Kandavlizm Şahin Böyükağa oğlu Əlibəyli Candaulism


partnyorun başqalarına nümayiş etdirilməsi sindromu» termini



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/73
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5796
1   2   3   4   5   6   7   8   9   ...   73


 
«Çılpaq seksual partnyorun başqalarına nümayiş etdirilməsi sindromu» termini 
kifayət qədər aydın olmasına baxmayaraq çox uzundur və hər dəfə işləndikcə nitqdə istər-
istəməz  çətinlik  yaradır.  Terminologiya  tələblərinə  əməl  edərək  bunu  konsortonudelizm 
(consortonudelismus)  adlandırmaq  olar.  İngiliscə  «ər»,  «arvad»  anlamını  özündə  ehtiva 
edən «consort» sözü latın mənşəlidir. Latınca consortium – iştirak etmə, qruplaşma, nude – 
çılpaq, lüt, lüt-üryan, ism – qeyri-normallıq bildirən şəkilçidir. 
Yaxın vaxtlara qədər çılpaq seksual partnyorun başqalarına nümayiş etdirilməsi 
sindromunun yalnız kişi cinsli şəxslərə xas bir meyl pozğunluğu olduğu güman edilirdi. 
Ancaq son illər ərzində aparılan müşahidələr artıq zərif cinsin nümayəndələrində də belə 
meyl pozuntusunun olduğunu aşkara çıxarmışdır. 
Pozğunluqdan əziyyət çəkən individin cinsindən asılı olaraq konsortonudelizm 
iki növə ayrılır: 1) qadın konsortonudelizmi; 2) kişi konsortonudelizmi. 
Bəzi hallarda qadın çılpaq halda olan seksual partnyorunu başqalarına nümayiş 
etdirməkdən  məmnunluq  duyur,  oyanma  və  təminolunma  həddinə  çatır.  Buna  qadının 
çılpaq  halda  olan  seksual  partnyorunu  başqalarına  nümayiş  etdirməsi  sindromu  deyilir. 
Qadının  çılpaq  halda  olan  seksual  partnyorunu  nümayiş  etdirməsi  sindromu 
araşdırılmamışdır  və  belə  bir  patologiya  üçün  hələlik  münasib  ad  təklif  olunmamışdır. 
Odur  ki,  qadının  çılpaq  halda  olan  seksual  partnyorunu  başqalarına  nümayiş  etdirməsi 
sindromu qısaca qadın konsortonudelizmi (consortonudelismus feminina) adlandırıla bilər. 
Ona başqa sözlə feminin konsortonudelizmi də deyilməsi mümkündür. Latınca femininus 
– qadına aid olan, qadına məxsus hesab edilən, qadınla bağlı olan, qadınla əlaqələndirilən 
deməkdir.  Qəbul edilmiş  ənənəyə  görə, qadın  incə  məxluq, zərif cins  sayılır. Buna  görə 
qadının çılpaq halda olan seksual partnyorunu başqalarına nümayiş etdirməsi sindromunu 
ibarəli olaraq «zəif konsortonudelizm» adlandıra bilərik.  
Sindromun  müşahidə  edildiyi  qadının  seksual  oriyentasiyasından  asılı  olaraq 
feminin konsortonudelizminin özünün homoseksual və heteroseksual olmaqla iki variantı 
ayırd edilir. 
Nadir hallarda qadın çılpaq halda olan eyni cinsli seksual partnyorunu nümayiş 
etdirməklə bundan cinsi həzz alır. Belə hadisə qadının çılpaq halda olan eyni cinsli seksual 
partnyorunu nümayiş etdirməsi sindromu  adlanır.  Ona başqa  sözlə qadının  çılpaq halda 
olan  qadın  cinsli  seksual  partnyorunu  nümayiş  etdirməsi  sindromu,  yaxud  qısaca 
homoseksual feminin konsortonudelizmi deyilir. Homoseksual feminin konsortonudelizmi 
nadir  hallarda  rast  gəlinir  və  tədqiqatçılar  tərəfindən  araşdırılmamışdır.  Buna  görə 
ədəbiyyatda onun barəsində məlumat tapmaq mümkün deyildir. 
Ayrı-ayrı  hallarda  qadın  çılpaq  halda  olan  kişi  cinsli  seksual  partnyorunu 
nümayiş  etdirir  və  bundan  cinsi  oyanma  və  təminolunma  həddinə  çatır.  Belə  hadisə 
qadının  çılpaq  halda  olan  əks  cinsli  seksual  partnyorunu  nümayiş  etdirməsi  sindromu 
adlanır. Ona başqa sözlə qadının çılpaq halda olan kişi cinsli seksual partnyorunu nümayiş 
etdirməsi  sindromu,  yaxud  qısaca  heteroseksual  feminin  konsortonudelizmi  deyilir.  Onu 
«kandavlizmin  tərsi  olan  hal»  kimi  təsəvvür  etmək  lazım  gəlir.  Bəziləri  onun  «qadın 
kandavlizmi» adlandırılmasının mümkünlüyü barəsində tələsik qərar çıxara bilərlər. Ancaq 
«qadın kandavlizmi» terminini heç bir vəchlə uğurlu və doğru hesab etmək olmaz. Çünki 
«kandavlizm» termininin özü məhz kişilərdə müşahidə edilən pozğunluğu ifadə edir. Ola 



 
bilsin  ki,  zahirən  «qadın  kandavlizmi»  («kandavlizmin  tərsi»)  kimi  anlaşılan,  ancaq 
terminologiya prinsiplərinə riayət  edərək  «heteroseksual feminin konsortonudelizmi»  adı 
altında  müzakirəyə  çıxarılan  bir  hal  üçün  yaxın  gələcəkdə  daha  münasib  termin  təklif 
olunacaqdır.  Sadəcə  olaraq  qadınlarda  rast  gəlinən,  «qadın  kandavlizmi»  kimi  başa 
düşülən, «kandavlizmin tərsi» hesab edilən analoji meyl pozğunluğunu ifadə etmək üçün 
hələlik 
müvafiq 
termin 
təklif 
olunmadığına  görə  «heteroseksual  feminin 
konsortonudelizmi» istilahını işlətməklə kifayətlənirik. 
Heteroseksual  feminin  konsortonudelizminin  mövcudluğu  artıq  heç  kimdə 
şübhə doğurmur. Belə ki, bəzi arvadlar öz kişilərinin geyim-keçiminə «əl gəzdirib» onları 
başqalarına nümayiş etdirməkdən bir fəxarət duymağa başlamışlar. Burada qadın güc-bəla 
ilə tapdığı sevimli həyat yoldaşını nəzərə çarpdırmaqla özünün ərə getməyə nail olduğunu 
sübut etmək məqsədini güdür. Ərə getmiş qadın əslində qeyri-səmimi münasibət saxladığı, 
qətiyyən  ürəkdən  sevmədiyi  digər  həmcinslərinin  yanında  öyünmək,  lovğalanmaq 
məqsədilə  həmin  addımı  atır,  belə  demək  mümkünsə,  ərini  onların  gözlərinə  soxmaq 
istəyir,  buna  nail  olduqda  seksual  məmnunluq  keçirir.  Sanki  qadın  kandaulezistik 
hərəkətilə  belə  bir  «yekəbaşa»  rast  olacağı  günü  həsrətlə  gözləyən  başqa  həmcinslərini 
«yandırıb-yaxmaq» istəyir [9].  
Ehtimal  etmək  olar  ki,  qismətinə  yaxşı,  boylu-buxunlu,  yaraşıqlı,  qabiliyyətli 
kişi düşəcəyinə heç vaxt ümid etməyən, bunu heç yuxusunda görməyən qız bəxtinin üzünə 
gəlməsi  səbəbindən  belə  bir  şeyin  mümkün  olduğunu  gördükdə  sanki  ərini  hər  kəsə 
göstərməklə onun paxıllığını çəkən həmcinslərindən bu yolla bir qisas almağa çalışır.  
Ancaq  qadının  öz  seksual  partnyorunu  başqalarını  nümayiş  etdirməsi  bütün 
hallarda ona həzz bəxş edir, onun seksual duyğularını gücləndirir. 
Bir  çox  hallarda  kişi  çılpaq  halda  olan  seksual  partnyorunu  başqalarına 
göstərməkdən,  onu  nümayiş  etdirməkdən  həzz  duyur,  cinsi  oyanma  və  təminolunma 
həddinə yetişir. Buna kişinin çılpaq halda olan seksual partnyorunu başqalarına nümayiş 
etdirməsi  sindromu  deyilir.  Kişinin  çılpaq  halda  olan  seksual  partnyorunu  başqalarına 
nümayiş  etdirməsi  sindromu  qısaca  kişi  konsortonudelizmi  (consortonudelismus 
masculina)  adlanır.  Ona  başqa  sözlə  maskulin  konsortonudelizmi  deyilə  bilər.  Latınca 
masculinus  –  kişiyə  aid  olan,  kişiyə  məxsus  hesab  edilən,  kişi  ilə  bağlı  olan,  kişi  ilə 
əlaqələndirilən deməkdir. Qəbul edilmiş ənənəyə görə, kişi qüvvətli cins hesab edilir. Buna 
görə  kişinin  çılpaq  halda  olan  seksual  partnyorunu  başqalarına  nümayiş  etdirməsi 
sindromunu ibarəli olaraq «qüvvətli konsortonudelizm» adlandıra bilərik. 
Sindromun  müşahidə  edildiyi  kişinin  seksual  oriyentasiyasından  asılı  olaraq 
maskulin konsortonudelizminin özünün homoseksual və heteroseksual olmaqla iki variantı 
ayırd edilir. 
Yalnız  bəzi  hallarda  kişi  çılpaq  halda  olan  eyni  cinsli  seksual  partnyorunu 
nümayiş etdirməklə bundan cinsi həzz duyur. Belə hadisə kişinin çılpaq halda olan eyni 
cinsli seksual partnyorunu nümayiş etdirməsi sindromu adlanır. Ona başqa sözlə kişinin 
çılpaq halda olan kişi cinsli seksual partnyorunu nümayiş etdirməsi sindromu, yaxud qısaca 
homoseksual maskulin konsortonudelizmi deyilir.  
Əksər hallarda kişi çılpaq halda olan qadın cinsli seksual partnyorunu nümayiş 
etdirir  və  bundan  xoş  hisslər  keçirir,  cinsi  oyanma  və  təminolunma  həddinə  çatır.  Belə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə