sahələri Və Onların Ekoloji Xüsusiyyətləri 

 

A.M. Əsgərov

1

, L.N. Verdiyeva

2

 

 



AMEA Genetik Ehtiyatlar İnstitutu, Azadlıq prospekti, 155, Bakı AZ1106, Azərbaycan;  

Е-mail:askerov1@mail.ru 

2

 

Gəncə Dövlət Universiteti, H.Əliyev prospekti,429,  Gəncə AZ2001, Azərbaycan

 

 

Kiçik  Qafqazı  şimal-şərq  hissəsində  2014-2016-cı  illərdə  aparılan  ekspedisiyalar  zamanı  toplanılan 



herbari və deskriptor məlumatlarının təhlili nəticəsində bu region üçün yeni olan 3 növ (Polypodium 

interjectum Shivas, Polystichum illyricum (Borb.) Hahne, Cystopteris anthriscifolia Fomin), 1 növmüxtə-

lifliyi (Polystichum aculeatum var. aristatum (Christ) A.Askerov) və 1 yeni ekotip (Adiantum capillus-

veneris L., “alçaqboylu- Gəncə”)  müəyyən edilmişdir. Məqalədə həmin  bitkilərin aşkar edildiyi ərazi-

lərin üçölçülü məkan göstəriciləri, taksonların nomenklaturası, morfo-bioloji dəyişkənliyi, nomenkla-

tur tipləri haqda məlumat verilir. 

 

 

Açar sözlər: Kiçik Qafqaz, sistematika, areal, Adiant, Şirinkök, Cərgəvər, Qovuqluca 

 

 

GİRİŞ 



 

Kiçik Qafqazın şimal-şərq hissəsi (Azərbaycan 

daxilində)  biomüxtəliflik  baxımından  Qafqazın 

zəngin regionlarından biridir. Burada Azərbaycanda 

rast  gəlinən  əksər  bitkilik  tiplərinə  rast  gəlinir.  Ki-

çik Qafqazın florası və biomüxtəlifliyi üzrə müxtə-

lif tədqiqat işləri aparılıb. Ərazinin yüksək dağ bit-

kiliyi  (Гаджиев,  1990),  ali  sporlu  bitkiləri  (Аске-

ров, 1977, 1983, 1990, 2001; Əsgərov, 2005, 2016) 

haqda  əsərlər  yazılmışdır.  Lakin,  Kiçik  Qafqazın 

Qıjıkimilərinin sistematiki, ekobotaniki xüsusiyyət-

ləri hərtərəfli tədqiq edilməmişdir. 

 

 

MATERİAL VƏ METODLAR 

 

Tədqiqatın  materialı  2014-2016-cı  illərdə  Ki-

çik  Qafqazın  şimal-şərq  hissəsində  ekspedisiyalar 

zamanı  toplanılan  materiallar  və  AMEA-nın  Bota-

nika  İnstitutunun  və  Genetik  Ehtiyatlar  institutu-

nun  Herbari  fondlarında  (BAK,  AGRİ)  saxlanılan 

herbari  nüsxələridir.  Toplanılan  materiallar  kame-

ral  şəraitdə  təhlil  edilmişdir.  İşdə  müqayisəli-mor-

foloji,  sistematik,  ekoloji  metodlardan  istifadə 

edilmişdir.  

Nomenklatura  məsələlərinin  dəqiqləşdirilmə-

sində  Beynəlxalq  Botanika  Kodeksi  (2009)  və 

A.M.Əsgərovun “Azərbaycan florasının konspekti” 

kitabı  (Əsgərov,  2011)  əsas  götürülmüşdür.  Mak-

rotaksonlar  qıjıkimilərin  təsnifatına  dair  bəzi  mü-

hüm  mənbələr  əsasında  dəqiqləşdirilmişdir  (Pichi-

Ser-molli, 1977; Smith et al., 2006; Maarten et al., 

2011).  Tədqiqat  ərazisində  ekoloji  parametrlərin 

əldə  olun-masında  Diva-Gis  sistemindən  istifadə 

olunmuşdur. Hipsometrik hündürlük və areal koor-

dinantları  Garmin  eTex  20  modelli  GPS-lə  ölçül-

müşdür. 


 

 

NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ 

 

Kiçik  Qafqazın şimal-şərq  hissəsi, coğrafi  an-

lamda  Kiçik  Qafqazın  şimal-şərq  yamacı  adlanan 

ərazini  (Müseyibov,  1998;  Azərbaycanın  Milli  at-

lası, 2014) əhatə edir və əsasən “Azərbaycanın bo-

taniki-coğrafi  rayonlaşma”  sxemində  (Прилип-ко, 

1950) “Kiçik Qafqaz şimali” rayonu ərazisində yer-

ləşir.  Lakin,  sonuncu  rayonlaşmada  “KQ  şim.”-in 

cənub sərhəddi bir qədər cənubdan aparılmış və qis-

mən  Kiçik  Qafqazın  mərkəzi  hissəsini  də  əhatə 

etmişdir. 

Bizim  tədqiqat  ərazisi  şimaldan  Kür  düzünü 

(Kür  depresiyasını)  əhatə  edən  yovşanlı,  efemerli-

yovşanlı,  ağotlu-yovşanlı,  gəngizli-yovşanlı,  səhra 

və  yarımsəhra  bitkilik  formasiyaları  ilə  səciy-yələ-

nən 400-500  metr hündürlüyə qədər olan ərazilərlə 

sərhədlənir.  Şərqdən    Samux  və  Goranboy  inzibati 

rayonlarının  sərhədlərini  əhatə  etməklə  Murovdağ 

silsiləsinə  qədər  uzanır,  cənub  və  cənub-qərbdən 

Murovdağ və Şahdağ silsilələri ilə əhatələnir; qərb-

dən  isə  Şahdağ  silsiləsindən  Kür  çayının  Azərbay-

can ərazisinə daxil olan yerinə qədər olan ərazilərdə 

Ermənistanla sərhədlənir.  

Aşağıda  2014-2016-cı  illərdə  tədqiqat  ərazi-

sindən toplanılan materialların (cədvəl) təhlili  nəti-

cəsində  Kiçik  Qafqazın  şimal-şərq  hissəsi  üçün  ilk 

dəfə  aşkar  edilən 3  növün,  1  növmüxtəlifliyinin  və 

1 yeni ekotipin morfoloji və areoloji xüsusiy-yətləri 

haqda məlumat verilir. 



Əsgərov və Verdiyeva 

106 


Cədvəl. Tədqiqat ərazisindən toplanılan növlərin koordinantları və ekoloji göstəriciləri. 

Toplanma 

yeri və tarixi 

Növlərin adı 

Yağın-

tının 

miqdarı 

(mm) 

Temperatur (

o

C)  Coğrafi enlik 

və uzunluq, 

hündürlük 

(m) 

Su 

reji-

mi 

Yama-

cın 

cəhəti 

Əldə-

etmə 

mən-

bəyi 

Ana 

süxur 

Relyef 

Torpağın 

mexaniki 

tərkibi 

Toplanma 

ərazisinin 

sahəsi 

(m

2



T

min1 

T

max7 

T

oi 

Gəncə, 


Daşkəsən, 

Turşsu ətrafı 

23. 06. 2015 

Adiantum 

capillus-

veneris 

544 


4,7 

15,9  5,6 

N 40˚30.594' 

E 46˚20.494' 

H 1086 

FR 


SE 

PA, RS, 


GR 

O 5 



SA, LO, 

GR, SC 


Gəncə, 


Hacıkənd; 

23. 06. 2015 



Cystopteris 

anthriscifoli

a 

544 


4,7 

15,9  5,6 

N40˚30.594' 

E 46˚20.494' 

H 1086 

FR 


SE 

PA, RS, 


GR 

O 5 



SA, LO, 

GR, SC 


Tovuz, 


Əsrik 

24. 06. 2015 



Polypodium 

interjectum 

554 


5,7 

14 


4,2 

N 40˚47.462' 

E 45˚35.636' 

H 1209 


FR 

SE 


RS, 

WL, 


WS 

B, OT 


O 5 

CY, GR, 


ST 

Tovuz, 



Əsrik 

24. 06. 2015 



Polystichum 

aculeatum 

var. 

aristatum 

554 


5,7 

14 


4,2 

N 40˚47.462' 

E 45˚35.636' 

H 1209 


FR 

SE 


RS, 

WL, 


WS 

B, OT 


O 5 

CY, GR, 


ST 

Tovuz, 



Əsrik 

24. 06. 2015 



P. illyricum 

554 


5,7 

14 


4,2 

N 40˚47.462' 

E 45˚35.636' 

H 1209 


FR 

SE 


RS, 

WL, 


WS 

B, OT 


O 5 

CY, GR, 


ST 

Növlərin  topoqrafiq  və  iqlim  göstəriciləri  üzrə  (yağıntının  miqdarı  (mm);  Max  və  Min  temperatur  (



o

C)  T



min1

  /  T

max7

,  orta  illik 

temperatur  (

o

C)  T



oi

;  toplanma  yerlərinə  dair  ekoloji  məlumatlar  -  Coğrafi  enlik  və  uzunluq  dairələri,  dəniz  səviyyəsindən 

hündürlüyü;  Su rejimi: FR  – sərbəst,  drenajsız; Yamacın cəhəti: SE  –cənub-şərq; Əldəetmə  mənbəyi: PA-otlaq, RS-yolun kənarı, 

GR-çəmən,  WL-meşə zolağı  və  ya kənarı, WS-çaykənarı, vadi;  Ana süxur: B- qarışıq, OT-digər; Relyef: O5  – dağətəyi 16-30%; 

Torpağın mexaniki tərkibi: SA – qumlu, LO - gillicəli, GR – çınqıllı, SC – qumlu-gillicəli, CY-giltorpaqlı, ST-daşlıqlı; Toplanma 

ərazisinin sahəsi: 5m 

 

 

Fəsilə Şirinkök qıjılar – Polypodiaceae 

Bercht. et J. Presl 

Cins Şirinkök – Polypodium L. 

1.  P.  interjectum  Shivas  1961,  Journ.  Linn. 

Soc., Bot. 58: 29; Valentine, 1964, Fl. Europ. 1:23;  

А.  Бобр.  1974,  Фл.  евр.  ч.  СССР,  1:96;  А.Ас-

керов  1977,  Бот.  журн.  62:1029.;  Кудряшова  

2003, Консп. Фл. Кавк. 1:156. – P. vulgare subsp. 

prionoides  (Aschers.)  Rothm.  1929,  Mitt.  Thür. 

Bot. Ver., N. F., 38:106. – P. vulgare f. prionoides 

Aschers.  1896,  in  Aschers.  u.  Graebn.  Syn.  Mitte-

leurop.  Fl.  1:94.  –  P.  vulgare  f.  attenuatum  Milde, 

1867, Fil. Eur. Atl.: 92;  Рзазаде 1950, Фл. Аз. 1 : 

40.  –  P.  serratum  auct.  non  Saut.  :  Фомин  1934, 

Фл. СССР, 1: 89, p.p. - Aralıq ş.  

Avropadan (Şotlandiya) təsvir olunub.  



Typus: “St. Cyrus, Kincandineshire, Scotland”. 

Kökümsovu  qəhvəyi  rəngli  pulcuqlarla  örtü-

ləndir.  Yarpaqları  uzunsov  lansetşəkilli,  seqment-

ləri  kənarı  boyu  mişar  dişcikli,    damarlanması  2-3 

qat  dixotomik  budaqlanandır.  Sorusları  oval  və  ya 

ellipsşəkilli olub, örtüksüzdür. Sporangi həlqəsi hü-

ceyrələri  10-20  saylıdır.  Sporu  paxlaşəkillidir. 

2n=222 (Şək.1).  

20-40  sm  hündürlükdə,  iyul-avqust  aylarında 

sporverən,  çoxillik, çox vaxt epifit formalarda rast 

gəlinən, mezofil meşə bitkisidir (əsasən fıstıq-vələs 

meşə formasiyası). 

Avropa-Aralıq dənizi areal tipinə aid bu növün 

Azərbaycanda  (Talışda)  rast  gəlinməsi  ilk  dəfə 

A.Əsgərov  tərəfindən  (Аскеров,  1977)  göstəril-

mişdir. Kiçik Qafqazda ilk dəfə olaraq tərəfimiz-dən 

Göygöl  ətrafı,  Daşkəsən  rayonunun  Əmirvar  kəndi 

və Tovuzun Əsrik meşə sahəsindən toplanılmışdır. 

 

 

 



Şəkil 1. Polypodium  interjectum. 

 

Çox  vaxt  Polypodium  vulgare  növü  ilə  hib-



ridləşir  və  P.  x  mantoniae  (Rothm.)  Shivas  hibridi 

əmələ gətirir (Əsgərov, 2016).  



Fəsilə  Ayıdöşəyilər  –  Dryopteridaceae  R.  – 

C.Ching. 

Cins  Cərgəvər  –  Polystichum  Roth,  Emend. 

Schott. 


Kiçik Qafqazın Şimal-Şərq Hissəsində Yayılan Bəzi Qıjıkimilərin

 

107 



1. P. illyricum (Borb.) Hahne 1904, Allg. Bot. 

Zeitschr.  10:103;  А.Аскеров  1977,  Бот.  журн. 

62:1027; А.Аскеров 2001, Папоротники Кавказа : 

120;  Кудряшова    2003,  Консп.  Фл.  Кавк.  1:164; 

A.Əsgərov 2016,  Azərb. bitki aləmi: 59. -  Aspidium 

illyricum Borb. 1891, Oest. Zeit. 41: 354. İlliriy c. 

Avropadan təsvir olunub.  

Əsas  morfoloji  əlamətləri  P.  aculeatum  və  P. 

lonchitis  növləri  arasında  keçid  xarakterlidir.  Yar-

paqları lansetşəkilli, 30-50 sm uzunluğunda, 4-9 sm 

enindədir.  Saplaqları  qısa,  bozumtul,  lansetşəkilli 

pulcuqlarla  örtülüdür.  Seqmentləri  oraqşəkilli,  ən 

aşağıdakıları  üçbucaq  formalı,  yarpaqda  damarlar 

bir qat çəngəlvaridir. Soruslar damarların ucunda və 

ya  ortasında  oturandır.  Sporları  tam  yetişməyən, 

çox vaxt abortivdir (sterildir) 2n=123 (Şək. 2). 

 

 

 



Şəkil 2. Polystichum illyricum. 

 

20-60  sm.  hündürlükdə,  iyul-sentyabr  ayların-



da  sporverən,  orta  dağ  qurşağınadək  kölgəli  meşə-

lərdə rast gəlinən çoxillik, mezofit bitkidir.  

Avropa-Qafqaz  areal  tipinə  aid  bu  növ  (Боб-

ров, 1974; Кудряшова, 2003) tədqiqat ərazisindən 

Tovuz rayonunun Əsrik meşə sahəsindən, fıstıq-və-

ləs  meşə  formasiyasından  toplanılmışdır.  P.  acu-



leatum    P.  lonchitis  növləri  arasında  təbiihibrid 

mənşəli növdür.  



2.  P.  aculeatum  (L.)  Roth  1799,  Tent.  Fl. 

Germ.  3,  1:  79;  А.  Аскеров  1977,  Бот.  журн.  62: 

1027;  А.Аскеров  2001,  Папоротники  Кавказа: 

115; Кудряшова 2003, Консп. Фл. Кавк. 1:164. – 



Polypodium  aculeatum  L.  1753,  Sp.  Pl.:  1090.  – 

Polystichum  lobatum  (Huds.)  Bast  1809,  Ess.  Fl. 

Maine Loire: 367; Гроссг. 1939, Фл. Кавк., изд. 2, 

1:22; Исаев 1950, Фл. Аз. 1 : 28. – Tikancıqlı c. 

Avropadan  təsvir  olunub.  Typus:  Herb.  Linn. 

1251/45. 

Avropa  mənşəli  bu  növ  Azərbaycanda  geniş 

yayılmışdır və onun bir neçə növmüxtəlifliyi vardır 

ki,  onlardan  daha  az  rast  gəlinəni  var.  aris-tatum 

(Christ) A.Askerov hesab edilir. 

Polystichum 

aculeatum 

var. 

aristatum 

(Christ)  A.Askerov  1983,  Not.  sist.  geog.  (Thi-

bilisi.), 39 : 6; A.Əsgərov 2016 Azərb. bitki aləmi : 

60. – Aspidium lobatum var. aristatum Christ 1891, 

Schweiz Bot Ges. 1:85. 

Yarpaq  saplağı  bozumtul  rəngli,  pulcuqlarla 

örtülü, qaidəsində 5 ötürücü topalıdır. Yarpaq ayası 

2  qat  lələkvari,  qaidəsinə  doğru  daralan,  sərt  dəri-

varidir.  İkinci  sıra  seqmentlərindən  ən  aşağıdakı 

(akroskopik)  qalanlardan  iri;  seqmentləri  yumşaq, 

tükcüklü və pərdəciklərlə örtülü, kənarları iti tikan-

cıqlıdır. Sorusları oval, damarların orta hissəsindən 

yuxarıda  yerləşən,  örtüyü  kənarında  dişciklidir. 

Sporun  perisporisi  qırışıqlı,  qırışıqları  qısa,  ensiz, 

hündürdür.  Bəzi  əlamətləri  ilə  Talışdan  təsvir  olu-

nan P. kadyrovii Askerov növünə yaxındır (Şək. 3). 

 

 



 

Şəkil 3. Polystichum aculeatum var.aristatum. 

 

25-100  sm  hündürlükdə,  iyul-sentyabr  ayla-



rında sporverən, orta dağ qurşağınadək kölgəli me-

şələrdə  rast  gəlinən  çoxillik,  mezofit  bitkidir  (əsa-

sən  fıstıq-vələs  meşə  formasiyası).  Tədqiqat  ərazi-

sində  Tovuz  rayonunun  Əsrik  meşə  sahəsindən  tə-

rəfimizdən toplanılmışdır. 

 

Şöbə  Polipodiumkimilər  və  ya  Qıjılar  – 



Polypodiophyta (Pteridophyta s. str.) 

Sinif  Polipodiumabənzərlər  –  Polypodiop-

sida (Filicopsida

Fəsilə  Qalxansızlar  –  Athyriaceae  Ching 

(Athyriaceae Alston, nom. Illeg.) 



Cins  Qovuqluca  –  Cystopteris  Bernh.,  nom. 

cons.   

1.  C.  anthriscifolia  Fomin  1911,  Матер.  Фл. 

Кавк. 1, 1 : 15;  Фомин 1913, Птерид. Фл. Кавк. 

:15.  -  C.  fragilis  (L.)  Bernh.  1805,  Journ.  Bot. 

(Götting.) 1, 2:27, p.p.; Кудряшова  2003, Консп. 




Əsgərov və Verdiyeva 

108 


Фл.  Кавк.  1:162.  -  C.  filix-fragilis  var.  anthri-

scifolia  Luerss.  Farnpfl.  457,  f.  156;  Исаев  1950, 

Фл. Аз. 1:19. – Sivriyarpaq q. 

Avropadan  təsvir  olunub.  Typus:  İn  collibus 

Europae frigidioiris. 

Yarpaqları 2 dəfə lələkvarı bölümlü, vəzli tük-

cüklü, ayası və saplağı bozumtul, sonuncu sıra seq-

mentləri sivriuclu, damarları seqmentlərin uc hissə-

sində  nəhayətlənəndir.  Sorusu  damarların  hər  iki 

tərəfində  cərgəli  yerləşən;  örtük  ovalvarı,  lanset-

şəkilli,  şişkindir.  Sporun  səthi  (perisporisi)  qırışıq-

lıdır. 2n = 168, 252 (Şək.4). 

 

 

 

Şəkil 4. Cystopteris  anthriscifolia. 

 

20-40  sm  hündürlükdə,  iyul-avqust  aylarında 

sporverən, meşələrdə, qaya çatlarında yayılan çoxil-

lik, mezofit bitkidir. Tədqiqat ərazisindən Daşkəsən 

rayonunun Əmirvan kəndi, Tovuz rayonunun Əsrik 

meşəsindən,  Gəncə-Daşkəsən  magistral  yolunun 

Bayan  kəndi  və  Xoşbulaq  ətrafından  tərəfimizdən 

toplanılmışdır.  



Şöbə  Polipodiumkimilər  və  ya  Qıjılar  – 

Polypodiophyta (Pteridophyta s. str.) 

Sinif  Polipodiumabənzərlər  –  Polypodiop-

sida (Filicopsida

Fəsilə Adiantkimilər – Adiantaceae Newm. 

Cins Adiant – Adiantum L. 

 1.  A.  capillus  –  veneris  L.  1753,  Sp.  Pl.  : 

1096; Гроссг. 1939, Фл. Кавк., изд. 2, 1:34; Исаев 

1950,  Фл.  Аз.  1:38;  А.Бобр.  1974,  Фл.  евр.  ч. 

СССР,  1:94;  А.Аскеров  2001,  Папоротники 

Кавказа : 58; Кудряшова  2003, Консп. Фл. Кавк. 

1:155. – Zöhrətüklü a. 

Cənubi  Avropadan  təsvir  olunub.  Typus: 

Herb. Linn. 1252/8, 9   

Yarpaqları  enli  –  uzunsov,  2-3  qat  lələkvari-

kəsilən,  10-35  sm  uzunluğunda,  parlaq  yaşıl,  zərif, 

yarpaqcıqların kənarı örtük funksiyasını yerinə yeti-

rəndir. Saplağı çılpaq ya da seyrək pərdəciklərlə ör-

tülü,  parlaq,  qara-qonurumtul  rəngli,  qaidəsində  1 

ötürücü  topalıdır.  Sonuncu  sıra  seqmentləri  pazşə-

killi,  nazik  saplaqcıqlı,  ucdan  çevrilərək  xətvari-

oval,  sorusları  örtəndir.  Sorusları  uzunsov,  seq-

mentlərin  kənarında  yerləşəndir.  Sporlar  girdə,  ra-

dial simmetrikdir. 2n = 60 (Şək.5). 

 

 

 



Şəkil 5. Adiantum capillus – veneris. 

 

30  sm-dək  hündürlükdə  (bizim  aşkar  etdiyi-



miz  nüsxə  -  10  sm-dək  hünd.),  iyun-avqust  ayla-

rında sporverən, rütubətli yerlərdə rast gəlinən çox-

illik, mezofit bitkidir. 

Cənubi  palearktik  areal  tipinə  aid  bu  növün 

Azərbaycanda  bir  neçə  xırda  populyasiyaları  Qaf-

qaz  və  Talış  regionlarından  məlumdur  (Аскеров, 

2001).  Tədqiqat  ərazisindən  ilk  dəfə  olaraq  tərəfi-

mizdən  2  dəfə  toplanılmışdır:  Gəncə  şəhəri  ətrafı, 

su  quyusunun  rütubətli  divarlarında;  təkrarən  06. 

09.2015-ci ildə Daşkəsən rayonunun Əmirvar kəndi 

ətrafından, şəlalə ətrafı ərazidən, sucaq qayalar ara-

sında, mamır bitkisi ilə birlikdə bu növün yeni “Al-

çaqboylu  –  Gəncə”  ekotipi  aşkar  edilmişdir.  Bu 

nüsxə  tipik  zöhrətüklü  adiant  nüsxələrindən  ölçü-

lərinin  kiçik  olması  və  nisbətən  quraq  biotoplarda 

rast gəlinməsi ilə seçilir. 

Nadir növdür. Qismən mühafizə olunsa da, xü-

susi  mühafizə  olunan ərazilərdən  kənarda  olan  po-

pulyasiyaları  təhlükə  altındadır.  Relikt,  dekorativ 

bitkidir.  Yaşıllaşdırmada,  xüsusən  su  hovuzlarının, 

su  fəvvarələrinin  yaşıllaşdırılmasında  istifadə  olu-

nur (Əsgərov, 2016). 

 

 

ƏDƏBİYYAT 

 

Azərbaycan  Respublikasının  Milli  atlası  (2014) 

Bakı: 444 s. 



Əsgərov  A.M.  (2006)  Azərbaycanın  ali  bitkiləri. 

Bakı: Elm, I: 248 s. 



Əsgərov  A.M. (2011) Azərbaycan florasının kons-

pekti. (Əlavə və dəyişikliklərlə, 1961-2010). Bakı: 

Elm, 204 s. 

Əsgərov  A.M.  (2016)  Azərbaycanın  bitki  aləmi. 

Bakı: TEAS PRES, 444 s. 



Müseyibov  M.A.  (1998)  Azərbaycanın  fiziki  coğ-


Kiçik Qafqazın Şimal-Şərq Hissəsində Yayılan Bəzi Qıjıkimilərin

 

109 



rafiyası. Bakı: Maarif, 400 s.  

Аскеров  А.М.  (1977)  Ptеridоphyta  Азербайджа-

на. Бот. журн., №7: 1022-1030 



Аскеров  А.М.  (1983)  Система  папоротников 

Кавказа.  Заметки  по  сист.  и  географ.  раст., 



вып. 39: 3-9 

Аскеров А.М. (1990) Отдел Рteridophyta. В. кн.: 

Гаджиев В.Д. и др. Высокогорная раститель-

ность  Малого  Кавказа  (в  пределах  Азербай-

джана). Баку: Элм, с. 23-28 

Аскеров А.М. (2001) Папоротники Кавказа. Ба-

ку: Елм, 244 c. 



Бобров А.Е. (1964) Сравнительный морфолого-

анатомический  анализ  видов  рода  флоры 

СССР. Бот. журн., 49 (№4): 534-548 

 

Бобров А.Е. (1974) Папоротникообразные. Фло-



ра европейской части СССР. Наука: Л., 1: 68-

99. 


Гаджиев  В.Д.  и  др.  Высокогорная  раститель-

ность  Малого  Кавказа  (в  пределах  Азербай-

джана). Баку, «Елм», 1990, с. 23-28 

 

Исаев  Я.М.  (1950)  Cystopteris  Bernh.,  Poly-



stichum  Roth,  Adiantum  L.  В  кн.:  Флора  Азер-

байджана,  Баку: АН АзССР, т. 1: 19-38 

Кудряшова  Г.Л.  (2003)  Polypodiophyta.  Конс-

пект флоры Кавказат. 1: 152-172 

Международный  кодекс  ботанической  но-

менклатуры  (Венский  кодекс)  (2009).  М.; 

СПБ, 282 с. 



Прилипко  Л.И.  (1950)  Ботанико-географиче-

ские  районы  Азербайджана.  В  кн.:  Флора 



Азербайджана,  Баку: АН АзССР, т.1: 7 

Рзазаде Р.Я. (1950) Polypodium L. В кн.: Флора 

Азербайджана.  Баку: АН АзССР, т. 1:  40 

Christenhusz  M.,  Zhang  X-Ch.,  Schneider  H. 

(2011).  A  linear  sequence  of  extant  families  and 

genera of lycophytes and ferns. Phytotaxa, 19: 7-

54 


 

Pichi-Sermolli,  Rudolfo  E.G.  (1977)  Tentamen 

pteridophytorum genera in taxanomicum ordinam 

redigendi. Webbia, 31: 315-512 



Smith  A.R.,  Pryer  K.M.,  Schuettpelz  E.,  Korall 

P.,  Schneider  H.,  Wolf  P.G.  (2006)  A  classi-

fication for extant ferns. Taxon, 55(3): 705-731.  

 

 

 

 

Новые Местонахождения Некоторых Папоротникообразных Северо-Восточной Части Малого 

Кавказа и Их Экологические Особенности 

 

А.М. Аскеров

1

, Л.Н. Вердиева



 

1

Институт генетических ресурсов НАН Азербайджана 

2

Гянджинский государственный университет 

 

В  результате  анализа  гербарных  материалов  и  информации  дескрипторов,  собранных  во  время 

экспедиции по северо – восточной части Малого Кавказа нами обнаружены новые для данного регио-

на 3 вида (Polypodium interjectum Shivas, Polystichum illyricum (Borb.) Hahne, Cystopteris anthriscifolia 

Fomin), 1 разновидность (Polystichum aculeatum var. aristatum (Christ) A.Askerov) и 1 экотип (Adiantum 

capillus – veneris L., “низкорослый – Гянджа”). В статье приводятся данные GPS по местонахождению 

данных растений, их номенклатуре, морфо-биологической изменчивости и номенклатурных типах. 



 

Ключевые слова: Малый Кавказ, систематика, ареал, Адиант, Многоношка, Многорядник, 

Пузырник. 

 

 

 


Əsgərov və Verdiyeva 

110 


New spread areas Of Some Ferns  

over North-East Part Of Lesser Caucasus And Their Ecological Properties 

 

A.M. Asgarov

1

,  L.N. Verdiyeva

2

 

 

1

 Institute of Genetic Recources, Azerbaijan National Academy of Sciences  

2

 Ganja State University 

 

During  the  expeditions  in  2014-2016  three  new  species  (Polypodium  interjectum  Shivas,  Polystichum 



illyricum  (Borb.)  Hahne,  Cystopteris  anthriscifolia  Fomin),  one  new  variety  (Polystichum  aculeatum  var. 

aristatum (Christ)  A.Askerov)  and  one  new  ecotype (Adiantum  capillus  –  veneris  L.,  “alçaqboylu  Gəncə”) 

spread  over  the  north-east part  of  Lesser  Caucasus  were  established  according  to  the  gathered  herbary  and 

descriptor data. GPS of the area of the plant spread, nomenculature of taxa, morhpo-biological changes, and 

nomenclulature types were presented in the article. 



 

Keywords: Lesser Caucasus, systematics, area, Adinath, Shirinkok, Jergever, Kovukluca 

 

 

 

Yüklə 95,53 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə