Kandavlizm Şahin Böyükağa oğlu Əlibəyli Candaulism



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/73
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5796
1   2   3   4   5   6   7   8   9   ...   73


 
dostlarına  nümayiş  etdirən  padşah  Kanduales  fon  Qugitsin  (Kanduales  von  Gugits) 
adından götürülmüşdür [31; 32].   
Adları çəkilən müəlliflərin kifayət qədər nüfuzlu və ərsəyə gətirdikləri kitabın 
olduqca  zəngin,  sanballı  və  qiymətli  olması  heç  kimdə  şübhə  doğurmur.  Ancaq  təqdim 
edilən  məlumatda  bir  neçə  şübhəli  məqam  diqqəti  cəlb  edir.  Birincisi,  «kandualezis» 
termini  kifayət  qədər  fərqli  görünür.  Müraciət  edilən  başqa  mənbələrin  heç  birində 
«kandualezis»  termininə  rast gəlinmir.  İlk  əvvəl  adama  elə gəlir  ki,  burada  sadəcə  mətn 
yığılarkən «u» və «a» hərflərinin yeri dəyişik salınmaqla bir mətbəə səhvinə yol verilib, 
yəni «kandaulezis» yazmaq istənilib. İkincisi, padşahın yatmış çılpaq arvadını öz dostlarına 
nümayiş etdirməsi bəyan olunmuşdur. Halbuki tarixi mənbələrdən əldə edilən məlumata 
görə, padşah arvadı yatmış halda olarkən deyil, yatmağa hazırlaşarkən soyunduğu vaxt onu 
dostuna göstərmişdir. Üçüncüsü, padşahın Kanduales fon Gugits (Kanduales von Gugits) 
olduğu  bildirilmişdir.  Ancaq  bu  fikir  tam  aydın  deyildir.  Ümumiyyətlə,  müxtəlif 
mənbələrdə  Kanduales  fon  Gugits  adında  bir  hökmdar  haqqında  heç  bir  məlumat 
verilməmişdir. Yalnız bir yerdə ona rast gəlinmişdir. Belə ki, qeyd edilən kitabın açıq-aşkar 
təsiri  altında  olan  rus  filosofu  və  jurnalisti,  fəlsəfə  elmləri  namizədi,  seksologiya  üzrə 
müxtəlif  lüğətlərin  tərtibçisi  Aleksandr  Vasilyeviç  Sosnovski  1994-cü  ildə  «Sənin 
sağlamlığın»  jurnalında  dərc  etdirdiyi  «Seks  leksikonu.  Seksual  terminlər  lüğəti»ndə 
«kandualezizm» terminini işlətmiş, həmin məfhumun dostları qarşısında öz gözəl arvadı ilə 
öyünən əfsanəvi padşah Kandualez fon Gyugitsin adından götürüldüyünü yazmışdır [51]. 
Dördüncüsü,  padşahın  arvadını  öz  dostlarına  göstərdiyi  xatırlanmışdır.  Lakin  etibarlı 
mənbələrin hamısında padşahın öz çılpaq arvadını yalnız bir dostuna göstərdiyi iddia edilir. 
Beşincisi, «dostlarına» sözündən sonra mötərizədə «giges» sözü kiçik hərflə yazılmışdır.  
Sanki «giges» sözü «dostlar» kimi anlaşılır, halbuki Giges arvadını çılpaq halda göstərən 
hökmdarı öldürmüş bir şəxsin adıdır, yəni böyük hərflə yazılmalıdır. 
Bir sözlə desək, kifayət qədər etibarlı hesab edilən bir mənbədə kiçik bir mövzu 
içərisində  şübhəli  görünən,  doğru  olduğu  başqa  mənbələrlə  təsdiqlənməyən,  həmçinin 
müəlliflərin  adlı-sanlı  olmaları  səbəbindən  inkar  edilməsi  mümkün  olmayan  bir  neçə 
məlumat eyni vaxtda yer almışdır.  
Saytlardan  birində  yerləşdirilmiş  sorğuluqda  kandaulezizm  barəsindəki 
aşağıdakı fikir məşhur Belarus nevroloqu İvan Nikanoroviç Qorbaçın ayağına yazılmışdır: 
«Kandaulezizm (candaulesismos; ehtimal ki, latınca caneo – boz olmaq, canavar olmaq, 
qurd  olmaq  deməkdir,  yaxud  hind  çarı  Kandaulesin  adından  götürülmüşdür)  –  çılpaq 
arvadını, yaxud məşuqəsini yad adamlara nümayiş etdirməklə səciyyələnən pozğun cinsi 
davranışdır. Rəvayətə görə, hind çarı Kandaules dostu qarşısında belə bir hərəkət etmişdir» 
[28]. 
Tamamilə  fərqli  yanaşma  olduğundan  bunun  üzərində  bir  qədər  dayanmalı 
olacağıq. Hər şeydən öncə, terminin latınca «kandaulezizmos» («candaulesismos») şəklinə 
salınması təəccüb doğurur. Halbuki belə hallarda «kandaulezizmus» («candaulesismus»)» 
kimi yazılış daha doğru və etibarlı hesab edilir. Həmçinin «kandaulezizm» adının kökündə 
«kan» («can») dayandığının güman edilməsi kifayət qədər riskli ehtimaldır. Söz yox ki, 
latınca «caneo» sözü var, ancaq onunla kandaulezizm arasında bir bağlantı yaratmaq heç 
inandırıcı görünmür. Yeri gəlmişkən, latınca «caneo» sözünün də hərfi tərcüməsi birmənalı 



 
deyildir. Latınca canus – boz, ağ deməkdir, onun «it», «köpək» anlamında işlənən «canis» 
sözü ilə eyni kökə malik olduğu şübhə doğurmur, görünür ki, burada canis – boz canavar, 
boz  qurd  şəklinə  düşür.  Təsadüfi  deyildir  ki,  «boz  olmaq»,  «bozarmaq»  dedikdə  təkcə 
rəngin boz olduğu, yaxud bozarmış, solğun, rəngsiz, ağarmış şəklə düşdüyü iddia edilmir, 
eyni  zamanda  qurd  olmaq,  canavar  olmaq,  qurda  çevrilmək,  canavarlaşmaq  kimi  başa 
düşülə  bilir.  Bundan  başqa,  «boz  olmaq»  ifadəsi  hətta  məcazi  mənada  avamsızlıqdan, 
cahillikdən,  elmsizlikdən,  mədəniyyətsizlikdən  irəli  gələn  hal  olaraq  anlaşılır.  Həddən 
ziyadə  avam,  cahil,  elmsiz,  mədəniyyətsiz  adama  boz  adam  deyilməsi  buradan 
qaynaqlanır.  Məsələn,  «filankəs  boz  adamdır»  dedikdə  barəsində  danışılan  şəxsin  cahil, 
mədəniyyətsiz olduğu, elminin çatmadığı, avam olması ucbatından primitiv hərəkətlərə yol 
verə bildiyi anlaşılır, yaxud «üzünü bozartdı» dedikdə etiraz əlaməti olaraq sifətinin rəngini 
tutqunlaşdırma, üzünü bozartma nəzərdə tutulur. Lakin latın mənşəli «caneo» feili «boz 
olmaq»,  «bozarmaq»,  «boz  görünmək»,  «solmaq»,  «ağarmaq»,  «saçı-saqqalı  ağarmaq», 
«çallanmaq»  kimi  tərcümə  edilir.  Göründüyü  kimi,  heç  bir  halda  kandaulezizmlə  əlaqə, 
«körpü» yaratmaq mümkün olmur. Göz önünə gətirilə bilən yeganə variant kandavlizmin 
mədəniyyətsiz davranış olmasıdır. Ancaq belə bir məcazi məna hesabına terminologiyada 
«körpü» yaradılması məntiqsiz görünür. Bundan başqa, iqtibas gətirilən yuxarıdakı fikirdə 
Kandaulesin hind çarı kimi təqdim edilməsi diqqətdən yayınmır. Qeyd edilən fikrin İ. N. 
Qorbaça mənsub olduğu isnad edilən saytda göstərilmişdir. Lakin İ. N. Qorbaçın bir neçə 
məşhur sorğu kitabına müraciət etdikdə həmin fikrə rast gəlinməmişdir. 
Belarus psixoloqu Sergey Yuryeviç Qolovin 1997-ci ildə tərtib etdiyi «Praktik 
psixoloqun lüğəti»ndə [48], 2001-ci ildə yenidən işlədiyi və əlavələr etdiyi, lakin bu dəfə 
«Psixoloq-praktikin lüğəti» [49] adını qoyduğu kitabında «kandavlizm» («kandaulezizm») 
terminlərini işlətmiş, Lidiya çarının adını Kandavl (Kandaules) kimi yazmış, çılpaq halda 
olan arvadını öz sevimli dostu Gigə göstərdiyini bildirmişdir. 
Məşhur  psixoloqlar  Boris  Quryeviç  Meşeryakov  və  Vladimir  Petroviç 
Zinçenkonun  redaktorluğu  ilə  birinci  dəfə  2004-cü  ildə  işıq  üzü  görən,  2009-cu  ildə 
genişləndirilərək  artıq  dördüncü  dəfə  nəşr  edilən  «Böyük  psixoloji  lüğət»  adlı  olduqca 
dəyərli və zəngin məlumatlı kitabda Lidiya çarının adı Kandaulez kimi yazılmışdır [26]. 
 
§ 1.2. «Kandavlizm» termininin etimoloji-tarixi təhlili 
 
«İnsan nə öz keçmişini təkrarlaya, nə də ondan xilas ola bilməyən,  
ancaq tarixi yaradan bir məxluqdur».  
Böyük Britaniyada doğulmuş, İkinci dünya 
müharibəsindən sonra Amerika Birləşmiş Ştatlarının 
vətəndaşı olmuş ingilis-amerikan şairi  
Uisten Hyu Oden (Wystan Hugh Auden; 1907–1973) 
 
* * * 
 
«Tarixin verdiyi ən birinci və vacib dərs onun səhvlərindən  
insanların ibrət götürməmələridir»  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə