Kafedra: İQTİsadi HÜquq iXTİsas: İQTİsadiyyatin hüquqi TƏNZİMLƏNMƏSİ kurs iŞİ


Mərkəzi Bankın fəaliyyətinin makroiqtisadi tarazlıqla əlaqəsi



Yüklə 180,64 Kb.
səhifə3/3
tarix26.10.2017
ölçüsü180,64 Kb.
#6830
1   2   3

5.Mərkəzi Bankın fəaliyyətinin makroiqtisadi tarazlıqla əlaqəsi

Mərkəzi Bank ölkənin iqtisadiyyatında mühüm rola malikdir. Beləki, Azərbaycan Respublikasının “Mərkəzi bank haqqında” 10dekabr 2004-cü il tarixli qanunu Azərbaycan Respublikası Mərkəzi bankının hüquqi statusunu, onun məqsəd, funksiya, səlahiyyətlərini, idarəetmə və təşkilati strukturunu müəyyən edir, dövlətin mərkəzi bankı kimi dövlət hakimyyət orqanları ilə və digər şəxslərlə münasibətlərini tənzimləyir.

Ölkə hakimiyyəti Mərkəzi Bankın ölkənin kredit sistemindəki rolunun əhəmiyyətinə görə onun etibarlılığında maraqlıdır. Lakin dövlətin mərkəzi Bankla sıx əlaqəsi onun mərkəzi bankın siyasətinə sərhədsiz təsiri demək deyildir. Kapital quruluşundan asılı olmayaraq mərkəzi bank hüquqi cəhətdən sərbəstdir və ölkənin qanunverici orqanına yaxud da parlament tərəfindən təşkil olunmuş sosial bank sisteminə hesabat verir. Mərkəzi bankın hüquqi sərbəstliyi onun fəaliyyətinin effektivliyinin əsas şərtidir ki, əksər hallarda bu hakimiyyətin qısamüddətli məqsədləri ilə ziddiyyət təşkil edir. Eyni zamanda mərkəzi bankın hakimiyyətdən qeyri asılılığı nisbi xarakter daşıyır, beləki, uzunmüddətli planda mərkəzi bankın siyasəti dövlətin makroiqtisadiyyatı ilə müəyyənləşir.

Azərbaycan Respublikasının bank sistemində baş verən böhranın iqtisadiyyatın inkişafına vurduğu ağır nəticələri nəzərə alaraq Azərbaycan Respublikasında bank sisteminin işinin təkmilləşdirilməsi əsas məsələ kimi ortaya çıxır. Bank sisteminin işində meydana gələn bu hallar Mərkəzi Bankın apardığı pul-kredit siyasəti ilə bağlıdır. Buna görə ilk növbədə Mərkəzi Bankın işi təkmilləşdirilməlidir.

Azərbaycan Respublikası Mərkəzi Bankın işində bəzi nöqsanlar və çatışmamazlıqlar vardır ki, bu da ölkənin sosial-iqtisadi inkişafına, iqtisadiyyatın tənzimlənməsində maddi dəyər və natural mal axının tarazlığına olduqca mənfi təsir göstərmişdir. Bunun və digər neqativ proseslərin nəticəsidir ki, ölkə üzrə əhalidə və müəssisələrdə olan sərbəst pul vəsaitləri rəsmi dövriyyəyə cəlb oluna bilmir və bununlada dövlət və yaxud da şəxslərin bu və digər ehtiyaclarına yönəldilə bilmir. Əhali və digər müştərilərin banklara inamı tamamilə itmişdir. Normal kredit bazarı və bütövlükdə kapital bazarı formalaşmamışdır. Buna görə də ölkənin Mərkəzi Bankının və eləcə də digər banklarının işinin yaxşılaşdırılmasında ciddi addımlar atılmalı və bütövlükdə onların işi ölkənin sosial-iqtisadi inkişafında baş verən dərin böhranın aradan qaldırılmasına yönəldilməlidir. Mərkəzi Bankın işinin təkmilləşdirilməsiin bəzi istiqamətlərini aşağıdakı kimi göstərmək olar.

Hər şeydən əvvəl Mərkəzi Bankın tabeçilik məsələsinə baxılmalı və o, ali ica hakimiyyəti tabeçiliyindən çıxarılaraq yalnız parlamentin tabeçiliyinə verilməlidir. Çünki, Mərkəzi Bank ali icra hakimiyyətinin tabeçiliyində olduqda müstəqil pul-kredit siyasəti yeridə bilmir və hökümətin siyasətinə uyğun siyasət yeridir. Son dövrdə mərkəzi bankların sərbəstliyi böyük bir problem kim ortaya çıxmışdır və əksər ölkələrdə bu istiqamətdlə müsbət addımlar atılır.

Bankların müstəqilliyinin artırılması ilə yanaşı, onlara ciddi nəzarət sisteminin yaradılması zəruri və vacibdir. Belə bir sistem inkişaf etmiş ölkələrin hamısında yaradılmışdır və mərkəz banklarına, həmçinin bütün digər banklara nəzarət hökümət tərəfindən həyata keçirilir. Azərbaycanda bank işi rəsmi olaraq dövlət və hökümət nəzarətindən kənarda qalmışdır. Buna görə də Azərbaycanda Mərkəzi Bank və bütövlükdə bank sisteminə dövlət nəzarət sisteminin yaradılması zəruridir. Lakin, bu həddən artıq olmamalıdır.

Mərkəzi Bankın əmanət sahəsində işi çox zəif qurulmuşdur. Ölkədə əmanət sistemini normal qaydaya salmadan bank işində heç bir irəliləyiş etmək mümkün olmayacaq. Çünki, əvvəldə qeyd etdiyimiz kimi banklar pul vəsaitlərinə olan ehtiyacın 90-95%-ni əmanətləri əldə etməklə ödəyirlər. Buna görə də Mərkəzi Bank əhalinin əmanətlərinə möhkəm təminat yaratmaq məqsədilə əmanətlərin sığortalanması sistemini təşkil etməlidir.

Mərkəzi Bankın pul-kredit pul-kredit tənzimlənməsində ehtiyat normaları üzrə bankların əmanətlərinin Mərkəzi Bank tərəfindən yığılması və istifadəsində kredit bazarının formalaşmasında və eləcə də açıq bazar əməliyyatlarında çatışmamazlıqlar var. Belə ki, ehtiyat fondlarına əsasən yığılan vəsaitin ən mühüm funksiyası bazardan artıq pul kütləsini çıxarmaq və bununlada bazarda pul təklifi ilə əmtəə təklifi arasında sabitliyin təmin olunmasından və infilyasiyanın qarşısının alınmasından ibarətdir. Dünya ölkələrinin əksəriyyətində ehtiyat normaları üzrə yığılan vəsaitlərin istifadəsi qanunvericilik aktı ilə qadağan olunmuşdur. Belə bir qadağanın Azərbaycan Mərkəzi Bankı haqqında qanunda da əks olunması zəruridir.

Mərkəzi Bankın işinin təkmilləşdirilməsi yollarından biri də qiymətli kağızlar bazarının yaradılmasıdır. Mərkəzi Bankın açıq bazar əməliyyatlarının zəif olması hər şeydən əvvəl qiymətli kağızlar bazarının (o cümlədən kapital bazarının) formalaşmamasıdır. Bu əməliyyatlara aktiv təsir göstərmək üçün, ilk növbədə qiymətli kağızlar bazarının hüquqi bazasını yaratmaq və bu bazarı formalaşdırmaq lazımdır.

Mərkəzi Bankın işində ölkənin qızıl və valyuta ehtiyatlarının idarə olunması əsas məsələlərdəndir. Lakin bu işdə də müəyyən çatışmamazlıqlar var. Bu qızıl ehtiyatlarının xarici banklara depozit kimi yerləşdirilməsi həm əlavə faiz (gəlir) gətirə bilər, həm də hökümətin beynəlxalq bank və təşkilatlardan kredit alması üçün zəmanət kimi çıxış edə bilər.

Mərkəzi Bankın işində ən vacib çatışmamazlıqlardan biri də Aazərbaycanda Mərkəzi Bank sisteminin fəaliyyətini stimullaşdırmaması və əksinə olaraq xarici bankların tam lisenziyalarla rəqabətsiz fəaliyyətinə imkan yaratmasıdır. Azərbaycanda kommersiya banklarının kiçik nizamnamə fondu ilə yaradılmasına baxmayaraq Mərkəzi Bank onun sürətlə artırılması üzrç qərar çıxırmışdır. Yəni yaradılan banklarla yanaşı əvvəl yaranan banklarda nizamnamə fondunu artırmalıdırlar. Xarici ölkələrin bankları üçün o məbləği düzəltmək o qədər də çətin deyil. Buna görə də Azərbaycanın bank sistemində xarici kapitalla yaradılan bankların sayı artmaqdadır. Düzdür Azərbaycan iqtisadiyyatı üçün xarici investisiyanın cəlb edilməsi vacibdir. Lakin, Azərbaycanda biz öz mərkəzi bank sistemimizi inkişaf etdirmədən, formalaşdırmadan, digər bankların yəni, xarici bankların Azərbaycanda geniş fəaliyyətinə imkan verilməməlidir. Ölkəmizdə Azərbaycan mərkəzi bank sisteminə protoksionizm siyasəti yeridilməlidir. Yəni Azərbaycanda mərkəzi bank sisteminin formalaşdırılması, inkişaf etdirilməsi üçün ona kömək və himayədarlıq lazımdır. Göstərdiyimiz bütün bu yollar Mərkəzi Bankın işinin təkmilləşdirilməsi üçün vacibdir. Lakin, bank sisteminin işini bütövlükdə sağlamlaşdırmaq üçün kommersiya banklarının da işi təkmilləşdirilməlidir. Kommersiya banklarının işinin təkmilləşməsi isə Mərkəzi Bank tərəfindən həyata keçirilir. Bunun üçün Mərkəzi Bank ilk növbədə banklararası rəqabəti gücləndirməli, daxili maliyə bazarının inkişafını və bank sisteminin inteqrasiyasını genişləndirməlidir. Banklar üzərində nəzarət sistemini təmin etmək və risk dərəcəsini endirmək üçün bankların məsuliyyətini öz üzərinə götürən Mərkəzi Bank banklar üzərində lazımi daxili nəzarət sistemi yaratmalıdır. Kredit təşkilatlarının işinin keyfiyyətinin yuksəldilməsi üçün onların fəaliyyətinin tənzimlənməsi üsullarının mükəmməlləşməsi əsas əhəmiyyət daşıyır. Bunun üçün kredit təşkilatlarının lisenziyalaşması üsulları təkmilləşdirilməlidir. Kommersiya banklarının xarici kapitalla aparılan əməliyyatların neqativ nəticələrinin məhdudlaşdırılması və qəflətən riski endirmək məqsədilə xarici kapitalın bank sisteminə daxil olması mexanizmini müəyyən etməlidir. Mərkəzi Bank bankların kreditorlarının(əmanətçilərinin) maraqlarının qorunmasını tə‘min edən əsas qanunları qəbul etməlidir. Mərkəzi Bank kapitalın qanunsuz yolla dövlətin ərazisindən kənara çıxmasının qarşısını vaxtında almaq üçün gəlirlərin qanunsuz əldə edilməsinin qarşısının alınması haqqında qərar qəbul etməlidir. Bankların müştərilərinin risk dərəcəsini endirmək məqsədilə Mərkəzi Bank kredit təşkilatının fəaliyyəti barədə informasifanı, o cümlədən maliyyə bazarında baş verən əməliyyatlar barəsində informasiyanı açıqlamağa imkan verən yolları işləyib hazırlamalıdır.

Yuxarıdakı üsullardan istifadə etməklə Azərbaycan Respublikasında Mərkəzi Bankın və kommersiya banklarının işini təkmilləşdirmək, onların fəaliyyətində daha perspektivli yollar açmaq mümkündür. Bu üsullardan istifadə etməklə Mərkəzi Bank və kommersiya bankları həm öz fəaliyyətlərini sağlamlaşdıra və həmçinin iqtisadiyyatın inkişafını stimullaşdıra bilər ki, bu da xalqın rifah halının yaxşılaşmasına xidmət edir.

Nəticə və təkliflər

Mərkəzi Bank qanunvericilik əsasında dövlətlə iqtisadiyyat arasında vasitəçilik edir, ölkəyə kredit axınını tənzimləyir. Bu bankın üzərinə hansı funksiya düşsə də Mərkəzi Bank həmişə tənzimləyici orqan hesab olunur. Pul kütləsinin idarə olunması da Mərkəzi bankın fəaliyyəti əsasında baş verir.

Banklar əsasən kredit vermək və kassa-hesablaşma xidmətləri göstərilməsi ilə məşğuldur. Onlar pul alveri ilə məşğuldur. Banklar öz vəsaitlərini həm müştərilərə, həm də digər banklara satırlar. Azərbaycanda da bank sisteminin səviyyəsini dünya bank sisteminin xidmət səviyyəsinə çatdırılması vacibdir. Bu zaman Azərbaycan Respublikasında bank sisteminin işinin təkmilləşdirilməsi əsas məsələ kimi ortaya çıxır. Bank sisteminin iºində meydana gələn bu hallar Mərkəzi Bankın apardığı pul-kredit siyasəti ilə bağlıdır. Buna görə ilk növbədə Mərkəzi Bankın işi təkmilləşdirilməlidir. Bankların müstəqilliyinin artırılması ilə yanaşı, onlara ciddi nəzarət sisteminin yaradılması zəruri və vacibdir. Belə bir sistem inkişaf etmiş ölkələrin hamısında yaradılmışdır və mərkəz banklarına, həmçinin bütün digər banklara nəzarət hökümət tərəfindən həyata keçirilir. Buna görə də Azərbaycanda Mərkəzi Bank və bütövlükdə bank sisteminə dövlət nəzarət sisteminin yaradılması zəruridir. Lakin, bu həddən artıq olmamalıdır. Azərbaycanda mərkəzi bank sisteminin formalaşdırılması, inkişaf etdirilməsi üçün ona kömək və himayədarlıq lazımdır. Bank sisteminin işini bütövlükdə sağlamlaşdırmaq üçün kommersiya banklarının da işi təkmilləşdirilməlidir. Kommersiya banklarının işinin təkmilləşməsi isə Mərkəzi Bank tərəfindən həyata keçirilir. Bunun üçün Mərkəzi Bank ilk növbədə banklararası rəqabəti gücləndirməli, daxili maliyə bazarının inkişafını və bank sisteminin inteqrasiyasını genişləndirməlidir. Banklar üzərində nəzarət sistemini təmin etmək və risk dərəcəsini endirmək üçün bankların məsuliyyətini öz üzərinə götürən Mərkəzi Bank banklar üzərində lazımi daxili nəzarət sistemi yaratmalıdır.

Yuxarıdakı üsullardan istifadə etməklə Azərbaycan Respublikasında Mərkəzi Bankın və kommersiya banklarının işini təkmilləşdirmək, onların fəaliyyətində daha perspektivli yollar açmaq mümkündür. Bu üsullardan istifadə etməklə Mərkəzi Bank və kommersiya bankları həm öz fəaliyyətlərini sağlamlaşdıra və həmçinin iqtisadiyyatın inkişafını stimullaşdıra bilər ki, bu da xalqın rifah halının yaxşılaşmasına səbəb olar.

Bank strukturunun formalaşmasının son məqsədi, bank fəaliyyətinin vahid kompleksinin uyğun idarəçilik səviyyəsi, banklar tərəfindən müştərilərə göstərilən xidmət növlərinin keyfiyyətinin yüksəldilməsi, bank işçilərinin əməyinin səmərəlik səviyyəsinin artırılması, müəssisə kimi gəlirli təsərüffat fəaliyyətinə nail olmaq olmalıdır. Bu gün Azərbaycanda banklar maliyyə bazarında iri həcmli əməliyyatlar həyata keçirən təşkilat kimi müxtəlif növ və müddətə kreditlərin verilməsi, qiymətli kağızların və xarici valyutanın alqı-satqısı və saxlanılması, vəsaitlərin əmanətlərə cəlb olunması, hesablaşmaların aparılması, üçüncü şəxsin adına təminatların və digər öhdəliklərin verilməsi, müxtəlif xarakterli vasitəçilik və etimad əməliyyatlarının aparılması və.s. ilə məşğuldurlar. Lakin bu Azərbaycan bank sisteminin artıq dünya standartlarına uyğun tam inkişafı demək deyil. Bank sisteminin və bank işinin yüksək fəaliyyəti üçün ölkənin Mərkəzi Bankı və kredit təşkilatları daim öz əməliyyat dairəsini genişləndirməli, yüksək səviyyəli avtomtlaşdırmanı və komputerləşməni bank sisteminə tətbiq etməli, müştərilərə xidmətin tezliyinə və yüksək keyfiyyətinə nail olmalıdırlar.

İstənilən ölkənin bank sisteminin yüksək səviyyədə inkişafının əsas şərtlərindən biri də sağlam rəqabət mühitini yaradılması məqsədilə bank fəaliyyətinin informasiya şəffaflığının təmin edilməsidir. Bu məqsədlə dövlət, bankların fəaliyyətinin maliyyə nəticələrinin, o cümlədən bank holdinqləri tərəfindən konsolidasiya edilmiş maliyyə hesabatlarının açıqlanmasını məsələlərinin həllinə çox ciddi yanaşılmalıdır.


İstifadə olunmuş ədəbiyyatlar

1. Reyhan Əsgərova. “Pul, kredit və banklar” Bakı – 2004

2. Reyhan Əsgərova. “Pul, Kredit və Banklar” Bakı – Mütərcim – 2007

3. S. Məmmədov. “Bank işi” Bakı- 1997

4. “Banklar və bank fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunu. Bakı 1996

5. “Bank və bank fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunu. Bakı 2004.

6. Ə. Abbasov, R. Rzayev, Ş. Həmişəyeva. “Bank işi və elektron bankçılıq” Bakı – Qanun – 2003

7. “Banklar haqqında” Azərbaycan Respublikasının qanunu. 16 yanvar 2004-cü il



8. “Mərkəzi bank haqqında” Azərbaycan Respublikasının qanunu. 10 dekabr 2004-cü il

9. Mərkəzi bankın normativ sənədləri və təlimatları
Yüklə 180,64 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə