Kandavlizm Şahin Böyükağa oğlu Əlibəyli Candaulism



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/73
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5796
1   2   3   4   5   6   7   8   9   ...   73


 
hadisə kişinin çılpaq halda olan əks cinsli seksual partnyorunu nümayiş etdirməsi sindromu 
adlanır.  Ona  başqa  sözlə  kişinin  çılpaq  halda  olan  qadın  cinsli  seksual  partnyorunu 
nümayiş  etdirməsi  sindromu,  yaxud  qısaca  heteroseksual  maskulin  konsortonudelizmi 
deyilir.  
Heteroseksual  maskulin  konsortonudelizmi  halını  ifadə  etmək  üçün  çox 
münasib olan «kandavlizm» adlı bir eponimik termin vardır. Bəziləri «qadın kandavlizmi» 
anlayışının analoqu kimi «kişi kandavlizmi» termininin işlənməsinin mümkünlüyünü iddia 
edə bilər. Halbuki bir qədər əvvəl ərz etdiyimiz kimi, nə «qadın kandavlizmi» anlayışını, 
nə  də  «kişi  kandavlizmi»  terminini  heç  bir  vəchlə  uğurlu  və  doğru  hesab  etmək  olmaz. 
Çünki «kandavlizm» termini onsuz da kişilərdə rast gəlinən pozğunluğu ifadə etmək üçün 
təklif  olunmuşdur.  «Kandavlizm»  sözünün  qabağında  «kişi»  və  «qadın»  kəlmələrini 
işlətmək üçün «yer yoxdur». 
İndi  kişilərdə  müşahidə  olunan  heteroseksual  konsortonudelizm  (kandavlizm) 
barəsində ətraflı məlumat verəcəyik.  
Ərin  öz  arvadını,  yaxud  dərin  emosional  bağlı  olduğu  seksual  partnyorunu 
çılpaq halda digər kişilərə nümayiş etdirərək bundan cinsi oyanma və həzz əldə etməsinə 
əsaslanan hadisəyə kandavlizm (candaulismus) deyilir. 
«Kandavlizm»  termininin  ilk  dəfə  Avstriya-Almaniya  psixiatrı,  nevroloqu, 
kriminalist,  insan  seksuallığını  müfəssəl  tədqiq  etmiş  mahir  sənətkarlardan  biri  Rixard 
Frayherr  fon  Krafft-Ebinq  (Richard  Freiherr  von  Krafft-Ebing)

tərəfindən  1886-cı  ildə 
«Seksual psixopatiya» («Psychopathia sexualis») əsərində [37; 38; 39] müəyyənləşdirildiyi 
barəsində  məlumat  verilir.  Həmin  məlumata  ingilis  dilində  olan  mənbələrdə  rast  gəlinir 
[20]. 
Arvadını, yaxud dərin emosional əlaqədə olduğu seksual partnyorunu lüt halda 
digər kişilərə nümayiş etdirməkdən cinsi oyanma və təminolunma əldə edən ərə kandavlist 
(candaulistus), yaxud kandaulezist (candaulesistus) deyilir. Ona həmçinin kandaulesist də 
deyirlər. 
Mövcud olan lüğət və dərsliklərdə kandavlizm barəsində yalnız qısa məlumat 
əldə etmək mümkündür [9; 22; 25–26; 31–34; 40; 42; 44–45; 47–52; 55–56]. 
Kandavlizm  intim  sahədə  elə  bir  pozğunluq  formasıdır  ki,  kişi  öz  cinsi 
partnyorunu  (arvadını,  məşuqəsini),  yaxud  onun  açıq-saçıq  surətini  başqa  adamlara 
nümayiş etdirərək ətrafdakıların reaksiyalarını müşahidə edir. Arvadının çılpaq bədəninə 
baxan başqa kişilərin ehtiraslandığına əmin olduqda ər seksual təminolunma anına çatır. 
Pasiyent parlaq seksual oyanma keçirir [34, səh. 234] 
Məşhur  polyak  həkim-seksoloqu,  habilitasiya  keçmiş  doktor,  Polşada 
seksologiyanın  pioneri  Kazimej  İmelinski  (Kazimierz  Imielinski)
4
  1986-cı  ildə 
«Seksologiya  və  seksiatriya  cizgiləri»  kitabında  kandavlizm  və  onun  yaranma  səbəbləri 
barəsində məlumat vermişdir. Rus dilinə «Seksologiya və seksopatologiya» kimi tərcümə 
edilən  həmin  kitabın  çap  olunmasından  sonra  «kandavlizm»  termini  öz  yerini 
möhkəmləndirməyə başladı [33]. 
Məşhur  polyak  psixiatrı,  psixoterapevt  və  seksoloqu,  habilitasiya  olunmuş 
doktor, professor, Polşa Seksologiya Cəmiyyətinin sədri, seks və seksuallıq haqqında çoxlu 
sayda  populyar  kitabın,  həmçinin  sosiokultural  seksologiya  üzrə  ilk  əsərlərin  müəllifi 



 
Zbiqnev Lev-Staroviç (Zbigniew Lew-Starowicz)
5
 1995-ci ildə rus dilinə tərcümə edilən 
«Qeyri-tipik  seks»  (polyak  dilində  «Seks  nietypowy»)  və  başqa  əsərlərində 
«kandaulezizm»  terminini  işlətmişdir.  Onun  fikrincə,  kandavlizm  ərin  həqiqi  hisslə 
bağlandığı  öz  seksual  partnyoru  olan  qadını  başqa  kişilərə  nümayiş  etdirməklə  bundan 
cinsi  həzz  əldə  etməsindən  ibarətdir.  Burada  çox  vaxt  gizli  deviasion  motivləri  yaxşıca 
maskalayan,  onları  pərdələyən,  üstünü  ötrən,  ört-basdır  edən  aktivlik  formalarının 
müxtəlifliyilə rastlaşırıq» [40, səh. 302]. 
Tibbi-bioloji  və  humanitar  elmlər  sahəsində  məşhur  alman  mütəxəssisləri  – 
nevrologiya və psixiatriya professoru Likke Arezin (Lykke Aresin)
6
, seksoloq və sosioloq 
Kurt Ştarke (Kurt Starke)
7
 birlikdə 1996-cı ildə Münhendə «Erotika leksikonu» («Lexikon 
der  erotik») adlı  bir  ensiklopedik lüğət nəşr  etdirmişlər. 2001-ci  ildə  Georgi  Stepanoviç 
Vasilçenkonun  ümumi  redaktəsi  ilə  Vadim  Vasilyeviç  Damye  və  Marianna  Borisovna 
Korçagina  tərəfindən  rus  dilinə  tərcümə  edilən  və  «Erotika:  leksikon»  («Эротика: 
лексикон»)  adı  altında  Moskvada  «Respublika»  nəşriyyatında  işıq  üzü  görən  həmin 
kitabda  «kandavlezizm»  terminindən  istifadə  edilmiş  və  ona  belə  tərif  verilmişdir: 
«Kandavlezizm  –  kişinin  öz  füsunkar  və  cazibəli  arvadını,  yaxud  sevgilisini  çılpaq  və 
yaxud  azca  geyimli  halda  naməlum  bir  üçüncü  şəxsə  göstərərək  onda  şəhvət  və  qibtə 
hisslərinin təzahür etməsinə səbəb olmasıdır» [22]. 
Arvadı çılpaq halda görən üçüncü şəxsdə həvəsin güclənməsi, şəhvət hissinin 
şiddətlənməsi, onun ehtiraslanması, həmin adamda qibtə hissinin formalaşması və belə bir 
qadınla  cinsi  yaxınlıqda  olmaqdan  ibarət  şiddətli  arzusunun  meydana  çıxması  ərin 
qarşısına qoyduğu məqsədinə yetişdiyinə dəlalət edir.  
Elmi  ədəbiyyatda  «kandavlizm»  termininin  sinonimi  kimi  aşağıdakı 
anlayışlardan istifadə ediulir: 
– kandaulesizm (candaulesismus); 
– kandaulezizm (candaulesismus); 
– kandaulizm (candaulismus); 
– kandavlesizm (candaulesismus); 
– kandavlezizm (candaulesismus); 
– mirsilizm (myrsilismus»). 
Bundan  başqa,  kandavlizm  öz-özlüyündə  ayrıca  bir  sindromdur.  Odur  ki, 
«kandavlizm»  termininin  sinonimi  kimi  aşağıdakı  «nozoloji»  anlayışlardan  da  istifadə 
edilir:  
– kandavlizm simptomokompleksi; 
– kandavlizm sindromu. 
Daha bir vacib məsələni qeyd edək ki, «kandaulezizm», «kandavlizm» və digər 
oxşar  terminlərin  mahiyyətinin  düzgün  açıqlanmadığı,  bəzən  təhrif  olunduğu  hallarla 
rastlaşırıq. Hətta bəzi nüfuzlu tədqiqatçıların əsərlərində belə xoşagəlməz halları müşahidə 
etmək olar. 
Məşhur  rus  seksoloqları  Vasili  İvanoviç  Zdravomıslov,  Zosya  Yefimovna 
Anisimova  və  Sergey  Sergeyeviç  Libix  tərəfindən  1985-ci  ildə  ərsəyə  gətirilən 
«Funksional  qadın  seksopatologiyası»  adlı  kitabda  «kandualezis»  («kandualesismus») 
kimi bir termin işlədilmişdir. Müəlliflərin fikrincə, həmin termin yatmış çılpaq arvadını öz 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə