Katolik Kilsəsinin katexizisi



Yüklə 10,74 Mb.
Pdf görüntüsü
səhifə22/53
tarix08.09.2018
ölçüsü10,74 Mb.
#67679
1   ...   18   19   20   21   22   23   24   25   ...   53

Məsihin Qanını qəbul edib için. Ayrılmamaq üçün sizi 
birləşdirən şeydən dadın; özünüzü bir heç saymamaq 
üçün öz fidyənizin qiymətini için.
Əgər Məsihə itaətdə və sədaqətdə yaşayırsınızsa, sizin 
burada yediyiniz və içdiyiniz hər şey sizə çevrildiyi kimi 
siz də Məsihin Bədəninə çevrilirsiniz. O Öz əzablarının 
ərəfəsində şagirdləri ilə birgə Pasxa keçirərkən çörəyi 
götürüb xeyir-dua verərək dedi: Bu Mənim sizin üçün 
verilən bədənimdir. Bu cür Kasanı da xeyir-dualayıb 
verərək dedi: Bu, Əhdin bağlanması və günahların 
bağışlanması üçün Mənim çoxları uğrunda tökülən 
qanımdır. 
Bu barədə siz artıq İncildən oxuyub eşitmisiniz, amma 
bilmirsiniz ki, bu Evxaristiya Oğlun Özüdür; amma indi 
saflaşmış ürəklə, ləkələnməmiş vicdanla və təmiz su ilə 
yuyulmuş bədənlə Ona yaxınlaşın, nurlanın və üzünüz 
heç vaxt xəcalət çəkməyəcək!» (Söhbət 228B).
105


218. Liturgiya nədir?
1066-1070
Liturgiya – Məsih sirrinin, xüsusilə də Onun Pasxa sirrinin 
izzətlənməsidir. İsa Məsihin kahin xidməti vasitəsilə 
Liturgiyada görünən işarələrlə insanların təqdisi ifadə 
edilir və həyata keçirilir, amma Məsihin Mistik Bədəni
yəni Başı və üzvləri vasitəsilə Allaha layiq olan ictimai 
ibadət edilir.
219. Liturgiya Kilsə həyatında hansı yeri tutur?
1071-1075
Liturgiya əsasən bir müqəddəslik hərəkətidir, bir zirvədir 
və Kilsənin əməlləri bu zirvəyə tərəf istiqamətləndirilir. 
Eyni zamanda Liturgiya mənbədir, Kilsənin bütün həyati 
qüvvələri buradan gəlir. Liturgiya vasitəsilə Məsih Öz 
Kilsəsində və Kilsəsi vasitəsilə bizim satınalınmamızda 
işini davam etdirir.
220. Ayinlərin (Sirrlərin) əsası  nədən ibarətdir?
1076
Ayinlərin əsası “Rəbbin gəlişinədək” (1Kor 11:26) Kilsə 
ayinləri vasitəsilə, ən ali dərəcədə isə Evxaristiya 
vasitəsilə Məsihin satınalmasının səmərələrinin 
çatdırılmasından ibarətdir.
Birinci fəsil
KİLSƏDƏ PASXA SİRRİ
Liturgiya Müqəddəs Üçlüyün işidir
221. Ata nə mənada Liturgiyanın mənbəyi və 
məqsədidir?
1077-1083
1110
106


Liturgiya zamanı Ata bizi insan olmuş, bizə görə ölmüş və
dirilmiş Öz Oğlunda xeyir-dualarla doldurur və 
ürəklərimizə Müqəddəs Ruh verir. Eyni zamanda Kilsə 
ibadəti, şükürü, minnətdarlığı ilə Atanı izzətləndirir, Onun
Oğlunun və Müqəddəs Ruhun ənamlarını diləyir.
222. Liturgiyada Məsih nə edir?
1084-1090
Liturgiyada Məsih əsasən Öz Pasxasının Sirrini göstərir və
həyata keçirir. Həvarilərə Müqəddəs Ruhu verəndən 
sonra Məsih onlara və onların varislərinə Evxaristiya 
qurbanı və ayinlərində xilas işini həyata keçirmək 
səlahiyyətini verdi. Evxaristiya qurbanı və ayinləri 
vasitəsilə Məsih Özü bütün dünyada və bütün 
zamanlarda olan imanlılara lütfünü verir.
223. Müqəddəs Ruh Liturgiya zamanı Kilsədə necə 
hərəkət edir?
1091-1109
1112
Liturgiyada Müqəddəs Ruhla Kilsə arasında sıx 
əməkdaşlıq baş verir. Müqəddəs Ruh Kilsəni Rəblə 
görüşə hazırlaşdırır; Onun toplantısına Məsihi xatırladır 
və göstərir; Məsihin sirrini həmişə aktual edir, Kilsəni 
Məsihin həyatı və missiyası ilə birləşdirir və ünsiyyət 
ənamını onda səmərəli edir.
Kilsə ayinlərində Pasxa sirri
224. Ayinlər (Sirrlər) nələrdir və onların sayı 
nədir?
1113-1131
Ayinlər (Sirrlər)– Məsih tərəfindən qoyulmuş və Kilsəyə 
etibar edilmiş lütfün görünən və təsirli əlamətləridir, 
bunlar vasitəsilə bizə İlahi həyat verilir. Bunların sayı 
yeddidir: Vəftiz, Yağla məshetmə (Konfirmasiya), 
107


Evxaristiya, Tövbə, xəstələrin Yağla məshedilməsi, 
Keşişlik və Nikah.
225. Ayinlər Məsihlə necə əlaqədardır?
1114-1116 
Məhz Məsihin həyatının sirləri – əsasdır ki, Məsih indi 
ayinlərdə Kilsəsinin xidmətçiləri vasitəsilə onları paylayır.
«Xilaskarımızda görünən şeylər Onun ayinlərinə keçdi» 
(müq. Lev Böyük).
226. Ayinlərin Kilsə ilə əlaqəsi nədir?
1117-1119
Məsih ayinləri Öz Kilsəsinə etibar etdi. Onlar ikiqat 
mənada «Kilsə ayinləridir»: «onun vasitəsilə» – çünki 
Kilsə hərəkətidir və Kilsə özü də Məsihin ayinli 
hərəkətidir və «onun üçün» – o mənada ki, onlar Kilsəni 
təşviq edirlər.
227. Ayinin möhürü (xarakteri) nədir?
1121
Vəftiz, Yağla məshetmə və Keşişlik ayinləri tərəfindən 
verilən ruhani möhür Allahın müdafiəsini vəd edir. Bu 
möhürün gücü ilə məsihçi Məsihə bənzər dəyişir, 
müxtəlif yollarla Onun kahinliyində iştirak edir və 
mövqeyinə, yerinə yetirdiyi funksiyalara uyğun olaraq 
Kilsənin bir hissəsi olur, yəni Allaha ibadət və Kilsəyə 
xidmət üçün təyin olunur. Möhür (xarakter) pozulmaz 
olduğuna görə onu verən ayinləri həyatda yalnız bir dəfə 
qəbul etmək olar.
228. Ayinlər imanla necə əlaqədədir?
1122-1126
1133
108


Ayinlər nəinki imanı ehtimal edir, həmçinin onu 
möhkəmlədir və sözlərlə, ayin ünsürləri ilə onu ifadə edir.
Ayinləri yerinə yetirərək, Kilsə həvari imanını etiraf edir. 
Buradan qədim atalar sözü də yaranır: «Lex orandi, lex 
credendi» («Dua qanunu – iman qanunudur»), yəni Kilsə 
dua etdiyi kimi iman edir.
229. Nə üçün ayinlər təsirlidir?
1127-1128
1131
Ayinlər təsirlidir, “ex opere operato” («həyata keçirilmə 
{müqəddəs əməl} faktına görə»), çünki Məsih Özü 
onlarda iştirak edir və onların işarə etdiyi lütfü verir və 
bu, din xadiminin şəxsi müqəddəsliyindən asılı deyil. 
Lakin ayinlərin səmərəsi onları qəbul edən şəxsin 
münasibətindən də asılıdır.
230. Xilas üçün niyə ayinlər zəruridir?
1129
Ayinlər Məsih imanlılarına verilməsə də, onların hər 
birinin xilası üçün zəruridir, çünki onlar sirli (müqəddəs) 
lütfü, günahların bağışlanmasını, Allahın övladlığı, Rəbb 
Məsihə bənzərliyi, Kilsəyə məxsusluğu verir. Müqəddəs 
Ruh ayinləri qəbul edən şəxslərə şəfa verir və onları 
dəyişdirir.
231. Sirli (müqəddəs) lütf nədir?
1129, 1131
1134, 2003 
Sirli (müqəddəs) lütf – Məsihin verdiyi və hər bir ayinə 
məxsus olan Müqəddəs Ruhun lütfüdür. Bu lütf imanlını 
təqdis yolunda möhkəmləndirir və bununla Kilsəyə 
məhəbbət və müqəddəslikdə böyüməkdə kömək edir.
232. Ayinlər əbədi həyatla necə əlaqədədir?
1130
109


Yüklə 10,74 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə